Əlaqə
Popüler Yayınlar
- ""Ziyalılar Forumu"nun (ZF) "El" hərəkatı ilə əlaqəsi yoxdur"
- İslami dəyərlərə üstünlük verən Az. Re-da 2014-cü ilin birinci rübündə uşaqlara qoyulmuş ən populyar 14 ad
- İlhaam Əliyev həmişə kütləvi görüşlərdən çəkinir ...
- Şeytan Toruna Düşmüş Yazıqlar: 4 nəfər İngiltərəli azyaşlı pozğunun Suriyada “Nikah Cihadı”
Blog Arşivi
- 2014 (270)
-
2013
(363)
-
Aralık(45)
- Ara 29(7)
- Ara 25(2)
- Ara 24(2)
- Ara 23(3)
- Ara 21(8)
- Ara 17(6)
-
Ara 15(7)
- Azərbaycanda 9 jurnalist və 3 bloqçu həbsdədir
- Tale Bağırov məhkəməni bazara bənzətdi
- Sumqayıtdakı insidentdə vəhabilərdən aşkarlanan si...
- Deputat əlil uşaqları "bədheybət" adlandırdı
- Bakıda bir sakinə cəmi 2 kvadratmetr yaşıllıq düşür
- Sabah Milli Şuranın mitinqidi
- Putinin səfəri Ermənistana təhqir idi...
- Ara 04(3)
- Ara 02(7)
- Kasım(5)
- Ekim(84)
- Eylül(81)
- Ağustos(7)
- Temmuz(39)
- Mayıs(5)
- Nisan(15)
- Mart(12)
- Şubat(12)
- Ocak(58)
-
Aralık(45)
15 Aralık 2013 Pazar
Azərbaycanda 9 jurnalist və 3 bloqçu həbsdədir
Bu ilin 17
sentyabrında MTN tərəfindən həbs olunan jurnalist və hüquq müdafiəçisi Pərviz Həşimli
də daxil olmaqla Azərbaycanda 9 jurnalist və 3 bloqçu həbsdədir. Bu barədə
Media Hüququ İnstitutundan “Bizim Yol” qəzetinə verilən məlumatda bildirilir:
Müstəqil jurnalist
Fuad Hüseynov – 2010-cu ildə xuliqanlıq ittihamı ilə həbs olunub. Məhkəmə onu 6
il 6 ay müddətinə azadlıqdan məhrum edib.
Tale Bağırov məhkəməni bazara bənzətdi
Dekabrın
13-də Bakı Apelyasiya Məhkəməsində hakim İlqar Murquzovun sədrliyi ilə
ilahiyyatçı Tale Bağırov barəsində Sabunçu rayon Məhkəməsinin 1 noyabr tarixli
qərarından verilmiş apelyasiya şikayətinin ilkin baxış iclası keçirilib.
Prosesdə
Tale Bağırovun özü və vəkili Cavad Cavadov, dövlət ittihamçısı Nəsib Bayramov,
eləcə də bir çox inanclı şəxslər iştirak ediblər.
Vəkil
Cavad Cavadov “Azadxeber.net” saytına iclasın əvvəlində məhkəmə baxışının məhkəmə istintaqı ilə başlanması, həmçinin
Tale Bağırov barəsində həbs qətimkan tədbiri məsələsinə də toxunulması ilə
bağlı vəsatət qaldırdıqlarını bildirdi:
“Məhkəmə isə belə qərara gəldi ki, məhkəmə istintaqı və əlavə sübutlar tələb
edilməsinə heç bir zərurət yoxdur. Biz Tale Bağırovla məsləhətləşdik və bununla
bağlı razılaşmırıq. Yəqin ki, bundan kasasiya şikayəti veriləcək. Tale Bağırov
özü də məhkəməyə, ümumiyyətlə Azərbaycan məhkəmələrinə etirazını bildirdi. Azərbaycanda müstəqil məhkəmə
olmadığına görə, o hesab edir ki, bu prosesin də heç bir əhəmiyyəti yoxdur, sadəcə
bu prosedurlar bizə beynəlxalq məhkəmələrə çıxmaq üçün zəruridir” –deyən vəkil
növbəti məhkəmənin 19 dekabr saat 11:30-a təyin edildiyini dedi
Sumqayıtdakı insidentdə vəhabilərdən aşkarlanan silahlar
DİN
Sumqayıtda silahlı insident yardadan şəxslərin evlərindən aşkarlanan silahları
açıqlayıb.
Dekabrın
11-də Sumqayıtda ektremist təmayüllü “Xəvarici”lərlə “Sələfi” təriqətinə mənsub
bir qrup şəxs arasında baş vermiş silahlı münaqişə nəticəsində şəhər sakinlərindən
Anar Rəhimov və Elmar Məmmədli bıçaq xəsarətləri, Təzə Corat qəsəbəsinin sakinləri
Elşən Musayev və Elnur Nəzərəliyev isə qəlpə yaraları alıblar.
