Blog Arşivi

20 Ocak 2013 Pazar

20 yanvar,Qanlı Yanvar


20 yanvar hadisələrinin  23-ci ildönümü ilə əlaqədar 23Aprel hərəkatının üzvləri və və fəal iştirakçıları şəhidlər xiyabanı ziyarət edib və onların xatirəsini ihtıramla yad etdi.
Anım mərasimində 23Aprel hərəkatının liderləri qeyd etdilər ki,
Qanlı Yanvar faciəsi Azərbaycan xalqı, Milli azadlığı, ölkənin ərazi bütövlüyü uğrunda mübarizəyə qalxmış dinc əhaliyə kütləvi terror nəticəsində minlərlə günahsız insan qətlə yetirildi.buna görə tarix hər zaman təkrarlaya bilər. İndiki dövrdə baş verən hadisələr və hakimiyyətin polisləri keçirdiyi dinc etiraz aksiyaları darmadaq edən bir nümunə dir, 1990-cı il yanvarın 20-nə Azərbaycanın xalqı istiqlaliyyət və azadlıq yolunda sovet ordusunun tərəfində minlərlə şəhid oldu ,2012-ci il də azadlıq və islahat yolunda polis tərəfindən bu xalqını döyüb zindana aparıllar. 

23 APREL HƏRƏKATI BƏYANAT YAYDI

 
23 Aprel hərəkatı ölkədə baş verən hadisələri və  Əsgər Ceyhun Qubadovun öldürülməsi ictimai səbri daşırdı; vətəndaşlar paytaxtda çoxminli etiraz aksiyası keçirdi; müdafiə naziri istefaya çağırıldı; polis etirazlara müdaxilə etməsə də saxlanılanlar oldu  məhkum edir.

Düzdür, biz müharibə vəziyyətində yaşayırıq. Hansısa əsgərin şəhid olması başqa məsələdir. Ancaq döyülərək öldürülməsi tamam başqa dir.
Ümumiyyətlə, Müdafiə Nazirliyi, Respublika Hərbi Prokurorluğu dinc şəraitdə əsgər ölümlərinin, intihar hallarının artmasının qarşısının alınmasında daha ciddi addımlar atmalıdırlar”.
ümumilikdə Azərbaycanda əsgər ölümü hallarının tez-tez baş verməsindən narahatlığını bildirib.



GÜLƏR ƏHMƏDOVA YAP-dan ÇIXARILDI



eçmiş deputat Gülər Əhmədova təmsil olunduğu Yeni Azərbaycan Partiyasından xaric edilib. Bu barədə “azadliq.info”ya etibarlı mənbədən məlumat daxil olub.


Məlumatda deyilir ki, G.Əhmədovanın qeydiyyatda olduğu YAP BDU şöbəsi dünən yığıncaq keçirərək onu partiya sıralarından çıxarıb.

Hüquqşünas qalmaqallı hakimdən danışdı



Ənnağı Hacıbəyli: «Qanunun pozulması faktları göz önündədir»

Məhkəmə-Hüquq Şurası Bakı Ağır Cinayətlər üzrə Məhkəmənin hakimi Ağababa Babayevin barəsində inzibati icraatın qaldırılması haqda qərar qəbul edib.
Buna noyabrın 16-da Internerdə A.Babayevlə Azərbaycan Beynəlxalq Universitetinin keçmiş rektoru Elşad Abdullayevin söhbətinin yayılması səbəb olub. 2007-ci ilin iyununda baş vermiş söhbət zamanı A.Babayev DIN rəhbərlərinə istinadən E.Abdullayevə bildirir ki, 2003-cü ildə oğurlanmış qardaşı Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə Idarəsində saxlanılır və tezliklə onun məhkəməyə verilməsi mümkündür. Bundan başqa hakim hüquq-mühafizə orqanlarının korrupsiyaya uğraması, külli miqdarda rüşvətin müqabilində biznesmenlərin həbsə alınması barədə etiraflar edir.
“Zülfüqarlı qardaşlarını 5 mln. manat aldıqdan sonra buraxıblar”, - hakim deyib və şikayətlənib ki, ona bir qəpik də verməyiblər.
MHŞ Baş Prokurorluğun məlumatını dinləyərək A.Babayevin barəsində qərar qəbul edib. MHŞ-nin üzvləri qeyd ediblər ki, videokadrlarda göstərilənlər nəinki ədalət məhkəməsinin nüfuzuna, hakim adına xələl gətirir, həm də hakimlərin etik davranış Məcəlləsinin, korrupsiyaya qarşı qanunvericiliyin tələblərinin kobud şəkildə pozulmasından xəbər verir.

Azərbaycan Hüquqşünaslar Assosiasiyasının rəhbəri Ənnağı Hacıbəyli MHŞ-nin qərarını şərh edərkən bildirib ki, inzibati icraatın yekunları üzrə A.Babayevin barəsində xəbərdarlıq, töhmət, başqa işə keçirilmə və hakimin səlahiyyətinin dayandırılması haqda prezidentə təqdimat kimi qərarlar çıxarıla bilər. Lakin Ə.Hacıbəylinin fikrincə, indiki halda məsələyə MNŞ-də baxılmasına zərurət yox idi, çünki qanunun pozulması faktları göz önündədir və prokurorluq hakimin toxunulmazlıq hüququndan məhrum edilməsi haqda təqdimatı özü edə bilərdi.


hicab


İrlandiya qəzeti İlham Əliyevi “qəddar diktator” adlandırdı



“Azərbaycan korrupsiya içində boğulur; ölkədə insan haqlarının vəziyyəti dəhşətli dərəcədə pisdir...”

“İrish İndependent” İlham Əliyevlə görüşməyi Suriya və Şimali Koreya rəhbərləri ilə görüşməyə bərabər tutdu

İrlandiyada çap olunan və Böyük Britaniya krallığının bütün ərazisində tirajlanan “İrish İndependent” qəzetində ölkəmizlə bağlı məqalə dərc olunub. Məqalədə Azərbaycan rəhbəri İlham Əliyev sərt tənqid hədəfi olub. “Jozefina və diktator” adlı məqalədə Azərbaycan insan haqları, söz azadlığı və korrupsiyanın durumuna görə təhlükəli ölkə adlandırılıb. Məqalə bu il ölkəmizdə keçirilən “Eurovision” musiqi yarışmasında İrlandıyanı təmsil edən Cedvard qardaşlarının tənqidi ilə başlanır.

“Allah Cedvardları hifz etsin. Onlar nə etdiklərini hələki anlamırlar. “Eurovision” musiqi yarışması bu ilin mayında Azərbaycanda keçirildi. Orta Asiyanın neftlə zəngin ölkəsi problemli imici ilə tanınır. Bu imici isə təzyiq və repressiyalar yaradıb. Zavallı Cedvardlar despot İlham Əliyev rejiminin ölkədə etdiklərinə göz yumdu. Azərbaycan yaxşı ölkə deyil. 2003-cü ildə atası Heydər Əliyevdən hakimiyyəti təhvil alan İlham Əliyevin rəhbərlik etdiyi ölkə korrupsiya içində boğulur. Heydər Əliyev on illər öncə Azərbaycanı idarə etməyə başlayanda İlham gənc idi. SSRİ-nin keçmiş rəhbəri Qorbaçov Heydər Əliyevi korrupsiya əməllərinə görə 80-ci illərdə tutduğu postlardan uzaqlaşdırmışdı”, - deyə məqalədə yazılıb.

Çirkli pullar hesabına varlanan feodal imperiya qurucusu

Qəzet əlavə edir ki, çirkli pulların hesadına varlanan, feodal imperiya quran gənc Əliyev QHT-lərin və monitorinq qruplarının tənqidi hesabatlarında öndə gəlir. Məqalə müəllifi “Human Rights Watch” təşkilatının Azərbaycanla bağlı son hesabatlarına istinad edərək bildirib ki, Əliyev rejimi sayəsində ölkədə insan haqlarının vəziyyəti dəhşətli dərəcədə pisdir: “Hökumət təzyiq və repressiya aparatından istifadə etməklə jurnalistləri, fərqli fikir söyləyənləri qorxutmağa davam edir. 2010-cü il parlament seçkiləri beynəlxalq standartlardan çox-çox geridə qalıb. Seçkilərdə rejimə loyallıq edənlər mandat qazandı. Müxalifət partiyalarından parlamentə seçilən olmadı. 2008-ci il prezident seçkilərini müxalifət boykot etdi, Əliyev 87 faiz səslə yenidən ölkə başçısı oldu. Söz və sərbəst toplaşmaq azadlıqları da ciddi qaydada məhdudlaşdırılır”.

