Blog Arşivi

28 Nisan 2013 Pazar

23 Aprel hərakatının il dönümü

Artıq bir il dir ki,23 Aprel hərəkatı ölkəmiz də baş verən hadisələrdə və qanunsuzluk hakimiyyət tərəfində və həmçinin xalqımızın haqqını tələb edən gənclər vasitəsi ilə yaradılıb.
23Aprel hərəkatı öz fəaliyyətini azadlıq ,islahat və bərabər insan hüquqları ölkədə nail olana qədər davam edəcək.

Neft Fondu 570 milyon dollar itirib



Bu ilin yanvar-mart ayları ərzində Azərbaycan Dövlət Neft Fondunun (ARDNF) büdcə gəlirləri 3 523,4 mln. manat, büdcə xərcləri isə 2 929,6 mln. manat təşkil edib.

ARDNF-in yaydığı məlumata görə, I rübdə Fondun neft və qaz sazişlərinin həyata keçirilməsi ilə bağlı gəlirləri 3 413 mln. manat, o cümlədən mənfəət neftinin və qazın satışından 3 410,7 mln manat, tranzit gəlirləri 2,1 mln. manat, bonus ödənişləri 0,2 mln. manat, xarici sərmayəçilər tərəfindən təhvil verilmiş aktivlərdən 0,01 mln. manat təşkil edib.

«APA-Economics»in məlumatına görə, hesabat dövründə Neft Fondunun vəsaitlərinin idarə olunmasından əldə olunan gəlirlər 110,4 mln. manata bərabər olub.

Fondun 2013-cü il büdcəsinin icrası çərçivəsində 2 840,4 mln. manat vəsait dövlət büdcəsinə transfert edilib. Qaçqın və məcburi köçkün ailələrinin məskunlaşdırılması və sosial-məişət vəziyyətinin yaxşılaşdırılması üzrə tədbirlərin həyata keçirilməsinə 49,3 mln. manat, Samur-Abşeron suvarma sisteminin yenidən qurulmasına 27,2 mln. manat vəsait ayrılıb. «Bakı-Tbilisi-Qars yeni dəmir yolu» layihəsinin maliyyələşdirilməsinə ARDNF-dan 1,1 mln. manat vəsait ayrılıb, 3,8 mln. manat vəsait «2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı»nın maliyyələşdirilməsinə yönəldilib. Bu ilin I rübündə Neft Fondunun idarə edilməsi ilə bağlı xərcləri 7,8 mln. manat təşkil edib.

Valyuta məzənnələrinin dəyişməsindən yaranan fərq ilə bağlı Fondun büdcədənkənar xərcləri 446,8 mln. manat (təxminən 570 mln. dollar) təşkil edib.

Aprelin 1-nə Fondun aktivləri 2013-cü ilin əvvəlinə nisbətən 0,6% artaraq 34 325,7 mln. ABŞ dollarına çatıb. Ötən ilin I rübündən etibarən Neft Fondu qızılın alınmasına başlayıb və 1 aprel 2013-cü il tarixinə Fond tərəfindən alınmış qızılın miqdarı 18 356 kq (590 146 troya unsiyası) təşkil edib.

