Əlaqə
Blog Arşivi
-
2014
(270)
- Eylül(2)
- Ağustos(20)
- Temmuz(25)
- Haziran(7)
- Mayıs(46)
- Nisan(44)
- Mart(30)
-
Şubat(45)
- Şub 26(3)
- Şub 22(5)
- Şub 21(1)
- Şub 18(8)
- Şub 16(7)
-
Şub 12(7)
- Zəlzələ bəzi bölgələrdə dağıntılara səbəb olub
- Səudiyyə Ərəbistanında terrorçular necə hazırlanır
- Azərbaycan media azadlığı indeksində 180 ölkə aras...
- Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi dini radik...
- Azərbaycanda yeni nazirlik yaradıldı
- Eldar Əzizovun park biznesi
- Tələbələrdən Anadolu Universitetinin “filialı”na ş...
- Şub 11(2)
- Şub 09(1)
- Şub 08(6)
- Şub 02(5)
- Ocak(51)
- 2013 (363)
12 Şubat 2014 Çarşamba
Zəlzələ bəzi bölgələrdə dağıntılara səbəb olub
Seysmoloq baş verən son yeraltı təkanı qiymətləndirdi və proqnoz verdi; zəlzələ anında insanlar nə etməlidir?
Amerikalı
alimlərin Azərbaycan haqda verdiyi zəlzələ proqnozundan sonra əhali
arasında bir gərginlik var idi. Fevralın 10-da baş vermiş zəlzələdən
sonra bu gərginlik daha da artıb. İnsanlar təlaş və qorxu
içərisindədirlər. Məlumat üçün bildirək ki, zəlzələ zamanı paytaxtda
qorxuya düşən insanlar bir neçə saatlıq evlərini tərk ediblər.
Şamaxıda da əhalinin əksəriyyəti evini tərk edib. Bunu aznews.az-a
açıqlamasında...
Şamaxının baş memarı, rayon icra hakimiyyətinin memarlıq və şəhərsalma şöbəsinin müdiri Sərxan İsmayılov deyib. O, rayonda zəlzələnin nəticələrinin araşdırılması ilə bağlı komissiya da yaradıldığını bildirib.
Şamaxının baş memarı, rayon icra hakimiyyətinin memarlıq və şəhərsalma şöbəsinin müdiri Sərxan İsmayılov deyib. O, rayonda zəlzələnin nəticələrinin araşdırılması ilə bağlı komissiya da yaradıldığını bildirib.
Zəlzələ Şamaxı, Hacıqabul, İmişli, Sabirabad, Beyləqan və Yardımlı
rayonlarında bir sıra dağıntılara səbəb olub. Kürdəmirdə məcburi
köçkünlərin yaşadığı Peşə Liseyinin iki beşmərtəbəli yataqxanası qəzalı
vəziyyətə düşüb.
Bu arada Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru,
geologiya-mineralogiya elmləri doktoru Qurban Yetirmişli mətbuata
açıqlamasında bildirib ki, baş verən zəlzələdən sonra zəif təkanlar
qeydə alına bilər. Ancaq bu qorxulu olmayacaq. Onun sözlərinə görə,
Rixter cədvəli ilə zəlzələnin maqnitudası 5,7 bal olub: “Zəlzələ 55
kilometr dərinlikdə olduğundan ölkənin demək olar ki, bütün ərazilərində
hiss olunub və böyük dağıntıya gətirməyib. Adətən Azərbaycan ərazisində
zəlzələlərin episentri 8, 10, 12, 20 km dərinlikdə olur”.
Bəs zəlzələ anında insanlar necə davranmalıdır?
Mütəxəssislərin fikrincə, tələfatı daha çox insanların zəlzələ
zamanı necə hərəkət etməli olduğunu bilmədikləri ucbatından baş verir.
