Blog Arşivi

19 Şubat 2013 Salı

Xırdalanda evləri su basıb



Xırdalan şəhər H.Zərdabi küçəsi məhəllə 26-nın sakinləri özləri demişkən az qala hər ailəyə bir qayıq almalı olacaqlar
Çünki yaşadıqları ünvanda kanalizasiya, çirkab sularının həyətyanı sahələrə, evlərin içinə qədər dolması onların yaşayışını sözün həqiqi mənasında dözülməz hala salıb. İndi biçarə sakinlər dizdən olan bu çirkab suların içində övladlarını kürəklərinə alaraq, iş başına növbə ilə geyindikləri rezin çəkmələrlə getməyə məcburdurlar. Deyirlər ki, hətta bir neçə sakin bu çirkab sularında yıxılıb, ayağı sınıb, amma mövcud vəziyyət təcili tibbi yardım maşının əraziyə daxil olmasına imkan verməyib. Çirkab suyunun istər ahıllar, istər gənc, istərsə də uşaqlar üçün yaratdığı xəstəliklərsə heç şübhəsiz qaçılmazdır.Buradakı vəziyyətin ələxüsus yağış yağanda daha da acınacaqlı hala düşdüyünü deyən sakinlər evlərinə çay kimi axan suyun qarşısını nə vedrə ilə, nə də qabla ala bildiklərini dedilər.
Bənzər vəziyyət qonşu küçələrdə də yaşanırdı. Yəni hərə bir rezin çəkmədə, ya da gedəcəyi yer üçün şəxsi avtomobilində bu suları yara-yara addımlayırdı. 26-ci məhəllə sakinlərinin dərdini Azərsu ASC-nin ictimaiyyətlə əlaqələr departamentinin rəisi Anar Cəbrayıllı ilə bölüşdük. Departament rəisi bildirdi ki, sözügedən ünvandakı vəziyyətdən xəbərdardılar. Mövcud vəziyyətə səbəbsə ərazidəki xətlərin köhnə olması, üstəlik ətrafda tikilən göydələnlərin ümumi kanalizasiya xəttinə qoşulmasıdır. Buna görə də suyu çəkməyə nasosların gücü çatmır. A.C. bildirdi ki, bütün bu problemlər nəzərə alındığından hələ ötən ilin sonlarından Xırdalanda çirkab sularının qarşısının alınması üçün layihə hazırlanıb. Hazırda icrası həyata keçirilən layihəyə əsasən adıçəkilən ərazilərdəki kanalizasiya suları əvvələr Hövsana axıdılırdısa, indi Lökbatan qəsəbəsində tikiləcək təmizləyici qurğuya istiqamətlənəcək. 7 km uzunluğunda olan tunel tipli kanalizasiya xətti həm Masazır, həm də Xırdalan şəhər ərazisindəki çirkab sularını aradan qaldıracaq. Layihənin tam başa çatacağı tarix 2014-cü ildir.

23 Aprel hərəkatı


23 Aprel hərəkatı ılə tanışlıq:
23 Aprel hərəkatı qeyrətli Azərbaycan xalqının 23 aprel 2012-ci il bazar ertəsi günü geniş və sensasiyalı gecə etirazlarının dəstəkləyicisi olmuşdur və ölkə də baş verən hadisələr və hakimiyyətin qanunsuz işlərinə görə və həmçinin xalqımızın haqqını tələb edən, gənclər vasitəsi ilə yaradılıb.
23Aprel hərəkatı ölkədə öz fəaliyyətini azadlıq ,islahat və bərabər insan hüquqları nail olana qədər davam edəcək.

23 aprel logosı

23 aprel