Blog Arşivi

1 Eylül 2013 Pazar

Seçki ərəfəsi bahalaşma başlayıb


Dövlət Statistika Komitəsinin məlumatları da bütün sektorlar üzrə qiymət artımlarının olmasını təsdiqləyir; hökumət üçün narahat seçki olanda monopolistlər aktivləşir və süni bahalaşma yaradırlar
Prezident seçkisi yaxınlaşdıqca bazarlarda qiymətlər artmağa başlayıb. Düzdür, qiymət artımları təkcə prezident seçkisi ilə bağlı deyil. Ölkə üzrə bahalaşma ilboyu müşahidə edilir. Ancaq 2 amil seçki ərəfəsi qiymətlərin artımın xüsusilə təsir edir. Birincisi, seçki ilə bağlı məvacib və təqaüdlərin artırılması, ikincisi siyasi proseslərin canlanmasından istifadə edən monopolistlərin aktivləşməsi.
Öncə seçkidən asılı olmayan amillər barədə. Dövlət Statistika Komitəsinin məlumatına görə, bu ilin əvvəlindən ölkədə sənaye məhsullarının istehsalçı qiymətləri indeksi əvvəlki aya nisbətən 4,1 faiz artıb. Bu dövrdə mədənçıxarma sənayesi bölməsində istehsalçı qiymətləri metal filizlərinin hasilatı üzrə 2,5 faiz, daş, qum, çınqıl, duz və digər mədənçıxarma sənayesi məhsullarının hasilatı 0,3 faiz ucuzlaşsa da, xam neft və təbii qaz hasilatı 4,8 faiz bahalaşıb. Eyni zamanda kimya sənayesi 2,8 faiz, dəri və dəri məmulatlarının, ayaqqabıların istehsalı və metallurgiya sənayesi 2,2 faiz, toxuculuq sənayesi 1,6 faiz, kağız və karton istehsalı 1,2 faiz, geyim istehsalı 0,9 faiz, neft məhsullarının istehsalı 0,8 faiz, mebel istehsalı 0,3 faiz, kompyuter və digər elektron avadanlıqların istehsalı, həmçinin avtomobil və qoşquların istehsalı üzrə isə istehsalçı qiymətləri 0,1 faiz bahalaşıb. 
Dövlət Statistika Komitəsinin məlumatına görə, əhaliyə göstərilən pullu xidmətlərin qiymət və tarifləri isə 0,1 faiz bahalaşıb. İyul ayı ərzində unun, qarabaşaq yarmasının, qoyun ətinin, təzə balığın, pasterizə olunmamış üzlü südün, sterilizə olunan üzlü südün, günəbaxan yağının və s. məhsullarının qiymətlərində bahalaşma müşahidə olunub. 
İyul ayında əhaliyə göstərilən pullu xidmətlərdən beynəlxalq və MDB reysləri üzrə hava sərnişindaşıma nəqliyyatı və ölkədən kənara dəmiryolu nəqliyyatı ilə sərnişindaşıma tariflərində bahalaşma müşahidə olunub. 
Azərbaycanda tikinti işlərində də qiymətlər bahalaşıb. Statistika Komitəsinin məlumatına görə, 2013-cü ilin II rübündə tikinti işlərində qiymətlər əvvəlki rübə nisbətən 0,2 faiz bahalaşıb.
Rüb ərzində yerüstü tikililər bölməsində 0,3 faiz bahalaşma, yol və körpü tikintisində isə 0,3 faiz ucuzlaşma müşahidə edilmişdir. Cari ilin II rübündə yerüstü tikililərdən yaşayış evlərinin tikintisi üzrə qiymətlər 0,4 faiz, sosial təyinatlı binaların tikintisi üzrə qiymətlər 0,2 faiz bahalaşmış, istehsal təyinatlı obyektlərin tikintisi üzrə isə qiymətlər 0,5 faiz ucuzlaşıb.
