Əlaqə
Popüler Yayınlar
- deputatlarının bir qrupu hicab haqda narazılıq edib
- Roma Papası İŞİD-ə qarşı
- İnflyasiya
- Azərbaycanda məmurlar və balaları neçə minlik maşın sürürlər?
- Xocalı soyqırımı rəsmən tanındı
- Yaxın Şərq Hadisələri: Livan və Libiyalı rəsmilər itkin düşmüş İmam Musa Sədrin müəmmalı taleyi haqda araşdırmağa başlayır
- Təkcə bir sual : NİYƏ???
- azərbaycan xalqına müraciət
1 Mart 2014 Cumartesi
“Sovetksi” sakinlərinin hökumətə verdiyi vaxt bitir
Evləri sökülənlər və kompensasiyadan narazı qalanlar Abid Şərifovdan cavab gözləyirlər
“Sovetski” sakinləri baş nazirin müavini Abid Şərifova ünvanladıqları müraciətə cavab gözləyirlər.
“Sovetski” sakinləri baş nazirin müavini Abid Şərifova ünvanladıqları müraciətə cavab gözləyirlər.
Sakinlər “Yeni Müsavat”a açıqlamalarında bildiriblər ki, hökumətə
verilən vaxt bitir. Amma buna baxmayaraq, “Sovetski”də kompensasiyadan
narazı qalan sakinlərlə bağlı rəsmi hər hansı bir qərar verilməyib.
Bakının qədim məhəlləsində yaşayanlar bildirdilər ki, hökumət yenə də
“Papanin” və “Basin”də söküntü zamanı tətbiq etdiyi qayda ilə məsələni
həll etməyi düşünür. Həmin qayda isə kompensasiya tələb edən “Sovetski”
camaatına fərdi yanaşmaqdır. Yəni evi bir qədər böyük olan sakinlər ola
bilər ki,...
Səddam Hüseyn yadınızdadımı?
Ukraynada inqilabdan sonra etirazçılara divan tutan “Berkut”çuların diz
çökdürülməsi mənzərəsi inzibati zülm altında inləyən azərbaycanlıların
ürəyinə məlhəm kimi yaxılmaqdadır.
Biz bütün tiran-dikatorlar və onların qul-qaravaşları kimi
Ukraynadakı “Berkut”ların da qorxaq dovşanlar olduğuna şahidlik etdik.
Səddam Hüseyn yadınızdadımı? Keçirdiyi paradlarda kütlənin gözü
önündə havaya silahdan güllə atar, özünü qəhrəman kimi göstərərdi.
Fəqət, gizləndiyi kanalizasiyada onu çox alçaldığı vəziyyətdə həbs
edəndə o “millət qəhrəman”ın miskinliyi göz çıxarırdı. Səddamın qüruru
olmadı ki, ABŞ əsgərlərinə müqavimət göstərmək bir yana, heç olmasa,
əlindəki silahla özünə qıysın.
Belə nümunələr çoxdu.
Kimsə çox düzgün olaraq, tiranları şir belinə minən qorxaqlara
oxşatmışdı. Şirdən (hakimiyyətdən) düşəndə onlar canlarını qoymağa yer
axtarırlar.
Indi gəlirik “Berkut”dan alınan ibrətlərə.
Sizin gümanınız var ki, bu hadisə Azərbaycanda uzun illərdir qız,
qadın, uşaq,...
“Xruşşovka”lar da söküləcək
Köhnə həyət evlərinin söküntüsü başa çatdıqdan sonra növbədə “Stalinka” və “Xruşşovka”ların olacağı gözlənir
Paytaxt Bakıda gedən söküntü işləri, buna görə ödənilən
kompensasiyalar hələ də aktuallığını qoruyan məsələlər sırasında yer
alır. Xatırladaq ki, hazırda söküntü işləri “Sovetski” adlanan ərazini
əhatə edir. Düzdür, burada evləri söküləcək bütün sakinlərlə tam razılıq
əldə olunmayıb və bu istiqamətdə müvafiq danışıqlar davam etdirilir.