Hakim ailənin biznes fəaliyyəti

Azərbaycandakı korrupsiyanın səviyyəsinə toxunan “İrish İndependent” qeyd edir ki, “Amnesty International” təşkilatı da Əliyev hakimiyyətini tənqid edən hesabatlar yayımlayıb. Təşkilat Azərbaycanda dinc etiraz aksiyalarının keçirilməsinə qadağalar qoyulduğunu, müxalifətin keçirdiyi mitinqləri polisin dağıtdığını və fəalların həbs olunduğunu bildirib. “Transparency International” təşkilatının korrupsiyanın səviyyəsinə görə Azərbaycanı 183 ölkə arasında 143-cü yerdə göstərməsi də qəzetin diqqətindən yayınmayıb.
Daha sonra hakim ailənin biznes fəaliyyəti və sahib oluğu milyonlara toxunan qəzet yazır ki, ABŞ-ın “CNBC” kanalı Əliyevlər ailəsinin sərvəti haqda araşdırma apardı. Kanal hakim ailənin ölkə daxilində və xaricində fəaliyyət göstərən müxtəlif şirkətlərdə səhmlərə sahib olduğunu, Dubayda mülklər aldığını ortaya çıxardı. Ailənin regiondakı bank və mobil rabitə biznesində də payları var. Praktiki nəticə budur ki, Azərbaycandakı vəziyyət təhlükəlidir. Onun rəhbəri də hər ötən gün güclənərək təhlükəyə çevrilir.

Qəddar diktatorla görüş

“İrish İndependet” davam edir: “Bəs onda bu ilin aprelində İrlandiyanın baş vergi rəsmisi onunla (İlham Əliyev nəzərdə tutulur-red.) görüşdə nə etmişdi? Vergi Komissiyasının sədri Jozefina Fili Bakıda keçirilən Ümumdünya Gömrük Təşkilatının Avropa regionunun Gömrük Başçıları Konfransında iştirak etmək üçün Bakıya gedib. Aprelin 13-də səhər Jozefina ÜGT Baş Direktoru Kunio Mikuria ilə birlikdə bu qəddar diktatorla görüşüb. Onların görüşü bir saat planlaşdırılıb. Görüşdən çəkilmiş fotoda iştirakçıların yaxşı vaxt keçirdiyi görünüb. Onlar nəyi müzakirə ediblər? İrlandiyanı “Eurovision”da təmsil edən Cedvardların pis oxumasınımı? Siyasi dissidentlərə qarşı işgəncə iddialarınımı? Yoxsa yerli musiqiçilərimi? (müəllif apreldə prezidenti təhqir etdiyinə görə həbs olunmuş Camal Əlini xatırladır – red.). Bəlkə onlar vergiləri, İrlandiyanın bu ölkəyə 3.65 milyon funt sterlinq dəyərində ixracı barədə danışıblar?”.

Suriya və Şimali Koreya ilə müqayisə

Məqalə müəllifi sonda bildirir ki, irlandiyalı rəsmi Əliyevlə görüşməməliydi: “Prezident Əliyevlə görüş şəxsi olmayıb. Bu barədə ÜGT-nin saytında informasiya yerləşdirilib. Prezident xanım Filini və ÜGT-nin baş katibini dəvət edib. İrlandiyanın Vergi Komissiyasının sədri Əliyevlə görüşə getməməliydi. Bunun əvəzində şəhəri gəzməliydi. Filinin Əliyevlə görüş barədə qərarı düzgün deyildi. Onun diktatorla şəkil çəkdirmək qərarı bundan da pis idi. İrlandiyanın “Eurovision” təmsilçisindən fərqli olaraq hansısa rəsmi şəxsi səfərə gedirsə, repressiv rejimə siyasi kapital qazandırır. Ümid edək ki, Ümumdünya Gömrük Təşkilatı növbəti aylarda Suriya, yaxud Şimali Koreyaya səfər planlaşdırmayıb. Siyasətçilərin yaşama instinkti məmurlarda yoxdur. Onları özbaşına buraxmaq olmaz”.


Korrupsiyadan yazan jurnalistlər İlham Əliyevi "İlin adamı" seçdilər

Korrupsiyadan yazan jurnalistlər İlham Əliyevi "İlin adamı" seçdilər
Azərbaycan Prezidenti İlham Əliyev "Mütəşəkkil cinayətkarlıq və korrupsiya sahəsində İlin Adamı" elan edilib

Azərbaycan Prezidenti İlham Əliyev «Mütəşəkkil cinayətkarlıq və korrupsiya sahəsində İlin Adamı» elan edilib. Onu beynəlxalq jurnalist araşdırmaları təşkilatı - «Organized Crime and Corruption Reporting Project» (Mütəşəkkil Cinayətkarlıq və Korrupsiya Araşdırmaları Layihəsi) bu nominasiyada qalib hesab edir.

Təşkilat səbəb kimi də 2012-ci ildə İlham Əliyevin ailə üzvlərinin «telekommunikasiya, minerallar, tikinti kimi gəlirli sahələri ələ keçirmələrinə dair ortaya çıxan məılumatlar»ı göstərir.

İlham Əliyev təşkilata daxil olan 60 araşdırmaçı-jurnalist və 15 media təşkilatının yekdil rəyi ilə seçilib.

Namizədlər arasında Albaniyadan narkobaron Naser Kelmendi, Özbəkistan Prezidenti İslam Karimov və Rusiya Prezidenti Vladimir Putin də olub.

Mütəşəkkil Cinayətkarlıq və Korrupsiya Araşdırmaları Layihəsi Sarayevo və Buxarestdə mənzillənən müstəqil araşdırma konsorsiumudur.

Qeyri-hökumət təşkilatı olan bu quruma 20-dən çox ölkədən media orqanları və araşdırmaçı-jurnalistlər daxildir. Məqsədi dünya üzrə mütəşəkkil cinayətkarlar və korrupsionerlər barədə dünya ictimaiyyətini məlumatlandırmaqdır.

Bu qurumun AzadlıqRadiosu ilə birgə keçən il apardığı araşdırmada Prezident İlham Əliyevin qızları - Leyla və Arzu Əliyevaların Daşkəsəndəki «Çovdar» qızıl yatağında paya sahib olmalarından bəhs edilir. Həmin araşdırmada «Çovdar» yatağında prezidentin ailə üzvlərinin payı olması barədə suala parlamentin Təbii ehtiyatlar, energetika və ekologiya Komitəsinin rəhbəri Valeh Ələsgərov əməkdaşımıza yalnız «Ayıb olsun Sizə!» sözləri ilə cavab vermişdi.

Bundan əvvəl də prezidentin ailə üzvlərinin Azərbaycanda bir sıra iri biznes sahələrində payı olması barədə məlumatlar yayılmışdı. Prezidentin mətbuat xidmətindən Azər Qasımov dövlət başçısının qızlarının adi vətəndaşlar kimi bizneslə məşğul olduqlarını demişdi.

Hakim partiyanın təmsilçiləri isə Prezident İlham Əliyevə yönələn korrupsiya ittihamlarını bir qayda olaraq qərəzli və «Azərbaycan hakimiyyətinə xaricdən yönələn siyasi təzyiq» cəhdləri adlandırırlar.


Nigar Yaqublu azad olunmadı



Nigar Yaqublu barədə həbs qətimkan tədbiri dəyişdirilməyib və onun azadlığa buraxılması barədə qərar verilməyib.

Bu barədə "Yeni Müsavat"ın reportyoru Fərahim İlqaroğlu Sumqayıt Apelyasiya Məhkəməsindən xəbər verib.

Onun verdiyi xəbərə görə, uğradığı talesiz qəzaya görə həbsə məruz qalmış Müsavat fəalının buraxılması gözlənsə də, hakimlər qərarın dəyişdirilməməsi barədə qərar veriblər.

