Blog Arşivi

5 Mart 2014 Çarşamba

AXCP-yə qarşı qərargah təxribatına ictimai etiraz

“Hakimiyyət artıq terror dililə danışır”; “Belə siyasi mübarizə olmaz”; “Mülk sahibinin dedikləri araşdırma üçün əsasdır”…
AXCP-nin Nərimanov rayonunda yerləşən qərargahında baş verən müəmmalı partlayışdan sonra bina söküldü. Səbəb kimi partlayışdan sonra binanın qəzalı olduğu bəhanəsi gətirildi. Nəticədə AXCP partiya üzvlərinin ianələri hesabına icarəyə götürüldüyü qərargahdan məhrum edildi. Amma baş verənlərdə diqqət çəkən daha bir məqam AXCP-yə icarəyə verilən binanın sahibi Azər Əsgərovun mətbuata açıqladığı faktlardır. A.Əsgərov dünən hadisə yerində bəyan edib ki, binanı fövqəladə hallar naziri Kəmaləddin Heydərov partlatdırıb. Sahibkar deyib ki, ona Heydərovun adından AXCP-ni binadan çıxarmalı olduğu, yoxsa binanın yana, yaxud partlaya biləcəyi barədə xəbərdalıq edilmişdi. A.Əsgərov dediklərini təsdiqləyən audi-diskləri də jurnalistlərə paylayıb.
Fikrini öyrəndiyimiz ictimaiyyət nümayəndələri AXCP-nin qərargahı ilə bağlı baş verənləri həm hakimiyyətin bu partiyaya qarşı düşmən münasibəti, həm də konkret cinayət əməli kimi şərh ediblər.

Cəmil Həsənli: «Bu dövlət orqanlarının müxalif siyasi partiyaya qarşı bir terror aktıdır»
Milli Şuranın sədri Cəmil Həsənli bildirdi ki, partlayış baş verən gün Milli Şura hadisənin məqsədyönlü şəkildə törədildiyini bəyan etmişdi: «Biz bəyanatımızda qeyd etmişdik ki, AXCP-nin qərargahının zirzəmisindəki partlayışdan sonra növbəti addım partiyanı binadan çıxartmaq olacaq. Elə partlayış da məhz bu məqsədlə törədilib. Partlayış hakimiyyət orqanları tərəfindən məqsədyönlü şəkildə təşkil olunub. Bu dövlət orqanlarının müxalif siyasi partiyaya qarşı bir terror aktıdır. Təəssüf ki,...

Yenə ofissiz qalan partiya baş verənləri siyasi terror adlandırdı

Martın 4-də AXCP bir gün əvvəl zirzəmisində partlayış baş verən qərargahından çıxarılıb. Səhər saatlarından qərargah boşaldılmağa başlayıb. Əraziyə Çevik Polis Alayının qüvvələri gətirilib. AXCP üzvlərinin qərargahı boşaltmaqdan imtina etməsi isə gərginliyə səbəb olub. Nərimanov Rayon İcra Hakimiyyətinin nümayəndələri AXCP-yə binanın qəzalı oduğunu bildiriblər. Nərimanov Rayon İcra Hakimiyyəti başçısının müavini Şahmar İbadov bildirib ki, hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin və Nərimanov Rayon İcra Hakimiyyətinin əməkdaşları gəlib, müvafiq araşdırmalar aparılıb.



Ş. İbadov qeyd edib ki, FHN-in Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi tərəfindən rayon icra hakimiyyətinə telefonoqram daxil olub. Daxil olan telefonoqramda qeyd olunan binanın yararsız vəziyyətə düşməsi səbəbindən ərazidə olan yaşayış və qeyri-yaşayış sahələrinin boşaldılması tapşırılıb: “Nərimanov Rayon İcra Hakimiyyəti başçısının sərəncamı ilə qeyd olunan ərazidə yaşayan üç ailə köçürülür, həmin ailələrə üç aylıq kirayə pulu ödəniləcək. Həmin ailələr dövlət tərəfindən tikilən binalarda mənzillə təmin ediləcək”.

İcra  başçısının müavini deyib ki,...

23 Aprel hərəkatı


23 Aprel hərəkatı ılə tanışlıq:
23 Aprel hərəkatı qeyrətli Azərbaycan xalqının 23 aprel 2012-ci il bazar ertəsi günü geniş və sensasiyalı gecə etirazlarının dəstəkləyicisi olmuşdur və ölkə də baş verən hadisələr və hakimiyyətin qanunsuz işlərinə görə və həmçinin xalqımızın haqqını tələb edən, gənclər vasitəsi ilə yaradılıb.
23Aprel hərəkatı ölkədə öz fəaliyyətini azadlıq ,islahat və bərabər insan hüquqları nail olana qədər davam edəcək.

23 aprel logosı

23 aprel