Əlaqə
Blog Arşivi
-
2014
(270)
- Eylül(2)
- Ağustos(20)
- Temmuz(25)
- Haziran(7)
- Mayıs(46)
- Nisan(44)
-
Mart(30)
- Mar 12(1)
- Mar 11(3)
- Mar 09(4)
- Mar 08(4)
- Mar 05(2)
- Mar 04(6)
- Mar 03(1)
-
Mar 01(9)
- Növbədənkənar həbs kampaniyası
- Diktatorların əsl üzü
- “Sovetksi” sakinlərinin hökumətə verdiyi vaxt bitir
- Səddam Hüseyn yadınızdadımı?
- “Xruşşovka”lar da söküləcək
- Azərbaycanın xarici borcu 4.7 milyard manatı aşıb
- Elnur Aslanov da barəsindəki "nurçu" iddiası barəd...
- İki ayda 12 hərbçi itirmişik
- İmadəddin Nəsiminin məzarı Suriyada terrorçu vəhab...
- Şubat(45)
- Ocak(51)
- 2013 (363)
1 Mart 2014 Cumartesi
“Sovetksi” sakinlərinin hökumətə verdiyi vaxt bitir
Evləri sökülənlər və kompensasiyadan narazı qalanlar Abid Şərifovdan cavab gözləyirlər
“Sovetski” sakinləri baş nazirin müavini Abid Şərifova ünvanladıqları müraciətə cavab gözləyirlər.
“Sovetski” sakinləri baş nazirin müavini Abid Şərifova ünvanladıqları müraciətə cavab gözləyirlər.
Sakinlər “Yeni Müsavat”a açıqlamalarında bildiriblər ki, hökumətə
verilən vaxt bitir. Amma buna baxmayaraq, “Sovetski”də kompensasiyadan
narazı qalan sakinlərlə bağlı rəsmi hər hansı bir qərar verilməyib.
Bakının qədim məhəlləsində yaşayanlar bildirdilər ki, hökumət yenə də
“Papanin” və “Basin”də söküntü zamanı tətbiq etdiyi qayda ilə məsələni
həll etməyi düşünür. Həmin qayda isə kompensasiya tələb edən “Sovetski”
camaatına fərdi yanaşmaqdır. Yəni evi bir qədər böyük olan sakinlər ola
bilər ki,...
hökumətdən mənzilin kvadratına görə 2500-3000 manat arası pul
alsın. Evinin sahəsi nisbətən kiçik olan ev sahibləri üçün isə 1500
manat kompensasiya nəzərdə tutulub.
Balababa Məcidov küçəsində yaşayan sakinlər deyir ki, martın 3-də
hökumətdən “Sovetski” ilə bağlı qeyri-adi bir qərar gözləmirlər. Buna
görə də “Sovetski” sakinlərini təmsil edən komitə adından baş nazirin
müavini Abid Şərifovun “Sovetki”dəki söküntülərlə bağlı səsləndirdiyi
fikirlərə münasibət bildirilib. Qəbul olunan müraciət eyni zamanda A.
Şərifova da göndərilib. Müraciətdə deyilir: “Abid Şərifov və digər
yüksək dərəcəli məmurların 150 nömrəli məktəbdə əhali ilə görüşündə
sakinlərin tələbi ilə yazılı müraciətimiz oxunmuşdu. Abid Şərifov
müraciətin sakinlər tərəfindən imzalanmasına ehtiyac olmadığını demişdi.
İndi nəyə əsasən bu müraciətin altında imzaların olmadığından onu
qeyri-rəsmi sayır? Hansı səbəbdən insanlar üçün taleyüklü məsələdə Abid
Şərifov hökumət tərəfindən aparılacaq söküntülərin dəqiq səbəbini və
qanunla tənzimlənən metodunu yazılı və izahlı şəkildə təqdim etmir?
Hətta bu işdə qeyri-müəyyənlik görür.
