Blog Arşivi

27 Temmuz 2014 Pazar

Sionist rejimin qadın hərbçisi əsir düşüb İzzəddin əl- Qassam briqaları, sionist İsrail rejiminin hərbçisi Şaul Arondan sonra, bu dəfə rejimin bir qadın hərbçisinin əsir alındığını açıqlayıb, - “rasthaber”.



Sosial şəbəkədə yayılan məlumata görə sionist rejimin əsir alınan qadın hərbiçisi 5988155 nömrəli Tanya Bimeşt olduğu  bildirilir. Tanya Bimeştin Qolani bölüyünün hərbçisi olduğu  qeyd olunur.
Daha əvvəl də İzzəddin əl- Qassam briqaları sionist rejimin 6092065 nömrəli Şaul Aron adlı hərbçisini əsir götürmüşdü.

Londonda 45 minlik Fələstinə dəstək nümayişi: azərbaycanlılar da yürüşə qatılıb



Dünyanın əksər ölkələrində İsrail rejiminin Qəzzada törətdiyi qətliamlara etiraz nümayişləri keçirilməkdədir. Bu gün Avropanın əsas paytaxtlarından olan Londonda da Fələstin xalqına əzəmətli dəstək nümayişi keçirilib.
 
Nümayişdə Londonda olan azərbaycanlılar da iştirak edib. Nümayiş iştirakçılarının verdiyi məlumata görə, nümayişə 45 mindən çox insan qatılıb.
 



Londonda İsrail rejiminin səfirliyi binasından Big-Benə (Britaniya parlamentinin binası) doğru yürüş edən edən insanlar İsrail rejiminin cinayətlərinə etiraz edib, “Fələstinə azadlıq!”, “İsrail, cinayətləri dayandır!” şüarları səsləndirib.
 

İsrail rejiminin Bakıdakı səfirliyi qarşısında “Beynəlxalq Qüds günü” münasibətilə aksiya



məlumat verən Azərbaycan İslam Partiyası (AİP) sədrinin siyasi məsələlər üzrə müavini Hacı Akif Heydərli bildirib ki, “Aksiyada ümumilikdə 44 nəfər saxlanılmışdı. Onlar 34 nəfər sərbəst buraxılıb. 5 nəfər cərimələnib, 5 nəfərin işi isə Yasamal rayon məhkəməsinə göndərilib. Cərimə olunanlardan 4 nəfərin adını bilirəm. Bunlar partiyanın sədr əvəzi Hacı Elçin Manafov, Vüqar Abiyev, Növrəstə İbrahimova və Səbuhi Səlimovdur.”.
Məlum hadisə ilə bağlı münasibət öyrənmək məqsədilə “İslamazeri.az” saytı olaraq Daxili İşlər Nazirliyi mətbuat xidmətinin şöbə rəisi Orxan Mansurzadə ilə əlaqə saxladıq. Şöbə rəisi sorğumuza cavab olaraq Yasamal rayon 27 saylı polis bölməsinə zəng etməyimizi bildirdi. Sözügedən bölmə ilə əlaqə saxladıqda isə özünü təqdim etməyən şəxs kobud formada baş verənlərlə bağlı heç bir məlumata malik olmadığını deyərək telefonu söndürdü.
Bundan sonra Azərbaycan İslam Partiyası (AİP) sədrinin siyasi məsələlər üzrə müavini Hacı Akif Heydərli ilə əlaqə saxladıq.
O saytımıza açıqlamasında qeyd etdi ki, “Bildiyiniz kimi beynəlxalq Qüds günü 1982-ci ildən İmam Xomeyni tərəfindən elan olunub. Bu gün bütün dünyada olduğu kimi Azərbaycanda da əsasən işğala, zülmə qarşı dirçəliş günü kimi qeyd olunur. Azərbaycanda 20 faiz torpaqlar işğal altındadır, bu günü qeyd eləmək Azərbaycan üçündə önəmlidir. Azərbaycan əhalisi, əsasən Azərbaycan İslam Partiyası həmişə olduğu kimi bu günü xüsusilə qeyd edir. Bu gün ki aksiyada 100-ə yaxın iştirak etdi. Amma təəssüflər olsun ki, Azərbaycan polisi 44 nəfəri saxladı. Onlar hal hazırda Yasamal Rayon Polis İdarəsinin 27-ci polis bölməsində saxlanılırlar. Aldığım son məlumata görə orada saxlanılanlardan bəzilərinin işi Yasaml Rayon məhkəməsinə gedəcək. Ola bilsin ki, cərimə olunacaqlar, ola bilsin ki, sutkalıq cəza alacaqlar. Əlbəttə ki, bütün baş verənlər insanların mübarizə əzmini qırmır. Amma təbii olaraq Azərbaycanda bu cür etirazlara şərait yaradılmalıdır. Saxlanılanların içərisində AİP sədr əvəzi hacı Elçin Manafov, AİP-in təşkilat məsələləri üzrə sədr müavini Vüqar İbayev, digər partiya üvləri və inanclılar var.”
26 Temmuz 2014 Cumartesi

Qəzzada həlak olanların sayı 900-ə yaxınlaşdı



İsrailin Qəzza zolağına hava, quru və dənizdən təşkil etdiyi hücumlarda 208-i uşaq, 101 qadın və 51-i yaşlı olmaqla 884 insan həlak olub. 1779-u uşaq, 1112-si qadın və 230-u yaşlı olmaqla isə 5 min 840 insan yaralanıb. 

Səhiyyə Nazirliyi sözçüsü Kudra, İsrailin Qəzzaya təşkil etdiyi son hücumda biri tibb işçisi olmaqla, 4 insan həyatını itirdiyini bildirib. 

İsrailin Xan Yunusa hücumu zaman 7-i bir ailə üzvləri olmaqla, 8 nəfərin həlak olduğu 20 insanın yaralandığı deyilir.
 


Qəzzada 12 saatlıq müvəqqəti atəşkəs qüvvəyə minməsindən sonra bombalanan ərazilərdə axtarış işləri aparılır. Lakin İsrail əsgərləri ambulanslara və tibbi yardım maşınlarına mane olur. Atəşkəs başlar-başlamaz 20 cəsəd dağıntıların altında tapılıb. 

23 Aprel hərəkatı


23 Aprel hərəkatı ılə tanışlıq:
23 Aprel hərəkatı qeyrətli Azərbaycan xalqının 23 aprel 2012-ci il bazar ertəsi günü geniş və sensasiyalı gecə etirazlarının dəstəkləyicisi olmuşdur və ölkə də baş verən hadisələr və hakimiyyətin qanunsuz işlərinə görə və həmçinin xalqımızın haqqını tələb edən, gənclər vasitəsi ilə yaradılıb.
23Aprel hərəkatı ölkədə öz fəaliyyətini azadlıq ,islahat və bərabər insan hüquqları nail olana qədər davam edəcək.

23 aprel logosı

23 aprel