Əlaqə
Popüler Yayınlar
- ""Ziyalılar Forumu"nun (ZF) "El" hərəkatı ilə əlaqəsi yoxdur"
- İslami dəyərlərə üstünlük verən Az. Re-da 2014-cü ilin birinci rübündə uşaqlara qoyulmuş ən populyar 14 ad
- İlhaam Əliyev həmişə kütləvi görüşlərdən çəkinir ...
- Şeytan Toruna Düşmüş Yazıqlar: 4 nəfər İngiltərəli azyaşlı pozğunun Suriyada “Nikah Cihadı”
Blog Arşivi
- 2014 (270)
- 2013 (363)
8 Şubat 2014 Cumartesi
47 milyon amerikalı yoxsulluq həddindən aşağı səviyyədə yaşayır
47 milyon amerikalı
yoxsulluq həddindən aşağı səviyyədə yaşayır və orta təbəqəyə aid olan
bir çox ailələr də tədricən yoxsullaşırlar.
Barak Obama özünün konqresdəki son...
Suriyada daha bir azərbaycanlı öldürüldü
Gürcüstanda yaşayan soydaşlarımızın içərisində də Suriyaya vuruşmağa gedənlər olub.
Bunlar Marneuli rayonunun Qaçağan kəndinin sakinləri Azər və Asif
Alim oğlu Qafarovlardır. İki qardaşdan biri, Azər Qafarovun ölüm xəbəri
ailəsinə xəbər verilsə də, Asəf barədə ailəsi məlumatsızdır. Verilən
məlumata görə hər iki qardaş radikal dini qruplaşmaların üzvü kimi
tanınıblar.
Suriyada döyüşən azərbaycanlıların komandiri öldürüldü
Suriyada Bəşər Əsədə qarşı döyüşən və azərbaycanlıların da daxil olduğu
“Ceyş al Muhacirin əl ansar” ın (“Mühacirlər ordusu”) komandiri
Seyfullah Şuşanınin öldürüldüyü xəbəri yayılıb.
Lent.az-ın terorçulara yaxın “kavkazcenter” saytının “tvitter”
səhifəsinə istinadən verdiyi xəbərə görə, Şuşanınin Hələb həbsxanası
yaxınlığında gedən döyüşlərdə öldürüldüyü bildirilir.
Axı onlar ilğım deyillər…
Düşmən bəllidir – Ermənistan. Lakin son günlərin hadisələri sübut
etdi ki, əslində düşmənlərimiz yalnız ermənilər deyil. Bəzi uzaqgörən
həmyerlilərimiz neçə illərdir ki, daxilimzdə qorxulu bir əjdahanın
bəsləndiyini deyir, haray çəkir. Nə fayda? Onları ciddiyə almayıb,
hamımız diqqətimizi başqa səmtlərə, başqa problemlərə yönəltdik. Amma ay
dolandı, il keçdi, vədə yetişdi: baramadan yeddibaşlı əjdaha çıxdı və
od püskürməyə başladı. Bir zamanlar Əfqanıstanda, Pakistanda, İraqda
müşahidə etdiyimiz və vəhşilikləri damarlarımızda qan donduran
“mücahidlər” artıq Azərbaycanda yetişir.
Mövsüm Səmədov: “Qapalı rejimlər bizi qorxutmaz”
Azərbaycan İslam Partiyasının həbsdə olan lideri Mövsüm Səmədov
bəyanatla çıxış edib. Onun vəkili Anar Qasımlı “Media forum” saytına
bildirib ki, Mövsüm Səmədov ruhani Abgül Süleymanovun saxlandığı rejimin
dəyişdirilməsinə etiraz edib: “Mövsüm Səmədov bəyan edir ki, Abgül
Süleymanova qarşı təzyiqlər təkcə ona yox, bütövlükdə islamçılara qarşı
yönəlib. Amma belə təzyiqlər, qapalı rejimlər bizi qorxutmaz. Yaxşı olar
ki, hökumət buna sərf etdiyi vaxtı, qüvvəni, enerjini vəhhabilərlə
mübarizəyə həsr etsin”.
Məmurlar din məsələsində ehtiyatlı olmalıdırlar» – İlqar İbrahimoğlu
DEVAMM rəhbəri spiker Oqtay Əsədovun Quranın Azərbaycan dilində oxunması barədə təklifini şərh edib
Hacı İlqar İbrahimoğlu: «Quranın nazil olduğu dildə oxunması onun möcüzəvi xüsusiyyətlərindən biridir»
Parlamentin son plenar iclasında spiker Oqtay Əsədov Qurani-Kərimin Azərbaycan dilində oxunması barədə tövsiyyəsi günün müzakirə mövzusuna çevrildi. MM sədrinin bu barədə təklifi dini kəsimdə necə qarşılanır?
Parlamentin son plenar iclasında spiker Oqtay Əsədov Qurani-Kərimin Azərbaycan dilində oxunması barədə tövsiyyəsi günün müzakirə mövzusuna çevrildi. MM sədrinin bu barədə təklifi dini kəsimdə necə qarşılanır?
Kaydol:
Kayıtlar (Atom)
23 Aprel hərəkatı
23 Aprel hərəkatı ılə tanışlıq:
23 Aprel hərəkatı qeyrətli Azərbaycan xalqının 23 aprel 2012-ci il bazar ertəsi günü geniş və sensasiyalı gecə etirazlarının dəstəkləyicisi olmuşdur və ölkə də baş verən hadisələr və hakimiyyətin qanunsuz işlərinə görə və həmçinin xalqımızın haqqını tələb edən, gənclər vasitəsi ilə yaradılıb.
23Aprel hərəkatı ölkədə öz fəaliyyətini azadlıq ,islahat və bərabər insan hüquqları nail olana qədər davam edəcək.