Blog Arşivi

3 Ağustos 2014 Pazar

16 şəhid verən Azərbaycanın telekanallarında nələr yayımlanır?

Azərbaycan Telekanallarınin bir çoxunda hüznlü günlərdə toy-bayram havası hələ də davam edir

 iki gün ərzində cəbhə xəttində milli ordumuzun 16 şəhid verməsi xalqımızı sarsıdıb. Azərbaycan Telekanallarınin bir çoxunda hüznlü günlərdə toy-bayram havası hələ də davam edir.

Ötən gün Milli Televiziya və Radio Şurasının (MTRŞ) "Ekspertiza, proqramlaşdırma və analitik” şöbəsinin müdiri Təvəkkül Dadaşov bildirmişdir ki, proqramdan çal-çağır verilişlərini yığışdırsınlar. MTRŞ rəsmisi bu məsələni telekanalların mərifət-qanacağına buraxmasına baxmayaraq, telekanalların bəziləri çalıb oynayır.

Ermənistan tərəfi son iki gündəki itkilərini gizlədir!

Ermənistan silahlı qüvvələri itki verərək, geri çəkilməyə məcbur edilib

Cəbhədə bu gecəki vəziyyətlə bağlı Müdafiə Nazirliyi bu səhər rəsmi açıqlama yayıb. Məlumatda bildirilir ki, Ermənistan kəşfiyyat-təxribat qrupu cəbhənin Ağdam-Ağdərə istiqamətində müdafiənin ön xəttində yerləşən mövqelərimizdəki postlara növbəti dəfə basqın etməyə cəhd göstəriblər.

Silahlı Qüvvələrimizin bölmələrinin hərbi qulluqçularının göstərdiyi şücaət nəticəsində qarşı tərəfin cəhdinin qarşısı qətiyyətlə alınıb. Ermənistan silahlı qüvvələri itki verərək, geri çəkilməyə məcbur edilib. Məlumatda bildirilir ki, müdafiə naziri Zakir Həsənov şəhidlərin valideynlərinə və yaxınlarına dərin hüznlə baş sağlığı verir və səbr diləyir!

Hazırda erməni təxribatının qarşısının alındığı istiqamətdə vəziyyət Silahlı Qüvvələrimizin tam nəzarəti altındadır.

Mudafiə Nazirliyi Ermənistan tərəfinin itki verməsi barədə məlumatı da açıqlayıb. Nazirliyin baş qərargahından ANS-ə verilən eksklüziv məlumata görə, bu gecə baş verən döyüşdə Ermənistan silahlı qüvvələrinin 20-yə yaxın hərbçisi öldürülüb, onların arasında Ermənistan xüsusi təyinatlıları da olub. Ermənistan tərəfi son iki gündəki itkilərinin real həcmini gizlədir!

Şəhidlər Xiyabanı satıldı

Bu gün axşam saatlarında bir qrup Keşlə qəsəbə sakini aksiya keçirib.

Sakinlərin etiraz etməsinə səbəb qəsəbədə yerləşən Şəhidlər Xiyabanının bir hissəsi hesab edilən ərazinin qonşuları tərəfindən zəbt edilməsidir. Belə ki, Nizami rayon, Keşlə qəsəbəsi, K.Əfkari küçəsi, ev 1E-də yaşayan Elşən Əhmədov qonşuluğunda yerləşən 7 sot torpaq sahəsini öz ərazisinə qatıb.
Qəsəbə sakinləri Elşən Əhmədov burada mağaza tikəcəyini və bunun şəhidlərin ruhuna hörmətsizlik olacağını bildirirlər. Onların sözlərinə görə, Şəhidlər Xiyabanının bir hissəsi hesab etdikləri bu yerdə mağaza tikilməsi, qapısının isə Xiyabana açılması heç bir məntiqə sığmır. Onların sözlərinə görə,...

Azərbaycan Ruhanilər Məclisi bəyanat verdi

Azərbaycan xalqının qarşılaşdığı faciə ilə bağlı Azərbaycan Ruhanilər Məclisi (ARM) narahatlıq ifadə edən bəyanat yayıb.

Bismillahir-rəhmanir-rəhim

وَلاَ تَحْسَبَنَّ الَّذِينَ قُتِلُواْ فِي سَبِيلِ اللّهِ أَمْوَاتاً بَلْ أَحْيَاء عِندَ رَبِّهِمْ يُرْزَقُونَ

(“Allah yolunda öldürülənləri əsla ölü zənn etmə, əksinə, diridirlər və onlara Rəbbi yanında ruzi verilir”. Ali – İmran surəsi , 169)

Bəyanatda bidirilir:

Dərin sıxıntı hissi ilə doğma Azərbaycanımızın igid əsgərlərinin şəhadətini yaşadıq. Təcvüzkar erməni rejimi daha bir dəfə ölkəmizin ərazilərində cinayət törətməklə öz işğalçı və mənfur siyasətində israrlı olduğunu sübut etdi. Eyni halda öz qanları ilə vətən torpağını qoruyan igid əsgərlərimiz vətənə sədaqətlərini nümayiş etdirdilər. İnanırıq ki, torpaqlarımızı qoruyan şəhid əsgərlərimizin qanı sadəcə torpağa tökülmür, əksinə cəmiyyətimizin damarlarına köçürülərək onlara vətən, dövlət və ərazi bütövlüyümüzü qorumaq üçün təzə can verir. Elə bu candır ki, xalqımıza çoxda gec olmayacaq qələbə ümidi verir.

Azərbaycan Ruhanilər Məclisi (ARM) Allah Taaladan şəhidlərimiz üçün uca məqam diləyir, xalqımıza və şəhidlərimizin ailəsinə başsağlığı verir.

23 Aprel hərəkatı


23 Aprel hərəkatı ılə tanışlıq:
23 Aprel hərəkatı qeyrətli Azərbaycan xalqının 23 aprel 2012-ci il bazar ertəsi günü geniş və sensasiyalı gecə etirazlarının dəstəkləyicisi olmuşdur və ölkə də baş verən hadisələr və hakimiyyətin qanunsuz işlərinə görə və həmçinin xalqımızın haqqını tələb edən, gənclər vasitəsi ilə yaradılıb.
23Aprel hərəkatı ölkədə öz fəaliyyətini azadlıq ,islahat və bərabər insan hüquqları nail olana qədər davam edəcək.

23 aprel logosı

23 aprel