Əlaqə
Popüler Yayınlar
- ""Ziyalılar Forumu"nun (ZF) "El" hərəkatı ilə əlaqəsi yoxdur"
- İslami dəyərlərə üstünlük verən Az. Re-da 2014-cü ilin birinci rübündə uşaqlara qoyulmuş ən populyar 14 ad
- İlhaam Əliyev həmişə kütləvi görüşlərdən çəkinir ...
- Şeytan Toruna Düşmüş Yazıqlar: 4 nəfər İngiltərəli azyaşlı pozğunun Suriyada “Nikah Cihadı”
8 Mart 2014 Cumartesi
“Sovetski” sakinləri sabah etiraz aksiyası keçirəcək
Evlərinin sökülməsi müqabilində hökumətin təklif etdiyi hər kvadrat
metrə 1500 manatlıq kompensasiyanın azlığından narazı olan “Sovetski”
sakinləri martın 9-da yenidən etiraz aksiyası keçirəcəklər.
Bu barədə “Azadlıq”a məlumat verən sakinlər bildirib ki, onların
martın 8-nə təyin etdiyi aksiya təxirə salınıb, daha doğrusu, bir gün
ertələnib.
Mülkləri söküləcək vətəndaşlar bir daha bəyan edib ki, mülkiyyət
hüquqlarının müdafiəsi uğrunda sonadək mübarizə aparacaqlar: “Bizə ya
bazar qiymətlərinə uyğun kompensasiya verilsin, ya da mənzillərimizin
sahəsinə uyğun evlə təmin etsinlər. Başqa cür mümkün deyil”.
Dünya qadına qarşı
Beynəlxalq Amnistiya Təşkilatın hesabatına əsasən qadınların ölüm və
əlillik hallarında ağır xəstəliklər və qəzalardan çox ailədəki
amansızlıq rol oynayır. Hesabatda 16-44 yaşında qadınlar nəzərdə
tutulur.
Ailədə amansızlıq qurbanları arasında 90 faiz qadınların, 10 faiz kişilərin payına düşür.
İntihara əl atan qadınların sayı bu yolu seçən kişilərin sayından iki
qat artıqdır. Subay qadınlar subay kişilərdən az, evli qadınlar evli
kişilərdən çox intihar yolunu seçir.
Dünyada hər 18 saniyədə bir qadın ölür.
Dünya səhiyyə təşkilatının hesabatına əsasən hər 18 saniyədə bir qadın təcavüzə məruz qalır.
Dünyanın müxtəlif ölkələrində aparılan sorğuya əsasən 50 faizədək
aləli qadınlar həyat yoldaşları tərəfindən fiziki zorakılığa məruz
qalır. Bu 50 faizin üçdə biri həm də...
Elnur Aslanov və Rəbiyyət Aslanova haqda inanılmaz iddialar
Ana-oğul
aslanovlara qarşı ciddi ittihamlar irəli sürüldü: Türkiyə MİT-i
Bakıdakı “gizli texnoloqlar”la birləşib; nurçu qalmaqalı daxili siyasətə
daşınır; hər iddia bir suç, bir cinayət...
Prezident
Administrasiyasında məsul vəzifə tutan və təriqətçi olduqları iddia
edilən vəzifəli məmurlarla bağlı qalmaqal davam edir. Martın ilk həftəsi
hakimiyyət daxilinə sızmasından danışılan bu qrupun və onlara qarşı
ifşa kampaniyası aparan gizli texnoloqların virtual savaşının daha da
şiddətlənməsi ilə yadda qalıb.
“Gizli texnoloqlar” deyilən qrupun ifşa kampaniyasında əsas hədəf hələ də Azərbaycan əsilli nurçulardır.
Prezident Administrasiyasının olduqca əhəmiyyətli postlarını tutan
Elnur Aslanov (Prezident Administrasiyasının Siyasi təhlil və
informasiya təminatı şöbəsinin müdiri), Fərhad Məmmədov (Prezident
yanında Strateji Araşdırmalar Mərkəzinin rəhbəri) və onların
himayəsində olan digərləri barədə heyrətamiz dərəcədə özəl, lakin
həqiqət olub-olmadığı təsdiqlənməyən məlumatlar yayan qrup yeni
sənədlər, gizli məktublar, hətta səs yazısı da faş edib. Diqqətçəkən
məqam isə budur ki,...
Kaydol:
Kayıtlar (Atom)
23 Aprel hərəkatı
23 Aprel hərəkatı ılə tanışlıq:
23 Aprel hərəkatı qeyrətli Azərbaycan xalqının 23 aprel 2012-ci il bazar ertəsi günü geniş və sensasiyalı gecə etirazlarının dəstəkləyicisi olmuşdur və ölkə də baş verən hadisələr və hakimiyyətin qanunsuz işlərinə görə və həmçinin xalqımızın haqqını tələb edən, gənclər vasitəsi ilə yaradılıb.
23Aprel hərəkatı ölkədə öz fəaliyyətini azadlıq ,islahat və bərabər insan hüquqları nail olana qədər davam edəcək.