Blog Arşivi

19 Nisan 2014 Cumartesi

100-dən çox insan ölüb: Cənubi Sudanda silahlıların hücumu nəticəsində 100-dən çox insan ölüb

Cənubi Sudanda silahlıların hücumu nəticəsində 100-dən çox insan ölüb

 Cənubi Sudanın Varab ştatında silahlılar maldar düşərgəsinə hücum edib, nəticədə 100-dən çox insan ölüb. “RİA Novosti”yə istinadən verilən xəbərə görə, silahlı dəstənin hücumu nəticəsində 28 dinc sakin ölüb. Polis və ordu birləşmələrinin hücum edən silahlılara qarşı keçirdiyi xüsusi əməliyyat nəticəsində 85 yaraqlı öldürülüb

Müsəlmanlar həmcinsbazlığa etiraz etdi: Fransada Müsəlmanların keçirdəcəkləri illik sesiyanın mövzusu “Ailə Dəyərlərindən Müdafiə”-dir

 Fransanın Lo Fiqaro qazeti bildirir ki, son iki ildə Fransa Müsəlmanları qalmaqallı “Evlənmək hammı üçün! Və həmcinsbazların bir biriləri ilə evlənməkini təsdiqləyən Cisiyyət fərziyyəsi” ilə əlaqədar ehtiyatla rəftar etmiş və bu işlə razılaşmasalar da lakin ona qarşı da çıxmamışlar. Ancaq bu həftə Fransa Müsəlmanlarının keçirdəcəkləri illik sesiyaları onların iki illik sükutuna son qoyacaq.

Konfransın mövzusu “Tərəqqi dünyasında nələri dəyər adlandırmaq olar? İnsan, Ailə, İctimai həyat.” qoyulduğu bildirilir.

“Fransa İslam Təşkilatları Birliyi”nin katibi...

"Nida"çı gənclərdən mesaj: "Burdan ya cəsədimiz çıxacaq, ya da

"Nida"çı gənclərdən mesaj: "Burdan ya cəsədimiz çıxacaq, ya da.

Aprelin 17-də məhkəmənin üst-üstə 64 illik həbs cəzası tələb etdiyi "Nida"çı gənclərdən xəbər var. Musavat.com-a verilən məlumata görə, prokurorun barələrində ağır cəza tələbi səsləndirdiyi gündən etibarən aclıq aksiyasına başladıqlarını elan edən və artıq aksiyaya başlayan gənclər dirənməkdə israrlıdırlar. Həmin gənclərdən biri - Rəşadət Axundov dostlarına belə bir mesaj göndərib:

"Əziz dostlar, biz dünəndən (17 apreldən) etibarən aclıq aksiyasına başlamışıq. Qərarımız qətidir. Sizlərdən və valideynlərdən xahişimiz odur ki, aclığı dayandırmaq barədə bir istəyiniz olmasın. Hər bir halda imtina edəcəyik. Bu, bizim və sizin azadlığıniz uğrunda apardığımız vicdan və ləyaqət davasının növbəti mərhələsidir. Bəlkə də bizim üçün son mərhələdir. Çünki burdan ya cəsədimiz çıxacaq, ya azad etməlidirlər. Başqa yol yoxdur. Şərtimiz yalnız budur! Sizi sevir və bağrımıza basırıq".

Qeyd edək ki, gənclər "Molotov kokteyli" hazırlamaq yolu ilə dövlət çevrilişi cəhdində təqsirləndiriilirlər.

Dünyanı şoka salan foto: Suriyada çəkilən bu foto dünyanı şoka saldı

Suriyada çəkilən bu foto dünyanı şoka saldı

Fotoşəkilin altında "bizim ən gənc əsirimiz" şərhi yazılıb

Suriyada çəkilən bu fotoşəkil sosial mediada yayılandan etibarən, insanlara bir daha müharibə və terrorizm həqiqətlərinin nə dərəcədə dəhşətli olduğunu xatırladıb.