N.Yaqublunun atası Tofiq Yaqublu və vəkil Adil İsmayılov jurnalistlərə bildiriblər ki, üç gün ərzində müvafiq məsələ ilə bağlı Abşeron rayon məhkəməsinə müraciət ediləcək

İlham Əliyev bir gecədə 60 min dollar hesab ödədi


Avstraliya mediası Azərbaycan rəhbərinin bahalı ziyafətinin üstünü açdı

XXX Yay Olimpiya Oyunlarını izləmək üçün Londona ezam olunan Avstraliyanın aparıcı media quruluşu “The Australian Financial Review”-in eyni adlı biznes və maliyyə qəzetinin əməkdaşı Jak Hayes səfər təəsüratlarını qələmə alıb. Jurnalistin Londona gəlişi, olimpiadanın rəsmi açılışı, krallıq paytaxtının həyatı və başqa maraqlı qeydlərlə zəngin məqalədə Azərbaycan rəhbəri İlham Əliyevlə bağlı məqam da yer alıb.
Avstiryalı jurnalist dostları ilə Londondakı dəbdəbəli restoranlardan birində istirahəti zamanı maraqlı mənzərə ilə qarşılaşıb. Yak Hayes yazır ki, o, dostları ilə nahar edərkən Azərbaycan rəhbəri İlham Əliyev də həmin dəbdəbəli restoranda istirahət edirmiş. Jurnalistin yazdığına görə, İlham Əliyev və restoranda onunla birgə olanlar bahalı çaxır növlərindən dadıblar. Azərbaycan rəhbəri bir gecədə restoranda 40 min funt-sterlinq (60 min dollar) hesab ödəyib: “Biz nahar süfrəsində söhbət edərkən, açıq narıncı rəngli köynək geyinmiş İlham Əliyev restoran ərazisində gəzişirdi. O, öncəki gecə, 40 min funt-sterlinq (60 min dollar) hesab ödəyib. Əliyev və qonaqları restorandakı “Chateau d'Yquem” və “Petrus” kimi bahalı çaxırların hamısını içmişdilər”.
Qeyd edək ki, “Chateau d'Yquem” və “Petrus” çaxırları dünyada ən bahalı spirtli içkilər sırasına daxil edilib. Dünyanın müxtəlif şəhərlərindəki restoranlarda belə içkilər əsasən olduqca zəngin insanların ziyafətlərini bəzəyir. “Chateau d'Yquem” fransız çaxırı daha çox qədimiliyinə görə bahadır. Onun başlanğıc qiyməti 5-6 min funt sterlinq (7-8 min dollar) dəyərindədir. “Petrus” çaxırının başlanğıc qiyməyi isə 1-2 min dollar dəyərindədir. Bu içki də qədim çaxırlar sırasına daxil edilib.
Əlavə edək ki, hələ 2010-cü ildə BBC media korporasiyası London restoranlarında çaxırların belə bahalı qiymətə satılmasını sərt tənqid etmişdi. Media korporasiyasının apardığı araşdırmalar zamanı məlum olmuşdu ki, London restoranlarında dəyəri 40-50 min funt-sterliq olan çaxırlar da satılır.


SUMQAYITDA QUMAR VƏ FAHİŞƏXANA BİZNESİ




BU BİABIRÇI MƏNZƏRƏNİ YARADANLAR ÖZLƏRİNİ ARXAYIN HİSS EDİRLƏR

Son zamanlar Sumqayıtda əxlaqsızlıq yuvası olan pritonların və qanunsuz qumarxanaların sayı göbələk kimi artmaqdadır

Sumqayıtdakı qaynağın iddia etdiklərinə görə, şəhərin Üzeyir Hacıbəyov küçəsində və 13-cü mikrorayondakı “Beşiktaş”klubunun ikinci mərtəbəsində, ”Nizami” parkında və şəhərin bir çox yerlərində bütün sutka boyu qanunsuz qumarxanalar fəaliyyət göstərir.

Mənbənin söylədikləri: “Əsasən məxfi , adsız fəaliyyət göstərən və ya idman proqnozu, kompyuter oyunları, hansısa futbol klubu adı altı altında pərdələnən qumarxanaların bir çoxunda həmçinin eloktron və digər qumar növləri də oynalınır. Qumqarxanaların bəzilərinin qapısının üzərinə “Uduzulan pullar geri qaytarılmır” -Müdiriyyət “ kimi maraqlı elana da rast gəlmək olar”.

Daha sonar mənbəmiz daha ilginc faktları da açıqlayır: “Bundan başqa şəhərdə kafe adı ilə fəaliyyət göstərən, ancaq əsas təyinatı əxlaqsızlıq yuvası olan və əsasən şəhərin girəcəyində, ətrafında yerləşən pritonların sayı da yetərincədir. ”Xan bağı” kimi tanınan kafe, ”Səhər”, ”Aftoş ”kafesi, Sumqayıt –Hacı Zeynalabdin Tağiyev qəsəbəsi yolunda STP-nin (Sumqayit Texnologiyalar Parkı) inzibati binasının düz qabağında olan və əhali arasında elə ”STP” kimi tanınan obyektlər də bu qəbildəndir. Bu qəbildən olan fahişəxanlarda 20-30 yaxın, əsasən cavan qızlar saatlıq və bir sutkalıq intim xidmət göstərir. Belə xidmətin qiyməti göstərilən xidmətə və qızın zahiri görünüşünə uyğun olaraq 20 manatdan 100 manatacan dəyişir”.

Daha sonar mənbəmiz bildirir ki, bu obyektlərin yerli hüquq-mühafiəz orqanlarının gözləri qarşısında çox rahatcasına fəaliyyət göstərə bilmələri də yerli sakinlərdə həm narahatçılıq yaradır, həm də şübhə: “Hər halda sıradan bir vətəndaşın belə bir “təhlükəli oyunlara” baş vurması imkansızdır”.

Qeyd edək ki, bu yaxınlarda kadr dəyişikliyi nəticəsində Sumqayıt şəhər Polis İdarəsinin rəisi Əkbər İsmayılov İnterpolun Azərbaycandakı Milli Mərkəzi Bürosunun keçmiş rəisi Sahib Mirzəyevlə əvəzlənib. Deməli, sumqayıtlılar yeni rəisin nə zaman həmin obyektlərə göz yetirəcəyinə ümid etməlidirlər.


Azərbaycanda sərbəst toplaşmaq azadlığı yoxdur


 ...__/ Azərbaycanda sərbəst toplaşmaq azadlığı yoxdur \__...

Azərbaycan Hüquqçular Assosiasiyası məhkəmə proseslərinin və kütləvi tədbirlərin monitorinqinin nəticələrini açıqlayıb
Azərbaycan Hüquqçular Assosiasiyası məhkəmə proseslərinin və kütləvi tədbirlərin monitorinqini başa çatdırıb. Dünən Müsavat Partiyasının qərargahında mövzu ilə bağlı təşkil olunan tədbirdə assosiasiyanın prezidenti, tanınmış hüquqşünas Ənnağı Hacıbəyli monitorinq və onun nəticələri barədə məlumat verib. Bəlli olub ki, məhkəmələrin monitorinqi üçün vicdan məhbusu Bəxtiyar Hacıyevin və gənc fəalların işləri üzrə məhkəmə prosesləri seçilib. Və bununla bağlı hesabat dərc olunub. Məhkəmə proseslərinin monitorinqi zamanı xüsusilə siyasi motivli işlərin məhkəmə araşdırması ədalət prinsipinə uyğun deyil, sifariş əsasında həyata keçirilib. Beləliklə də bir daha aydın olub ki, Azərbaycanda müstəqil məhkəmə yoxdur.
Kütləvi tədbirlər barədə danışan Ənnağı Hacıbəyli xüsusi olaraq "Sərbəst toplaşmaq azadlığı haqqında" Qanunun üzərində dayanıb. Hüquqşünas bildirib ki, kütləvi tədbirlərin monitorinqi zamanı "Sərbəst toplaşmaq azadlığı haqqında" Qanunun da hüquqi ekspertizası aparılıb. Ənnağlı Hacıbəyli deyib ki, bu qanunda xeyli boşluqlar var ki, Azərbaycan hakimiyyəti sərbəst toplaşmaq azadlığını məhdudlaşdırmaq bu boşluqlardan məharətlə yararlanır. "Bu qanuna 2008-ci il 30 may tarixli qanunla çoxsaylı dəyişikliklər və əlavələr edilib. Bu əlavə və dəyişiklikləri 3 qrupa bölmək olar. Birinci qrup bu əlavə və dəyişikliklər qanuna mahiyyətcə heç bir şey əlavə etmir. Sadəcə beynəlxalq təşkilatlar qarşısında görüntü yaratmaq məqsədi daşıyır. Məsələn, qanunun 1-ci maddəsinə sərbəst toplaşmaq azadlığının Konstitusiya ilə yanaşı beynəlxalq müqavilələrlə təmin edilməsi haqqında, 2-ci maddəyə isə sərbəst toplaşmaq azadlığının beynəlxalq müqavilələrə uyğun olaraq tətbiq edilməsi haqqında müədda əlavə edilib. Mahiyyətcə bu əlavələr qanuna prinspipal yenilik gətirmir. İkinci qrup əlavə və dəyişikliklər və önəmli olan və elə bir ciddi önəmi olmayan yeniliklər kimi fərqləndirilə bilər. Məsələn, 2-3-cü maddələrin yeri dəyişdirilib və kiçik redaktə dəyişikliyi ilə verilib. Toplantının ümumi anlayışları dəyişdirilib, mümkün formalarının siyahısı ümumi şəkildə verilib və ayrı-ayrı toplantı formalarının anlayışı çıxarılıb. Üçüncü qrup əlavə və dəyişikliklər isə onsuz da pis olan qanunun daha da pis qanuna çevirib. Məsələn, 4-cü maddənin 2-ci hissəsində "qadağandır" sözünün "məhdudlaşdırıla və ya dayandırıla bilər" sözləri ilə əvəz olunması sui-istifadə hallarına gətirib çıxara bilər. Və hakimiyyət elə bundan vaxtaşırı yararlanır".