Hökumət gələcək nəsillərin pulunu xərcləyir



Azərbaycan neft ixracatından 84 milyarddan çox gəlir əldə edib

İqtisadi Tədqiqatlar Mərkəzi ABŞ-ın Gəlirlərə Nəzarət Institutunun dəstəyi ilə “Azərbaycanda və Qazaxıstanda neft gəlirlərinin idarəedilməsi” mövzusunda apardığı tədqiqatların müzakirəsini davam etdirir. Akademik dairələrdə və universitetlərdə aparılan müzakirələrin budəfəki ünvanı Azərbaycan Universiteti olub.
Universitetin rektoru Eldar Qəhrəmanov bildirib ki, bu müzakiərlər “Neft-qaz gəlirlərinin uzunmüddətli dövrdə idarəolunması strategiyası”nın və “Azərbaycan 2020: gələcəyə baxış” Konsepsiyasının icrasına töhfə vermək məqsədi daşıyır.
Daha sonra layihənin rəhbəri, Iqtisadi Tədqiqatlar Mərkəzi Idarə Heyətinin üzvü Qubad Ibadoğlu araşdırmanın nəticələrini təqdim edib. O bildirib ki, bu ilə qədər Azərbaycan “Əsrin müqaviləsi” və digər müqavilələrin reallaşması nəticəsində 84 milyard dollar vəsait əldə edib ki, onun da 60 faizi - 50 milyard dolları artıq xərclənib. Cari ildə daha 14 milyard dolların xərclənəcəyini qeyd edən Q.Ibadoğlunun sözlərinə görə, rəsmi hesablamalar 2024-cü ilədək 1 barelin orta hesabla 80 dollar olacağı halda Azərbaycanın 145,3 milyard dollar neft və qaz gəlirləri əldə edəcəyini göstərir. Bu il ərzində bütün müqavilələr üzrə müxtəlif ssenarilər (1 barelin 80, 90 və 100 dollar) əsasında aparılmış rəsmi hesablamalara görə, ölkənin minimum 11 milyard, maksimum isə 15 milyard dollaradək gəlir əldə ediləcəyi gözlənilir.
Diqqəti neft gəlirlərinin xərclənməsi problemlərinə çəkən Q.Ibadoğlu bu istiqamətdə institutların yaradılmasını, qaydaların olmasını və onlara əməl edilməsini vacib hesab edib: “Neft-qaz gəlirlərinin uzunmüddətli dövrdə idarəolunması Strategiyası”nda pik dövründə gəlirlərin ən azı 25 faizinin gələcək nəsillər üçün yığıma göndərilməsi nəzərdə tutulsa da, ötən il əldə edilmiş gəlirlərin faktiki olaraq 78 faizi xərclənib".
Ekspertin fikrincə, çox xərclənmənin gələcəkdə daha çox borclanmaya gətirəcəyini nəzərə alaraq gəlirlərin idarə olunması və xərclənməsi qaydalarında neft gəlirlərinin xərclənməsinə limit tətbiq olunması məqsəduyğundur. Bu istiqamətdə ABŞ-ın Gəlirlərə Nəzarət Institutunun ekspertləri ilə birgə apardıqları hesablamalardan danışan Q.Ibadoğlu onun nəticələrinin yaxın zamanlarda açıqlanacağını elan edib. Müzakirələrdə Azərbaycan Universitetinin professor-müəllim heyəti fəal iştirak edərək səmərəli təkliflərlə çıxış ediblər.
Neft gəlirlərindən istifadənin səmərəliliyinin artırılması sahəsində müzakirələr bundan əvvəl Qafqaz və Xəzər universitetlərində aparılmışdı.

Naxçıvanda qətlə yetirilən zabitlə bağlı yeni məlumatlar


 

Naxçıvanda yerləşən N saylı hərbi hissədə əsgər Rəfail Şahverdiyev tərəfindən qətlə yetirilən zabit Elşən Məmmədovun aprelin 22-də 3 mərasimi olub. “Azadlıq”a daxil olan məlumatda o da bildirilir ki, Elşən Məmmədov Baş Prokurorluğun Ağır Cinayətlərə Dair Istintaq Idarəsinin sabiq rəisi Tahir Kazımovun bacısı oğludur.
Elşən Məmmədovun özünə gəlincə, məlumatlara görə, o 2002-ci ildə Cəmşid Naxçıvanski adına hərbi litseyə qəbul olunub.
2005-ci ildə hərbi listeyi əla qiymətlərlə bitirən Elşən Məmmədov ali hərbi məktəbə qəbul olunub. Kursant yoldaşları arasında böyük nüfuzu olan Elşən Məmmədov qısa müddətdə tağım komandirinin müavini təyin edilib. Tədris və təlimdə fərqləndiyinə görə 2007-ci ildə Izmirdə Türkiyə Silahlı Qüvvələrinin təlimlərində iştirak edib. Elşən Məmmədovun qardaşı da hərbi xidmətini zabit kimi ön cəbhədə Qazaxda keçib.
Xatırladaq ki, əsgər Rəfail Şahverdiyev Elşən Məmmədovu yatdığı yerdə güllələyib. Faktla bağlı Naxçıvan Hərbi Prokurorluğunda Cinayət Məcəlləsinin 120.2.4 (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə) və 120.2.9-cu (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı öldürmə) maddələri ilə cinayət işi başlanıb.

