Əlaqə
Popüler Yayınlar
- ""Ziyalılar Forumu"nun (ZF) "El" hərəkatı ilə əlaqəsi yoxdur"
- İslami dəyərlərə üstünlük verən Az. Re-da 2014-cü ilin birinci rübündə uşaqlara qoyulmuş ən populyar 14 ad
- İlhaam Əliyev həmişə kütləvi görüşlərdən çəkinir ...
- Şeytan Toruna Düşmüş Yazıqlar: 4 nəfər İngiltərəli azyaşlı pozğunun Suriyada “Nikah Cihadı”
27 Ağustos 2014 Çarşamba
Azərbaycanda məmurlar və balaları neçə minlik maşın sürürlər?
Son vaxtlar şəhərimizdə daha sonra Bentley, Rolls Royce, Ferrari kimi lüks klass avtomobilləri də peyda olur
Son günlər məmur övladlarının
sürdüyü bahalı maşınlar, onların yarış meydançalarını xatırladan video
görüntüləri günün müzakirə mövzusuna çevrilib. Sosial şəbəkələrdən
izlədiyimiz kimi, bəzi imkanlı övladlarının sahibi olduğu avtomobillər
qeyri-adi görünüşü, dizaynı ilə bərabər qiyməti ilə də diqqət çəkir.
Facebook, İnstaqram səhifələrində bir-birilərinin bəhsinə girərək
maşınlarının fotolarını paylaşan gənclərin sürdükləri lüks
avtomobillərin qiymətinin 100, 200 min manat, hətta bir milyon civarında
olduğu bildirilir.
Azvision.az mövzunun aktuallını
nəzərə alaraq Azərbaycana gətirilən dəbdəbəli avtomobillərin qiymətləri,
onların sifarişçiləri ilə maraqlanıb.
Avtomobillərin sifarişi ilə
məşğul olan “Exporter.az” saytının rəsmisi Murad Şiriyev bildirib ki,
Azərbaycanda ən çox satılan və bəyənilən avtomobillər Mercedes, BMW
modelləridir: “Ölkəmizdə ən çox satılan və bəyənilən avtomobil Mercedes
və BMW modelləridir. Avtomobillərin qeydiyyatı ilə bağlı statistikada da
bu öz əksini tapır. Son illərdə isə Koreya və Yaponiya istehsalı olan
avtomobillərə də böyük tələbat yaranıb”.
Şirkət nümayəndəsinin sözlərinə
görə, ölkəmizdə imkanlı şəxslər üçün ən prestijli hesab edilən modellər
bunlardır- BMW (5 və 7-ci seriya, X5 və X6 modelləri), Mercedes (E klas,
S klas, ML, GL, G klass), Porsche (Panamera, Cayenne), Audi (A8, A7).
Son vaxtlar şəhərimizdə daha sonra Bentley, Rolls Royce, Ferrari kimi lüks klass avtomobilləri də peyda olur.
Qiymətləri 200,000$ və daha yuxarı olan bu avtomobillər çoxları üçün əl çatmazdır”.
Şirkət rəsmisinin sözlərinə
görə, adları çəkilən avtomobil modelləri daha çox imkanlı şəxslər
tərəfindən sifariş olunur: “Bizdən avtomobil sifariş edənlərin çoxu –
bankların, mobil operatorların, internet provayderlərin işçiləri və
digər əqli işlə məşğul olan, sahibkarlıq fəaliyyəti ilə məşğul olan
insanlardır. Bir sözlə. əhalinin orta təbəqəsinin nümayəndələri. Çünkü
sifariş etdikdə avtomobil yerli bazardan nisbətən daha ucuz qiymətə başa
gəlir.
Çox imkanlı şəxslər isə sifariş verib gözləməkdənsə – yerli bazardan alırlar, çünkü qiymət fərqi onlar üçün çox da rol oynamır.
M.Şiriyev tanınmış şəxslərin, o
cümlədən dövlət rəsmilərinin də maşın almaq üçün onlara müraciət
etdiyini qeyd edib. Bildirib ki, dövlət rəsmiləri orta hesabla 50-100
min dollar civarında maşınlara üstünlük verirlər:
“Məşhurlar və dövlət
rəsmilərindən müştərilərimiz var. Bizim tanıdıqlarımız 50-100,000$
civarında olan Avropa istehsalı modellərə üstünlük verirlər”.
Daşınmaz əmlak üzrə ekspert
Ramil Osmanlın fikrincə, yerli bazarda ən lüks avtomobillər alıcılara
220-230 min dollar təklif olunur. O bildirib ki, hazırda yerli bazarda 1
milyon manata satılan maşınlar da var: “Hazırda Azərbaycanda 40-a yaxın
avtomobil markasının istehsalı olan 100-dən artıq müxtəlif çeşidli
avtomobillər bazara təklif olunur. Ən populyar avtomobilləri hazırda iki
seqmentə bölmək olar: təkrar ve ilkin bazar seqmentinə. Təkrar bazar
seqmentində daha çox Mercedes, BMW , Yaponiyanın bir neçə markası:
“Toyota”, “Prado”, “Camry”, Nissan markası üzrə “Tida” və digərləridir.
İlkin bazarda isə liderlik edən Yaponiya markası “Toyota”, Cənubi Koreya
avtomobilləridir”.
Ən prestijli yeni
avtomobillərdir ki, alıcılara 220-230 min dollara təklif olunur. Amma
yenə də deyim ki, ən yüksək qiymət bu deyil. Elə avtomobillər var ki,
bazarda 1 milyona təklif olunur”.
Qiyməti əl yandıran
avtomobillərin alıcılarına gəlincə isə R.Osmanlı bildirib ki, bu qismə
daha çox imkanlı təbəqənin nümayəndələri, məmur övladları daxildirlər:
“Alıcılar arasında kimlərin üstünlük təşkil etdiyini konkret deyə
bilmərik. Məmurlarmı, onların övladlarımı və yaxud sahibkarlarmı,
onların övladlarımı… Ümumilikdə mən deyərdim ki, bütün təbəqələrdən
alıcılar var və hər təbəqə öz stabil imkanlarına uyğun olaraq avtomobil
sifariş edir”.
Kaydol:
Kayıtlar (Atom)
23 Aprel hərəkatı
23 Aprel hərəkatı ılə tanışlıq:
23 Aprel hərəkatı qeyrətli Azərbaycan xalqının 23 aprel 2012-ci il bazar ertəsi günü geniş və sensasiyalı gecə etirazlarının dəstəkləyicisi olmuşdur və ölkə də baş verən hadisələr və hakimiyyətin qanunsuz işlərinə görə və həmçinin xalqımızın haqqını tələb edən, gənclər vasitəsi ilə yaradılıb.
23Aprel hərəkatı ölkədə öz fəaliyyətini azadlıq ,islahat və bərabər insan hüquqları nail olana qədər davam edəcək.