Rüb ərzində yaşayış evlərindən 5 mərtəbəyə qədər yaşayış evlərinin və 6 və çoxmərtəbəli yaşayış evlərinin tikintisi üzrə qiymətlər 0,4 faiz, sosial təyinatlı binalardan inzibati binaların inşası və ümumtəhsil məktəblərinin tikintisi üzrə qiymətlər 0,2 faiz bahalaşıb, istehsal təyinatlı obyektlərdən sənaye obyektlərinin tikintisi üzrə isə qiymətlər 0,5 faiz ucuzlaşıb. 
Mənzil satışı bazarında da ciddi bahalaşma qeydə alınıb. Paytaxtda davam edən kütləvi söküntü işləri bazarda yeni alıcı qruplarının ortaya çıxmasına səbəb olub. Bu isə bazarda tələbin artmasına və qiymətin bahalaşmasına rəvac verib.
Bazarda davamlı monitorinqlər aparan “Əmlak Bazarı İştirakçıları” İctimai Birliyinin məlumatına görə, iyul ayında paytaxtın ilkin mənzil bazarında qiymətlər artıma meylli olub. Bakıda bazara təklif edilən yeni tikililərdə bir kvadratmetr üzrə orta qiymət göstəricisi iyun ayındakı 884,1 manata qarşı 0,3 faiz artaraq 886,5 manat təşkil edib.
Ötən rübün müvafiq dövrü ilə müqayisədə qiymət dəyişməsi 2,6 faiz, ötən ilə nisbətdə isə 11,3 faiz artımla yadda qalıb. Bu ilin əvvəli ilə müqayisədə qiymət 5,6 faiz artıb.
Göründüyü kimi, ilin əvvəlindən başlayaraq bahalaşma tendensiyası cüzi istisnalarla iqtisadiyyatın demək olar ki, bütün qollarını əhatə edir. Özü də sadalanan rəsmi göstəricilərdir. Müstəqil ekspertlər isə real artımların rəsmi göstəricilərdən ən azı 2 dəfə çox olduğunu bildirirlər. Seçki ərəfəsində isə bahalaşmaya rəvac verəcək bəzi qərarlar qəbul edilib. Söhbət büdcə təşkilatında işləyənlərin məvaciblərinin və pensiyaçıların təqaüdlərinin artırılmasından gedir - dövriyyədə pul kütləsinin artımı inflyasiya riski yaradır. Düzdür, məvaciblər cəmi 10 faiz artırılıb və normalda qiymət artımlarına elə də ciddi təsir etməməlidir. Ancaq artımdan istifadə edən monopolistlər dərhal qiymət artımlarına qərar verirlər ki, yeri gələndə bunu artımlarla bağlı olduğunu arqumentləşdirə bilsinlər.
Seçki dövründə qiymət artımına təsir edən ikinci amil monopolistlərin aktivləşməsi ilə bağlıdır. Siyasi elitanın diqqəti seçki prosesinə yönəldiyindən monopolistlərə nəzarət zəifləyir və ikincilər bundan faydalanaraq bazarda qiymətləri bahalaşdırırlar. Xüsusilə hökumət üçün narahat seçki olanda monopolistlər daha aktiv olurlar. 1998 və 2003-cü ilin prezident seçkisi, 2000 və 2005-ci ilin parlament seçkisi dövründə də belə olmuşdu. Bu gün də eyni tendensiya özünü büruzə verir. Böyük ehtimalla seçki bitənə və hökumət yenidən formalaşana qədər proses (seçkinin nəticəsindən asılı olmadan Konstitusiya Məhkəməsi Mərkəzi Seçki Komissiyasının qərarını təsdiqlədikdən sonra hökumət avtomatik olaraq buraxılır və yenidən formalaşır) davam edəcək.