Qanunlara və vətəndaşların hüquqlarına söykənərək bu
qeyri-müəyyənliyi aradan qaldırıb əhalini razı salmaq üçün üslublar
yoxdurmu? Baş nazirin müavini qeyd etdi ki, sökülən evlərin yerində
əhaliyə yeni evlərin tikilib verilməsi qeyri-mümkündür və bu vaxta qədər
belə bir qərar Bakı şəhərində verilməyib. Əgər indiyə qədər belə
təcrübə olmayıbsa, indən sonra tətbiq edin. Bunu etmək müşkül, qaydalara
ziddirmi? Əslində isə Abid Şərifovun dedikləri qeyri-səmimidir və
verdiyi məlumat səhvdir. Məgər yaxın keçmişdə Heydər Əliyev prospekti və
digər ərazilərdə bu məsələ sakinlərin qeyd olunan ərazidə yeni
tikiləcək binalarda mənzillərlə təmin olunmaqla öz həllini
tapmamışdırmı?
Əgər evləri sökülən əhali üçün həmin ərazidə yeni binalar inşa
edilərsə və qeyri-rəsmi əlavə xərclərlə yüklənməzsə, bu binalarda
mənzillərin 1 kvadrat metr qiyməti maksimum 400-500 manat civarında başa
gələcək və iqtisadi-sosial baxımından əsaslanmış olacaq. Hazırda isə
dövlətin büdcəsindən hər kvadrat metr üçün 1500 manat məbləğində vəsait
ayrılıb, bu isə yuxarıda qeyd olunan məbləğdən 3 dəfə çoxdur. Sökülmə
nəticəsində 50 hektara yaxın torpaq sahəsi boşalacaq, amma təəssüf ki,
yerli sakinlər üçün yox, dəqiq bəlli olmayan məqsədlər naminə. Bu
ərazilərdə isə torpağın 1 sot üçün bazar dəyəri 500 min-700 min manat
civarındadır və iqtisadi maraqları nəzərə alaraq demək olar ki,
gələcəkdə bu torpaqların şəffaf istifadəsi şübhə doğurur. Abid müəllimin
dediyi kimi, bu söküntü işləri dövlətin zəruri tələblərinə əsasən
aparılmırsa və bu torpaqlar strateji əhəmiyyət daşımırsa, bəs nəyə görə
bu məsələ ilə Nazirlər Kabineti məşğuldur? Bu halda ərazilərin
yenidənbərpa işlərinin aparılması üçün sahibkarlara həvalə edilməsi və
hökumətin sadəcə nəzarət etməsi daha düzgün deyilmi?
Abid müəllim müsahibədə yaşayış sahəsi kiçik olan sakinlərə fərdi
yanaşma ola biləcəyini söylədi. Bu da müəyyən narazılığa səbəb ola
bilər. Məsələn, 30 kvadrat metr yaşayış sahəsi olan şəxs üçün
kompensasiya 3 min manat təşkil etdikdə 90 min manat vəsait əldə
edəcəkdir, lakin 40 kvadrat metr yaşayış sahəsi olan şəxsin
kompensasiyası 2 min manat olduqda cəmi 80 min manat məbləğində vəsait
alacaq. Ümumiyyətlə, kiçik və iri həcmli evlər deyildikdə hansı
parametrlər nəzərdə tutulduğuna aydınlıq gətirilməlidir. Evlərinin
sökülməsinə razılıq verməyən vətəndaşların sökülən evlərin arasında uzun
müddət qalıb yaşamaları sual doğurur.
Şübhələrə ciddi əsas var. Füzuli və Şəmsi Bədəlbəyli adlanan küçələr
arasındakı ərazidə sakinlərin zor gücü ilə evlərinin boşaldılmasının
dəfələrlə şahidi olmuşuq. Dövlət məmurları və məsul şəxslər əhali
arasında qeyri-müəyyənlik və dezinformasiya yaradaraq, məlum
hadisələrdən sonra ölkə rəhbərinin ciddi xəbərdarlıq və göstərişlərini
nəzərə almadan hərəkət etməyəmi çalışırlar?”
Kaydol:
Kayıt Yorumları (Atom)
23 Aprel hərəkatı
23 Aprel hərəkatı ılə tanışlıq:
23 Aprel hərəkatı qeyrətli Azərbaycan xalqının 23 aprel 2012-ci il bazar ertəsi günü geniş və sensasiyalı gecə etirazlarının dəstəkləyicisi olmuşdur və ölkə də baş verən hadisələr və hakimiyyətin qanunsuz işlərinə görə və həmçinin xalqımızın haqqını tələb edən, gənclər vasitəsi ilə yaradılıb.
23Aprel hərəkatı ölkədə öz fəaliyyətini azadlıq ,islahat və bərabər insan hüquqları nail olana qədər davam edəcək.
0 comments:
Yorum Gönder