Lakin hökumət tərəfindən təklif edilən kompensasiyalarla razılaşaraq
artıq evləri tərk edənlər də var. Bəzi ərazilərdə,...
Azərbaycanın xarici borcu 4.7 milyard manatı aşıb
01
yanvar 2014-cü il tarixinə Azərbaycan Respublikasının xarici dövlət
borcu 4,753.2 milyon manat, xarici dövlət borcunun Ümumi Daxili Məhsula
(ÜDM) oaln nisbəti 8.2 faiz təşkil edərək bir çox inkişaf etmiş və
inkişaf etməkdə olan ölkələri bu sahədə də qabaqlayıb.
Qeyd edək ki, bu nisbət Türkiyədə 36 faiz, Rusiyada 14.1 faiz, Gürcüstanda 32.9 faiz, Macarıstanda 79.8 faiz, Slovakiyada 34.3 faiz, Çexiyada 40.2 faiz olub...
Qeyd edək ki, bu nisbət Türkiyədə 36 faiz, Rusiyada 14.1 faiz, Gürcüstanda 32.9 faiz, Macarıstanda 79.8 faiz, Slovakiyada 34.3 faiz, Çexiyada 40.2 faiz olub...
Elnur Aslanov da barəsindəki "nurçu" iddiası barədə danışdı
“Müəyyən xarici qüvvələrin təsiri
altında, onlardan maliyyə asılılığında olan radikal müxalifət -
antimilli ünsürlər və onların təlimatçıları hər cür dövlət mənafeyini
satmağa, Vətəninə xəyanət etməyə hazırdır”. APA-nın
məlumatına görə, bunu Azərbaycan Respublikasının Prezidenti
Administrasiyasının Siyasi təhlil və informasiya təminatı şöbəsinin
müdiri Elnur Aslanov deyib....
İki ayda 12 hərbçi itirmişik
İmadəddin Nəsiminin məzarı Suriyada terrorçu vəhabilər tərəfindən dağıdıldı
Nəsiminin
Suriyanın Hələb şəhərindəki qəbri dağıdılıb. Bu barədə Suriya Türkmən
Cəbhəsi məlumat yayıb. Məlumata görə, Nəsiminin qəbri olan qəbrstanlıq
Hələbin əl-Ferafiyə adlanan məhəlləsində yerləşir. Hazırda həmin ərazi
terrorçu “Əl-Qaidə”yə yaxın “Əl-Nüsrə” Cəbhəsinin nəzarətinə keçib.
“Vəhabilər qəbrstanlığı viran ediblər, Nəsiminin qəbri də daxil olmaqla
minlərlə qəbir dağıdılıb”.
26 Şubat 2014 Çarşamba
Türkiyədə bələdiyyə binasının qarşısında erməni dilində yazı
Türkiyənin Diyarbəkir vilayətinin Sur mahalında erməni dilinə böyük
sevgini özündə əks etdirən addım atılıb. Mahalın girişində və bələdiyyə
binasının qarşısında erməni dilində sözlər yazılıb.
Sur bələdiyyə binasının qarşısında türk, kürd, ərəb dilləri ilə yanaşı, erməni dilində də yazı yerləşdirilib. Bundan əlavə mahalın girişində olan "Xoş gəlmisiniz" ifadəsi də işğalçı ölkənin dilinə tərcümə edilib.

Qeyri-ənənəvi təriqətlərə qoşulan məmur və məmur övladları
“Məmur övladlarının qeyri-ənənəvi dini
təriqətlərə qoşulması ilə bağlı o qədər də çox söz eşitməmişəm. Lakin
hərdən bir məlumatlar da olur. Belə ki, Hacıbala Abutalıbovun və digər
məmur övladlarının qeyri-ənənəvi təriqətlərə qoşulması ilə bağlı
məlumatlar mövcuddur.”
Bu sözləri politoloq Arif
Yunus məmur övladlarının qeyri-ənənəvi dini təriqətlərə qoşulması ilə
bağlı səsləndirilən fikirlərə münasibət bildirərkən qeyd edib.
Müsahibin sözlərinə görə, sözügedən
proses məmur övladları arasında o qədər də geniş miqyas almayıb: ”Real
proseslə, mətbuatda yayılan məlumatlar arasında kifayət qədər fərq var.