Deputat əlil uşaqları "bədheybət" adlandırdı
Qazaxıstan
Prezidentinin qızı, Qazaxıstan Milli Məclisinin deputatı Dariqa
Nazarbayeva sosial-mədəni inkişaf komitəsinin iclasındakı çıxışı zamanı
"imkanları məhdud uşaqlar"ı "bədheybət" adlandırıb.
Qeyd olunur ki, o bu sözləri iclasda "yeniyetmələrin və gənclərin cinsi-əxlaq tərbiyəsi" barədə mövzu müzakirə olunarkən deyib.
Qeyd olunur ki, o bu sözləri iclasda "yeniyetmələrin və gənclərin cinsi-əxlaq tərbiyəsi" barədə mövzu müzakirə olunarkən deyib.
Bakıda bir sakinə cəmi 2 kvadratmetr yaşıllıq düşür
Ölkə prezidenti İlham Əliyev
dünən Bakıda Dədə Qorqud abidəsinin açılışında deyib ki, ölkəmizin paytaxtı
artıq parklar və bağlar şəhərinə çevrilib. Geniş çıxışın bu məqamı diqqətimi
daha çox çəkdi, çünki YAP hakimiyyətinin axır 10 illik dövründə - böyük neft
pullarının axmağa başlayandan Bakı tikinti meydançasına çevrilib. Bu prosesdə
isə ən çox zərbə yaşıllıqlara dəyib. Yeni azərbaycanlıların hakimiyyəti dövründə
yaşılıq zolaqlarını, ağacları məhv edib yerində göydələnlər tikməyin onlarla
nümunəsi var.
Sabah Milli Şuranın mitinqidi
Cəmil Həsənli xalqı mitinqə çağırdı; təşkilatçılara Bakı
polisində xəbərdarlıq olundu
Sabah saat 14-dən 16-dək metronun “İnşaatçılar” stansiyasının yanındakı “Məhsul” stadionunda Milli Şuranın mitinqi keçiriləcək. Təşkilatçılar Bakı Şəhər İcra Hakimiyyətinin rəsmi razılıq verdiyi mitinqin yanacağın qiymətlərinin qaldırılmasına etiraz məqsədilə sosial tələblər və şüarlarla keçiriləcəyini bəyan ediblər.
Milli Şuraya daxil olan partiya və təşkilatlar mitinqə hazırlıq istiqamətində bir sıra toplantılar keçiriblər. Dünən saat 14.30-da Müsavat Partiyasının qərargahında Milli Şuranın dekabrın 15-nə təyin edilmiş mitinqi ilə bağlı toplantı keçirilib. Müsavat Partiyasının mətbuat xidmətindən verilən məlumata görə, partiyanın Mərkəzi İcra Aparatının rəhbəri Arif Hacılının və başqan müavini Gülağa Aslanlının rəhbərliyi ilə keçirilən toplantıya rayon təşkilatlarının sədrləri qatılıb. Toplantıda mitinqə hazırlıqla bağlı iş bölgüsü aparılıb, etiraz aksiyasında səsləndiriləcək şüarlar müəyyənləşdirilib, mitinqin kütləviliyinin təmin olunması üçün tapşırıqlar verilib.

Putinin səfəri Ermənistana təhqir idi...
Kreml başçısının ziyarətinə Gümrü hərbi bazasından
başlaması ABŞ prezidentlərinin Əfqanıstandakı Bəhram və Qandaqar bazalarına
ziyarətləri ilə eyniləşdirilir; Aleksey Sinitsin: “Kasıb Ermənistan müasir rus
hərbi maşınlarını heç daxili qiymətə də almaq imkanında deyil...”
Rusiya prezidenti Vladimir Putinin Ermənistana son səfərinin yekunlarından biri də Moskvanın öz forpostuna rus silah-sursatını daxili qiymətlərə satacağı ilə bağlı verdiyi vəd oldu. Əslində bu güzəştin özü də Ermənistan kimi kiçik büdcəsi olan cırtdan ölkə üçün kifayət qədər böyük yükdür. Çünki blokada üzündən işğalçı dövlətin iqtisadiyyatı inkişaf perspektivindən məhrumdur və hələ də faktiki olaraq, sovet dövründəki rüşeym səviyyəsindən yuxarı qalxa bilməyib.

Kaydol:
Kayıtlar (Atom)
23 Aprel hərəkatı
23 Aprel hərəkatı ılə tanışlıq:
23 Aprel hərəkatı qeyrətli Azərbaycan xalqının 23 aprel 2012-ci il bazar ertəsi günü geniş və sensasiyalı gecə etirazlarının dəstəkləyicisi olmuşdur və ölkə də baş verən hadisələr və hakimiyyətin qanunsuz işlərinə görə və həmçinin xalqımızın haqqını tələb edən, gənclər vasitəsi ilə yaradılıb.
23Aprel hərəkatı ölkədə öz fəaliyyətini azadlıq ,islahat və bərabər insan hüquqları nail olana qədər davam edəcək.