Blog Arşivi

2 Şubat 2014 Pazar

Azərbaycanda elektrik enerjisinin qiyməti qalxdı


Fevralın 1-dən etibarən ölkədə elektrik enerjisinin qiyməti bahalaşacaq. Bu barədə "Akkord” Şirkətlər Qrupunun inşa etdiyi Abşeron Gənclər Şəhərciyinin administrasiyası tərəfindən şəhərciyin sakinlərinə xəbərdarlıq edilib. Sakinlərdən redaksiyamıza daxil olan məlumata görə, onlara bildirilib ki, fevral ayının 1-dən etibarən elektrik enerjisində yeni tariflər tətbiq olunacaq və artıq sakinlər elektrik enerjisinin 1 kv/saatını 6 qəpikdən deyil, 10 qəpikdən ödəməli olacaqlar. Yəni birdən-birə təxminən benzinin qiymətində olduğu kimi, 70 faizə yaxın artım baş verəcək. Hətta, bundan əndişəyə düşən sakinlər gələn ay sərf edəcəkləri elektrik enerjisinin ödənişini də bəri başdan ödəməyə başlayıblar ki, təxminən 70 faiz qabağa düşsünlər.

AXCP Müsavatın təklifini rədd edib

“Siyasi partiyaların əsas vəzifəsi seçkilərə hazırlaşmaqdır. Biz həm ölkədəki siyasi vəziyyəti, həm də partiya strukturlarında durumu araşdırırıq. Bələdiyyə seçkilərində iştirak edib-etməməklə bağlı qərarımız bu araşdırma başa çatdıqdan sonra məlum olacaq”.

Silahlı Qüvvələr ötən ay 7 nəfər itirib

“Doktrina” Jurnalistlərin Hərbi Araşdırmalar Mərkəzinin məlumatına görə, 2014-cü ilin ilk ayında Azərbaycanın təhlükəsizlik və müdafiə sektoru 7 nəfər itirib. İtkilərin 2-si döyüş, 5-i qeyri-döyüş itkiləridir. 1 nəfər xəstəlikdən dünyasını dəyişib. 4 nəfər intihar edib.

Dünyasını dəyişənlərin 6-sı Müdafiə Nazirliyinin, 1-i Ədliyyə Nazirliyinin hərbi qulluqçusu olub.

Baş nazirin müavini: “Azərbaycan müharibəyə hazırdır”

“Azərbaycan müharibəyə hazırdır. Eyni zamanda ermənilərin təxribatları əsasında atəşkəslə bağlı baş verən hadisələr və onların nəticələri də Azərbaycanın müharibəyə hazırlığının yüksək səviyyədə olduğundan xəbər verir”.

“Qarabağda müharibə niyə də indi başlamasın...”

Rusiyalı nüfuzlu ekspert hesab edir ki, Bakının savaş qərarı Kremli olduqca çətin duruma sala, onun reputasiyasına sarsıdıcı zərbə vura bilər...
Qarabağda təmas xətti boyunca, həmçinin Ermənistan-Azərbaycan sərhədində yaşanan gərginlik yeni müharibə ehtimalını təzədən gündəmə gətirib. Əslində məsələ heç cəbhədə vaxtaşırı gərginliklərin özünü qabarıq şəkildə göstərməsində də deyil. Ondadır ki, Dağlıq Qarabağ probleminin dinc həll yolu tapılmayınca, danışıqlara, Minsk Qrupuna inam-etimad sıfıra yaxınlaşdıqca, hərbi əməliyyatların bərpası ehtimalı da öz aktuallığını saxlayacaq.

23 Aprel hərəkatı


23 Aprel hərəkatı ılə tanışlıq:
23 Aprel hərəkatı qeyrətli Azərbaycan xalqının 23 aprel 2012-ci il bazar ertəsi günü geniş və sensasiyalı gecə etirazlarının dəstəkləyicisi olmuşdur və ölkə də baş verən hadisələr və hakimiyyətin qanunsuz işlərinə görə və həmçinin xalqımızın haqqını tələb edən, gənclər vasitəsi ilə yaradılıb.
23Aprel hərəkatı ölkədə öz fəaliyyətini azadlıq ,islahat və bərabər insan hüquqları nail olana qədər davam edəcək.

23 aprel logosı

23 aprel