Düşünmürəm ki, bu sahədə elə də ciddi problemlər mövcuddur. Hansısa
məmur övladının sələfi və ya digər cərəyanların ideologiyasını qəbul
etməsi ölkədə islamın durumu ilə bağlı elə də ciddi faktor rolunu
oynamır. “
Hakimiyyətdə təmsil edilən nurçularla
bağlı da açıqlama verən ekspert bildirdi ki, bununla əlaqədar millət
vəkili Fazil Mustafa və digər şəxslərin adlarını hallandırırlar:
“Hakimiyyət daxilində nurçu təriqətinə
aid şəxslərin olması istisna edilmir. Lakin fakt lazım gəldikdə isə, bir
qədər çətin olur.”
Xocalı soyqırımından 22 il ötür
Bu gün Xocalı soyqırımının 21-ci ildönümüdür. Məhz bu gün Xocalının
adı məhv olmuş şəhərlər siyahısına düşüb. 1992-ci il fevralın 25-dən
26-na keçən gecə erməni silahlı dəstələri Xankəndində yerləşdirilmiş
366-cı motoatıcı alayının zirehli texnikası və hərbi heyətinin dəstəyi
ilə Xocalı şəhərinə hücum edib.
Qeyd edək ki, hücumdan əvvəl fevralın 25-i axşamdan etibarən şəhər toplardan və ağır zirehli texnikadan şiddətli atəşə tutulmağa başlanılıb. Şəhərin müdafiə sistemini dağıdan düşmən gecə yarısı Xocalıya girib...

22 Şubat 2014 Cumartesi
Ölkədə 43 mln. tona kimi neft istehsal olunacaq
fevralın 21-də “Grand Hotel Europa” mehmanxanasında Xəzər-Avropa
İnteqrasiya İşgüzar Klubunun (CEIBC) üzvləri ilə Azərbaycan
Respublikasının Energetika naziri cənab Natiq Əliyev arasında görüş
keçirilib. Görüşdə CEIBC-nin yaranma tarixi və fəaliyyəti barədə məlumat
verilib, .....
İnternet niyə bahadır və nə üçün keyfiyyətsizdir?
Ölkənin əsas milli İnternet operatoru-İnternet təchizatçısı «Delta Telecom» şirkəti istifadə olunan internet trafikinin 99%-ini ölkəyə gətirir və təxminən 30 provayderə (İSP), ö cümlədən 3 dövlət provayderinə satır.
«Delta Telecom» həmçinin qonşu Gürcüstana da internet satır.
Ölkə üzrə istifadə olunan toplam internet trafiki cəmi 100 Gb/san-dir. Hər bir provayderin aldığı internet trafikin həcmi «Delta Telecom»un saytında yerləşdirilib və onlayn olaraq yenilənir.....
Bakı Dövlət Universitetində (BDU) təcili müşavirə keçirilib
Bu gün Bakı Dövlət Universitetində (BDU) təcili müşavirə keçirilib.
Universitetin mətbuat xidmətinin rəhbəri Pərvanə İbrahimovanın verdiyi xəbərə görə, müşavirə Apellyasiya Komissiyasına müraciət edən tələbələrin problemləri ilə bağlı olub: “Müzakirələrdə problemlər operativ olaraq həll edilib, bu barədə fakültə dekanlıqlarına məlumat verilib. Komissiyaya müraciət edən tələbələr bazar ertəsi fakültə dekanlıqlarından nəticələr haqqında məlumat ala biləcəklər”.
Qeyd edək ki, bu gün BDU-da rektor Abel Məhərrəmovun və Təhsil Nazirliyi rəsmilərinin iştirakı ilə akademik borcu olan və intahan nəticələrindən narazı olan tələbələrlə görüş keçirilib, onların problemləri dinlənilib.
Rektor A. Məhərrəmov bildirib ki, BDU-da təhsil alan 20 minə yaxın tələbədən 3200-ə yaxınının akademik borcu var.

