Blog Arşivi

13 Nisan 2014 Pazar

Müəmmalı xəbər: Zülfüqar Mikayılzadənin saxlanılmasının səbəbi məlum oldu

Hacı Zülfüqar Mikayılzadə və digər 2 nəfərin saxlanılmasına səbəb kimi yaşayış üçün nəzərdə tutulmuş evin ofis kimi istifadə edilməsi göstərilib.

Məlumata görə, qonşular ofisə çox sayda insanın gəlməsindən narazı olub polisə şikayət ediblər. Mənzilin sahibi də bölməyə çağırılıb.

Qeyd edək ki, bu gün günorta radələrində tanınmış ruhani ilə birlikdə onun sürücüsü Sərvər və "Lenkeranxeber.com"un jurnalisti Ramik Cəfərzadə də bölməyə çağırılıb.

Sürücü bildirib ki, polis bölməsində ilahiyyatçıya qarşı kobud rəftar edilib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəis müasvini Ehsan Zahidov isə bu barədə heç bir məlumata sahib olmadığını bildirib.

Quran hafizi Hacı Zülfiqar Mikayılzadə artıq bir neçə saatdır ki, polis bölməsindədir və hələlik ilahiyyatçının azadlığa buraxılmasına dair bir məlumat yoxdur.

Yaraqlıların Muş Həyatı: Dəməşqin Məlihə məntəqəsində terrorçulara aid tünellər kəşf olunaraq zəbt edilib

 Suriya Silahlı Qüvvələri paytaxt Dəməşqə yaxın Məlihə məntəqəsində bir neçə tünel kəşf edib. Məlumata görə, yaraqlı təkfirçilər qeyd olunan tünellərdən terror əməliyyatlarında istifadə edirmiş.

Suriya rəsmi televiziyasının məlumatına görə, vəhhabilər həmçinin Suriya Milli Ordusu ilə gedən döyüşlərdə amanda qalmaq üçün Məliha məntəqəsində bir neçə səngər də qazıblarmış.

Suriya Milli Ordusunun xüsusi müxbiri tünellər barədə verdiyi açıqlamada bildirib: “Qeyd olunan tünellər Silahlı Qüvvələrimiz tərəfindən yaraqlıların təqibi zamanı aşkarlanıb.”

Suriya Milli Ordusundakı mənbələrdən birinin verdiyi məlumatda isə bildirilir: “Suriya Milli Ordusu ilə üzbəüz döyüşməkdən ehtiyat edən azğın yaraqlı ünsürlər, terror aktlarını həyata keçirtmək məqsədi ilə yeraltı tünellər qazmağa məşğuldurlar. Lakin qeyd etməliyik ki, Ordu Bölmələri terrorçuları yerin altında da təqib etməyə davam edir və kəşf etdiyi bütün tünelləri yaraqlıların başı üzərində dağıdaraq onlara ağır itkilər verməyə məcbur edir.”


Iki terror qrupu arasında qarşıdurma Təkfirçi terrorçular bir-birlərini qırmağa davam edir

Dünən Deyr əz-Zor bölgəsində İŞİD və "Nusra Cəbhəsi" arasında gedən döyüş 54 terrorçunun ölümü ilə nəticələnib. 100 "Nusra Cəbhəsi" terrorçusunu əsir götürən İŞİD, Elbu Kəmal şəhərində xalqın qarşısında edam edib

Netanyahonun ailəsinin rüsvayçılığı bir daha sensasiyaya səbəb oldu

Fələstin torpaqlarını işğal etmiş sionist israil rejimin baş naziri Benyamin Netanyahonun evinin sabiq qulluqçusu Jil İlyaho məhkəməyə şikayət edib.

O, Netanyahonun arvadı Saranın onunla çox pis davrandığını və şəxsiyyətinin alçaldığını bildirib.

Netanyahonun ofisi isə, bir daha xəbəri təkzib edib və belə bir hadisənin baş vermədiyini və bunun baş nazirə qarşı növbəti “qara piar” olduğunu bildirib.

İşğalçı rejimin televiziyası isə xəbər haqda açıqlama verərək bildirib: “Netanyahonun evində işləyən sabiq qulluqçu baş nazirin xanımını məhkəməyə vermək niyyətindədir.”

Sabiq qulluqçi Jil İlyaho verdiyi açıqlamada bildirib: “Netanyahonun xanımı mənimlə olduqca pis və təhqiramiz rəftarlar edib.”

İki il öncə işindən uzaqlaşan xadimə daha sonra deyib: “Netanyahonun evində xidmət göstərən qulluqçular daim qorxu içində yaşayırlar... Mən şəxsiyyətimin alçaldığı üçün bu ailədən 500 min vahid İsrail pulu tələb edirəm.”

Qeyd edək ki, Benyamin Netanyahonun xanımı kobud rəftarlı bir qadın kimi tanınır. 2013-cü ilin 19 mart ayında da Sara Netanyahonun şəxsi cangüdənlərindən biri də Saranın kobud xasiyyətindən irəli gələn təhqiramiz rəftarlarından məhkəməyə şikayətlənmişdir. Habelə sionist rejimində çap olunan qazetlər də öz növbəsində Saranın kobud rəftarlarını daim işıqlandırırlar. Saranın kobud adam olması artıq heç kimə gizli deyil.

Xatırladaq ki, 2010-cu ildə də, Netanyaho ailəsinin qulluqçularından olan qadın xidmətçisi, Saranın təhqiramiz rəftarlarına dözə bilməyərək məhkəməyə şikayət etmişdir.

23 Aprel hərəkatı


23 Aprel hərəkatı ılə tanışlıq:
23 Aprel hərəkatı qeyrətli Azərbaycan xalqının 23 aprel 2012-ci il bazar ertəsi günü geniş və sensasiyalı gecə etirazlarının dəstəkləyicisi olmuşdur və ölkə də baş verən hadisələr və hakimiyyətin qanunsuz işlərinə görə və həmçinin xalqımızın haqqını tələb edən, gənclər vasitəsi ilə yaradılıb.
23Aprel hərəkatı ölkədə öz fəaliyyətini azadlıq ,islahat və bərabər insan hüquqları nail olana qədər davam edəcək.

23 aprel logosı

23 aprel