Blog Arşivi

26 Şubat 2014 Çarşamba

Türkiyədə bələdiyyə binasının qarşısında erməni dilində yazı

Türkiyənin Diyarbəkir vilayətinin Sur mahalında erməni dilinə böyük sevgini özündə əks etdirən addım atılıb. Mahalın girişində və bələdiyyə binasının qarşısında erməni dilində sözlər yazılıb.

Sur bələdiyyə binasının qarşısında türk, kürd, ərəb dilləri ilə yanaşı, erməni dilində də yazı yerləşdirilib. Bundan əlavə mahalın girişində olan "Xoş gəlmisiniz" ifadəsi də işğalçı ölkənin dilinə tərcümə edilib.

Qeyri-ənənəvi təriqətlərə qoşulan məmur və məmur övladları

  




“Məmur övladlarının qeyri-ənənəvi dini təriqətlərə qoşulması ilə bağlı o qədər də çox söz eşitməmişəm. Lakin hərdən bir məlumatlar da olur. Belə ki, Hacıbala Abutalıbovun və digər məmur övladlarının qeyri-ənənəvi təriqətlərə qoşulması ilə bağlı məlumatlar mövcuddur.” 
 
Bu sözləri  politoloq Arif Yunus məmur övladlarının qeyri-ənənəvi dini təriqətlərə qoşulması ilə bağlı səsləndirilən fikirlərə münasibət bildirərkən qeyd edib. 
 
Müsahibin sözlərinə görə, sözügedən proses məmur övladları arasında o qədər də geniş miqyas almayıb: ”Real proseslə, mətbuatda yayılan məlumatlar arasında kifayət qədər fərq var. Düşünmürəm ki, bu sahədə elə də ciddi problemlər mövcuddur. Hansısa məmur övladının sələfi və ya digər cərəyanların ideologiyasını qəbul etməsi ölkədə islamın durumu ilə bağlı elə də ciddi faktor rolunu oynamır. “
 
Hakimiyyətdə təmsil edilən nurçularla bağlı da açıqlama verən ekspert bildirdi ki, bununla əlaqədar millət vəkili Fazil Mustafa və digər şəxslərin adlarını hallandırırlar: 
 
“Hakimiyyət daxilində nurçu təriqətinə aid şəxslərin olması istisna edilmir. Lakin fakt lazım gəldikdə isə, bir qədər çətin olur.”


Xocalı soyqırımından 22 il ötür

Bu gün Xocalı soyqırımının 21-ci ildönümüdür. Məhz bu gün Xocalının adı məhv olmuş şəhərlər siyahısına düşüb. 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni silahlı dəstələri Xankəndində yerləşdirilmiş 366-cı motoatıcı alayının zirehli texnikası və hərbi heyətinin dəstəyi ilə Xocalı şəhərinə hücum edib.

Qeyd edək ki, hücumdan əvvəl fevralın 25-i axşamdan etibarən şəhər toplardan və ağır zirehli texnikadan şiddətli atəşə tutulmağa başlanılıb. Şəhərin müdafiə sistemini dağıdan düşmən gecə yarısı Xocalıya girib...

23 Aprel hərəkatı


23 Aprel hərəkatı ılə tanışlıq:
23 Aprel hərəkatı qeyrətli Azərbaycan xalqının 23 aprel 2012-ci il bazar ertəsi günü geniş və sensasiyalı gecə etirazlarının dəstəkləyicisi olmuşdur və ölkə də baş verən hadisələr və hakimiyyətin qanunsuz işlərinə görə və həmçinin xalqımızın haqqını tələb edən, gənclər vasitəsi ilə yaradılıb.
23Aprel hərəkatı ölkədə öz fəaliyyətini azadlıq ,islahat və bərabər insan hüquqları nail olana qədər davam edəcək.

23 aprel logosı

23 aprel