Fotoşəkilin altında yazılan "bizim ən gənc əsirimiz" şərhi isə terrorizmin iyrəncliyini və vəhşətini bir daha sübut edib.

Suriyanın Kəsab şəhərində çəkilən bu foto sosial şəbəkədə paylaşılandan etibarən geniş reaksiyalara səbəb olub.

Bakı-Sumqayıt yolunda aksiya: Ceyranbatan sakinləri susuzluğa görə ayağa qalxdı

Bu gün axşam saat 19 radələrində Ceyranbatan qəsəbəsinin bir neçə yüz sakini Bakı-Sumqayıt magistral yolunu bağlayaraq aksiya keçirib. Bu barədə “Musavat.com”-a məlumat verən mənbənin sözlərinə görə, aksiyaya səbəb Ceyranbatanın bağlar massivinə son iki gün ərzində içməli suyun verilməməsi səbəb olub. Aksiya iştirakçıları təcili şəkildə suyun verilişinin bərpasını tələb edib. Yolun bir müddət qapalı qalması Bakı-Sumqayıt yolunda dəhşətli tıxaca səbəb olub. Əraziyə cəlb edilən polis camaatı yoldan uzaqlaşdırmağa nail olsa da, yoldakı tıxac tam aradan qalxmayıb. Mənbə bildirdi ki, polis təkid etsə də, sakinlər dağılışıb getmək istəməyib və “Azərsu” əməkdaşlarının gəlməsini tələb edib.

Vəhhabiliyə qarşı 50 mindən artıq kitab çap edilib Qafqaz Müsəlmanları İdarəsində Qazilər şurasının iclası keçirilib.

Qafqaz Müsəlmanları İdarəsində Qazilər şurasının iclası keçirilib.Səsvermə yolu ilə yeni qazilər və səlahiyyətli nümayəndələr seçilib. Bütün Qafqazın Şeyxi Hacı Allahşükür Paşazadə son dövrlər görülən işlər barədə məruzə ilə çıxış edib.

Şeyx bildirib ki, vəhhabiliyə və radikallığa qarşı 50 mindən artıq kitab çap edilərək ictimaiyyət arasında, həmçinin vəzifəli şəxslərə, polislərə, icra başçılarına, ağsaqqallara paylanıb. Vəhhabi cərəyanı kitabında doğru istiqamətin, haqqyolunun hansı olduğu izah edilib. Bütün Qafqazın Şeyxi axund və qaziləri radikallığa qarşı mübarizədə fəal olmağa,...

QMİ-də halal qida məhsulları istehlakçılarının haqlarının qorunması ilə bağlı İşçi Qrupu yaradılıb

QMİ-də halal qida məhsulları istehlakçılarının haqlarının qorunması ilə bağlı İşçi Qrupu yaradılıb

Bu gün Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) Qazılar Şurasının iclası keçirilib.  QMİ Qazılar Şurasının üzvləri və İdarənin səlahiyyətli nümayəndələrinin iştirakı ilə keçirilən toplantıda Şuranın sədri, Şeyxülislam Allahşükür Paşazadə məruzə ilə çıxış edib.

İclasda son zamanlar qida məhsullarının halallığı ilə bağlı Azərbaycan ictimaiyyətini maraqlandıran məsələ də müzakirə olunub. Din xadimlərinin çıxışlarında bu məsələyə dair açıqlamalar verilib. Bildirilib ki, halallıq sırf şəri səciyyə daşıyan məfhum olduğundan,...

Tanınmış rusiyalı politoloq: Putin Ukraynadan sonra Qarabağa keçəcək

Rusiya prezidenti Vladimir Putin Ukraynada maksimum planını yerinə yetirdikdən sonra, növbə Baltikyanı ölkələr və Qarabağa çatacaq, bu sözləri "Gordonua.com" saytına müsahibəsində rusiyalı politoloq, sosioloq və publisist Stanislav Belkovski bildirib. O, əlavə edib ki, Vladimir Putin yalnız öz istəyini həyata keçirdikdən sonra Ukraynadan əlini çəkəcək.

