Blog Arşivi

16 Şubat 2014 Pazar

Suriyada 4 sumqayıtlı öldürüldü

Suriyada daha bir neçə azərbaycanlının öldürülməsi barədə məlumatlar yayılıb.
Terrorçulara məxsus saytlardan əldə edilən məlumata görə,...
Suriyada hökumət qüvvələri tərəfindən öldürülən azərbaycanlıların böyük əksəriyyəti Sumqayıt sakinidir.
Terrorçular son vaxtlar Suriyada öldürülən azərbaycanlıların bir neçəsinin adını və fotolarını yayıblar. Onlar Hanzala Sumqayıtlı, Abdul Vahid Sumqayıtlı, Abdulmalik Sumqayıtlı, Əbu David Sumqayıtlı və Abdu Razzak kimi təqdim ediliblər.
Qeyd edək ki, Suriyada vəziyyət gərginləşəndən sonra bir qrup Azərbaycan vətəndaşı bu ölkəyə gedərək müxtəlif qruplaşmaların tərkibində vuruşmağa başlayıb. Ötən müddət ərzində həmin döyüşlərdə 100-dən çox azərbaycanlı öldürülüb. Onların bir çoxunun fotosu terrorçular tərəfindən sosial şəbəkələrdə yayılıb.

0 comments:

23 Aprel hərəkatı


23 Aprel hərəkatı ılə tanışlıq:
23 Aprel hərəkatı qeyrətli Azərbaycan xalqının 23 aprel 2012-ci il bazar ertəsi günü geniş və sensasiyalı gecə etirazlarının dəstəkləyicisi olmuşdur və ölkə də baş verən hadisələr və hakimiyyətin qanunsuz işlərinə görə və həmçinin xalqımızın haqqını tələb edən, gənclər vasitəsi ilə yaradılıb.
23Aprel hərəkatı ölkədə öz fəaliyyətini azadlıq ,islahat və bərabər insan hüquqları nail olana qədər davam edəcək.

23 aprel logosı

23 aprel