Blog Arşivi

9 Mayıs 2014 Cuma

hicablı namizədinin müsəlmanlara etdiyi vəd

Avropa parlamentinin birinci hicablı namizədinin müsəlmanlara etdiyi vəd

Avropa parlamentinin birinci hicablı namizədi Yunanıstanda yaşayan müsəlmanların hüququna riayətin edilməsi və onlara qarşı ayrı-seçkiliyin edilməsinə imkan verməyəcəyini vəd edib.

Təsnim xəbər agentliyi Xanım Anna Stamou-ya istinadən qeyd edib : " Mən yaşıllar partiyası seçki namizədi olaraq partiyanın prinsipial şüarlarına sadiq qalacağam .Çünki partiya meyar qərar verdiyi şüarlara inanır və region məsələlərinə regional mülahizələr baxımından deyil ümumi və hərtərəfli mülahizələr aspektindən yanaşır.

Bu xristian mənşəli xanım əlavə olaraq deyib : İllər boyu ilahi dinlərin təlimləri ilə tanış olub. Lakin bu əsnada , müqəddəs islam dini ona müəmmalı və qaranlıq görünən sualları dəqiq şəkildə cavablandırıb.

Stamou xatırladıb : Onu siyasət aləminə sövq etdirən məqam Yunanıstanda digər bu ölkə vətəndaşları ilə yanaşı yaşayan müsəlmanların haqlı hüququnun doğrulmasına kömək etmək olub.

Avropa parlamentinin 6-cı seçkiləri mayın 22-25-ci günlərində Avropa məkanında keçiriləcək.

Amerikalı casuslar Ukraynada

Rusiya KİV-i ABŞ-ın Ukraynada geniş casusluq fəaliyyətinə malik olmasından xəbər verib

Rusiya KİV-i ABŞ-ın Ukraynada geniş casusluq fəaliyyətinə malik olmasından xəbər verib.

Rusiya kütləvi informasiya vasitələrinin bu barədə yaydığı məlumatlarda bildirilir ki, ABŞ-ın Mərkəzi Kəşfiyyat İdarəsi və Amerikanın Federal Təhlükəsizlik Bürosunun əməkdaşları müşavir qismində Ukrayna liderləri ilə əməkdaşlıq edirlər.

Bu məlumata görə, amerikalı casuslar ölkənin cənub və şərq hissəsində hökumət əleyhinə etirazların yatırdılmasında, təhlükəsizlik bölmələrinin təşkil edilməsində Ukrayna rəsmilərinə məsləhətlər verirlər.

Rusiya mediasının yaydığı məlumatlara görə, Ağ Evin göstərişi əsasında MKİ və FTB-nin onlarla əməkdaşı Ukraynanın yeni hökumətinə hökumət əleyhinə etirazların yatırdılmasında habelə,...

Nigeriyada hücum nəticəsində 300 nəfər qətlə yetirilib

Nigeriyanın şimalı-şərqində naməlum silahlıların hücumu nəticəsində 300 nəfər qətlə yetirilib

Nigeriyada hücum nəticəsində 300 nəfər qətlə yetirilib

 Qanlı insident Kamerunla sərhəddə yerləşən Borno ştatında baş verib. Hücumun “Boko Haram” qruplaşmasının gerçəkləşdirdiyi güman edilir.

Qeyd edək ki, `Boko Haram` silahlıları aprelin 15-də Nigeriyanın şimalında orta məktəbə hücum edərək 200-dən çox məktəbli qızı oğurlayıb.

Xatırladaq ki, “Boko Haram” Nigeriya hökumətinin devrilməsinə və ölkənin şimalında islam dövlətinin yaradılmasına çalışır. 2013-cü ilin mayında Nigeriyanın prezidenti Qudlak Conatan ölkədə fövqəladə vəziyyət elan edərək “Boka Haram” qruplaşmasına qarşı hərbi əməliyyatın başlanmasını bəyan edib.


Suriya Türkiyəni top atəşinə tutdu

Suriya Türkiyəni top atəşinə tutdu - Türkiyədən qarşılıq

Suriya qüvvələri Türkiyə ərazisini top atəşinə tutub.
" rejim qüvvələri ilə müxaliflər arasında qarşıdurmalar getdikcə gərgin hal alır.
Suriyanın Kəsəb bölgəsindən Türkiyənin Yayladağı mahalına, sərhəddən 700 metr içəri doğru top mərmisi atılıb.
Əldə edilən məlumata görə, top atəşi 5 dəqiqə ərzində davam edib. Hadisə nəticəsində hər hansı itki olmayıb.
Türkyə Baş Qərargah Rəhbərliyi Suriyanın bu addımına qarşılıq verildiyini bildirib.

NATO 72 saatdan sonra Rusiyaya zərbə endirə bilər

Bəzi rusiyalı ekspertlər Ukrayna məsələsinə görə Rusiya NATO qarşıdurmasına aydılıq gətirib.

Bəzi rusiyalı ekspertlər Ukrayna məsələsinə görə Rusiya - NATO qarşıdurmasına aydılıq gətirib.onların qənaətinə görə, Rusiya Ukraynaya qoşun yeridərsə, NATO qüvvələri yalnız 3 sutkadan sonra özünü toparlaya blər. Təbii ki, bu da gecdir.Ekspertlərə görə, sərhədlər yaxınlığında hərbi manevrlər edən Rusiyanın yaxın günlərdə Ukraynaya girməsi qaçılmazdır. Bu zaman 40 min hərbçi qonşu ölkənin dərinliklərinə hərəkət edəcək. Daha sonra isə bu say 200 minə çatacaq, bu rəqəm az qala Rusiya ordusunun yarısı deməkdir. Rusiya çalışacaq ki, 2 istiqamətdən - Kiyev və Odessa üzərindən Dnestryanı bölgəyə çıxış əldə edə bilsin. Təbii ki, NATO da boş dayanmayacaq. Qarşıdurmanın ilk həftəsində minlərlə rus hərbçisi dünyasını dəyişəcək. Bu statistikanı Rusiya Müdafiə Nazirliyi çoxdan hesablayıb.

Ekspertlər hesab edib ki,...

23 Aprel hərəkatı


23 Aprel hərəkatı ılə tanışlıq:
23 Aprel hərəkatı qeyrətli Azərbaycan xalqının 23 aprel 2012-ci il bazar ertəsi günü geniş və sensasiyalı gecə etirazlarının dəstəkləyicisi olmuşdur və ölkə də baş verən hadisələr və hakimiyyətin qanunsuz işlərinə görə və həmçinin xalqımızın haqqını tələb edən, gənclər vasitəsi ilə yaradılıb.
23Aprel hərəkatı ölkədə öz fəaliyyətini azadlıq ,islahat və bərabər insan hüquqları nail olana qədər davam edəcək.

23 aprel logosı

23 aprel