Blog Arşivi

11 Mart 2014 Salı

Yalançının Ev Yandı Heç Kim Ona İnanmadı

Heç kimə sirr deyil ki, İlham Əliyev hakimiyyətdə qalıb, iqtidardan getməmək üçün Şeytanın özü ilə belə əlbir olmağa hazırdır və elə əlbir də olub. 
  
İlham Əliyev cavabında bildirib ki, Azərbaycanda siyasi məhbusun olmaması AŞPA-nın ötən ilin yanvar ayında siyasi məhbuslarla bağlı gündəliyə çıxarılan qətnamənin əleyhinə səs verməklə də təsdiqləyib.
Xatırladaq ki, 2013-cü ilin yanvar ayının 19-da AŞPA-nın qış sessiyasında qurumun Azərbaycan üzrə olan siyasi məhbuslar üzrə məruzəçisi Kristof Ştrasser siyasi məhbuslarla bağlı toplantıya qətnamə təklif etmişdi ancaq səsvermədə qətnamə qəbul olunmadı.
Onu da qeyd edək ki, Ştrasseri İlham Əliyev hakimiyyəti 3 il müddətində bir dəfə də olsun mandatı üzrə Azərbaycana buraxmadı. Bundan başqa İlham Əliyev cavabında onu da qeyd edib ki, Azərbaycan vətəndaşları arasında yerli məhkəmələrdən narazı qaldıqları halda və ədalətsizliklə üzləşdikləri halda Avropa İnsan Haqları məhkəməsinə üz tuta bilərlər ki, bu məhkəmənin də qərarlarını Azərbaycan hakimiyyəti yerinə yetirir.
Daha sonra Prezident onu da əlavə etdi ki, ümumiyyətlə siyasi məhbus termininin universal izahı olsaydı yaxşı olardı. Bu prezidentin dedikləridir.
İlham Əliyevin dediklərini şərh edərkən birinci ondan başlamalıyıq ki,...

“Sovetski”də axan çarəsiz göz yaşları…

Göz yaşları iki əks hissin – kədərin və sevincin bir ifadəsidir.
Göz yaşları insan qəlbinin dərinliyindəki ucalan səsdir.
Göz yaşları həm də mesajdır və bu mesajı duyan hər bir kəs onu keçirdiyi hissləri bölüşməyə çalışır.
Ötən gün ağlayan gözlər gördüm. Qayğılı, çarəsiz bir cüt göz… Saçları ağarmış, üzləri qırışmış, ömrünün bəlkə də son qışını yaşayan yaşlı qadın için-için ağlayırdı. Onun bir istəyi var idi. Göz yaşlarında boğulan qadın bir təhər öz sözlərini deməyə çalışırdı: “Bizə niyə ev vermirsən? Axı biz də Azərbaycanın balalarıyıq…”
Bu yaşlı nənənin sözlərindən çox, axıtdığı məsum göz yaşları təsirli idi. O, yaşamaq istəyir, o, bir ev istəyir. Özü üçün deyil, xəyalında qurduğu kimi balaları üçün, körpə nəvələri üçün. Bəlkə də, ömrünün sonuna yaxınlaşan bu yaşlı qadın üçün son şansdır ki, övladlarını rahat mənzildə yaşadığını görsün. Xəyallarında yaşadığını reallığa çevirmək istəməyənlərə qəzəbi var. Ancaq bu qəzəb göz yaşlarına təslim olub.
Nə edim ki, o yaşlı ananın gözlərini silməyə cürətim yoxdur. Çünki bu gözləri nə qədər silsəm də, qəlbin incəliyində ev quran xəyallar onun vücudunu titrədəcək və puç olmuş xəyalların arxasınca baxıb göz yaşlarına qərq olacaq. Ancaq yaşlı ananın arzularını dəfn etməyə çalışmayım. Çünki insanın ümidsiz yaşaması onun yaşamaması deməkdir. Ümid etmək istəyirəm ki, bu gözləri güldürəcək xəbər çıxacaq və yaşlı ana sevinc göz yaşları axıdacaq, “Xəyalım dəfn olunmadı” deyəcək və hüzurla həyatını davam etdirəcək.

Nurçuluğun Azərbaycandakı “F”sı

Son vaxtlar ölkə gündəmini zəbt edən nurçuluqla bağlı hər gün yeni adlar çəkilsə də, onların Azərbaycandakı əsas təhsil ocaqları Çağ Öyrətim İşlətmələri şirkəti və Qafqaz universiteti göstərilir. 
Dəfələrlə ölkə mediasında bununla bağlı faktlar irəli sürülsə də, hər iki qurum bunu təkzib edib. Maraqlıdır ki, hər iki məktəbin “Google Map”da görüntüsü Nurçuların lideri, onların dili ilə desək “hoca əfəndi” Fətullah Gülənin  baş hərfini əks etdirir.
Qeyd edək ki, sözügedən faktın özü yeni olmasa da, bu məqamda bir daha oxuculara təqdim edirik:

(qafqazinfo)

23 Aprel hərəkatı


23 Aprel hərəkatı ılə tanışlıq:
23 Aprel hərəkatı qeyrətli Azərbaycan xalqının 23 aprel 2012-ci il bazar ertəsi günü geniş və sensasiyalı gecə etirazlarının dəstəkləyicisi olmuşdur və ölkə də baş verən hadisələr və hakimiyyətin qanunsuz işlərinə görə və həmçinin xalqımızın haqqını tələb edən, gənclər vasitəsi ilə yaradılıb.
23Aprel hərəkatı ölkədə öz fəaliyyətini azadlıq ,islahat və bərabər insan hüquqları nail olana qədər davam edəcək.

23 aprel logosı

23 aprel