Əlaqə
21 Şubat 2014 Cuma
“Sovetski”dən sonra Bayıl söküləcək
Sürüşməyə meylli ərazilərdə yaşayanlara şifahi xəbərdarlıq edilib; sakinləri isə kompensasiya maraqlandırır…
Hazırda Bakının qədim məhəllələrindən biri olan “Sovetski” sökülür.
Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən təqdim olunan plana görə, sökülən
evlərin yerində hansısa bir yaşayış binası və ya obyekt tikilməyəcək.
Evlər ərazidə salınacaq parka görə sökülür. Həm də evlərin bir çoxu
köhnə və yöndəmsiz olmaqla yanaşı qəzalı vəziyyətdədir.
Bakıdakı söküntü bumu “Sovetski” ilə yekunlaşmır. Dövlət Şəhərsalma
və Arxitektura Komitəsi paytaxtda söküləcək ərazilərin adlarını aylar
öncəsindən açıqlayıb. “Sovetski”,...
“Kubinka”, “Papanin”də söküntü işləri
həyata keçirilir. Bakının mərkəzi hissəsində yaşıllıq normadan xeyli
azdır. Dövlət komitəsi hesab edir ki, paytaxtda yaşıllığın artırılması
ilə bağlı ayrı-ayrı tikililər, heç bir tarixi əhəmiyyəti olmayan,
texniki cəhətdən dayanıqlığını itirmiş və insan həyatı üçün təhlükəli
olan binalar sökülməlidir.
Növbəti söküntü dalğasının isə Bayıl yamacında olan evləri əhatə
edəcəyi deyilir. Çünki hazırda Səbayel rayonunda Bayıl yamacı kimi
tanınan ərazidəki evlərin bir çoxu qəzalı və yaşayış üçün təhlükəli
vəziyyətdədir. Sakinlərdən “Yeni Müsavat”a verilən məlumata görə,... ötən
il baş verən ard-arda sürüşmə hadisələrindən sonra aidiyyəti orqanlar
evlərə baxış keçirərək onlara şifahi şəkildə bildiriblər ki, evləriniz
sökülməlidir. İndi sakinləri təkcə evlərinin sökülməsi deyil, həm də
onlara veriləcək kompensasiya maraqlandırır. Çünki Bayıl yamacında
tikilən evlərin çoxu sahəsinə görə elə də böyük deyil. Ərazidə
yaşayanlar deyirlər ki, həyətyanı sahələri böyük olsa da, o vaxt bu
ərazidə iki mərtəbəli, böyük ev tikməyə icazə verməyiblər. Ərazi
sürüşməyə meyllidir və torpaq yetərincə ağırlıq daşıya bilmir.
Hazırda sürüşmə təhlükəsinin daha da intensivləşdiyi Bayıl yamacında
ən ağır vəziyyətdə olan evlər Xanlar küçəsində yerləşir. Küçədəki
evlərin çoxu ölkəmizdə keçirilən “Eurovision” yarışması ərəfəsində
sökülüb. Digərləri isə qəzalı vəziyyətdədir. Dərin çatlar meydana gələn
evlərə Fövqəladə Hallar Nazirliyinin (FHN) əməkdaşları baxış keçirərək
rəy veriblər. FHN əməkdaşlarının yazdığı rəydə isə qeyd olunur ki, təkcə
Xanlar küçəsində 40-dan çox ev qəzalı vəziyyətdədir və yaşayış üçün çox
təhlükəlidir.
Sakinlərin sözlərinə görə, əslində normal qiymətləndirmə aparılsa
problemsiz evlərindən köçərlər. Xanlar küçəsində yaşayan Bəsti Məmmədova
deyir ki, evinin təmirinə 10 min manat xərcləyib, iki gün sonra sürüşmə
olub və hazırda evi yararsız vəziyyətdədir: “Dövlət vətəndaşını başa
düşsün. Heç kəs istəməz ki, burda iç-içə evlərdə yaşasın. Köçürülmə
ədalətli olmalıdır. Evimin ümumi sahəsi 60 kvadrat metrdir. 10 sot da
həyətim var. Evə pul verirlər, həyətə yox. Niyə? Axı torpağın mənə aid
olması ilə bağlı sənəd var”.
Sonuncu dəfə ötən ilin fevralında bu ərazidə qaya parçalarından qopan
daşlar evlərin üzərinə yuvarlanıb. Bəzi sakinlər isə mənzillərinin heç
bir sənədi olmadığı üçün məsələ ilə bağlı aidiyyəti qurumlara müraciət
edə bilmədiklərini söylədilər. Hazırda paytaxtın Əhmədli, Zığ şossesi,
Masazır gölü, Qaraçuxur, Bayıl yamacı ərazisindəki sürüşmə zonalarında
aktivləşmə var. Bayılda sonuncu uçqun hadisəsindən dərhal sonra əraziyə
mütəxəssislər baxış keçirib və oradakı sakinlərin evakuasiyası
məqsədəuyğun hesab olunub.
Bu barədə təkliflər planı hazırlanaraq, Nazirlər Kabinetinə təqdim
edilib. Nazirlər Kabineti isə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin
təkliflərinə baxıldıqdan sonra yekun qərarı açıqlayacaq. Amma buna
baxmayaraq, sürüşmə zonası hesab edilən Şəhidlər Xiyabanına yaxın
ərazilərdə tikinti işləri həyata keçirilir. Ekoloqlar isə hesab edir ki,
qrunt sularını və ərazinin sürüşməyə nə qədər meylli olduğunu
öyrənmədən bu ərazidə tikinti aparmaq olduqca təhlükəlidir.
Kaydol:
Kayıt Yorumları (Atom)
23 Aprel hərəkatı
23 Aprel hərəkatı ılə tanışlıq:
23 Aprel hərəkatı qeyrətli Azərbaycan xalqının 23 aprel 2012-ci il bazar ertəsi günü geniş və sensasiyalı gecə etirazlarının dəstəkləyicisi olmuşdur və ölkə də baş verən hadisələr və hakimiyyətin qanunsuz işlərinə görə və həmçinin xalqımızın haqqını tələb edən, gənclər vasitəsi ilə yaradılıb.
23Aprel hərəkatı ölkədə öz fəaliyyətini azadlıq ,islahat və bərabər insan hüquqları nail olana qədər davam edəcək.
0 comments:
Yorum Gönder