Ənnağı Hacıbəyli bir maraqlı məqama da diqqət çəkib: "Təsəvvür edin, yol hərəkəti qaydalarının pozulması ilə bağlı cərimələr astronomik məbləğdə - 1500 manata qədər artırılıb. Amma mitinqlərin keçirilməsinə, insanların konstitusion hüquqlarının təmin olunmasına mane olan vəzifəli şəxslər 70 manat cərimə olunur. Bütün bunlar hakimiyyətin insanların konstitusion hüquqlarına olan münasibətin göstəricisidir".
İctimai Palatanın Koordinasiya Şurasının üzvü Vidadi Mirkamal Azərbaycan Hüquqçular Assosiasiyasının layihəsini müsbət qiymətləndirib. O, bildirib ki, bu monitorinqlər Azərbaycanda müstəqil məhkəmənin olmadığını, vətəndaşların konstitusion hüquqlarının tanınmadığını bir daha sübut edir. Vidadi Mirkamal vətəndaş cəmiyyəti institutlarının bu cür layihələri davam etdirməyi vacib sayıb.
ALP-nin sədri Əvəz Temirxan isə bildirib ki, Azərbaycan qanunlarla deyil, tapşırıqlarla idarə olunur. Onun sözlərinə görə, məhkəmələr, icra orqanları hər hansı məsələ barədə "yuxarıdan" gələn zənglər əsasında qərar çıxarır.

AXCP sədri Əli Kərimli də Azərbaycan Hüquqçular Assosiaasiyasının işini yüksək dəyərləndirib. O, həmçinin "Sərbəst toplaşmaq azadlığı haqqında" Qanun barədə fikirlərini tədbir iştirakçıları ilə bölüşüb: "Bu qanun qəbul ediləndə biz bilirdik ki, hakimiyyət qanundakı boşluqlardan sui-istifadə edəcək. Çünki qanunverici orqan qanun qəbul edilən zaman şəraiti nəzərə almalıdır. Yəni, qanunda hansıssa sui-istifadə hallarına şərait yaradan müddəalar çıxarılmalı, düzəlişlər edilməli idi. Lakin bu olmadı. Ona görə də biz bu qanunu anti-demokratik layihə adlandırırdıq. Praktika da göstərdi ki, biz yanılmamışıq. Bu qanunun qəbul edilməsindən neçə il ötüb və artıq etiraf edilməlidir ki, bu qanun sərbəst toplaşmaq azadlığına təminat vermir. Bu, əslində sərbəst toplaşmamaq haqqında qanundur.
Biz Venesiya Komissiyasının hakimiyyətlə münasibətlərdə məsələnin yalnız formal tərəfindən çıxış eləməsinə də təpki göstərməliyik. Yaxşı, Azərbaycan hakimiyyəti formallıqdan istifadə edir. Bəs axı Venesiya Komissiyasının borcu insan haqlarının inkişafına yardım etməkdir. Axı onlar mahiyyəti yaxşı bilir. Bilirlər ki, qanunda boşluq var və hakimiyyət bundan yararlanacaq. Ona görə də buna imkan verilməlidir. Sui-istifadə halları yaradan müddəalar qanundan çıxarılmalıdır".
AXCP sədri həmçinin təklif edib ki, vətəndaş cəmiyyəti institutları aksiyalarda hakimiyyətin siyasi sifarişlərini yerinə yetirməkdə canfəşanlıq göstərən məmurların, hakimlərin, polis əməkdaşlarının və dövlət qurumlarının işçilərinin siyahısını tərtib edərək beynəlxalq təşkilatların diqqətinə çatdırması daha yaxşı olur: "Bu günlərdə Avropa Parlamenti Azərbaycanla bağlı prinsipial və hakimiyyətin hərəkətlərinə adekvat qətnamə qəbul etdi. Qətnamədə xüsusi diqqət çəkən məqam insan haqlarını pozan ayrı-ayrı vəzifəli şəxslərə qarşı sanksiyaların tətbiq edilməsinin gündəmə gətirilməsi oldu. Hiyə vətəndaş cəmiyyəti institutları bu işdə Avropa Parlamentinə yardımçı olmasın? Hesab edirəm ki, qeyri hökumət təşkilatları aksiya zamanı xüsusi qəddarlıq göstərən, həbs olunmuş adamları kabinetində döyən polis əməkdaşlarının, siyasi motivli işlərdə sifarişlə qərar çıxaran hakimlərin, bir sözlə, insan hüquqlarının pozulmasında amansızlığı ilə seçilən məmurların siyahısını tərtib etməlidir. Bu sanksiya məsələsində Avropa strukturlarına böyük kömək olar".


Bakıda dindarların aksiyası qana boyandı


Təhsil Nazirliyi önündə "Hicaba azadlıq!" tələb edənlərə divan tutuldu və cinayət işi açıldı; həbs edilənlər var

Oktyabrın 5-də bir qrup insan Təhsil Nazirliyi qarşısında hicabla bağlı aksiya keçiri
b. Aksiyaçılar məktəblərdə hicaba qadağanın aradan qaldırılmasını tələb ediblər.

“Hicaba azadlıq”, “Misir kafir” “Hicabı qanımızla müdafiə edəcəyik!” şüarları səsləndirən aksiyaşılarla polis arasında qarşıdurma yaranıb. Polis aksiyanı dağıtmaq üçün dəyənəklərdən və gözyaşardıcı qazdan istifadə edib. Aksiya iştirakçıları da polisə müqavimət göstəriblər. Hər iki tərəfdən xəsarət alanlar olub. Hətta aksiyanın dağıdılmasına rəhbərlik edən Bakı Şəhər Polis Idarəsinin rəis müavini Səhlab Bağırov da xəsarət alıb. Aksiyaçılar Səhlab Bağırovun üzünü yaralayıb. Lakin rəis müavini modern.az-a bildirib ki, yarası ağır deyil.

Aksiya dağıdıldıqdan sonra Təhsil Nazirliyi polis mühasirəsinə alınıb. Əraziyə zirehli avtobuslar və FHN-in əsgərləri də gətirilib.

