Blog Arşivi

15 Ocak 2013 Salı

O zaman kı hikayələr doğru çıxır


Bir gün xalqın bir hissəsi hakimiyyətə qarşı dinc və icazəli aksiya keçirdilər.
Gələn dəfə aksiya təntənəli olaraq ,hakimiyyəti vəhşətə saldı buna görə aksiyaya icazə vermədi və darmadağa başladı və islahata da qəbul etmədi .
Amma xalq tələləblərini istəyirdi.
Hakimiyyət də xalqın tələblərinə baxmadı və gün bə gün vəhşiləşdi ,Ölülərin sayi artırıldı.
O hakimiyyət başa döşmədi ki, ölkədə xalqın sözü əhəmiyyətli sayılır.
Bu Bahrain xalqının əhvalatıdır və biz bu xalqın əvəlki mövqədəyik.
Axırımız nə olacaq...???

Bakı polisi 20 oktyabr aksiyasını dağıdıb

Bakının Fəvvarələr Meydanında "Parlament buraxılsın" tələbi ilə bir qrup müxalifətçi aksiya keçirib. Aksiya başlamazdan öncə Fəvvarələr Meydanına gedən bütün yollar polislər tərəfindən nəzarətə götürülüb. Eyni halda əraziyə çevik polis alayının xüsusi qoşunları yeridilib. Aksiya iştirakçıları “Parlament buraxılsın”, “Azadlıq” , “Saxta parlament rədd olsun” şüarları səsləndiriblər. Aksiya zamanı 30-a yaxın aksiya iştirakçısı həbs edilib. Həbs edilənlər arasında müxalifətçi xanımlarda olub. Polisin qadınlara qarşı zor tətbiq etməsi nəticəsində bir neçə qadın huşunu itirib. Buna baxmayaraq huşunu itirən xanımlar polis tərəfindən həbs ediliblər.

Bakıda sosial tələblərlə daha bir etiraz aksiyası oldu



Dünən Bakıda sosial tələblərlə daha bir etiraz aksiyası oldu. “Zəkalar” liseyində dərs alan şagirdlərin Xətai rayonunda yerləşən 88 saylı orta məktəbə köçürülməsi etirazlara səbəb oldu. 88 saylı məktəbin müəllimləri və şagirdləri yeni təmir olunmuş təhsil ocağından sürgün edilmələrinə qarşı çıxdılar.

Sentyabrın 9-da məktəbdə oxuyan şagirdlərin valideynləri və müəllimlər ayağa qalxdılar. Onlar yenicə təmir olunaraq istifadəyə verilmiş 88 saylı məktəbdən çıxmayacaqlarını, sonadək mübarizə aparacaqlarını bəyan etdilər.
Adıçəkilən məktəbin müəllimləri ilə orada təhsil alan uşaqların valideynləri səhər saatlarından etibarən məktəbin həyətinə toplaşmışdı. Onlar məktəbin “Zəkalar” liseyinə verilməsindən narazı qaldıqlarını söylədilər.
Aksiya yerində söhbətləşdiyimiz valideynlər qeyd etdilər ki, bu məsələdə açıq-aşkar ayrı-seçkilik edilir. Belə ki, “Zəkalar” yeni təmir olunan 88 nömrəli məktəbə köçürülür, onların övladları isə şəraitsiz “Zəkalar” liseyinin binasına. Valideynlər şagirdlərin liseyin binasına da köçürüləcəyinə inanmır. Dediklərinə görə, liseyin binası söküləcək və yerində çoxmərtəbəli bina inşa olunacaq. 88 saylı məktəbin müəllim və şagird heyətinin aqibəti isə sual altındadır