Narazısan? Demək, narkomansan!!!



Azərbaycanda tanınmış demirəm, hər bir adi, sıravi insanın vicdanını ağrıdacaq, onu bütün gecəni yatmağa qoymayacaq külli miqdarda biabırçı hadisə baş verir. Özü də demək olar ki, hər gün…
Agentliklərin informasiya toplusundan siyasətlə heç bir əlaqəsi olmayan və demək olar ki, təsadüfən seçdiyim bir xəbəri misal kimi gətirmək istəyirəm.
Yanvarın 14-də Lənkəranda övladının müəllim tərəfindən döyülməsi ilə bağlı “Bizim Yol” qəzetinə müraciət edən və qəzetdə şikayəti işıqlandırılan valideyn Şahin Ağayev fevralın 6-da həbs edilib. Bu barədə TURAN informasiya agentliyi xəbər verir. Ailə üzvlərinin məlumatına görə, səhər tezdən Lənkəran şəhərindəki evlərinə basqın edilib. Qapı və pəncərəsi sındırıldıqdan sonra evə daxil olan üzü maskalılar Ş.Ağayevi övladlarının gözü önündəcə döyərək, əl-qolunu bağlayıb aparıblar. Evdə axtarış aparılsa da, heç nə tapılmayıb.
Ailə üzvləri baş verənlərin mətbuatda və sosial şəbəkələrdə yayılan videoçarxla bağlı olduğunu güman edirlər, çünki videoçarxda adı çəkilən məktəbin direktoru ailəni əməlinə görə cəzalandıracağına söz verib. Onun yaxın qohumunun isə Narkotiklərlə Mübarizə İdarəsinin cənub Regional Şöbəsində işlədiyi bildirilir.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin əməkdaşı Orxan Mansurzadə Ş.Ağayevin barəsində Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə cinayət işi açıldığını və onun 7,6 qram marixuananı satarkən həbs edildiyini bildirib. Ş.Ağayevin marixuana satmaq istədiyi şəxsin də məsuliyyətə cəlb edilməsi üçün tədbirin görüldüyünü deyib. O.Mansurzadə həmçinin Ş.Ağayevin yayılmış videoçarxla bağlı həbs olunmadığını qeyd edib.
Qeyd edək ki, yanvarın 14-də Lənkəran şəhər 8 saylı orta məktəbdə Vüsalə adlı müəllimənin 6-cı sinif şagirdi Arzu Ağayevanı döyməsi ilə bağlı şagirdin özü və atası Şahin Ağayev “Bizim Yol” qəzetinə müsahibə veriblər. Ş.Ağayev videoçıxışında bildirib ki, müəllimin şilləsi nəticəsində qızının qulaq pərdəsi partlayib, sırğası itib. Məktəb direktoru isə bildirib ki, Vüsalə müəllimə tənbeh edilib.
Özünün deyil, başqasının uşağını döyən, onun qulaq pərdəsini partladan Vüsalə müəllimə üçün ən böyük cəza yalnız tənbeh ola bilər. Doğma qızının müdafiəsinə qalxmış ata isə, sözsüz ki, həbsə girməlidir, çünki bizdə kiçikdən böyüyə qədər bütün “narazılar” nəticədə “narkoman” çıxır. Özü də narazılığın səbəbindən asılı olmayaraq…

23 Aprel hərəkatı


23 Aprel hərəkatı ılə tanışlıq:
23 Aprel hərəkatı qeyrətli Azərbaycan xalqının 23 aprel 2012-ci il bazar ertəsi günü geniş və sensasiyalı gecə etirazlarının dəstəkləyicisi olmuşdur və ölkə də baş verən hadisələr və hakimiyyətin qanunsuz işlərinə görə və həmçinin xalqımızın haqqını tələb edən, gənclər vasitəsi ilə yaradılıb.
23Aprel hərəkatı ölkədə öz fəaliyyətini azadlıq ,islahat və bərabər insan hüquqları nail olana qədər davam edəcək.

23 aprel logosı

23 aprel