Azərbaycanlılar hər il dərmana 350 milyon manat pul xərcləyirlər
Ölkəyə gətirilən dərmanların əksər hissəsi qeydiyyatdan keçmir. Azərbaycan dünyanın 40 ölkəsindən 200-dən çox dərman preparatı alır, eyni zamanda da 60 adda dərman preparatını istehsal edir. Yenədə deməliyik ki, dərman preparatlarının əsas hissəsi xaricdən gəlir.
Dəmiryolçuların Prezident Administrasiyasının qarşısında etiraz aksiyası
Bu gün bir qrup dəmiryolçu dövlət başçısının administrasiyasının
qarşısında etiraz aksiyası keçirmək üçün toplaşıb. Onlarla adam bir neçə
ayın əməkhaqqının verilməsini tələb edib.
Onlar dəfələrlə müxtəlif qurumlara müraciət etsələr də nəticəsi
olmayıb. Artıq Prezident Administrasiyasının qarşısına toplamağı qərara
alıblar.
Dəmiryolçular jurnalistlərlə söhbət zamanı iş şəraitindən şikayətləniblər: kömür əvəzinə kömür tozu verilir, vaqonlar köhnədir və pis vəziyyətdədir. Hələ 2005-ci ildə dəmir yolu rəhbərliyi vəd etmişdi ki, vaqonlar dəyişdiriləcək, lakin bu, baş verməyib. Bundan əlavə, kişi bələdçiləri qadınlarla əvəz ediblər, əməkhaqqı daim gecikir.
Nəqliyyat Nazirliyində dəmiryolçuları eşitmək istəyən yoxdur. “Əgər bu dəfə də reaksiya olmasa, xarici səfirliklərə müraciət edəcəyik”, - aksiya iştirakçılarından biri vurğulayıb.
Dəmiryolçulardan ikisi Prezident Administrasiyasının qəbul otağına daxil olaraq öz şikayət və tələblərini təqdim ediblər.

21 Şubat 2014 Cuma
“Sovetski”dən sonra Bayıl söküləcək
Sürüşməyə meylli ərazilərdə yaşayanlara şifahi xəbərdarlıq edilib; sakinləri isə kompensasiya maraqlandırır…
Hazırda Bakının qədim məhəllələrindən biri olan “Sovetski” sökülür.
Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən təqdim olunan plana görə, sökülən
evlərin yerində hansısa bir yaşayış binası və ya obyekt tikilməyəcək.
Evlər ərazidə salınacaq parka görə sökülür. Həm də evlərin bir çoxu
köhnə və yöndəmsiz olmaqla yanaşı qəzalı vəziyyətdədir.
Bakıdakı söküntü bumu “Sovetski” ilə yekunlaşmır. Dövlət Şəhərsalma
və Arxitektura Komitəsi paytaxtda söküləcək ərazilərin adlarını aylar
öncəsindən açıqlayıb. “Sovetski”,...
18 Şubat 2014 Salı
Təkfirçilik nədir?
Təkfir sözü dini termin kimi birisini kafir və ya müşrik saymağa,
elan etməyə deyilir. Adətən bir dinin ardıcılları, ruhani və alimləri
əvvəlcə onlarla eyni dində olub, sonradan həmin dindən çıxanları təkfir
edir və mürtəd adlandırırlar. Bu qaydanı ənənə seçən, dini
baxışlarında ona geniş yer verən şəxs, qrup və firqələrə isə təkfirçi
deyilir.
Təkfir prinsipi əksər dinlərdə mövcuddur və ya mövcud olub. Muhəmməd peyğəmbər (s) və onun ilk tərəfdarları islam dinini təbliğ edəndə Qüreyş əyanları Məkkə əhalisi kimi bütpərəst...
Təkfir prinsipi əksər dinlərdə mövcuddur və ya mövcud olub. Muhəmməd peyğəmbər (s) və onun ilk tərəfdarları islam dinini təbliğ edəndə Qüreyş əyanları Məkkə əhalisi kimi bütpərəst...