Əliyevlər ölkədən 48 milyard pul çıxarıb


Britaniya parlamentinə bağlı təşkilat ölkəmiz haqda sensasion məlumat yaydı

Britaniya parlamentinin himayəsiylə 2003-cü ildə yaradılan və mərkəzi ofisi Londonda yerləşən “Tax Custice Network” (“Ədalətli Vergi Sistemi”) qeyri-hökumət təşkilatı “The Price of Offshore Revisited” (“Ofşor zonaların qiyməti”) adlı hesabatını açıqlayıb. Hesabatın keçmiş sovet, indiki MDB ölkələrindən bəhs edən hissəsində Azərbaycanla başlı şok məlumat yer alıb. Sənəddə 1993-2010-cu illər aralışında MDB ölkələrindən offşor zonalara ümumilikdə 1,1 trilyon dollar çıxarıldışı qeyd olunub.
Təşkilatın araşdırmalarından sonra məlum olub ki, 1993-2010-cü illərdə MDB ölkələri arasında ən az pul Qırşızıstandan çıxarılıb. Bu ölkədən ofşor zonalara ötürülən pulun miqdarı 0,9 milyard dollar olub. Keçmiş sovet ölkələrindən ofşor zonalara ötürülən pulun miqdarına görə Rusiya birinci yeri tutur. Şimal qonşumuzdan 17 il ərzində 798 milyard dollar pul ofşor zonalara daşınıb. Ikinci yerdə isə Ukrayna dayanır. Bu ölkədən çıxarılan pulun miqdarı 167 milyard dollardır.
“Tax Custice Network” təşkilatının hesabatında bildirilir ki, Qafqaz və Mərkəzi Asiya ölkələri arasında 1993-2010-cu illərdə ən çox pul Azərbaycan və Qazaxıstandan çıxarılıb. Nazarbayevin rəhbərlik etdiyi ölkədən ofşor zonalara 138 milyard dollar daşınıb. Özbəkistandan 23, enerji ehtiyatları ilə zəngin Türkmənistandan 3,4, Tacikistandan 2,4 milyard dollar çıxarılıb.
Azərbaycanın yerləşdiyi Qafqaz regionundan çıxarılan pulun miqdarına görə ölkəmiz rekord göstərici ilə birinci yerdədir. Hesabatda deyilir ki, 1993-2010-cu illər aralışında Azərbaycandan ofşor zonalara 48 milyard dollar pul ötürülüb. Bu rəqəm Ermənistanla müqayisədə 23, Gürcüstanla müqayisədə isə 18 dəfə çoxdur. Belə ki, Ermənistandan 17 il ərzində ofşor zonalara 2,2 milyard, Gürcüstandan isə 4,1 milyard dollar daşınıb.

Əliyevin yarım milyonluq maşını


Azərbaycan rəhbəri ABŞ prezidentinin avtomobilindən bahalı maşında gəzir

Rusiyanın “RBK” xəbər portalı bir neçə dövlət başçısının istifadə etdiyi xidməti avtomobillərin sıyahısını açıqlayıb. Siyahıda Azərbaycan rəhbəri İlham Əliyevin də adı var. Almaniya prezidenti Yohahim Qaukun rəsmi avtomobili zirehli “Mercedes-Benz S600”-dur. Bundan əlavə o tez-tez “Audi A8”-dən də istifadə edir. ABŞ prezidenti Barak Obamanın zirehli “Cadillac”ını qeyri-rəsmi “Əjdaha” da adlandırırlar. Prezidentin ölkə daxilində və xarici səfərlərdə istifadə etdiyi “Cadillac” məxsusi onun üçün hazırlanıb. Avtomobilin dəqiq texniki xarakteristikası sirr saxlanılır. Amma məlumdur ki, bu avtomobil hətta qumbaratana davamlıdır. Avtomobillərin təkərləri sıradan çıxdıqda belə, sürətlə hərəkət etməyə qadirdir. ABŞ prezidentinin maşının ilkin qiyməti 300 min dollardan başlayır

