Blog Arşivi

11 Mayıs 2013 Cumartesi

Azərbaycanda ilin əvvəlindən 40-a yaxın siyasi məhbus meydana çıxıb

Son vaxtlar Azərbaycanda siyasi, vətəndaş fəallarına, jurnalistlərə və öz hüquqlarını müdafiə etmək üçün etiraz aksiyalarında iştirak edən digər şəxslərə qarşı repressiyalar güclənib. Bu barədə Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutunda (RATİ) bu gün keçirilən mətbuat konfransında “Siyasi məhbuslarsız Azərbaycan” ictimai alyansının koordinatoru Oqtay Gülalıyev bildirib.
Onun sözlərinə görə, ilin əvvəllərindən Azərbaycanda 40-a yaxın siyasi məhbus meydana çıxıb. Bu, “Binə” ticarət mərkəzinin sahibkarlarına qarşı etiraz aksiyasının iştirakçıları, İsmayıllı hadisələri ilə əlaqədar həbs edilənlər, o cümlədən ReAl hərəkatının rəhbəri İlqar Məmmədov və Müsavat Partiyasının sədr müavini Tofiq Yaqublu, NİDA hərəkatının fəalları, dindarlardır.
Bundan başqa, hakimiyyət mitinqlərdə iştiraka görə cəzanı 2 ayadək inzibati həbs olaraq sərtləşdirir, İnternetdə diffamasiyaya görə cinayət cəzası müəyyən edir.
Gülalıyev həmçinin hesab edir ki, mayın 7-də qəbul ediləcəyi gözlənilən amnistiya ümidləri doğrultmur. Bu akt siyasi məhbuslar problemini həll etmir. Bundan başqa, İsmayıllı hadisələri ilə bağlı həbs edilənlərin ittihamları ağırlaşdırılıb ki, onlar əfv altına düşməsin, Gülalıyev belə hesab edir.
Müsavat Partiyasının aparat rəhbəri Arif Hacılı qeyd edib ki, hakimiyyət repressiyaları gücləndirir və nüfuza, etibara malik və xalqı arxasınca apara biləcək hər kəsi təcrid etməyə çalışır. “Beləliklə onlar öz hakimiyyətini qorumaq istəyir. Bunun naminə millətin gen fondunu məhv edir. Bir çox istedadlı gənclər Azərbaycanda öz gələcəyini görmədiyi üçün ölkəni tərk edir”, deyə Hacılı bildirib.
Bununla belə, Hacılı hesab edir ki, fəalların həbsləri bütünlükdə cəmiyyəti qorxutmaq məqsədi daşıyır və buna görə cəmiyyət bu repressiyalara qarşı etiraz etməlidir.
Tədbirdə siyasi məhbusların doğmaları da iştirak ediblər.
Belə ki, “Səid Dadaşbəylinin qrupu” üzvlərinin anaları qeyd ediblər ki, onların övladları tamamilə uydurma ittihamla mühakimə edilib. Bu zaman onlar qrup üzvlərinin AŞPA məruzəçisi Kristof Ştrasser tərəfindən siyasi məhbus kimi tanınmasına baxmayaraq, AŞPA-nın bu qətnaməni qəbul etməməsindən təəssüflərini bildiriblər.
Görüş iştirakçılarından biri həyatını təhlükəyə ataraq, Xocalıda həlak olmuş sakinlərin cəsədlərini toplayanlardan biri olan müharibə veteranı Oruc Məmmədovun həbsinin ədalətsiz olduğunu qeyd ediblər. Məmmədov 2003-cü il prezident seçkilərindən sonra etiraz aksiyasında iştiraka görə həbs edilib. Lakin il yarım əvvəl o, yenidən saxta ittihamla həbs edilib və fırıldaqçılıq ittihamı ilə 8,5 il müddətinə azadlıqdan məhrum edilib.
NİDA hərəkatının həbs edilmiş fəalı Zaur Qurbanlının anası Səkinə Qurbanlı bu iş üzrə həbs edilmiş 7 fəalın hamısına qarşı ittihamların əsassız olduğunu qeyd edib. O deyib ki, oğlu ilə qürur duyur və onun həbsindən sonra NİDA hərəkatına üzv olub. Onun fikrincə, hakimiyyət həbslərlə cəmiyyətin ədaləysizliyə və özbaşınalığa qarşı müqavimətini sındıra bilməyəcək.
Müzakirələrin yekunlarına görə, hakimiyyəti bütün siyasi məhbusları azad etməyə çağıran bəyanat qəbul edilib (contact.az).