Günün ikinci yarısında Bakı şəhər Prokurorluğu və Baş Polis Idarəsi aksiya ilə bağlı birgə məlumat yayıb. Məlumatda deyilir ki, oktyabrın 5-də saat 12 radələrində ümumi sayı 200 nəfərədək olan radikal yönümlü dindar müxtəlif istiqamətlərdən Təhsil Nazirliyinin qarşısında toplaşaraq razılaşdırılmamış aksiya keçirməyə cəhd göstəribr. Məlumatda daha sonra bildirilir: “Ictimai qaydanın pozulmasına yönələn hərəkətlərin dayandırılması barədə polisin xəbərdarlığına baxmayaraq, qanunsuz aksiyanın iştirakçıları hüquqazidd əməllərini davam etdiriblər. Onların cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, habelə özgənin əmlakının məhv edilməsi ilə müşayiət olunan aqressiv hərəkətləri nəticəsində nəqliyyatın hərəkəti təxminən 40 dəqiqə ərzində pozulub, vətəndaşlara məxsus onlarla avtomobilə ziyan vurulub.
Xidməti vəzifələrini yerinə yetirən hakimiyyət nümayəndələrinin qanunsuzluqlara son qoyulması barədə təkrar xəbərdarlığına və tələbinə məhəl qoymayan aksiya iştirakçıları qabaqcadan hazırlanmış silah qismində istifadə etdikləri ucu mismarlı taxta parçaları və dəyənəklərlə onlara qarşı həyat və sağlamlıq üçün təhlükəli olan zor tətbiq etməklə müqavimət göstəriblər. Nəticədə 20 polis əməkdaşına müxtəlif dərəcəli bədən xəsarətləri yetirilib.
Asayişi mühafizə qüvvələrinin gördüyü qətiyyətli tədbirlərlə ictimai qaydanın kobud surətdə pozulmasına səbəb olan hərəkətlərin qarşısı alınaraq 65 nəfər saxlanılıb.
Faktla bağlı Bakı şəhər Prokurorluğu tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 315.2-ci (hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiq etmə) və 233-cü (ictimai qaydanın pozulmasına səbəb olan hərəkətləri təşkil etmə və ya bu cür hərəkətlərdə fəal iştirak etmə) maddələri ilə cinayət işi başlanıb. Istintaqın tam və hərtərəfli aparılması üçün prokurorluq və polis orqanlarının əməkdaşlarından ibarət istintaq-əməliyyat qrupu yaradılıb. Hazırda təxirəsalınmaz istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri davam etdirilir".

Azərbaycan Islam Partiyası (AIK) sədrinin siyasi məsələlər üzrə müavini Akif Heydərli aksiyanın partiya tərəfindən təşkil olunmadığını deyib: “Aksiya keçirilməsi ilə bağlı partiyada heç bir qərar olmayıb və üzvlərimizdə aksiyada iştirak etmək barədə heç bir göstəriş verilməyib. Ola bilər aksiya zamanı hansısa üzvümüz ona qoşulsun, amma belə bir ehtimal çox azdır”.
A.Heydərli deyib ki, AIP dindarların aksiyasının zorakılıqla qarşısının alınmasını qətiyyətlə pisləyir: “Dövlət qurumları vətəndaşların haqlı tələblərinə biganə yanaşdıqca, bu cür radikallıq meydana gəlir. Təhsil müəssisələrində hicabın qadağan olunması ilə bağlı əlaqədar orqanların mövqeyi utanc vericidir. Bu məsələ xalqın maraqları çərçivəsində həll olunmalıdır”.


Təhsil Nazirliyinin qabağında“Hicaba azadlıq” etiraz

Oktyabrın 5-də Bakıda Təhsil Nazirliyinin qabağında“Hicaba azadlıq” şüarları ilə küçələrə çıxan xeyli insan iştirak etmişdi.
Dindar adlandıran şəxslərin aksiyaya yaşıl dəyənəklərlə gəlməsi onların hakimiyyətin qarşısından qaçmaq fikrində olmamasına dəyildi.
Bəllidir ki, Azərbaycan iqtidarı uzun illərdir vətəndaşların sərbəst toplaşmaq haqlarını tapdalayır - ölkədə heç bir dinc aksiya keçirilməsinə imkan vermir. Bu cəhddə bulunanların qarşısı xüsusi amansızlıqla alınır. Hətta heç bir xüsusi durum yaranmadan polislər və mülki geyimli şəxslər aksiyaçıları amansızlıqla döyür.
ölkə içərisində son həftələr hakimiyyəti ciddi şəkildə silkələmiş, keçmiş deputat Gülər Əhmədovanın böyük rüşvət videosunu ikinci plana keçirmək, digər tərəfdən beynəlxalq birliyə ölkədə islam ekstremizminin təhlükəli həddə çata biləcəyi haqda xəbərdarlıq etmək üçündür.
Haqqını tələb etmək hər bir vətəndaşın konstitusyon haqqıdır.
Hakimiyyətin vətəndaşlara öz haqlarını sivil qaydada müdafiə haqqı verməməsi belə aqressiv mənzərəni ortaya çıxarırHicabla bağlı qərarı Təhsil Nazirliyi qəbul etməyib və mən fərd olaraq aksiyaların bu nazirliyin qarşısında keçirilməsinə tərəfdar olmamışam. Bu etirazlar Milli Məclisin önündə keçirilməlidir. Hicab problemi təkcə məktəblə məhdudlaşmır. Hicablı xanımların hansı məhrumiyyətlərlə üzləşdiyini cəmiyyət də, hökumət də yaxşı bilir. Etiraz aksiyası məsələləri həll etmir. Bu məsələnin həlli köklü dəyişikliklərdən keçir.
Biz bütün insanların dəyərlərinə sayğı ilə yanaşırıq.

Hicablı şagirdlər sinif-sinif axtarılır



Məktəblərdə hicab qadağası davam etməkdədir.

Xebername.az İnternet qəzetinin redaksiyasına daxil olan məlumata görə hicab qadağası ciddiyətini qorumaqdadır və məktəblərdə artan xətt üzrə yeni təsiretmə üsullarıda həyata keçirilir. Beləki Sentyabr ayının 19-u 20-i tarixlərində Bakı Şəhəri Yasamal Rayonunda yerləşən H.Aslanov adına 175 saylı orta məktəb və 176 saylı orta məktəbdə 2-i kişi, 1-i qadın olmaqla 3 nəfər sinif otaqlarını gəzərək hicablı şagirdlərin olub olmadığını yoxlayıblar.Onların video kamera ilə çəkiliş apardıqlarıda məlumatda bildirilir. Yoxlama aparan 3 nəfər, dərsdə oturan hicablı şagirdlərə başlarını açmağı əmr ediblər. Hətta etiraz edən şagirdlər başlarını açmağa məcbur edilib. Məktəb müəllimlərinə də tapşırılıb ki, kimin dərsində hicablı şagird olsa o, müəllim işdən uzaqlaşdırılacaq.

İlham Əliyev hakimiyyəti kimə vermək istəyir?


“Korrupsiya” hədəsi kimə və nə üçün ünvanlanır?
Ilham Əliyev Nazirlər Kabinetinin toplantısını keçirdi və müxalifətin ünvanına ürəyində daim bəslədiyi hissləri bir daha kabinet üzvlərilə paylaşdı. Doğrudur, Azərbaycan mediası Əliyevin müxalifətə yönəlmiş bu “səmimi” duyğularına daha çox yer verdi, amma mənə elə gəlir ki, bu, belə olmamalı idi. Çünki Nazirlər Kabinetinin son toplantısında cənab Əliyevin məqsədi müxalifətin vəsfinə bu qədər zaman ayırmaq deyildi. Onun məqsədi öz Kabinetini qorxutmaq idi.
Cənab Əliyev Kabinet üzvləri qarşısında müxalifəti hədələyərək öz komandasını da eyni duyğuları bəsləməyə təhrik edə bilərdi. Amma bu da əsas məqsəd deyildi. Əsas məqsəd nazirləri və Nazirlər Kabinetinin tərkibinə daxil olmayan iri oliqarxları qorxutmaq idi.
Nəyə görə?
2013-cü ilin ağır il olacağı hər kəsə bəllidir. 2013-cü il həm də əsası 2009-cu ildə qoyulan bir avantüra ilə ağırdır. Hamıya bəllidir ki, o qədər də uzaq olmayan həmin keçmişdə Azərbaycanın Konstitusiyasını dəyişdilər və oraya Azərbaycanda hamının adlandırdığı kimi, “əbədi prezident” maddəsi saldılar. Əlbəttə, Azərbaycanda avtoritarizmi sökərək ölkədə demokratiyanı, ədalətli cəmiyyəti və vicdanlı idarəetməni bərqərar etmək istəyənlər bundan o qədər də darılmadılar. Zatən hər kəsə bəlli idi ki, Azərbaycanda seçkilərlə avtoritar rejimi dəyişmək mümkün deyil.