Rusiya prezidenti Vladimir Putin adətən alman maşınlarına üstünlük verir. Kreml sahibinin kortejinə “Mercedes G-Class”, “Mercedes E-Class”, standart model S-Class, “BMW 5-Series” və “Volkswagen Caravelle” daxildir. Putinin fransalı həmkarı Fransua Olland yerli istehsala üstünlük verir. O, zirehli “Citroen C6”, “Renault Vel Satis” və “Peugeot 607” kimi avtomobillərdən istifadə edir.
Azərbaycan rəhbəri İlham Əliyev rəsmi səfərlərdə zirehli “Maybach 62” limuzinindən istifadə edir. Bundan başqa onun ixtiyarında xidməti istifadəsi üçün sifarişlə hazırlanmış “Mercedes-Benz W221 S600 Guard Pullman” zirehli avtomobili də var. Əliyevin ixtiyarındakı zirehli “Maybach 62” avtomobilinin başlanğıc qiyməti 352 min dollardan başlayır. Bu rəqəm avtomobilin ilkin qiymətidir. Edilən sifarişlər, avtomobilin salonunda edilən dəyişiklik və dizayndan asılı olaraq qiyməti də artır. Azərbaycan rəhbərinin istifadə etdiyi digər avtomobil “Mercedes-Benz W221 S600 Guard Pullman” dünyada ən bahalı və lüks maşınlar siyahısında liderərdən biridir. Bu avtomobilin başlanğıc qiyməti 500 min avro civarındadır. “Mercedes-Benz W221 S600 Guard Pullman”ın qiyməti də dizayn və salonda edilən dəyişikliklərdən asılı olaraq dəyişir. Avtomobilin qiyməti 1 milyon avrodan da baha olar bilər.

"Crystal Hall" kimindir?


Dövlətə milyonlara başa gələn konsert kompleksi heç bir dövlət orqanının balansında deyil

"Eurovision 2012"yə ev sahibliyi edən və Azərbaycan hökumətinə 105 milyon manata başa gələn "Crystal Hall" 3 aydır ki, dincəlir. Daha düzü, dincəlirdi. İndisə bu konsert kompleksində üç dünya ulduzunun konsertinə hazırlıq gedir. Cennifer Lopez, Rihanna və Şakira bu zalda solo-konsertlə çıxış edəcəklər.
Təşkilatçı şirkətin əməkdaşı Zaur Darabzadə "Azadlıq" radiosuna deyib ki, ən ucuz və ən bahalı - 30 və 230 manatlıq biletlər satılıb artıq. Kassada yalnız 80 və 125 manatlıq biletlər qalıb.
Əslində, biz konsertdən çox "Crystal Hall" haqda danışmaq istəyirik. Bir neçə aydan bir qapılarını tamaşaçıların üzünə açan "Crystal Hall" hökumətə milyonlara başa gəlib. İldə bir neçə konsert və ya tədbir üçün milyonlar xərcləməyə dəyərdimi? Binaya qoyulan vəsait necə və neçə vaxta gəlirə çevriləcək?
Suallarımızı vermək üçün rəsmi qurumlara müraciət edirik. İş də burda dolaşığa düşür.
Əmlak Məsələləri Dövlət Komitəsi də, Mədəniyyət və Turizm Nazirliyi də, Bakı şəhər İcra Hakimiyyəti də sorğumuza belə cavab verir: "Bu tikili bizim balansımızda deyil".
Kimin balansındadır? Buna da "bilmirik" cavabı ilə kifayətlənirlər.
Binanın yerləşdiyi Səbail rayon İcra Hakimiyyətinə də zəng vururuq. Yarım gün gözlətdikdən sonra deyirlər ki, Dövlət Bayraq İdarəsinin ərazisində olduğu üçün onlardan soruşun. Həmin idarə də bizə cavab verə bilmir. Bu dəfə 109-a zəng vurub "Crystal Hall"dan telefon nömrəsi istəyirik. Cavab isə belə olur: "Bizdə onların telefonu yoxdur. Birləşmiş kassanın nömrəsini verəcəyəm sizə. Konsertə görə zəng vurmaq istəyirsiz?"
Bu dəfə "Crystal Hall"a üz tuturuq. Amma dörd bir yan çəpərləndiyindən və mühafizəçilərlə əhatə olunduğundan Bayraq Meydanından o yana gedə bilmirik.
Axtarışı internetdə davam etdiririk. APA-nın iyun ayında yaydığı bir məlumat gözümüzə dəyir. Mədəniyyət və Turizm naziri Əbülfəs Qarayev jurnalistlərə deyib ki, "Crystal Hall" Mədəniyyət və Turizm Nazirliyinin balansında deyil: "Bu məkanın dövlət müəssisi kimi fəaliyyət göstərməsi düzgün deyil. Çünki arena özəl sektora məxsusdur".
Nazir daha sonra bildirib: "Çalışmaq lazımdır ki, ora gəlir çox gəlsin. Zal dövlət müəssisəsi kimi fəaliyyət göstərə bilməz, çünki dövlətin onu maliyyələşdirməyə gücü çatmaz. Ona görə də, özəl sektor kimi fəaliyyəti daha məqsədəuyğundur".
Əbülfəs Qarayevin dediyi özəl sektoru necə anlamalı? Konsert kompleksini konkret hansı şirkət, qurum idarə edir? Bu haqda bircə kəlmə də yoxdur. Bu istiqamətdə araşdırmalarımız davam edəcək. Ancaq Azərbaycanda birinci dəfə deyil ki, dövlət belə addım atır. "Azadlıq" radiosunun araşdırmaları zamanı bəlli olmuşdu ki, Bakı Avtovağzalı da, bir neçə olimpiya kompleksi də dövlət vəsaiti hesabına tikilsə də, sonradan özəl əllərə verilib. Bunda məqsəd nədir?
İqtisadçı Natiq Cəfərli deyir ki, hökumətin belə fikri varıydısa, öncədən elan etməliydi ki, Bakıya belə bir konsert kompleksi lazımdır. Bütün şirkətlər də bu layihədə iştiraka dəvət olunmalıydı.
Ekspert onu da qeyd edib ki, dövlət vəsaiti hesabına tikilən obyekt haqda rəsmilər məlumatı açıqlamağa borcludur. Yəni, konsert kompleksinin hansı şirkətə, hansı şərtlərlə verilməsi mütləq deyilməlidir. Ortadasa belə icarə müqaviləsi hələlik yoxdur. O zaman belə çıxır ki, dövlət hesabına tikilən obyektin gəlirini gələcəkdə hansısa özəl şirkət götürəcək?
Natiq Cəfərli deyir ki, dövlət balansında olan qurumların özəl sektora verilməsi və ya satılması qanuna uyğundur. Amma bu şərtlə: "Ya açıq tender elan olunmalı idi, ya da Əmlak Komitəsi onun səhmdar cəmiyyətə çevrilməsilə bağlı elan verməliydi. Ya da açıq satışa çıxara bilərdi. Bunun heç birini etməyibsə, ancaq özəl sektora verilibsə, bu, açıq-aşkar dövlət vəsaitinin kor-koranə, kontrolsuz xərclənməsinə dəlalət edir. Çox güman ki, "özəl şirkət"in hakim ailəyə və ya oliqarx məmura yaxın adama aid olacağı üzə çıxacaq".
"Crystal Hall"da bir həftə sonra keçiriləcək konsertin təşkilatçılarına da sual edirik: "Konsert vermək üçün kiminlə, hansı şirkətlə müqavilə bağlamısız?".
Onların cavabı bir az əsəbi olur: "Bu, sizin nəyinizə lazımdır? Biz mətbuata heç bir açıqlama vermirik.