"Nida" vətəndaş hərəkatına yaxın olan gənc qız


intihar edib. Bu barədə məlumatı Nilufər Məhərrəmovanın dostları facebook-da yazıblar. İntiharın təfərrüatlarına gəlincə, hər şey Nilufər Məhərrəmovanın bloq yazısından sonra başlayıb. O, öz bloqunda "Sivil demokratik ve hüquqi dövlet uğrunda" adlı məqaləsini (http://nilufermeherremovablog.wordpress.com/2013/04/06/sivil-demokratik-ve-huquqi-dovlet-ugrunda) paylaşıb. Bundan sonra gənc qıza təzyiqlər başlayıb. Hətta, onun polis əməkdaşları tərəfindən döyüldüyü barədə iddialar da var. Nəticədə, Nilufərin evdə anası ilə mübahisəsi yaranıb. Mübahisədən dərhal sonra isə qız özünü altıncı mərtəbədən atıb. Mingəçevir şəhər Prokurorluğundan APA-ya verilən məlumata görə, hadisə mayın 7-dən 8-nə keçən gecə qeydə alınıb. Şəhər sakini, 20 yaşlı Nilufər Aqşin qızı Məhərrəmova özünü yaşadığı binanın 6-cı mərtəbəsindən atıb. O, aldığı xəsarətdən hadisə yerindəcə keçinib. İntiharın səbəbləri məlum deyil. Faktla bağlı araşdırma aparılır.
20 yaşlı Nilufər Məhərrəmovanın ailədə problemi olub. Bu barədə Mingəçevir şəhər polis bölməsindən ANS PRESS-ə məlumat verilib. İlkin araşdırmalar zamanı onun özünü pəncərədən atmamışdan əvvəl evdə valideynləri ilə mübahisə etdiyi deyilir. Nilufərin anası qızını danlayıb. Sonradan isə qız intihar edib. “Yeni Müsavat” əməkdaşı N.Məhərrəmovanın bloqunda yer alan yazının ona məxsus olmadığını aydınlaşdırıb. Ümumiyyətlə N.Məhərrəmovanın bloqunda 2 yazı var.
"Sivil demokratik ve hüquqi dövlet uğrunda" adlı yazı 24 iyun 2009-cu ildə Günaz.tv saytında (http://www.gunaz.tv/index.php?id=4&;sID=539&lang=1&action=results&poll_ident=5) Hikmət İbrahimoğlu Allahverdiyev (Kəngərli) imzası ilə yer alıb.
N.Məhərrəmovanın bloqundakı 2-ci yazı isə “Azərbaycanda ictimai fikrin süni formalaşdırıması” adlanır. Həmin yazı bu bloqda yerləşdirilməzdən əvvəl - 24 noyabr 2012-ci ildə facebook sosial şəbəkəsində “Demokratiya TV” adlı istifadəçinin (https://www.facebook.com/pages/Demokratiya-TV/380319905311414) səhifəsində yer alıb. Hazırda həmin yazı istifadəçinin saytındadır. Bundan başqa bu yazını digər 2 facebook istifadəçisi də paylaşıb və sonradan sosial şəbəkədəki divarlarından naməlum səbəbdən siliblər.
Tamamilə mümkündür ki, yazını silən istifadəçilər bunu hansısa təzyiqlərin qarşılığında ediblər. Bu məlumatlar N.Məhərrəmovanın yazmadığı yazılara görə intihar etməsi haqda iddiaların heç də əsassız olmadığını deməyə əsas verir. Onun Mingəçevir şəhərindəki parkda polis zorakılığına məruz qalması haqda məlumatlar da yayılan iddianı bir qədər də gücləndirir.
N.Məhərrəmovanın təhsil aldığı Mingəçevir Politexnik İnstitunun tələbələrindən biri adının çəkilməməsi şərti ilə “Yeni Müsavat”a bunları deyib: “Nilufər institutun fəal tələbələrindən idi. O, institutun “Piratlar” adlanan komandasında çıxışlar edir, tədbirlərdə fəal iştirak edirdi.
Bu videoda N.Məhərrəmova “O olmasın bu olsun” tamaşasında ərə getmək istəyən qızın anası rolunu ifa edir
Bu günlərdə institutda baş tutacaq tədbirə qatılmaqdan demonstrativ imtina etdi. Bundan sonra onu rektorluğa çağırmışdılar. İnstitutda danışırlar ki, onu polisə də aparıblar, güclü təzyiq göstəriblər, hətta döyüblər də. Bundan sonra evə qayıdıb, evdə də onu danlayıblar. Bundan sonra Nilufər intihar edib”.