Stanislav Belkovski daha sonra deyib ki, hazırki durumda Rusiyanı yalnız iqtisadi tənəzzül və ya buna oxşar ciddi hadisə dayandıra bilər: "Putin hazırda Ukraynanın cənub-şərqinə nəzarəti tam əlinə almaq və Qara dənizi Rusiyanın ixtiyarına vermək istəyir. O, həmçinin rəsmi Kiyevi də Dnestryanı bölgənin müstəqilliyini tanımağa məcbur etmək fikrindədir. Rusiya prezidentinin maksimum planı Donetsklə Dnestryanı bölgə arasında bufer dövlətlər sistemini yaratmaqdır. Bura Ukraynanın Donetsk, Luqansk, Zaporojsk, Xersonsk, Nikolaevsk və Odessa şəhərlərini ələ keçirmək də daxildir. Ukraynada Rusiya ilə razılığa gələ biləcək bir siyasətçi var, o da Yuliya Timoşenkodur. Putin hazırki durumda yalnız onunla razılığa gələ bilər.”

Suriya Nigeriyada “təkfirçi” ünsürlərin törətdiyi terror hadisələri qınayır

Suriya Ərəb Respublikası bu gün, 'Boko Haram' adlı azğın “təkfirçi” terror təşkilatının Nigeriyada reallaşdırdığı terror hərəkətlərini qınayıb.

Suriya Xarici İşlər Nazirliyi bu gün nəşr etdiyi bəyanatında bildirib: “Suriya, 'Boko Haram' adlı təkfirci terror ünsürlərinin Nigeriyada günahsız insanlara, şagirdlərə və Milli Orduya qarşı törətdiyi qeyriinsani terrorçu hərəkətlərini narahatlıqla izləyir.

Nazirlik qeyd olunan bəyanatda bildirib: “Təkfirçi terror qruplaşması Paytaxtın şəhərətrafı milli nəqliyyat qarajında bomba qurğuları ilə yüklü bir avtomobillə reallaşdırdığı terror əməliyyatında, 50 günahsız adamın həyatına son qoymuş və onlarla adamın da yaralanmasına gətirib çıxartmışdır. Suriya hökuməti insanlığa sığmayan bomba ilə həyata keçirilmiş terror aktını şiddətlə qınayır.”

Suriya Xarici İşlər Nazirliyi Suriya hökumətinin terrora qarşı olduğunu, Nigeriya hökuməti və xalqının dərdinə şərik çıxdığını, habelə Nigeriya Şəhid ailələrinə başsağlığı verdiyini, yaralılara da təcili şəfalar tapmalarını təmənna etdiyini bildirib.

Nazirlik beynəlxalq aləmin azğın əl-Qaidə və vəhhabilik cəryanlarından doğan təkfirçlərə qarşı məsuliyyəti qəbul etməklə birlikdə təcili və təsirli işlər görməyi tələb edib.

Suriya Nazirliyi həmçinin təkfirçi və radikal terror qruplaşmalarını dünya təhlükəsizliyi və sabitliyini təhdid edən və beynəlxalq aləm üçün ən böyük təhlükə halına gəldiyini xəbərdar edib.

23 Aprel hərəkatı


23 Aprel hərəkatı ılə tanışlıq:
23 Aprel hərəkatı qeyrətli Azərbaycan xalqının 23 aprel 2012-ci il bazar ertəsi günü geniş və sensasiyalı gecə etirazlarının dəstəkləyicisi olmuşdur və ölkə də baş verən hadisələr və hakimiyyətin qanunsuz işlərinə görə və həmçinin xalqımızın haqqını tələb edən, gənclər vasitəsi ilə yaradılıb.
23Aprel hərəkatı ölkədə öz fəaliyyətini azadlıq ,islahat və bərabər insan hüquqları nail olana qədər davam edəcək.

23 aprel logosı

23 aprel