Müddətsiz prezidentlik norması Ilham Əliyevə şamil oluna bilməz

Konstitusiya dəyişdi və bunu təklif edən ağıllılar belə hesab etdilər ki, bu dəyişiklik Ilham Əliyevin heç bir hüquqi problem olmadan üçüncü, dördüncü,.. onuncu,.. iyirminci dəfə prezident olmasını təmin edəcək. Amma Ilham Əliyevin hüquq texnoloqları ya başlarını itirdilər, ya da onlara tapşırılan siyasi sifarişin əsaslandırılmasının başqa hüquqi yolunu tapa bilmədilər. Doğrudur, iqtidar komandasında da sanballı hüquqşünaslar var. Amma bir gənc tələbə dostumun ifadə etdiyi kimi, “güc ağlı təmsil etmirsə”, oradan pozitiv nəticə gözləməyə dəyməz.
Indi bütün cəmiyyət prezident seçkilərinə hazırlıqdan danışdığı məqamda bəlli olur ki, qanun geriyə şamil olunmur. Müddətsiz prezidentlik institutu Ilham Əliyevə şamil oluna bilməz. Çünki Ilham Əliyev 1995-ci ildən qüvvədə olan Konstitusiya normasına əsasən, iki dəfə prezident seçilib (olub, saxtakarlıq ediblər, qanunsuz olaraq hakimiyyəti ələ keçirib, hər nəysə) və üçüncü dəfə prezident seçilmək üçün hüquqi şansı yoxdur. Əgər referendum onun birinci prezidentliyi müddətində keçirilsəydi, o halda cənab Əliyevin bu hüquqi haqları barədə mübahisə etməyə dəyərdi. Indi isə onun belə bir haqqının olmadığını heç, mübahisə etməyə belə dəyməz. Zənnimcə, Azərbaycandakı ciddi hüquqçular da bu mülahizəni dəfələrlə səsləndiriblər. Səhv etmirəmsə, məsələn, Erkin Qədirlinin də bu barədə mülahizələrinə haradasa rast gəlmişəm.
Əlbəttə, cənab Əliyev və onun klanı Azərbaycan xalqı qarşısında hesabat vermək, hakimiyyətinin legitimliyi məsələsinin dərdinə qalmaq kimi qayğıların sahibi deyil. Hətta bu zamana qədərki ən qaba seçki saxtakarlıqlarını da beynəlxalq aləmə həzm elətdirmək mümkün olub. Amma bu dəfə bu aşkar qanunsuzluğu dünyaya həzm etdirmək mümkün olmayacaq. Hüquqa və özünə hörmət edən Avropa bu hüquqsuzluğu qəbul etməyə və Ilham Əliyevi qanuni prezident kimi tanımaqdan imtina edə bilər. Axı, bu mücərrəd “demokratik fantaziya” deyil ki, cənab Ramiz Mehdiyev daha bir kitab yazaraq bizim milli hüquq normalarımızın olduğunu iddia etsin. Bu, aşkar, ümumişlək, ümumbəşəri hüquq məsələsidir.
Bu halda, Ilham Əliyevin yerinə başqasının prezidentliyə namizədliyi ehtimalı meydana çıxır. Kimin?
Əlbəttə, bütün mübahisələr də bu sualın ətrafındadır.

Hakim komandada alternativ problemi var

Və bu problemi yaradan da elə, tələm-tələsik keçirilən referendum, düşünülməmiş aparılan Konstitusiya “islahatı” və onun yarada biləcəyi narahatlıqdır. Əlbəttə, hakim komanda daxilində Ilham Əliyevdən başqa alternativ tanınmır. Bu komandanın daxilində də yalnız bir təriqət hesab edir ki, Mehriban xanım Əliyeva aralıq dövrün prezidenti ola bilər. Amma bu, yalnız bir təriqətdir. Heydərizmin Ramiz Mehdiyev kimi ideoloqu hesab edir ki, hakimiyyətin Paşayevlərə yuridik olaraq da verilməsi Heydərizmin indiki siyasi elitada siyasi “legitimliyini” itirir və onun bir siyasi orqanizm olaraq məhvini sürətləndirir. Cənab Mehdiyev yaxşı bilir ki, Ilham Əliyevin hakimiyyəti onun Heydər Əliyevə genetik bağlılığına görə baş tutub. Paşayevlərə ötürülən hakimiyyət isə tamamilə fərqli və yeni bir diktaturanın əsasını qoya bilər ki, bu yeni şəraitdə Mehdiyevin yazdığı cild-cild kitablar, qurduğu mükəmməl hakimiyyət intriqaları nəticəsində var olan hakimiyyət mexanizmi pul-pul olub tökülər.

Ramiz Mehdiyev bütün bəlaların mənbəyi deyil

Maraqlıdır ki, indi ənənəvi müxalifətdən fərqli, meydana yeni atılan bir sıra qüvvələrin siyasi mahiyyətində də bu intriqanın ünsürləri (bu, artıq, Ilham Əliyevin adlandırdığı “ünsür”lərdən deyil) görükdüyünə görə cəmiyyət anti-Mehdiyevçiliyi birmənalı müxalifətçilik kimi qəbul etmir. Əlbəttə, hər kəs bilir ki, Mehdiyev Azərbaycanda Heydərizmin nəinki praktik, həm də nəzəriyyə adına sırınan əsaslarına sahiblik iddiasında olanlardan biridir, indi bəlkə də, birincisidir. Amma Azərbaycan cəmiyyəti şübhələnir ki, Heydərizm idarəçiliyinin simvolu, feli daşıyıcısı, bütün neqativlərinin hamısı olan Ilham Əliyevi arxa plana keçirərək yalnız Mehdiyevi bütün bəlaların mənbəyi kimi qabartmaq dolaşıq intriqaların nəticəsi ola bilər. Ən azı, şübhələnir və ictimai intuisiya bütün cəmiyyətlərdə dəyişikliyin əsas mühərrikidir. Buna görə də, kimlərsə yarımçıq müxalifətçiliklə tarixi prosesləri yarıya qədər aparmaq niyyətilə meydana atılırsa, bu, saxtakarlıqdır.

Əliyev kimi hədələyir?

Müxalifəti nəinki prezident, kefinə gələndə, hətta hansısa rayonun polis rəisi də hədələyir. Amma Ilham Əliyevin Nazirlər Kabinetinin yığıncağından cəmiyyətə boylanaraq səsləndirdiyi hədə-qorxu cəmiyyətin bu kəsiminə də ünvanlanmamışdı. Ilham Əliyev sülalə hakimiyyətinin davamlılığı naminə əməliyyatların icrasında tərəddüd edən oliqarxlara barmaq silkələyirdi. Bu oliqarxların arasında isə Ramiz Mehdiyev və onun komandası da var. O, belə hesab edir ki, “legitimlik” naminə (siyasi və hüquqi) xanım Mehriban Əliyevanın aralıq dövrdə namizədliyinə qarşı inzibati tərəddüdləri məhv etmək üçün məhz, korrupsiya faktorunu qabartmaq lazımdır. Bunu ona kimin pıçıldamasının önəmi yoxdur, adam bunu özü də düşünə bilər. Əsas məsələ budur ki, indi hakimiyyətin daxilində Mehriban Əliyevanın prezident ola biləcəyi ehtimalını yaxın buraxmaq istəməyən ciddi qüvvələr var. Bunları və o birilərini bir-birinə bağlayan yeganə maraq isə, məhz, korrupsiyadır. Təkcə ona görə yox ki, cənab Ilham Əliyev Azərbaycanda ən iri korrupsiya layihələrinə sahiblik edir. Həm də ona görə ki, hər kəs üçün ayrılan hər şey, məhz, onun razılığı ilə baş tutduğundan, o, kimin hansı korrupsiya proyektlərinin baş tutduğu, işlək vəziyyətdə olduğu və baş verəcəyi haqda əla məlumatlıdır. Yoxsa, “biz Azərbaycanda korrupsiyanı məhv etmək haqqında düşünürük” kimi mənasız bəyanatlar səsləndirərək adam özünü niyə ironiya hədəfinə çevirsin ki? Bəyəm, ölkə ictimaiyyəti məşhur “yumurta islahatlarını” yadından çıxarıb? Əlbəttə, yox. Prezident çox yaxşı bilir ki, onun bu sayaq bəyanatları cəmiyyətdə gülüş doğurur, amma onun korrupsiya ortağı olan iri məmurlar bu bəyanatları qətiyyən gülüşlə qarşılamırlar. Bu, həmin məmurların hər birinin istənilən zaman başına endiriləcək bir daşdır. Təsadüfi deyil ki, ayrı-ayrı oliqarxların nəzarətində olan bir çox biznes (və korrupsiya) sahələri tədricən Paşayevlərin nəzarətinə verilir. Dövlət idarəetmə kurasiyalarının, rayonlar və nazirliklər üzərində “podospan”lığın da tədricən Paşayevlərə verilməsi hakim ailənin sözün həqiqi mənasında mütləq hakimiyyətinin, Azərbaycanda mütləqiyyət üsul-idarəsinin tamamilə formalaşması naminədir. Əliyevin yeni ideoloqları hesab edirlər ki, dövlət həyatına, orta və iri kommersiya sahələrinə mütləq nəzarəti vahid əldə cəmləşdirmək hakimiyyətlə istənilən şəkildə rəftar etmək imkanlarını genişləndirir.
Buna görə də Ilham Əliyev Nazirlər Kabinetində keçirdiyi son toplantı zamanı müxalifətin ünvanına səsləndirdiyi ənənəvi “Bəşərvari” bəyanatların ardınca zəruri qeyd olaraq, “korrupsiya” məsələsindən də danışdı. Ona görə ki, bu, Azərbaycanın dövlət məmurlarını girovluqda saxlayan çox önəmli faktordur.