Azərbaycan prezidenti təhsil işçilərinin maaşını 10 faiz artırıb

 
Azərbaycan prezidenti İlham Əliyev təhsil müəssisələrində çalışan işçilərin əmək haqlarının artırılması haqqında sərəncam imzalayıb.

APA-nın məlumatına görə, dövlət büdcəsindən maliyyələşdirilən təhsil müəssisələrində (ali təhsil müəssisələri istisna olmaqla) çalışan işçilərin Vahid Tarif Cədvəli ilə müəyyən edilmiş aylıq vəzifə (tarif) maaşları 2013-cü il sentyabrın 1-dən orta hesabla 10 faiz artırılıb.

Özəl iş yerlərində də maaşlar qalxacaq


İlham Əliyev minimum aylıq əməkhaqqının artırılması haqqında sərəncam imzalayıb
 Azərbaycan prezidenti İlham Əliyev minimum aylıq əməkhaqqının artırılması haqqında sərəncam imzalayıb. FaktXəbər-in prezidentin rəsmi saytına istinadən verdiyi məlumata görə, sərəncamda minimum aylıq əməkhaqqının məbləğinin 2013-cü il sentyabrın 1-dən 105 manat müəyyən edildiyi qeyd olunub. Nazirlər Kabinetinə bu sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılıb.

Bununla da “Minimum aylıq əməkhaqqının artırılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 1 dekabr tarixli 1866 nömrəli Sərəncamı (3-cü hissə istisna olmaqla) ləğv edilir.

Qeyd edək ki, ölkədə heç bir özəl iş yerinin işçini minimum əmək haqqından aşağı maaşla işlətməyə icazəsi yoxdur. Buna görə də bir sıra yerlərdə, xüsusilə də regionlardakı özəl iş yerlərində maaşların qalxacağı gözlənilir.

meşə gardaşları…


Zabratdakı kütləvi söküntülər 2 mindən çox ailəni evsiz qoyacaq



Ev və obyetləri sökülənlər onlara verilən kompensasiyadan narazıdırlar: “Verilən kompensasiya ilə Bakının ucqar yerindən belə ev almaq mümkün deyil”

Artıq bir neçə gündür ki, Sabunçu rayonu Zabrat qəsəbəsində kütləvi söküntü işləri gedir. Yol kənarındakı obyektlər  və fərdi yaşayış evləri sökülür. Zabrat sakinlərindən “Yeni Müsavat”a verilən məlumata görə, ev və obyektlərin sökülməsi Zabrat magistralının genişləndirilməsi məqsədi ilədir. Onların sözlərinə görə, bir neçə ay öncə yenidən qurulan magistralla bağlı dövlət başçısının göstərişi var. Sakinlərin sözlərinə görə, yolun körpü tərəfə olan hissəsi həddindən artıq ensizdir və bu da günün müxtəlif saatlarında tıxacların yaranmasına səbəb olur.

Sakinlərin bildirilər ki, yolun genişləndirilməsi 2 mindən çox ailəni evsiz qoyub. Evlərinin kvadratına 1000 manat kompensasiya verildiyini söyləyən sakinlər  məbləğin az olduğunu vuğuladılar. Onlarım sözlərinə görə, evlərin dəyərləndirməsini aparan audit şirkətlərdən biri, həyətyanı sahələri və yardımçı tikililəri qeydə almır. Sakinlər həmçinin bildirdilər ki, verilən kompensasiya ilə Bakının ucqar yerindən belə ev almaq mümkün deyil.

Qeyd edək ki, söküntü işləri Bakı  Şəhər İcra Hakimiyyəti tərəfindən aparılır. Evləri və obyektləri sökülən sakinlərin hər birinin adına “Kapital Bank”da xüsusi hesab açılıb və onlara veriləcək kompensaiya o hesaba köçürülüb.

Söküntü işləri ilə bərabər yolun genişləndirilməsinə də başlanılıb. Magistral yolun genişləndirilmsəi işlərini  “Azeryolservis” ASC həyata keçirir.

Ötən ilin sentyabrında prezident İlham Əliyevin iştirakı ilə Zabrat-Maştağa-Buzovna və Zabrat-Pirşağı avtomobil yollarının əsaslı təmir və yenidənqurma işlərindən sonra istifadəyə verilib.

Yol dövlət başçısının müvafiq sərəncamlarına uyğun olaraq “Bakı şəhərində nəqliyyat sisteminin təkmilləşdirilməsi üzrə 2006-2007-ci illər üçün Tədbirlər Planı”, eləcə də “Bakı şəhərində nəqliyyat sisteminin təkmilləşdirilməsi üzrə 2008-2013-cü illər üçün əlavə Tədbirlər Planı” çərçivəsində yenidən qurulub.

Sabunçu yol qovşağından Zabrat dairəsinə  qədər olan avtomobil yolunun yenidən qurulması Bakı şəhərinin Sabunçu, Balaxanı, Zabrat, Maştağa, Kürdəxanı, Pirşağı və Məhəmmədli qəsəbələrinin nəqliyyat əlaqəsinin yaxşılaşdırılmasına, şəhərin mərkəzinə gələn nəqliyyat vasitələrinin normal gediş-gəlişinə şərait yaradılmasına hesbalanıb.