Digər bir tələbə isə N.Məhərrəmovanın intihardan əvvəl özünü öldürməyə cəhd etdiyini də söylədi: “Nilufər 3-cü kursda oxuyur. O institutdakı tədbirə getmək istəməmişdi. Buna görə Mingəçevir Təhsil Şöbəsində işləyən əmisi Leysana irad bildirilmişdi, Nilufərin ailəsində söz-söhbət olmuşdu. Bundan sonra Nilufər özünü Kür çayına atmaq istəmişdi. Onu tələbə yoldaşları fikrindən daşındırmışdılar. Özünü pəncərədən atmazdan əvvəl facebook səhifəsindəki bütün fotolarını da silib”.
Həmsöhbətimiz bildirdi ki, N.Məhərrəmova liberal baxışları ilə tələbələrin bir çoxundan fərqlənib: “Müəllimlərin bəziləri onu fikirlərinə, davranışlarına görə danlayırdılar. Nilufər deyirdi ki, mühit onu sıxır. Onu polisə aparanda da deyiblər ki, şəhərə yeni dəb gətirmə. Bloqundakı yazıları da irad tutublar. Yəni onu fikirlərinə görə çox sıxırdılar, hər addımda təzyiq göstərirdilər”.  
Rayondakı mənbələrimizdən aldığımız məlumata görə N.Məhərrəmovanın atası Rusiyada işləyir. Mingəçevirdə olduğu vaxtlarda da şəxsi avtomobili ilə taksi xidməti göstərməklə ailəsini dolandırır: “Nilufərin bir qardaşı var. O, ötən il Mingəçevir Politexnik İnstituna daxil ola bilmədi. Hazırda hərbi xidmətdədir”.
Mənbəmiz deyib ki, N.Məhərrəmovanın intiharından sonra onların Mingəçevirin Moqamayev küçəsindəki evlərinin qarşısına polis postu qoyulub: “Yas məclisində iştirak edənlərin heç biri Nilufərin intiharının səbəbi haqda danışmaq istəmir. Deyilənə görə əmisi Leysan hər kəsə ölümün səbəbi haqda danışmamağı tapşırıb. Nilufərin polisdə döyülməsini gizlətmək istəyirlər. Buna görə də ona qara yaxmaqdan çəkinmirlər. Xəbər yayırlar ki, güya Nilufərin psixi problemləri olub”.     
Nilufər Məhərrəmovanın dayısı Leysan Yusubov isə "Azadlıq" radiosuna qızın intihar etmədiyini deyib. Bildirib ki, hadisədən az əvvəl anası ilə mərhumun yüngül mübahisəsi olub. Buna görə balkonda ağlayan qız birdən huşunu itirib və balkondan yıxılıb.
Leysan Yusubov Nilufər Məhərrəmovanın bir il öncə evdən qaçması haqda deyilənləri də təsdiqləyib. Həmçinin onun dini sektalardan birinin üzvü olduğunu söyləyib.
Nilufər Məhərrəmovanın son bloq yazısından sonra təzyiqlərə məruz qalması və hətta polisə çağırılaraq döyülməsi haqda mətbuatın yazdıqları ilə bağlı sualı isə Leysan Usubov cavablandırmayıb. O, sualdan sonra telefonu söndürüb və bir daha zənglərə cavab verməyib.
Mingəçevir Polis İdarəsinin rəisi Ələsgər Bədəlov mərhumun polis tərəfindən təzyiqə məruz qalması haqda söylənənləri təkzib edib. O deyib ki, həmin qızın gənc fəal və ya bloqqer olmasından xəbərsizdirlər. Mərhumun ailəsi barədə bunları bildirib: «Atası xəstədir, anası tibb bacısı. Adi ailədir. Nə ailə, nə qız heç nəylə diqqət çəkməyiblər».
Mingəçevir şəhər Prokurorluğundan isə deyiblər ki, onlar qızın ölüm şəraitini araşdırırlar. Ona təzyiq  edilməsi haqda deyilənlərdən xəbərsizdirlər. Şəhər Prokurorluğunun məlumatına görə, mayın 7-də gecə saatlarında şəhər sakini, 20 yaşlı Nilufər Aqşin qızı Məhərrəmova özünü yaşadığı binanın 6-cı mərtəbəsindən atıb. O, aldığı xəsarətdən hadisə yerindəcə keçinib.

23 Aprel hərəkatı


23 Aprel hərəkatı ılə tanışlıq:
23 Aprel hərəkatı qeyrətli Azərbaycan xalqının 23 aprel 2012-ci il bazar ertəsi günü geniş və sensasiyalı gecə etirazlarının dəstəkləyicisi olmuşdur və ölkə də baş verən hadisələr və hakimiyyətin qanunsuz işlərinə görə və həmçinin xalqımızın haqqını tələb edən, gənclər vasitəsi ilə yaradılıb.
23Aprel hərəkatı ölkədə öz fəaliyyətini azadlıq ,islahat və bərabər insan hüquqları nail olana qədər davam edəcək.

23 aprel logosı

23 aprel