Azərbaycanda nikaha girən 86 min nəfərdən 11,6 faizi boşanır
Milli
Məclisin yaz sessiyası üçün parlamentin Sosial siyasət komitəsi 2
layihə hazırlayır. Bunu SalamNews-a komitənin sədri Hadı Rəcəbli
bildirib.
O deyib ki, bunların biri "Uşaqların istirahəti haqqında", ikincisi "Repraduktiv sağlamlıq haqqında" qanun layihələridir: "Hər iki qanun, əslində, orta səviyyədə işlənmiş qanundur. Bunlarda sadəcə xırda nüanslar var ki, onlar diqqəti cəlb edir. Bu, əsasən maliyyə tutumu ilə bağlıdır. Bütövlükdə hər iki layihəyə cəmiyyətdə ehtiyac var. Biz bu layihələrdə bütün təbəqələrin fikirlərini öyrənmək istəyirik. Uşaqların istirahəti təmin olunmalıdır. İlk olaraq asudə vaxtla bağlı işlər görülməldir.
Onun sözlərinə görə, Azərbaycanda boşanmalar 11,6 faiz təşkil edir. Nikaha girən təqribən 86 min nəfərdən 11,6 %-i boşanır. Əsas səbəb uşağın olmamasıdır. Buna səbəb repraduktiv səviyyənin aşağı olmasıdır.

"Bakıelektrikşəbəkə" borclu abonentlərin işığını kəsəcək
"Bakıelektrikşəbəkə" ASC elektrik enerjisinin istifadəsində borcu yaranmış abonentlərin işığını kəsəcək.
Qurumun mətbuat xidmətindən verilən məlumata görə, havaların bir müddət kəskin soyuq keçməsi və mənzillərin isidilməsində elektrik enerjisindən istifadə olunduğunu nəzərə alaraq, "Bakıelektrikşəbəkə" ona ünvanlanmış borclu abonentlərin çoxsaylı müraciətləri əsasında....
Dünən ölkə boyu 68 cinayət faktı qeydə alınıb
Fevralın 17-də respublikanın daxili işlər
orqanları tərəfindən qeydə alınmış 68 cinayət faktından 22-nin üstü
“isti izlər”lə açılıb.
Daxili İşlər Nazirliyinin mətbuat
xidmətindən verdiyi məlumata görə, Cinayət Məcəlləsinin
müxtəlif maddələri ilə axtarılan 12 nəfər tutularaq istintaq orqanlarına
təhvil verilib.
Respublikanın avtomobil yollarında qeydə alınmış 5 yol-nəqliyyat hadisəsi nəticəsində bir nəfər ölüb, 15 nəfər yaralanıb.
Daxili işlər orqanları əməkdaşlarının
keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə
əlaqəli 6 fakt müəyyən edilib.
Cinayət törətdiyinə görə 24 nəfər tutulub.
Baş Prokurorluqdan Xədicə İsmayılla bağlı rəsmi açıqlama
Baş Prokurorluqdan verdiyi məlumata görə, bəzi kütləvi informasiya vasitələrində jurnalist Xədicə İsmayılovanın şəxsi “Facebook” səhifəsində 17 fevral 2014-cü il tarixdə yerləşdirdiyi Milli Təhlükəsizlik Nazirliyinin xidməti fəaliyyətinə aid olunması ehtimal edilən və dövlət və ya xidməti sirr təşkil edən sənədlərin dərc edilməsi və yayımlanması ilə əlaqədar Baş prokuror qanunvericilikdə nəzərdə tutulmuş qaydada aidiyyəti qurumlarla müvafiq araşdırmaların aparılmasına dair göstəriş verib.
Faktla bağlı Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsində Cinayət Məcəlləsinin 284.2-ci (dövlət sirrini yayma) maddəsi ilə cinayət işi başlanıb.
Cinayət işi üzrə Xədicə İsmayılova şahid qismində dindirilməsi üçün istintaqa dəvət edilib.

"Sovetski"də ilk söküntülərə başlanıldı
Bakının "Sovetski" adlanan ərazilərində etirazlara baxmayaraq
söküntülərə başlanılıb. N.Nərimanov heykəlinin yaxınlığında artıq
kompensasiya almış bir qrup əhali evlərini tərk edib. həmin ərazinin yaxınlığında yaşayan sakinlər
hal-hazırda söküntünün getdiyi ərazidən köçürülən sakinlərə 1500 manat
kompensasiyanın verildiyini bildirirlər.
