Blog Arşivi

22 Şubat 2014 Cumartesi

Ölkədə 43 mln. tona kimi neft istehsal olunacaq

fevralın 21-də “Grand Hotel Europa” mehmanxanasında Xəzər-Avropa İnteqrasiya İşgüzar Klubunun (CEIBC) üzvləri ilə Azərbaycan Respublikasının Energetika naziri cənab Natiq Əliyev arasında görüş keçirilib. Görüşdə CEIBC-nin yaranma tarixi və fəaliyyəti barədə məlumat verilib, .....

İnternet niyə bahadır və nə üçün keyfiyyətsizdir?


Ölkənin əsas milli İnternet operatoru-İnternet təchizatçısı «Delta Telecom» şirkəti istifadə olunan internet trafikinin 99%-ini  ölkəyə gətirir və  təxminən 30 provayderə (İSP), ö cümlədən 3 dövlət provayderinə satır.

«Delta Telecom» həmçinin qonşu Gürcüstana da internet satır.

Ölkə üzrə istifadə olunan toplam internet trafiki cəmi 100 Gb/san-dir. Hər bir provayderin aldığı internet trafikin həcmi «Delta Telecom»un saytında yerləşdirilib və onlayn olaraq yenilənir.....

Bakı Dövlət Universitetində (BDU) təcili müşavirə keçirilib

Bu gün Bakı Dövlət Universitetində (BDU) təcili müşavirə keçirilib.

Universitetin mətbuat xidmətinin rəhbəri Pərvanə İbrahimovanın verdiyi xəbərə görə, müşavirə Apellyasiya Komissiyasına müraciət edən tələbələrin problemləri ilə bağlı olub: “Müzakirələrdə problemlər operativ olaraq həll edilib, bu barədə fakültə dekanlıqlarına məlumat verilib. Komissiyaya müraciət edən tələbələr bazar ertəsi fakültə dekanlıqlarından nəticələr haqqında məlumat ala biləcəklər”.
Qeyd edək ki, bu gün BDU-da rektor Abel Məhərrəmovun və Təhsil Nazirliyi rəsmilərinin iştirakı ilə akademik borcu olan və intahan nəticələrindən narazı olan tələbələrlə görüş keçirilib, onların problemləri dinlənilib.
Rektor A. Məhərrəmov bildirib ki, BDU-da təhsil alan 20 minə yaxın tələbədən 3200-ə yaxınının akademik borcu var.

Azərbaycanlılar hər il dərmana 350 milyon manat pul xərcləyirlər

Ölkəyə gətirilən dərmanların əksər hissəsi qeydiyyatdan keçmir. Azərbaycan dünyanın 40 ölkəsindən 200-dən çox dərman preparatı alır, eyni zamanda da 60 adda dərman preparatını istehsal edir. Yenədə deməliyik ki, dərman preparatlarının əsas hissəsi xaricdən gəlir.

Dəmiryolçuların Prezident Administrasiyasının qarşısında etiraz aksiyası

Bu gün bir qrup dəmiryolçu dövlət başçısının administrasiyasının qarşısında etiraz aksiyası keçirmək üçün toplaşıb. Onlarla adam bir neçə ayın əməkhaqqının verilməsini tələb edib. Onlar dəfələrlə müxtəlif qurumlara müraciət etsələr də nəticəsi olmayıb. Artıq Prezident Administrasiyasının qarşısına toplamağı qərara alıblar.
Dəmiryolçular jurnalistlərlə söhbət zamanı iş şəraitindən şikayətləniblər: kömür əvəzinə kömür tozu verilir, vaqonlar köhnədir və pis vəziyyətdədir. Hələ 2005-ci ildə dəmir yolu rəhbərliyi vəd etmişdi ki, vaqonlar dəyişdiriləcək, lakin bu, baş verməyib. Bundan əlavə, kişi bələdçiləri qadınlarla əvəz ediblər, əməkhaqqı daim gecikir.
Nəqliyyat Nazirliyində dəmiryolçuları eşitmək istəyən yoxdur. “Əgər bu dəfə də reaksiya olmasa, xarici səfirliklərə müraciət edəcəyik”, - aksiya iştirakçılarından biri vurğulayıb.
Dəmiryolçulardan ikisi Prezident Administrasiyasının qəbul otağına daxil olaraq öz şikayət və tələblərini təqdim ediblər.

23 Aprel hərəkatı


23 Aprel hərəkatı ılə tanışlıq:
23 Aprel hərəkatı qeyrətli Azərbaycan xalqının 23 aprel 2012-ci il bazar ertəsi günü geniş və sensasiyalı gecə etirazlarının dəstəkləyicisi olmuşdur və ölkə də baş verən hadisələr və hakimiyyətin qanunsuz işlərinə görə və həmçinin xalqımızın haqqını tələb edən, gənclər vasitəsi ilə yaradılıb.
23Aprel hərəkatı ölkədə öz fəaliyyətini azadlıq ,islahat və bərabər insan hüquqları nail olana qədər davam edəcək.

23 aprel logosı

23 aprel