Ümumi tövsiyələr belədir ki, binanın təkanlarını hiss edərkən
vahiməyə düşməyəsən (ilk təkanları hiss etdikdən sonra binanın uçmasına
qədər onu tərk etməyə sizin 15-20 saniyəniz var), sənəd, pul və digər
lazımi götürüb tez binanı tərk edəsən. Binanı tərk edərkən liftdən yox,
pilləkənlərdən istifadə edilsə yaxşı olar. Çölə çıxan kimi açıq sahədə,
bina və tikililərdən uzaq dayanmaq məsləhətdir. Yeraltı təkanları hiss
edən kimi tez mənzilin və ya otağın giriş qapısını açın. Zəlzələ
nəticəsində divarların əyilməsi və bütövlüklə binanın deformasiyaya
uğraması nəticəsində giriş qapıları əksər hallarda pərçimlənir (sıxılır)
ki, bu da sonradan onu açıb otaqdan çıxmağa imkan vermir. Mənzildə
daxili divarın yanında, otaqların künclərində dayanın. Əgər mümkündürsə
stolun altında gizlənin - o sizi yuxarıdan düşən əşya və dağıntılardan
xilas edə bilər. Yadda saxlayın, ən çox binanın xarici divarları uçur.
Ona görə də heç vaxt otağın xarici divarlarına yaxın yerdə durmaq olmaz.
Əgər sizinlə uşaqlar varsa onları ədyala bükün. Şam, kibrit və
alışqandan istifadə etməyin - qaz sızıntısı zamanı yanğın ola bilər.
Eyvanlardan, karnizlərdən, hasarlardan uzaq olun, qırılmış məftillərdən
ehtiyatlı olun. Qaçaraq binadan çıxmayın, belə ki, yuxarıdan divar boyu
düşən qırıntılar çox təhlükəli ola bilər. Əgər siz çox hündür olmayan,
1-3 mərtəbəli binanın içərisindəsinizsə yaxşı olar ki, yuxarıdan tökülən
daş və qırıntılardan özünüzü qorumaq şərti ilə oranı tərk edəsiniz.
Çoxmərtəbəli binada yaşayırsınızsa onda ən yaxşısı elə mənzilinizdə
qalmaqdır. Pilləkən qəfəsinə çıxmağa və liftə minməyə tələsməyin, ola
bilər ki, lift işləməsin. Unutmayın ki, zəlzələ zamanı lift və pilləkən
qəfəsləri çox hallarda sıradan çıxır. Əgər küçədəsinizsə, onda o tərəfə
bu tərəfə qaçmayın. Güclü təkanları hiss edən kimi yerə oturun, hər
hansı bir əşyadan tutmağa çalışın. Küçədə yüksək mərtəbəli binanın
yanındasınızsa çalışın ki, tez oradan uzaqlaşasınız. İlk təkan baş verən
kimi elektrik enerjisi kəsilərsə bundan narahat olmayın, çalışın ki,
mənzilinizə daxil olan qaz və elektrik enerjisini bağlayasınız. Təkrar
təkanlardan qorxmayın, bu heç də yeni zəlzələ deyil. İlkin təkanlardan
birinin digərindən bir neçə saniyə sonra baş verməsinin səbəbi əvvəlcə
boyuna, sonra isə eninə dalğaların gəlib çatmasıdır. Bundan sonra arabir
təkrar güclü təkanlar hiss edilə bilər, belə təkanlara avterşok (təkrar
zərbə) deyilir. Avterşoklar əsas təkandan bir neçə dəqiqə və ya saat
sonra baş verə bilər.
Təcrübə göstərir ki, əksər hallarda insanlar ləng tərpəndikləri
üçün binanın silkələnməsi zamanı tavandan, divardan tökülən əşya və
qırıntılardan xəsarət alırlar.
Kaydol:
Kayıt Yorumları (Atom)
23 Aprel hərəkatı
23 Aprel hərəkatı ılə tanışlıq:
23 Aprel hərəkatı qeyrətli Azərbaycan xalqının 23 aprel 2012-ci il bazar ertəsi günü geniş və sensasiyalı gecə etirazlarının dəstəkləyicisi olmuşdur və ölkə də baş verən hadisələr və hakimiyyətin qanunsuz işlərinə görə və həmçinin xalqımızın haqqını tələb edən, gənclər vasitəsi ilə yaradılıb.
23Aprel hərəkatı ölkədə öz fəaliyyətini azadlıq ,islahat və bərabər insan hüquqları nail olana qədər davam edəcək.
0 comments:
Yorum Gönder