İlham Əliyev 28 mayda Şeytanın nişanəsi bərpa etdi


amir Hosseinzadeh: 85 faizini Şiələr təşkil edən bir ölkədə Şeytan və masonların simvolu olan bu heykəlin açılışı, Bakı əhalisi və regionun ekspertlərinin heyrətinə səbəb olub.

Bu heykəlin oxşarı Avropa və Amerikanın bir çox əsas meydanlarında mövcuddur. Vikipediya Ensiklopediyasında dərc edilən məlumatlara əsasən bu bina masonlar yanında müqəddəs sayılır.
amir Hosseinzadeh: Müsəlmanların nəzərində masonlar tərəfindən hörmət edilən bu bina şeytanın simvoludur. Belə ki, Həcc əməllərindən biri belə bir daşa tərəf daş atmaqdır ki, Rəmye-Cəmərat adlanır. Amma son illər ərzində İngiltərə tərəfindən əsası qoyulan azğın Vəhhabilik firqəsinə tabe olan Ali-Səud hakimiyyəti Rəmye-Cəmərat və Şeytanın simvolunu məkanında yenidən bərpa işləri həyata keçirməklə , onu məhv etməyə çalışıb.
amir Hosseinzadeh: Əsas Obelisk Vaşinqton şəhərindədir ki, Abraham Linkolnun məzarı qarşısındadır.

Azərbaycan Respublikası hökuməti izahat verməyibdir ki, nə üçün Azərbaycan Respublikasında respublika günündə şeytanın simvolu hesab edilən və Avropa və Amerikaya aid olan bir simvolun açılış mərasimi keçiribdir.

ABŞ-ın daha bir səfirliyi partladıldı



Səhər vaxtı başlanan və gecəyə kimi davam edən iğtişaşlarda 8 nəfər yaralanaraq hospitala çatdırılıb, qalanlarına yerindəcə tibbi yardım göstərilib.
Verilən xəbərə görə, “Müsəlmanların günahsızlığı”
filminə etiraz edən nümayişçilər səfirliyi mühafizə edən polis əməkdaşlarını daşa basıblar, polis isə cavab olaraq gözyaşardıcı qazdan istifadə edib. Qeyd edək ki, iki gündür etirazçılar səfirliyin binasına daxil olmağa cəhd edirlər. Hərbiçilər aksiya iştirakçılarını Qahirənin ABŞ səfirliyi yerləşdiyi rayondan çıxarmağa müvəffəq olublar. Lakin etirazçılar Təhrir meydanında cəmləşməyə başlayıblar



Qarabağsız Azərbaycanda gözəllik yoxdur…



Qarabağın qədrini bilməyən kişi Azərbaycan qadınının da dəyərini bilməyəcək..
Bu gün özünü Azərbaycan vətəndaşı sayan hər bir kəs istənilən mövzuda düşünərkən, hər hansı bir iş qurarkən, tədbir keçirərkən müsəlman-türk olmağımızla bahəm, Qarabağımızın erməni işğalı altında olması amilini də mütləq nəzərə almalıdır. Təəssüf ki, çoxları üçün qazanc hər şeydən irəlidir…
Bu günlərdə xəbər yayıldı ki, iyulun 26-dan avqustun 26-dək keçirilmiş “Miss Civilization Azərbaycan 2012” Mədəniyyətlər gözəli müsabiqəsiində 7 münsifdən biri olmuş Türkiyənin məşhur stilisti Cengiz Aşkın Novxanıda tədbirin keçirildiyi məkandan çıxarkən naməlum şəxslər tərəfindən babat döyülüb, sifət nahiyəsindən xəsarətlər alıb. O saat ürəyimdə dedim ki, bu, onun hələ bu dünyada aldığı xırda bir cəzadır… Yəni müsəlman-türk oğluna qadınların, üstəlik, türk qadınlarının yarıçılpaq şəkildə qədim qul bazarlarındakı kimi nümayiş edilməsinə şərait yaradan tədbirlərin təşkilatçısı olmaq, onlarda iştirak etmək yaramaz…
Bu ilin yay aylarında artıq Azərbaycanda ikinci gözəllik müsabiqəsi keçirildi: özü də Müqəddəs Ramazan ayı zamanında… Hələ sentyabrda sonuncu müsabiqənin dünya turu keçiriləcək, ondan sonra da Qurban bayramı, Həcc mərasimi ərəfəsində Cenifer Lopes vətənimizə təşrif buyuracaq… Nə böyük uğur, nə böyük xoşbəxtlik…
Bəzi yazarlar, jurnalistlər, hətta ziyalılar belə, bu cür mənasız, dini, milli əxlaqımıza zidd tədbirləri elə canfəşanlıqla, elə hay-küylə işıqlandırıb təbliğ edirlər ki, bir anlığa adama elə gəlir, nəinki Şuşanı, Laçını, Kəlbəcəri, hətta İrəvanı da düşmənlərdən azad etmişik…
Olan-qalan torpağının daha 25 faizi, özü də Qarabağ kimi gözəl bir parçası erməni tapdağı altında olan bir ölkənin vətəndaşına, ələlxüsus da kişisinə belə mövzularla həm özünün, həm də xalqın başını qatmaq qətiyyən yaraşmaz. Mənim və minlərlə əqidadaşım üçün Qarabağsız: Şuşasız, Laçınsız, Kəlbəcərsiz, Ağdamsız, Füzulisiz… Azərbaycanda gözəllik yoxdur…
Vətənimdəki hər bir yeniliyə, abadlıq, quruculuq işinə ürəkdən sevinirəm. Amma kimlərinsə paytaxt və şəhərimizdəki kosmetik yeniliklərin, parıltılı tikililərin, Avropadan gətirilb parklarımıza əkilmiş geni dəyişmiş ağacların, gül-çiçəyin gözəlliyindən danışması mənə gülməli gəlir. Çünki Qarabağda – doğma yurdlarımızda gördüyümüz gözəllklər fonunda bütün bunlar adama yapışmır… Öz aramızdı, hansı bir parkın gözəlliyi Murovdakı, Kirsdəki, Dəlidağdakı, Şuşadakı və s. gözəlliklərlə müqayisə oluna bilər?.. Və yaxud hansı yarıçılpaq “misin” gözəlliyi sudan gələn yaşmaqlı, örpəkli, sürməli dağ qız-gəlinlərimizin gözəlliyi ilə yarışa girə bilər…
Bizi ifrata varmaqda qınaya bilərlər ki, həyat davam edir, qurmaq, tikmək, tədbirlər, şənliklər keçirmək lazımdır… Bəli, həyat davam edir. Fəqət yarıçılpaq Azərbaycan qızlarının iştirakı ilə gözəllik müsabiqələrinə baxıb ləzzət alanda, pul qazananda, gözünüz önündəki mənzərə ilə bahəm bir anlığa xəyalınıza 20 ildən çoxdur ki, erməni əsirliyində qalıb taleləri bilinməyən minlərlə Azərbaycan qız-gəlinini, uşağını və s. gətirin. Onlar üçün həyat davam edirmi?..
Demirik ki, başdan-ayağa yasa batmaq, ağlaşma qurmaq lazımdı. Əsla… Ancaq hər şeydə bir ölçü, bir hədd, əndazə, harmoniya olmalıdır. Qarabağı itirmiş vətənpərvər, millətsevər insan öz ölkəsindəki dini-milli adət-ənənə çərçivəsində şənliklərin, konsertlərin keçirilməsi ilə o vaxt razılaşar ki, bunlarla paralel torpaqlarımızın azad edilməsi uğrunda kütləvi, planlı, sistematik mübarizə təşkil edilsin. Uşaq bağçalarından başlayaraq güclü vətənpərvərlik təbliğatı aparılsın, ölkədəki rüşvətxorluğa, korrupsiyaya, mənəviyyatsızlığa qarşı daha kütləvi, köklü savaş aparılsın, telekanallarda əyləncəli verilişlərlə yanaşı kişilər, gənclər arasında döyüş silahlarından istifadə, onları söküb-yığmaq və s. üzrə canlı yarışlar nümayiş etdirilsin. Yoxsa yalnız gözəllik, sevgi, toy, musiqi, şer və s. mövzularda romantik duyğulara qapılmaqla Qarabağa doğru bir addım da ata biləyəcəyik. Əksinə, qalan torpaqlarımızın işğalı təhlükəsi ilə də üzləşəcəyik…
Qarabağın qiymətini, gözəlliyini dərk etməyib onun azadlığı uğrunda mübarizə aparmayan Azərbaycan kişisi Azərbaycan qadınının gözəlliyinə də təmiz qəlblə, həqiqi qiymət verə bilməz…
Şahın arvadı bir gün soruşur:
- Nə üçün səhərlər şeypur, axşamlar təmbur (saza bənzəyən qədim türk simli musiqi aləti-S.L.) çaldırırsan?
Şah deyir:
- Şeypurun sədası adamı oyadır, döyüşə çağırır. Təmbur isə adama dinclik, rahatlıq, yuxu gətirir. Şeypur çalınanda qəzəbim, nifrətim artır, təmbur çalınanda məhəbbətim… Düşmənə qəzəbim artanda şeypur, dosta məhəbbətim artanda təmbur çaldırıram. Şeypur çalınanda gözümün önündə qoşun-ləşkər, təmbur çalınanda sənəmlər, gözəllər, qəmzəli-nazlı qızlar dayanır. Şeypur çalınanda müharibə, təmbur çalınanda sülh istəyirəm. Şeypur çalınanda qanım coşur, dünya ilə çarpışmaq istəyirəm, təmbur çalınanda qəlbimə mərhəmət gəlir, yaşadıqca yaşamaq, sevdikcə sevmək istəyirəm…
Arvad deyir:
-Onda həmişə təmbur çaldır…
Şah cavab verir:
-Yox, əzizim, şeypurla ayıq olmasaq, təmburla rahatlıq tapa bilmərik…(modern