2012-ci ilin martında yolda kommunikasiya, su, kanalizasiya və digər xətlərin çəkilişinə başlanıldığından yol nəqliyyatın hərəkəti üçün yararsız vəziyyətə düşmüş və əsaslı təmirə zərurət yaranmışdı. Uzunluğu 7 kilometrə yaxın olan yolun hərəkət hissəsinin eni 23 metr, hərəkət zolaqlarının sayı 6-dır.

Gələcəkdə Bilgəh, Buzovna, Maştağa, Nardaran, Kürdəxanı və Abşeron yarımadasının şimal hissəsində yerləşən digər kənd və qəsəbələrin Bakı şəhəri və respublikanın digər rayonları ilə nəqliyyat əlaqələrinin daha da yaxşılaşdırılması, həmçinin Buzovna-Mərdəkan-Hava Limanı-Bakı istiqamətindəki mövcud yola alternativ yol kimi 15 kilometrlik və 6 cərgəlik Buzovna-Zabrat yolunun yenidən qurulması da nəzərdə tutulur.

Şəhid anasına qoyulan hörmət...


“Onlar xalqı xaosa, iğtişaşa, çevrilişə səsləyirlər”



 Əfran İbrahimov: “Sabitliyi pozmaq ölkədə iğtişaşlar törədiləcək deməkdir”
“Eldar Namazov verdiyi açıqlamalarda dövləti hədələyir. Deyir ki, Azərbaycanda demokratik islahatlar aparılmasa, sabitlik pozula bilər. Mən deyəndə ki bunlar xaos yaratmaq istəyir, çevriliş etmək istəyir, bəzi adamlar mənə inanmırdı. Axı bu “sabitlik pozulacaq” nə deməkdir?”

Bunu virtualaz.org-a açıqlamasında Eldar Namazovun rəhbərlik etdiyi EL Hərəkatının sabiq sədr müavini, yeni yaradılan alternativ EL-in sədri Əflan İbrahimov deyib.

O, Eldar Namazovun bu fikrlərinə münasibət bildirərkən qeyd etdi ki, sabitliyi pozmaq ölkədə iğtişaşlar törədiləcək deməkdir: “Eldar Namazov bu sözləri ilə mənim dediklərimi təsdiqləyir. Ölkəmizdə bu qədər islahatlar aparılır. Siz bunu necə olur ki, görmürsünüz? Eldar kimilərinin islahat deyəndə nəyi nəzərdə tutduğunu bilmirəm. Bunlar xalqı xaosa, iğtişaşa, çevrilişə səsləyirlər. Xalqı kitab cümlələri ilə aldatmaq lazım deyil”.

Ə.İbrahimov EL-in E.Namazovun olması fikirlərinə isə sərt şəkildə cavab verdi: “Zəfər Quliyev deyir ki, bu təşkilat Eldar Namazovundur və onun adından götürülərək “EL” adlandırılıb. Zəfər Quliyev kimdir axı çıxıb təşkilat adından, xalq adından danışır? O, etikasız, mədəniyyətsiz adamdır. Bir saatlıq iclasda siqaret çəkmədən otura bilmir. Əgər Zəfər Quliyevin dediyi kimidirsə, bu təşkilatın adı Eldarın adı ilə bağlıdırsa, onda bu təşkilatda eldən, obadan, xalqdan söhbət gedə bilməz. Bu, elə Eldarın hərəkatıdır. Özləri sübut edirlər ki, bu qurum xalq üçün, el üçün yaradılan təşkilat deyil. Amma Əflan İbrahimovun yaratdığı EL xalqın, elin təşkilatıdır”.

