Blog Arşivi

31 Temmuz 2013 Çarşamba

fələstinin uşaqlarina israildən töhfə


QÜDS GÜNÜ" NİYƏ BİZİM GÜNÜMÜZDÜR



 
Hər il Ramazan ayının sonuncu cüməsi yəni, “Qüds günü” müsəlmanlar bir yerə yığışaraq dünyanın müxtəlif yerlərində yaşayan digər müsəlman qardaş və bacılarının dərdlərini, yaralarını və müsəlman olmaları səbəbindən onlara qarşı edilən zülm və sitəmləri yada salıb xatırlayırlar, bu problemləri gündəmə gətirərək, dünyada duyulmasına səbəb olurlar.

Hətta onların səsini eşitməmək üçün qulaqlarını bağlayıb, görməmək üçün gözlərini yumaraq bu zülmlərin davam etməsinə şərait yaradan beynəlxalq təşkilatlar səssizlik nümayiş etdirsələr də, bu səs hər il dünya ictimaiyyətinə eşitdirilir.

Bu gün təsis ediləndən bu yana ötmüş zaman və hadisələr onu sübut etdi ki, “Qüds günü”nün hər il qeyd edilməsi çox önəmli və vacib bir məsələdir.

Hər il, hər ay, bəzən də hər gün dünyanın müxtəlif yerlərində müsəlmanlara qarşı yeni qırğınlar, yeni qətliamlar, yeni terrorlar törədilir.

Vətənimiz olan Azərbaycanımızda da Qarabağımızın işğal altında olması və dağıdılması, əsirlikdə olan qardaş və bacılarımıza verilən işgəncələr və tez-tez atəşkəsin pozulması nəticəsində dinc həmvətənlilərimizin azyaşlı uşaqlarımızın öldürülməsi bizlər üçün edilən həmin antimüsəlman zülmlərinin müəyyən bir hissəsidir. Çox yerində və dəqiq bir ibarədir “Qüds və Qarabağ - doğma qərib qardaşdır”.

Dünya artıq öyrənib və ya öyrədilib tez-tez xəbər eşidə ki, İraqda partlayış oldu və 60 nəfər həlak oldu, 20 nəfər yaralandı.

Sanki vərdiş edilib deyilməsinə ki, İsrail rejiminin hərbi-hava qüvvələri Qəzza zolağında fələstinlilərin yaşayış məntəqəsini bombalaması nəticəsində xeyli sayda dinc sakin həlak olmuşdur. Adiləşib artıq deyilsin ki, bu gün Əfqanıstanda NATO qüvvələrinin raket zərbəsi nəticəsində içərisində terroristlərin olduğu güman edilən bir avtobus partladılıb, amma sonradan məlum olub ki, ölən və yaralananlar sivil insanlardan və körpə uşaqlardan ibarət olub. Ən yaxşı halda NATO rəhbərliyi üzrxahlıq edir və məsələ bitir.



Bu xəbərlər artıq dünyanın gündəmində sanki silsiləvi verilən soyuq xəbər statusuna keçib. Minlərlə insanın, müsəlmanların öldürülməsinə dünyanı öyrəşdirmək və bunu adiləşdirmək heç də asan məsələ deyil. Belə qansız sionist rejimi kimi rejimlərin qurucuları buna ömürlərini sərf edirlər.

Son bir il ərzində yeni oyanışların baş verdiyi ərəb inqilabları dalğasının əhatə etdiyi ölkələrdə inqilabların formatını dəyişərək, müsəlmanların qətliyamı formasına sala bilmək - onların bacarığından kənar bir şey deyil. Fərdləri diktator edib öz xalqlarına qarşı ölüm alətinə çevirir, lazım olanda özləri də prosesin iştirakçısı olub, guya insan haqq və azadlıqlarını müdafiə edirlərmiş kimi qətliamın gedişini sürətləndirirlər.

Bütün bu zülmlər davam etsə də, artıq dünya dəyişir, vicdanı oyaq olanlar fenomeninə sözün əsl mənasında uyğun gələn nümunələr, vicdanlı toplumlar Reyçel Korrilər, “Mavi Mərmərə”lər yetişdirir zaman. Məzlum kimi görsənməyə çalışan rejimlər tədricən ifşa edilir. Dünya onları tanımağa əlaqələrinə diqqət etməyə başlayıb. Odur ki, ümid bəsləməyimiz, səbrimiz zalımların hədəflərinin puç olub ümidsizliyə düçar olmalarına səbəb olur artıq. Bütün bunlar bizim Qarabağımız, Qüdsümüz, Kəşmirimiz, Yəmənimiz, İraqımız, Bəhreynimiz və digər zülm altında inləyən torpaqlarımız üçün aktualdır. Gərək bilək ki, hər bir irqin nümayəndəsi bizlərlə qardaş və bacıdır və dərdləri də bizim dərdimizdir. Şükürlər olsun ki, bu dərdləri paylaşıb, onlara məlhəm ola biləcək “Qüds günü” kimi bir dərmanımız var. Allah müsəlmanlara bütün bəşəriyyəti xilas edə biləcək vəhdəti nəsib etsin.