Bu gün bütün cəmiyyət ayağa qalxmalıdır.


Bu gün bütün cəmiyyət ayağa qalxmalıdır.

23 aprel, hərəkatı azərbaycan ovladlarin xalqa muraciətı


23 aprel, hərəkatı azərbaycan ovladlarin xalqa muraciətı
Azərbaycanda əxlaqsız “Eurovision” müsabiqəsindən sonra növbə “Mədəniyyətlər Gözəli” müsabiqəsinə çatdı

Adini yalandan mədəniyyətlər gozəli qoyublar əslində burada qadinlar arasinda çilpaxliqı, əxlaqsızlıqı ictiməiyyətdə rəvac verməkdir . Qadının cismani gözəlliyinin ictimaiyyətdə nümayiş etdirilməsi Azərbaycan xalqının milli mənəvi dəyərlərinə zidd bir addımdır. Bunu təşkil edənlər Azarbaycanın qərb tərəfindən assımılyasiyasi və hazirki hökümətin qərbin gözündə reklam məqsədilə qulluq edirlər. özünü qərbçi kimi təmsil etməyə çalışan bu hökümət millətin qadınla bağlı tarıxı adət ənənəsini belə ayaq altına atmaqdan çəkinmir.
23 aprel, hərəkatı istəyir bu pis işə qarşı çıxıb və onun ölkəmizdə həyata keçirməsının qarşısını alsın.
Ha belə bu üzdən Iraq tədbirin müdir işçilərinə oltimatom verərək onlardan tələb edirik öz anti din anti islam əməllərindən əl çəksinlər , əks təqdirdə çox ağrılı şərayıtdə cəzalanacaqlar .
Qorxun allahın qəzəb və əzabından

