Əlaqə
Blog Arşivi
- 2014 (270)
- 2013 (363)
22 Şubat 2014 Cumartesi
Dəmiryolçuların Prezident Administrasiyasının qarşısında etiraz aksiyası
Bu gün bir qrup dəmiryolçu dövlət başçısının administrasiyasının
qarşısında etiraz aksiyası keçirmək üçün toplaşıb. Onlarla adam bir neçə
ayın əməkhaqqının verilməsini tələb edib.
Onlar dəfələrlə müxtəlif qurumlara müraciət etsələr də nəticəsi
olmayıb. Artıq Prezident Administrasiyasının qarşısına toplamağı qərara
alıblar.
Dəmiryolçular jurnalistlərlə söhbət zamanı iş şəraitindən şikayətləniblər: kömür əvəzinə kömür tozu verilir, vaqonlar köhnədir və pis vəziyyətdədir. Hələ 2005-ci ildə dəmir yolu rəhbərliyi vəd etmişdi ki, vaqonlar dəyişdiriləcək, lakin bu, baş verməyib. Bundan əlavə, kişi bələdçiləri qadınlarla əvəz ediblər, əməkhaqqı daim gecikir.
Nəqliyyat Nazirliyində dəmiryolçuları eşitmək istəyən yoxdur. “Əgər bu dəfə də reaksiya olmasa, xarici səfirliklərə müraciət edəcəyik”, - aksiya iştirakçılarından biri vurğulayıb.
Dəmiryolçulardan ikisi Prezident Administrasiyasının qəbul otağına daxil olaraq öz şikayət və tələblərini təqdim ediblər.

Kaydol:
Kayıt Yorumları (Atom)
23 Aprel hərəkatı
23 Aprel hərəkatı ılə tanışlıq:
23 Aprel hərəkatı qeyrətli Azərbaycan xalqının 23 aprel 2012-ci il bazar ertəsi günü geniş və sensasiyalı gecə etirazlarının dəstəkləyicisi olmuşdur və ölkə də baş verən hadisələr və hakimiyyətin qanunsuz işlərinə görə və həmçinin xalqımızın haqqını tələb edən, gənclər vasitəsi ilə yaradılıb.
23Aprel hərəkatı ölkədə öz fəaliyyətini azadlıq ,islahat və bərabər insan hüquqları nail olana qədər davam edəcək.
0 comments:
Yorum Gönder