Əlaqə
Popüler Yayınlar
- ""Ziyalılar Forumu"nun (ZF) "El" hərəkatı ilə əlaqəsi yoxdur"
- İslami dəyərlərə üstünlük verən Az. Re-da 2014-cü ilin birinci rübündə uşaqlara qoyulmuş ən populyar 14 ad
- İlhaam Əliyev həmişə kütləvi görüşlərdən çəkinir ...
- Şeytan Toruna Düşmüş Yazıqlar: 4 nəfər İngiltərəli azyaşlı pozğunun Suriyada “Nikah Cihadı”
Blog Arşivi
- 2014 (270)
-
2013
(363)
- Aralık(45)
- Kasım(5)
-
Ekim(84)
- Eki 20(1)
- Eki 13(1)
- Eki 10(7)
-
Eki 09(10)
- Cəmil Həsənlinin Seçki Qərargahı: “Milli Şura elan...
- Saxtakarlıq olmasa Cəmil həsənli qalıb olacaq
- Cəmil Həsənlinin Seçki Qərargahı seçki qanunsuzluq...
- İnsan Hüquqları Klubu 2013-cü ildə həbs olunmuş və...
- Nə qədər ki, rejimi tənqid edən şəxslər həbsdədir,...
- oxucuların nəzərinə çatdırır ki, seçki pozuntuları...
- Saxta bülletenlər. Küncü kəsilməmiş seçki bülleten...
- 125 yaşlı nənə səs verdi
- Budəfəki seçkidə 10 namizəd mübarizə aparır.
- MSK-dan mobil seçki saxtakarlığı
- Eki 08(11)
- Eki 07(10)
- Eki 06(8)
- Eki 05(7)
- Eki 04(4)
- Eki 03(4)
- Eki 02(11)
- Eki 01(10)
- Eylül(81)
- Ağustos(7)
- Temmuz(39)
- Mayıs(5)
- Nisan(15)
- Mart(12)
- Şubat(12)
- Ocak(58)
9 Ekim 2013 Çarşamba
Cəmil Həsənlinin Seçki Qərargahı: “Milli Şura elan olunacaq nəticələri etimad göstərə bilməz”
Milli Şuranın prezidentliyə vahid
namizədi Cəmil Həsənlinin Seçki Qərargahı ilk bəyanatını yayıb. Musavat.com-a
daxil olan bəyanatda deyilir: “9 oktyabr 2013-cü il seçkilərinin başladığı
andan bütün ölkə ərazisində seçki məntəqələrindən səsvermənin nəticələrinə
ciddi təsir edəcək qanun pozuntuları və saxtalaşdırma halları barədə məlumatlar
almaqdayıq. Qanun pozuntuları barədə xəbərlər təkcə Cəmil Həsənlini təmsil edən
müşahidəçilərdən, məşvərətçi səs hüquqlu seçki komissiyası üzvlərindən, onun
vəkillərindən və səlahiyyətli nümayəndələrindən deyil, səs verən tərəfsiz
seçicilərdən və tərəfsiz müşahidəçilərdən də daxil olur, eyni zamanda, mediada
bu haqda əsaslı məlumatlar, foto və videogörüntülər yayılır”.
Saxtakarlıq olmasa Cəmil həsənli qalıb olacaq
mənim ölkəm verdiyi xəbərə görə :
“BBC”news verdiyi xəərə istinadən ,Azərbaycanda keçirilən prezident seçkilərindən iştirakçıların əksəriyyəti İlham əliyevin muxaliflri dir.
Milli şuranın sədri Cəmil həsənlinin tərfdaralrı ciddi şəkildə seçki məntəqələrinə hazir olub səs veriblər.
Amma əqər saxtakarlıq baş verməsə Cəmil həsənlinin qələbəsi ihtimalı yüksək dərəcədə dir.
“BBC”news verdiyi xəərə istinadən ,Azərbaycanda keçirilən prezident seçkilərindən iştirakçıların əksəriyyəti İlham əliyevin muxaliflri dir.
Milli şuranın sədri Cəmil həsənlinin tərfdaralrı ciddi şəkildə seçki məntəqələrinə hazir olub səs veriblər.
Amma əqər saxtakarlıq baş verməsə Cəmil həsənlinin qələbəsi ihtimalı yüksək dərəcədə dir.
Cəmil Həsənlinin Seçki Qərargahı seçki qanunsuzluqları ilə bağlı yenə onlarla fakt açıqladı
22 saylı Nəsimi seçki dairəsinin
9 saylı məntəqəsindən verilən məlumata görə, bu məntəqə ərazisində qeydiyyatda
olan çoxsaylı seçicilərin adı seçici siyahılarına daxil edilməyib.
121 saylı Laçın seçki dairəsinin
16 saylı məntəqəsindən verilən məlumata görə, bu məntəqədə 1 nəfərə ailə üzvlərinin səsvermə hüququ olan bütün seçicilərin
əvəzinə səsvermə imkanı yaradılır. Bu
qanunsuzluğa etiraz edən müşahidəçilərə isə “Hara istəyirsiniz, ora şikayət
edin”, deyə cavabı verilir.
İnsan Hüquqları Klubu 2013-cü ildə həbs olunmuş və azadlıqdan məhrum edilmiş fəalların siyahısını təqdim edib.