qeyrət ölkəsinə hansı yaxşıdır???


qeyrət ölkəsinə hansı yaxşıdır???

YENƏ RAMAZAN AYI, YENƏ GÖZƏLLİK MÜSABİQƏSİ


"Lakin bu tədbirlərin əvəzində xalqın qan yaddaşını təzələyəcək heç bir iş görülmür"
YENƏ RAMAZAN AYI, YENƏ GÖZƏLLİK MÜSABİQƏSİ
“Baş verənləri bir cümlə ilə belə izah etmək mümkündür. Hakimiyyət həyata keçirdiyi eybəcərlikləri ört-basdır etmək üçün bu cür tədbirlərə geniş rəvac verir. müqəddəs Ramazan ayı ərəfəsində yəni 25 iyulda Azərbaycanda ilk dəfə olaraq keçiriləcək “Mədəniyyətlər Gözəli 2012” adlı gözəllik müsabiqəsi və Həcc mövsümündən öncə Cenifer Lopezin milyon dollarlar hesabına Bakıya gətirilməsinə münasibət bildirərkən qeyd edib. Artıq bu cür tendensiyanın neçə illərdir ki, “baş verənlərin hamısı düşünülmüş şəkildə milli-mənəvi dəyərlərin aşılanmasına yönəlib”, “Lakin bu tədbirlərin əvəzində xalqın qan yaddaşını təzələyəcək heç bir iş görülmür. Eyni halda mənəvi dəyərlərə qarşı baş qaldıran müqavimət, müqavimətlə cavablandırılır. Belə ki, gün keçdikdə oruc tutanların və mənəvi dəyərlərə əməl edənlərin sayı artır. Artıq insanlar üçün inanmağa bir şey qalmayıb. Allahın ətəyindən başqa tutmağa ətək qalmayıb. Xüsusilə müqəddəs aylarda bu tip tədbirlərin keçirilməsi ilə hakimiyyət bir daha sübut etdi ki, müqəddəs və mənəvi dəyərlərə etinasız yanaşır.”

bu tədbirlərin hamısı xüsusi və düşünülmüş formada təşkil edilir: “Baş verənləri freskanın bir hissəsi kimi götürsək, məlum olar ki, bunlar hamısı idarə edilir. Bir neçə il bundan öncə qəzetlərdə peyğəmbərin təhqirini, məscidlərin sökülməsini, azan və hicab qadağasını, eyni halda son zamanlar dindarların şərlənərək kütləvi şəkildə həbs edilməsini nəzərə alsaq, şahidi olarıq ki, mozayka bir şəkil alınıb və o şəkilin adı düşünülmüş siyasətdir


xalq - hökümət


Ölkəni silkələyəcək yeni ifşa kampaniyası başlanır


«Azərbaycan» qəzetini tərk edən tanınmış iqtidar jurnalisti Xalid Niyazov şok açıqlamalar verməyə hazırlaşır

Son zamanlar baş verən ciddi olay və qalmaqalların sırasına yaxın zamanlarda birinin də daxil olacağı gözlənilir. “Azadlıq”a daxil olan xəbərə görə, bir neçə gün əvvəl rəsmi dövlət qəzeti olan “Azərbaycan”da “Dövlət quruculuğu şöbəsi” ləğv edilib. Şöbənin ləğvi bir o qədər önəmli deyil.
Qəzetin baş redaktoru Bəxtiyar Sadıqov yaxşı bilir ki, bu ölkədə dövlət quruculuğu adlı söhbət boş şeydir. Bu məsələdə diqqətçəkən məqam ondan ibarətdir ki, iqtidarın tanınmış qələm sahiblərindən biri, əməkdar jurnalist Xalid Niyazov şöbənin ləğvinə etiraz olaraq qəzeti tərk edib. Xəbərdə deyilir ki, Xalid Niyazov iqtidar jurnalisti olmaqla hakimiyyətə çox yaxın şəxsdir və kifayət qədər məlumatlı adamlardan hesab olunur. Onun qəzeti tərk etməklə kifayətlənəcəyi inandırıcı görünmür. Doğrudur, o hələ ki, bu barədə danışmayıb. Lakin Xalid Niyazovu tanıyanlar əməkdar jurnalistin susmasını fırtınaqabağı sükut kimi dəyərləndirirlər. Bu baxımdan da yaxın vaxtlarda “Elşad Abdullayevin videolarından”, “Milyarderlər Ittifaqının” hələ də səngimək bilməyən hay-küyündən sonra yeni siyasi qalmaqal və ifşa kampaniyasının ölkəni siləkələcəyi istisna olunmur.
Xalid Niyazovun “Azərbaycan” qəzetini tərk edib-etmədiyi barədə məlumatı dəqiqləşdirmək üçün özü əlaqə saxladıq. Əməkdar jurnalist uzun illər çalışdığı qəzetdən çıxması barədə xəbər təsdiqlədi. Səbəblərinə gəlincə, Xalid Niyazov bu barədə hələ ki, danışmaq istəmədiyini bildirdi. Lakin yaxın vaxtlarda geniş açıqlamalar verəcəyini də istisna etmədi.


23 Aprel hərəkatı


23 Aprel hərəkatı ılə tanışlıq:
23 Aprel hərəkatı qeyrətli Azərbaycan xalqının 23 aprel 2012-ci il bazar ertəsi günü geniş və sensasiyalı gecə etirazlarının dəstəkləyicisi olmuşdur və ölkə də baş verən hadisələr və hakimiyyətin qanunsuz işlərinə görə və həmçinin xalqımızın haqqını tələb edən, gənclər vasitəsi ilə yaradılıb.
23Aprel hərəkatı ölkədə öz fəaliyyətini azadlıq ,islahat və bərabər insan hüquqları nail olana qədər davam edəcək.

23 aprel logosı

23 aprel