Lorinin açıqlaması


LORİNDƏN AÇIQLAMA: “AZƏRBAYCANDA İNSAN HAQLARININ DURUMU PİSLƏŞİB
Ötən ay Bakıda keçirilən “Avroviziya” mahnı yarışında qalib olmuş İsveç müğənnisi Lorin “Facebook” səhifəsində Azərbaycanda insan haqlarının vəziyyətinin daha da gərginləşdiyini yazıb.

“Azadlıq” radiosunun məlumatına görə, iyunun 15-də Lorin yazıb ki, Azərbaycanda insan haqları müdafiəçiləri ilə görüşlərindən sonra bu sahədə vəziyyətin yaxşılaşacağına ümid edib: “Amma indi bunun əksini görürük. Mənim görüşdüyüm cəsur fəallardan Mehman Hüseynov xuliqanlıq ittihamı ilə üzləşib. O, 5 il müddətinə azadlıqdan məhrumetmə təhlükəsi qarşısındadır. Mehman gənc fotojurnalistdir, o, sadəcə olaraq “Avroviziya” həftəsi Bakıda keçirilən etiraz aksiyalarını işıqlandırırdı”.

“Avroviziya 2012” mahnı müsabiqəsinin finalında Lorin 372 səs toplayıb. Əslən Mərakeşdən olan Lorinin əsl adı Lorine Zineb Noka Talhaouidir. O, Bakıda “Euphoria” mahnısını" ifa edib.

HANSI BIZƏ LAZIM DIR ?


Nazirlər Kabinetinin, prezidentin sərəncamlarını, dövlət büdcəsindən ayrılan xərcləri incələdikdə müəyyənləşdirmək olur ki, hökumət nə qədər pul israf edib.

Təşəkkur


Son hadisələr göstərir ki, narazı xalq facebook-dan əlavə bir səhifə də tapıb. Bu, Bakının, başqa şəhərlərin divarlarıdır. İnsanlar dərdini divarlara yazır. Rədd olsun Əlyevlər rejimi! Qarabağda hərbi parad, Bakıda geyparad! Yaşasın fədailər! Yaşasın mübariz insanlar! “Eldar Manaf” pofilində bu divar yazılarından nümunələr yerləşdirilib. Bu haqqı xalqdan kimsə ala bilməz. Sərvətləri talanan xalq rejimə nifrətini divarlarla bölüşür.

Xristianlar gey-parada belə etiraz etdilər amma biz...!


Kim Nə Deyər Bizdə Olan Qeyrətə... Kimdir Qeyrətli Ruslar Yoxsa əliyev Komandası haqqxeber- xəbər agentliyi- Bu bəyənmədiyimiz Rus dğalarıdır ki, üzdəniraqlara etiraz edir və onların parad keçirtməsinə qrşı çıxır. Amma görən əliyev komandası polisi ilə Bakıda nə etmək fikrindədir...?!!! Belqradda polis və xalq Gey-parada belə etiraz etdi. haqqxeber- xəbər agentliyi- Bu Serbistanın paytaxtı Belqrad şəhəri 11.10.2010-cu ildir. Polis və xalq kütləsi başda məsihi rahibi olmaqla bədnam “gey-parad”a qarşı etiraz edirlər.

Bizə Eurovision yox Qarabağ lazımdır !!!


Bu gün cəmiyyətimizin gey-parad kimi hadisəni əyani sürətdə yaşamasından böyük bir faciə ola bilərmi? Görəsən yeniyetmə balalarımız belə bir insanların icmasını görəndə və bunların kimliyi haqda sual edəndə, valideynlər nə cavab verəcəklər? Əgər hər bir müsəlmanın bu hadisədən ürəyi partlayıb ölsə yeri var. Görəsən bizim bundan sonra hansı dindən və imandan danışmağa haqqımız vardır?