Həbs olunmuş şəxslər
Bağırov Taleh - ilahiyyatçı
Məlikov Anar - Taleh
Bağırovun sürücüsü
Əsgərov Röyal - dini fəal
Qurbanov Bəxtiyar - dini fəal
Nə qədər ki, rejimi tənqid edən şəxslər həbsdədir, ifadə azadlığı təmin olunmayıb prezident seçkisi ədalətli sayılmayacaq
Arannews- mətbuat azadlığı sahəsində aparıcı QHT-lər və jurnalistlərdən ibarət Beynəlxalq Tərəfdaşlıq
Qrupu Azərbaycanla bağlı bəyanat verib. Sənəddə Azərbaycanda hüquq və
azadlıqlar sahəsində ciddi problemlər olduğu qeyd edilir, prezident seçkisinin
azad və ədalətli keçirilməsi üçün həbsdə olan jurnalist və bloqçuların, hüquq
müdafiəçilərinin azad olunması çağırışı yer alır.
oxucuların nəzərinə çatdırır ki, seçki pozuntuları ilə bağlı ən son məlumatlar bu bölmədən dəyərli oxuculara çatdırılacaq
Milli Şuranın prezidentliyə namizədi Cəmil
Həsənlinin Seçki Qərargahı seçki pozuntuları ilə bağlı növbəti pres-relizi təqdim
edib:
16 saylı Yasamal ikinci seçki dairəsinin 1
saylı məntəqəsindən verilən məlumata görə, həmin məntəqədə Torpaq Komitəsinin
işçiləri dəfələrlə təkrar səsverməyə cəlb olunur. Seçicilərin barmaqlarına mürəkkəb
vurulmur.
18 saylı Nərimanov-Nizami seçki dairəsinin
35 saylı seçki məntəqəsindən məşvərətçi səs hüquqlu komissiya üzvü Mütalib
Novruzovun verdiyi məlumata görə, bu məntəqədə seçki qutusuna külli miqdarda
seçki bülleteninin topa halında atıldığı aşkar edilib.
Saxta bülletenlər. Küncü kəsilməmiş seçki bülletenləri
Sosial şəbəkələrdə seçki məntəqələrində saxtakarlıq faktlarını əks etdirən
bir sıra foto və video görüntülər yayılıb. "Meydan.tv" belə saxtakarlıqlardan
birini - küncləri kəsilmiş, öncədən işarələnmiş bülletenlərin şəklini foto-fakt
olaraq təqdim edib.
125 yaşlı nənə səs verdi
Ən yaşlı seçici 92 saylı Zərdab-Ucar seçki dairəsində olan Zərdab
rayonunun Məlikli kənd sakini 125 yaşlı Bayramova Süfü Mikayıl qızı bu gün səsvermə
hüququndan istifadə edib. 125 yaşlı nənə daşınan seçki qutusunda səs verib.
Hazırda 3 övlad, 9 nəvə və altı nəticə sahibi olan Süfü Bayramova keçmişdə
kolxoz, barama və müxtəlif əkin təsərrüfatlarında işləyib.
Budəfəki seçkidə 10 namizəd mübarizə aparır.
AXCP sədri Əli Kərimli də səsvermədə iştirak edib
İsa Qəmbər səs verdi
Müsavat Partiyasının başqanı İsa Qəmbər həyat yoldaşı Aida Bağırova ilə
birlikdə bu gün saat 10 radələrində Nərimanov II Seçki Dairəsinin 23 saylı məntəqəsində
səs verib
Bu gün səhər saat 8.00-dan etibarən Azərbaycan Respublikasında növbəti
prezident seçkisinin səsverməsi başlayıb.
MSK-dan mobil seçki saxtakarlığı
Mərkəzi Seçki Komissiyası seçkilərlə əlaqədar IOS və Android
telefonlar üçün tətbiqetmələr düzəldib. Tətbiqetmələri oktyabrın 8-də mobil
telefonuna yükləyən istifadəçilər bu gün olacaq seçkilərin nəticələri ilə
qarşılaşıblar. Belə ki, səsvermədə İlham Əliyevin 72.76%, Cəmil Həsənlinin
7.4%, Qüdrət Həsənquliyevin 5.24% olduğu görünür. Hətta seçici fəallığı, seçki
məntəqəsinin adı, saatlara görə nə qədər seçicinin səs verdiyi də qeyd olunub.
Hazırda isə həmin bölmə telefonlarda bağlıdır və daxil olarkən "Bu bölmə
seçki günü aktiv olacaq" yazılıb. Böyük ehtimalla tətbiqetməni
hazırlayanlar həmin bölməni "bağlı" etməyi unudublar (meydan.tV).
Mərkəzi Seçki Komissiyasının mətbuat katibi Azər Sarıyev
"Azadlıq" radiosuna bildirib ki, baş verənlərin MSK-ya aidiyyatı
yoxdur:
Kaydol:
Kayıtlar (Atom)
23 Aprel hərəkatı
23 Aprel hərəkatı ılə tanışlıq:
23 Aprel hərəkatı qeyrətli Azərbaycan xalqının 23 aprel 2012-ci il bazar ertəsi günü geniş və sensasiyalı gecə etirazlarının dəstəkləyicisi olmuşdur və ölkə də baş verən hadisələr və hakimiyyətin qanunsuz işlərinə görə və həmçinin xalqımızın haqqını tələb edən, gənclər vasitəsi ilə yaradılıb.
23Aprel hərəkatı ölkədə öz fəaliyyətini azadlıq ,islahat və bərabər insan hüquqları nail olana qədər davam edəcək.