Qeyd edək ki, Bakının "Sovetski" adlanan ərazisində yaşayan sakinlərin böyük əksəriyyəti hər kvadrata 1500 manat kompensasiya verilməsinin əleyhinədir. Veriləcək kompensasiyaya etiraz olaraq ilk böyük kütləvi etiraz aksiyası isə fevralın 16-da keçirilib.

"Sovetski" adlanan ərazidə yaşayan əhali 100 minlik aksiyaya hazırlaşır
Bakının "Sovetski" adlanan ərazilərində geniş miqyaslı söküntü işlərinin
başlanmasına vaxt azaldıqca əhali arasında gərginlik daha da
artmaqdadır. Artıq fevralın 16-da keçirilmiş birinci kütləvi etiraz
aksiyasından sonra yaradılmış Təşkilat Komitəsi təşkilatlanma işlərini
sürətləndirib.
Artıq məhlə-məhlə komitənin nümayəndəlikləri formalaşır. Hədəf isə, 16 fevral aksiyasında səsləndirilmiş tələblərin yerinə yetirilməyəcəyi təqdirdə 100 minlik etiraz aksiyasının keçirilməsinə nail olmaqdır.
"Sovetski" adlanan ərazidə yaşayan ağsaqqallar isə bildirirlər ki, onların heç bir siyasi tələbləri yoxdur. Məqsədləri yalnız ədalətli kompensasiyanın verilməsinə nail olmaqdır.

Azərbaycan Ordusunun əsgəri əsgər yoldaşını güllələdi
"N"saylı hərbi hissənin əsgəri, 21 yaşlı Rafael Şükürlünün tabeliyindəki
avtomat silahdan istifadə zamanı təhlükəsizlik qaydalarının pozulması
nəticəsində atəş açılıb. Güllə onun əsgər yoldaşı, 20 yaşlı Nəcəfqulu
Quliyevə dəyib. Ayağından güllə yarası alan əsgər hospitala
yerləşdirilib.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, hadisə Nazirliyinin Gəncədə yerləşən “N” saylı hərbi hissəsində baş verib.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, hadisə Nazirliyinin Gəncədə yerləşən “N” saylı hərbi hissəsində baş verib.
16 Şubat 2014 Pazar
«Sovetski» etiraza qalxdı
Aksiyaçılar bildirir ki, onlar tərkibi 5-10 nəfərdən ibarət Təşkilat Komitəsi yaradırlar.
«Biz tələblərimizi icra hakimiyyəti nümayəndələrinə bildirəcəyik. Əgər
tələblərimiz yerinə yetrilməsə, hər bazar günü yox, hər gün aksiya
keçirəcəyik. Biz hakimiyyətlə dava etmirik. Davamız özbaşınalıq edən
məmurlarladır».
Təşkilat Komitəsi yaradılacağı təklifindən sonra aksiyçılar dağılışmağa başlayıb. Bir saat davam edən aksiya sona çatıb.
***
Bakının «Sovetski» adlanan ərazisində yaşayan...
Ey dad, ey dad, aman…
Srağagün dövlət başçısı Milli Konservatoriyanın yeni binasının açılışına
qatılmışdı. Bir həftə qabaq soyuqdan donan Alim Qasımovun da muğam
oxuduğu tədbir ölkəmiz üçün çox xarakterikdir. Siz prezidenti il ərzində
musiqiçilərə aid saysız-hesabsız tədbirlərdə görə bilərsiniz, ancaq
məsələn, onun hansı kitab oxuduğunu heç vaxt eşitməzsiniz. Musiqi
Azərbaycandakı rejimin sevimli məşğuliyyətidir. Onlar çoxdan başa
düşüblər ki, biz oxuyub-oynamağı sevən camaatıq. Bəzən acqarına “Yallı”
getməyə hazırıq. Bunun təsvirləri hətta Qobustan qayalıqlarında da
varmış. Orda vəhşi heyvanların hücumuna məruz qalan əcdadlarımız heç nə
olmamış kimi qol götürüb oynayırlar.