Sionizm və yəhudilik fərqli anlayışlar

qüds günü


qüds günü


qüds günü


quds günü


israilə boykot




Kanadanın ən böyük Protestant Kilsəsi işğalçı İsrail rejimində, xüsusi ilə bu rejimin qəsəbələrində istehsal olunan məhsulları boykot etmək niyyətindədir.
İsrail rejiminin "Haartez" qəzeti yazır ki, Kanada Kilsələr Şurası son iclasında İsrail rejimində istehsal olunan məhsulların boykot edilməsi layihəsini təqdim edib. Uyğun proqram çərçivəsində İsrail rejiminin qəsəbələrində, xüsusi ilə Qərb sahilində tikilmiş yaşayış məntəqələri və Şərqi Qüdsdə istehsal olunan mallar Kanadanın ən böyük Protestant kilsəsi tərəfindən boykot edilməlidir.

qüds günü


Livandakı daxili gərginlik

İsrail rejiminin istehsalı olan bir sıra məhsulların boykot




Qurum bu ilin yanvar ayında baş verən Qəzza müharibəsindən dolayı İsrail rejiminin istehsalı olan bir sıra məhsulların boykot edilməsi barədə qərar qəbul edib.
İngiltərə HİK-in qəbul etdiyi boykot qərarına görə, sionistlərin nəzarətində olan bəzi rayonlarda istehsal edilən malların ölkəyə idxalı və təcavüzkar dövlətlə olan silah ticarətinə son qoyulmalıdır. Qurumun qərarında bir sıra sionist şirkətlərinə sərmayə qoyuluşunun dayandırılması da öz əksini tapıb.


HİK nümayəndələri məsələ ilə bağlı müsahibələrində fələstinlilərə məxsus İsrail rejiminin zorla qəsb etdiyi ərazilərdə yetişdirilən kənd təsərrüfatı məhsullarının boykot ediləcəyini bildiriblər. Nümayəndələr boykot ediləcək bəzi məhsulların İordan çayının qərb sahilində yetişdirilən xurma və meyvə-tərəvəz olduğunu qeyd ediblər. Məlumat üçün bildirək ki, İngiltərə HİK-in tərkibinə 6,5 milyon işçinin çalışdığı 58 həmkarlar ittifaqı daxildir.

qüds günü


İsrail rejimi məhsullarını boykot




İtaliya xalq hərəkatının üzvləri Fələstin xalqına dəstək və sionist rejiminin Qəzzada törətdiyi cinayətlərə etiraz olaraq həmvətənlilərini İsrail rejimi məhsullarını boykot etməyə çağırıblar.


Romada və digər iri şəhərlərdə italiyalı etirazçılar supermarketlər və iri satış ərazilərinin qarşısına topalaşaraq insanları üzərində “İsrail istehsalı” yazılmış firmaların məhsullarını, həmçinin İsrail rejimi ilə sıx əlaqə saxlayan və ona maddi yardım göstərən ölkələrin istehsal etdiyi məhsulları almamağa çağırıb.


İsrail rejiminin istehsalı olan məhsulların boykot edilməsi kampaniyasını həyata keçirən məsullardan biri bildirib ki, etiraz günləri ərzində xalq hərəkatının üzvləri sionistlərin Qəzzada törətdiyi cinayətləri əks etdirən təsvirləri yayır və bununla yanaşı sionist istehsalı olan malların siyahısını paylayıblar.

güds günü


İNDONEZİYADA SİONİST VƏHŞİLİYİNƏ QARŞI ETİRAZ




Paytaxt Cakartada ən azı 20 min müsəlman sionist İsrailin Qəzzadakı hərbi əməliyyatlarına etiraz bildirimək üçün dinc mitinqə başlayıb. İndoneziyanın Ədalət və İnkişaf Partyiasının üzvləri əvvəlcə Cakartanın mərkəzinə toplaşıb, sonra küçə boyu dinc yürüş keçiriblər. Nümayişçilər əllərində Fələstin bayraqlarını və «Fələstini xilas edin», «sionist İsrail, əlini Fələstindən çək» və «İsrail məhsullarını boykot» şüarları yazılmış plakatlar tutublar.

İndoneziya parlamentinin spikeri BMT-nin Təhlükəsizlik Şurasını sionist İsrailin hərbi əməliyyatları dayandırmağı məcbur etməyə səsləyib.
İyirmi minlik izdihamın təşkilatçıları fələstinlilərə yardım məqsədilə pul toplanmasını elan ediblər.

Bundan əvvəl analoji etiraz aksiyaları dünyanın digər ölkələrində də keçirilib. Londonda 20 min insan sionist İsrailin səfirliyi qarşısında etiraz aksiyası keçirmişdi. Yanvarın 9-da isə Osloda sionist İsrailin və Fələstin tərəfdarları arasındakı qarşıdruma zamanı 6 nəfər yaralanmış, 31 iştirakçı isə həbs olunmuşdu.

23 Aprel hərəkatı


23 Aprel hərəkatı ılə tanışlıq:
23 Aprel hərəkatı qeyrətli Azərbaycan xalqının 23 aprel 2012-ci il bazar ertəsi günü geniş və sensasiyalı gecə etirazlarının dəstəkləyicisi olmuşdur və ölkə də baş verən hadisələr və hakimiyyətin qanunsuz işlərinə görə və həmçinin xalqımızın haqqını tələb edən, gənclər vasitəsi ilə yaradılıb.
23Aprel hərəkatı ölkədə öz fəaliyyətini azadlıq ,islahat və bərabər insan hüquqları nail olana qədər davam edəcək.

23 aprel logosı

23 aprel