Blog Arşivi

18 Şubat 2014 Salı

"Bakıelektrikşəbəkə" borclu abonentlərin işığını kəsəcək


"Bakıelektrikşəbəkə" ASC elektrik enerjisinin istifadəsində borcu yaranmış abonentlərin işığını kəsəcək.
Qurumun mətbuat xidmətindən verilən məlumata görə, havaların bir müddət kəskin soyuq keçməsi və mənzillərin isidilməsində elektrik enerjisindən istifadə olunduğunu nəzərə alaraq, "Bakıelektrikşəbəkə" ona ünvanlanmış borclu abonentlərin çoxsaylı müraciətləri əsasında....

 elektrik enerjisi təchizatının dayandırılmasında bəzi hallarda güzəştlər edib.

Elektrik enerjisindən istifadəyə görə yaranmış borcun ödənilməsi təmin edilmədiyi halda, borclu abonentlərin elektrik enerjisi təchizatı fevralın 21-də, saat 12:00-dan etibarən qanunvericiliyə uyğun olaraq qeyd-şərtsiz və heç bir güzəşt edilmədən fərdi qaydada dayandırılacaq.

Elektrik enerjisindən istifadə ilə bağlı yaranmış borca görə enerji təchizatı dayandırılmış abonentlərin borc ödənilmədən şəbəkəyə özbaşına qoşulması elektrik enerjisinin talanması və elektrik enerjisindən qanunsuz istifadə sayıldığından, belə hallara yol vermiş şəxslərin Azərbaycan qanunvericiliyinə uyğun məsuliyyətə cəlb olunmaları üçün «Bakıelektrikşəbəkə» tərəfindən çox ciddi tədbirlər görüləcək.

Qurum elektrik enerjisi təchizatında hər hansı problemin yaşanmaması üçün abonentlər tərəfindən istifadə olunmuş elektrik enerjisi haqlarının dərhal ödənilməsini xahiş edir.

0 comments:

23 Aprel hərəkatı


23 Aprel hərəkatı ılə tanışlıq:
23 Aprel hərəkatı qeyrətli Azərbaycan xalqının 23 aprel 2012-ci il bazar ertəsi günü geniş və sensasiyalı gecə etirazlarının dəstəkləyicisi olmuşdur və ölkə də baş verən hadisələr və hakimiyyətin qanunsuz işlərinə görə və həmçinin xalqımızın haqqını tələb edən, gənclər vasitəsi ilə yaradılıb.
23Aprel hərəkatı ölkədə öz fəaliyyətini azadlıq ,islahat və bərabər insan hüquqları nail olana qədər davam edəcək.

23 aprel logosı

23 aprel