Musiqiyə maraq o dərəcədə böyükdür ki,...
Hicab məhbusu Seymur Bağırlı azadlığa çıxdı
“Müqavimətimiz davam edir və bu yolda addımlamağa davam edirik”
5 oktyabr 2012-ci il tarixində təhsil nazirliyinin qarşısında
keçirilən “hicaba azadlıq” aksiyasında həbs olunan Seymur Bağırlı bu gün
azadlığa çıxıb.
Azadlığa çıxan hicab məhbusu İslamazeri.az-a münasibət bildirib.
O qeyd edib ki, “İbrahimə (ə) odu gülüstan edən Allah,...
Suriyada 4 sumqayıtlı öldürüldü
Suriyada daha bir neçə azərbaycanlının öldürülməsi barədə məlumatlar yayılıb.
Terrorçulara məxsus saytlardan əldə edilən məlumata görə,...
Əfqanıstanda daha bir azərbaycanlı öldürülüb
Əfqanıstanda daha bir azərbaycanlı öldürülüb. Öldürülən şəxs
Azərbaycanın hüquq-mühafizə orqanları tərəfindən beynəlxalq axtarışa
verildiyi məlum olub. Həmin şəxs Əfqanıstanda silahlı qruplaşmaların
tərkibində vuruşub. Bakı şəhər sakini,...
Kişinin hansı xüsusiyyətləri ailədə ciddi problem yaradır?
Kişiyə aid hansı ziyanlar ailəyə ciddi ziyan vurur?1. Həyat yoldaşına əziyyət vermək.
Qadın öz isti ailə ocağından ərinin evinə köçər və burada hər şey
onun üçün yenidir. Sevgi ilə bir evdən elə bir evə gəlir ki, burada
məhəbbət ikitərəfli olmalıdır. Əgər qadın öz həyat yoldaşına sevgi
göstərər,...
Vəhhabiliyin övladları
Ərəbistan
universitetlərində dini təbliğatçılar yetişdirməyə xüsusi əhəmiyyət
verilir. Bu təbliğatçılar xüsusi kurslar keçdikdən sonra vəhhabi
əqidəsini öyrənir və vəhhabiliyi tanıtdırmaq, şiəliklə mübarizə üçün
dünyanın müxtəlif nöqtələrinə göndərilirlər.
Islam
ölkələrində vəhhabiliyin təbliğ olunması ciddi bir məsələdir. Bu firqə
əqidəvi cəhətdən azğınlıqda olmasından əlavə, istismarçıların, Amerika
və İngiltərənin şeytani siyasətləri üçün bir vasitədir və müsəlmanlar
arasında parçalanmanın əsas amillərindəndir.
İslam
dünyasında parçalanma yaratmaq Amerika başda olmaqla,...
12 Şubat 2014 Çarşamba
Zəlzələ bəzi bölgələrdə dağıntılara səbəb olub
Seysmoloq baş verən son yeraltı təkanı qiymətləndirdi və proqnoz verdi; zəlzələ anında insanlar nə etməlidir?
Amerikalı
alimlərin Azərbaycan haqda verdiyi zəlzələ proqnozundan sonra əhali
arasında bir gərginlik var idi. Fevralın 10-da baş vermiş zəlzələdən
sonra bu gərginlik daha da artıb. İnsanlar təlaş və qorxu
içərisindədirlər. Məlumat üçün bildirək ki, zəlzələ zamanı paytaxtda
qorxuya düşən insanlar bir neçə saatlıq evlərini tərk ediblər.
Şamaxıda da əhalinin əksəriyyəti evini tərk edib. Bunu aznews.az-a
açıqlamasında...
Səudiyyə Ərəbistanında terrorçular necə hazırlanır
Livanın “Asianewslb”
saytına istinadən, bir neçə gün öncə Səudiyyə
Ərəbistanında yeni bir qanun qüvvəyə mindi. Məlum qanuna əsasan Suriyaya
döyüşməyə gedən bu ölkə vətəndaşları cəzalandırılacaq. Ekspertlərin
fikrincə rəsmi Riyadın 3 il Suriya olaylarından sonra belə bir qanunun...