Xəbərdarlıq


Xalqımızın ağır iqtisadi durumda, Qarabağ torpaqlarımızın 20% erməni işğalçılarının tapdağı altında olduğu və ərzaq dükanlarında borc dəftərlərinin günbəgün artdığı bir dövrdə xalqın milyon dollarla pulunu bu cür müsabiqələrə görə göyə sovrulması hansı sağlam məntiqə uyğundur? Deyirlər ki, biz bu yolla Azərbaycanı dünyaya tanıtdırmaq istəyirik. 90-cı illərin əvvəllərindən başlayan gözəllik müsabiqələri ilə xalqımızı ərəb və türk dünyasında nə cür başıuca etmisinizsə, “gey-paradla” da Avropa xalqlarının yanında “xoşbəxt” etmək istəyirsiz.

Xəbərdarlıq


Əgər 13 fevralda müqəddəs Peyğəmbərimizin (s) vəfat gününü anmaq və Qarabağ şəhidlərini yaşatmaq niyyəti ilə Şəhidlər Xiyabanına yürüş edən övladlarımızı döyən və zindanlara salan, eyni halda, bu günə qədər hicablı balalarımızı, “hicablı formada bir daha məktəbə gəlməyin”, - deyə sinifdən gözüyaşlı halda çıxaran və müqəddəs asiman kitablarında lənətlənmiş üzdəniraqları təmtəraqla vətənimizdə qarşılayan hakimiyyətə nə ad qoymaq olar?

etirazımızı belə göstəririk



Divar yazmaları

İştirak



Biz 20 may 2012 geylərin parad keçirilməsinə etiraz edirik.

bütün 23 Aprel hərəkatı geyrətli Azərbaycan xalqı və ictimai ,siyasi palatalardan dəvət edir


23 Aprel Xalq Hərəkatı Azərbaycan xalqının ideya və məqsədlərinə nail
olması uğrunda öz haqqını tələb edən bir təşkilatdır.
23 Aprel hərəkatı bütün geyrətli Azərbaycan xalqı və ictimai ,siyasi palatalardan dəvət edir:
20 may-Bazar günü geniş yayılmış etirazı iştirak edəsiniz.
Vətənimizə görə ,uşaqlarımıza görə və gələcəyimizə görə bu aksıya da iştirak edirik.
Bu etiraz ilk hədəfi gey paradın ləqvi, sonra isə Ilham əliyevin rəsmi surətdə istefa və uzurxahlıq etməsidir.

xoş halımıza


indiki vəziyyətdə Avrovizion və Gey parad keçirilməsi problemidi ki o da həll olunub.
problemsiz yaşıyırıq.
xoş halımıza

minnətdarlıq


23 Aprel hərəkatı , bütün azadlıq istəyən Azərbaycan xalqı kı, müxtəlif şəhərlər o cümlədən Gəncə,Səlyan,yevlax,... və Azərbaycan fədailər qrupundan kı, dörd saytı xak etmək ilə bu hərəkata goşuldular öz minnətdarlıqını bildirir.

23 aprel 2012




Bu hərəkat qeyrətli Azərbaycan xalqının 23 aprel 2012-ci il bazar ertəsi günü geniş və sensasiyalı gecə
etirazlarının dəstəkləyicisi olmuşdur. Biz bu etiraz və xalq hərəkatının qorunması, davamı, güclənməsi və genişlənməsinə çalışırıq. Çünki ilk etiraz və tələbimiz geyparadın ləğvi, dövlət və İlham Əliyevin rəsmi surətdə istefa və üzrxahlıq etməsidir.

23 Aprel hərəkatı


23 Aprel hərəkatı ılə tanışlıq:
23 Aprel hərəkatı qeyrətli Azərbaycan xalqının 23 aprel 2012-ci il bazar ertəsi günü geniş və sensasiyalı gecə etirazlarının dəstəkləyicisi olmuşdur və ölkə də baş verən hadisələr və hakimiyyətin qanunsuz işlərinə görə və həmçinin xalqımızın haqqını tələb edən, gənclər vasitəsi ilə yaradılıb.
23Aprel hərəkatı ölkədə öz fəaliyyətini azadlıq ,islahat və bərabər insan hüquqları nail olana qədər davam edəcək.

23 aprel logosı

23 aprel