Əflan İbrahimov ittihamlarından sonra Eldar Namazovun, Köçəri Nağıbəylinin Baş Prokurorluğa çağırılmasını da şərh etdi. Bildirdi ki, EL üzvü Eldəniz Quliyev və AXCP sədri Əli Kərimli də prokurorluğa çağırılacaq və izahatları alınacaq: “Bu işlərin başında Əli Kərimli durur. Əli Kərimli Milli Şuranı öz əlinə alıb. İsa Qəmbər düz eləyib öz namizədliyini irəli sürmüşdü. Amma Əli Kərimli istədiyini etdi. 20 ilə yaxın Cəbhədə olmuş Cəmil Həsənlinin namizəd olmasına nail oldu. Bununla da ana müxalifət adlandırılan Müsavatın önünə keçdi. Əlimdə əsasım olmasaydı, Baş Prokurorluğa bu məsələ ilə bağlı məlumat verməzdim. Əlimdə kifayət qədər əsaslı sübutlarım var. Əgər kifayət qədər sübutlarım olmasaydı, danışmazdım. Çünki sonra adamın özünə qarşı cinayət işi açarlar ki, sən yalan danışırsan. Köçəri Nağıbəylinin mitinqdə camaata pul paylaması ilə bağlı sənədlərim var. Plakatlara, rayonlardan gələn insanlara paylanan pullar hardan gəlirdi? Mənim özümə də pul veriblər. Bu barədə prokurorluğa məlumat vermişəm. Eldar Namazov açıqlamasında deyir ki, onlar haqqında yalan məlumat verən şəxsi, yəni məni 3 ildən 8 ilədək həbs gözləyir. Mən razıyam, günahım varsa, 10 il də yatmağa hazıram. Mən hər şeyi xalqımın yolunda etmişəm. Amma Eldar Namazov və Əli Kərimli kimilər vətən xaini kimi ömürlük həbs olunmalıdırlar”.

Sonda Ə.İbrahimov EL-i təmizləməyə nail olduğunu vurğuladı: “Mən bu hərəkatı Eldar və Eldəniz kimilərdən təmizlədim. Yaratdığım hərəkat dünyəvi hərəkatdır. Xalqın hərəkatıdır. Bu hərəkatla dövlətimizin quruculuğunda, inkişafına prezidentimizə əlimdən gəldiyi qədər dəstək olacağam”.

Time Dərgisinə QAPAQ olan Prezident...



"VƏTƏN" Siyasi Bloku genişlənir

 

İslam Partiyası da "VƏTƏN" Siyasi Blokuna girməyə hazırlaşır
 

Son günlər Ədalət Partiyası, Yaşıllar Partiyası və İslam Partiyası arasında "VƏTƏN" Siyasi Blokunun genişlənməsi haqqında ciddi danışıqlar gedir. "VƏTƏN" Siyasi Blokunun icra katibi Mayis Güləliyevin yaxa.org saytına verdiyi məlumata görə bu partiyalar arasında gedən müzakirələr hələlik seçki prosesində əməkdaşlığı əhatə edir. Amma perspektivdə əməkdaşlıq daha geniş formatda və daha əhatəli olacaq. Belə ki, Ədalət partiyasından prezidentliyə namizədliyi irəli sürülən İlyas İsmayılovu "VƏTƏN" Bloku özünün vahid namizədi elan edib. İslam Partiyasının da seçkilərdə İlyas İsmayılovu dəstəkləyəcəyi gözlənilir. Seçkilərdən sonra isə İslam partiyasının "VƏTƏN" Blokunda tam hüquqlu üzv kimi fəaliyyəti gözlənilir. M. Güləliyevin sözlərinə görə bu partiyaların bir siyasi blokda birləşməsi çox vacibdir. Belə ki,  bu partiyaların hər üçünün proqramı, hədəfi və siyasi mübarizə motivi demək olar ki, üst-üstə düşür. "Bu partiyaları birləşdirən məqamlar, onları fərqləndirən məqamlardan xeyli çoxdur" deyən Mayis Güləliyev  bu partiyaların "VƏTƏN" Siyasi Blokunda ciddi müvəffəqiyyətlər əldə edəcəyinə əmin olduğunu gizlətməyib.






23 Aprel hərəkatı


23 Aprel hərəkatı ılə tanışlıq:
23 Aprel hərəkatı qeyrətli Azərbaycan xalqının 23 aprel 2012-ci il bazar ertəsi günü geniş və sensasiyalı gecə etirazlarının dəstəkləyicisi olmuşdur və ölkə də baş verən hadisələr və hakimiyyətin qanunsuz işlərinə görə və həmçinin xalqımızın haqqını tələb edən, gənclər vasitəsi ilə yaradılıb.
23Aprel hərəkatı ölkədə öz fəaliyyətini azadlıq ,islahat və bərabər insan hüquqları nail olana qədər davam edəcək.

23 aprel logosı

23 aprel