Azərbaycan media azadlığı indeksində 180 ölkə arasında 160-cıdır
Beynəlxalq media təşkilatı olan
“Sərhədsiz reportyorlar” yeni hesabat – “Dünyada Mətbuat Azadlığı
İndeksi” adlı sənəd yayıb. Reytinq cədvəli 180 ölkəni əhatə edir. İlk
sıranı Finlandiya, sonuncu pilləni...
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi dini radikalizimlə bağlı açıqlama verdi
Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi tərəfindən və qeyri-ənənəvi təriqətlərin zərərli təbliğatının qarşısının alınması məqsədi ilə görülən işlər barədə açıqlama verilib. Komitədən bildiriblər ki, məsələ ilə əlaqədar olaraq Dövlət Komitəsi bütün bölgələrdə regional konfranslar keçirib:
"Dövlət Komitəsi radikal dini qrupların və qeyri-ənənəvi təriqətlərin zərərli təbliğatının qarşısının alınması, onlara qarşı effektiv mübarizə aparılması, dini maarifçilik işinin düzgün metodlarla təşkili,...
Azərbaycanda yeni nazirlik yaradıldı
Azərbaycanda yeni Nazirlik yaranıb. Prezident İlham Əliyev Azərbaycan
Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər
tutaraq, Azərbaycan Respublikası...
Eldar Əzizovun park biznesi
Sumqayıtda 20 Yanvar şəhidlərinin xatirəsinə ucaldılmış abidə yoxa çıxıb; Nəsimi parkı oliqarxlara satılır
“Eldar Əzizov Sumqayıtda hər yeri satıb qurtarıb, indi də keçib Nəsimi adına mədəniyyət və istirahət parkının ərazisini satmağa. Ən acınacaqlısı odur ki, icra başçısı bu parkın ərazisindəki 20 Yanvar şəhidlərinin...

Tələbələrdən Anadolu Universitetinin “filialı”na şok ittihamlar
Onlar distant təhsil verən İnnovasiya Mərkəzini “pul tələsi” adlandırırlar; mərkəzin isə ittihamlara öz cavabı var
Anadolu Universitetinin Bakıdakı İnnovasiya Mərkəzində təhsil alan bir qrup...
11 Şubat 2014 Salı
Xəstə çağırışçılar varlı balalarının əvəzinə əsgər aparılır
Üzeyir Cəfərov: “Əks təqdirdə, xəstə adamı necə sağlam adı ilə ordu sıralarına göndərmək olar?”
Yanvar ayında Silahlı Qüvvələrdə xidmət üçün çağırılan 157 çağırışçıda xəstəlik aşkar edildiyindən geri qaytarılması xəbəri diqqəti yenidən gənclərin həqiqi hərbi xidmətə çağırılması mövzusuna yönəldib.
Rəsmi məlumatda bildirilib ki, Müdafiə Nazirliyinin tabeliyində...

Hər il Azərbaycanda 40-60 uşaq intihar edir
Hər il Azərbaycanda müxtəlif yaşlarda 40-60 uşaq intihar edir və daha çox sayda uşaq intihara cəhd edir.
Bu barədə Uşaq Hüquqları üzrə Azərbaycan QHT Alyansının milli koordinatoru Nabil...
Kaydol:
Kayıtlar (Atom)
23 Aprel hərəkatı
23 Aprel hərəkatı ılə tanışlıq:
23 Aprel hərəkatı qeyrətli Azərbaycan xalqının 23 aprel 2012-ci il bazar ertəsi günü geniş və sensasiyalı gecə etirazlarının dəstəkləyicisi olmuşdur və ölkə də baş verən hadisələr və hakimiyyətin qanunsuz işlərinə görə və həmçinin xalqımızın haqqını tələb edən, gənclər vasitəsi ilə yaradılıb.
23Aprel hərəkatı ölkədə öz fəaliyyətini azadlıq ,islahat və bərabər insan hüquqları nail olana qədər davam edəcək.