Blog Arşivi

31 Mart 2013 Pazar

Hacı Mövsüm Səmədovun zindandan mesajı






 Azərbaycan İslam Partiyasının sədri Hacı Mövsüm Səmədovun yaxınları onunla görüşüb
TR-in İslamazeri portalına istinadən  verdiyi xəbərə görə, görüş zamanı mübariz ruhani Azərbaycandakı vəziyyətlə maraqlanıb və müsəlmanlara öz salamını çatdırıb.
Hacı Mövsüm Səmədov Azərbaycandakı ictimai, siyasi, dini mühitlə bağlı öz fikirlərini bildirib.
Hacı Mövsüm Səmədov deyib ki, Azərbaycan dindarları üçün din uğrunda zindana düşmək qorxusu silinib. Artıq Azərbaycan möminləri şəhadət mədəniyyətini öz ruhlarında tərbiyyələndirsinlər.

Son 10 ildə qeyri-döyüş şəraitində 471 əsgər ölüb




Ümumilikdə, 2003-2011-ci illərdə bu və digər səbəblərdən yaralanan və xəsarət alan hərbi qulluqçuların sayı 571 nəfərdən çoxdur
“Doktrina” Jurnalistlərin Hərbi Araşdırmalar Mərkəzinin Azərbaycanda KİV və EİV üzərində həyata keçirdiyi monitorinqin nəticələrinə görə, 2003-2012-ci illərdə Azərbaycan Silahlı Qüvvələri ən azı 646 hərbi qulluqçusunu itirib. Onun 175 nəfəri döyüş (147 nəfəri erməni gülləsi, 28 nəfər mina və sursat partlayışı), 471 nəfəri isə qeyri-döyüş (7 nəfər əməliyyat tədbirləri, 90 nəfər intihar, 83 nəfər qəza, 125 nəfər qeyri-nizamnamə hərəkətləri, 79 nəfər bədbəxt hadisələr, 30 nəfər müəmmalı və naməlum hadisələr, 57 nəfər müxtəlif xəstəliklər və s.) itkiləridir. Ümumilikdə, 2003-2011-ci illərdə bu və digər səbəblərdən yaralanan və xəsarət alan hərbi qulluqçuların sayı 571 nəfərdən çoxdur.
2003-2012-ci illərdə Azərbaycanın təhlükəsizlik və müdafiə sektorunda dünyasını dəyişənlərin təxminən 585 nəfəri Müdafiə Nazirliyinin , 31 nəfəri Dövlət Sərhəd Xidmətinin, 20 nəfəri Daxili Qoşunların, 2 nəfəri Ədliyyə Nazirliyinin, 5 nəfəri Milli Təhlükəsizlik Nazirliyinin, 2 nəfəri Xüsusi Dövlət Mühafizə Xidmətinin, 1- isə Səfərəbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin hərbi qulluqçularıdır. Yaralanan və ya xəsarət alan hərbi qulluqçuların təxminən 522 nəfəri Müdafiə Nazirliyinin, 27 nəfər Dövlət Sərhəd Xidmətinin, 9 nəfəri Daxili Qoşunların, 4 nəfər Milli Təhlükəsizlik Nazirliyinin, 2 nəfəri Ədliyyə Nazirliyinin, 2 nəfəri Xüsusi Dövlət Mühafizə Xidmətinin, 2 nəfər Hərbi Prokurorluğun, 3 nəfərsə Fövqəladə Hallar Nazirliyinin hərbi qulluqçularıdır.
Qeyd edək ki, itkilərlə bağlı rəqəmlər KİV və EİV üzərində aparılan monitorinq nəticəsində ortaya çıxıb. Təxmin olunan rəqəmlərə görə, 1994-cü ilin may ayından - Azərbaycanla Ermənistan arasında atəşkəs müqaviləsinin imzalanmasından bəri Azərbaycanın müdafiə və təhlükəsizlik sektorunun itkilərinin ümumi sayı 3500 nəfərdən artıqdır.

Zabratda etiraz aksiyası






Zabrat, Kürdəxanı, Məhəmmədi yolunda bu gün səhər saatlarından etibarən bir qrup sakin etiraz aksiyası keçirib.
Sakinlərin verdiyi məlumata görə, etiraza səbəb adıçəkilən ərazidə yüksək gərginlikli elektrik xəttinin çəkilməsidir.
Həmin ərazidə 20-yə yaxın ailə məskunlaşıb. Sakinlər evlərinin sənədlərinin qanuni olduğunu bildirir. Bunun müqabilində həmin ərazidən başqa yerə köçmələri üçün onlara pul ödənilməsini tələb edirlər. Amma aidiyyatı qurumlar onlara evləri üçün pul verməyəcəklərini bildiriblər. Hazırda etiraz mitinqi davam edir. Polis sakinləri ərazidən uzaqlaşdırmaq istəyir.



“New York Times” 10 MART aksiyasından yazdı




“Yüzlərlə gənc “Ali Baş Komandan, cavab ver bizə” deyib, müdafiə nazirinin istefasını tələb edib”

Ötən bazar Bakıda əsgər ölümlərinə etiraz məqsədilə keçirilən aksiya barədə Amerikanın dünyaca məşhur “The New York Times” qəzeti də yazıb. Qəzet qeyd edir ki, Bakıda gənclərin keçirdiyi mitinqdə polis göz yaşardıcı qazdan və rezin güllələrdən istifadə edib.
“Yüzlərlə gənc paytaxtın mərkəzində həlak olan əsgərlərə görə ölkə başçısına xitabən “Ali Baş Komandan, cavab ver bizə” deyib, müdafiə nazirinin istefasını tələb ediblər. 80 nəfərdən çox aksiyaçı zorakılığa məruz qalaraq saxlanılıb. Lakin bir müddət sonra onların əksəriyyəti azad edilib”, - deyə qəzet yazır.
Məqalədə bu ilin yanvarında əsgər Cehun Qubadovun orduda ölməsindən bəhs olunur. Qeyd edilir ki, əsgərin anasına onun ürək çatışmazlığından öldüyü deyilib, amma yayılan fotolarda onun bədənində ciddi zorakılıq əlamətləri görünür.
Məqalədə həmçinin aksiya öncəsi NİDA vətəndaş hərəkatının 3 fəalının həbs edildiyi haqda məlumat verilir. “Onlar qanunsuz olaraq narkotik vasitələri əldə etmə, saxlama və ya satma kimi ittihamlarla həs olunublar”.
Hərəkatın üzvü Zaur Qurbanlı qəzetə bildirib ki, o da bazar günü keçirilən aksiyada iştirak edib. Dostlarını televiziyalarda yayımlanan “etiraflara” təzyiq vasitəsilə məcbur ediblər.

Foto “The New York Times” qəzetindən götürülüb

Azərbaycan aksiyaları dağıtmaq üçün xüsusi qurğuları ABŞ-dan alıb






Hakimiyyət nümayişçilərə qarşı LRAD tətbiq etməyə hazırdır

 Bazar günü etiraz aksiyası zamanı hakimiyyət nümayişçilərin dağıdılması üçün “səs/akustik top” kimi də tanınan uzaq məsafədən təsir göstərən akustik qurğu (LRAD “Long Range Acoustic Device”) tətbiq etməyə hazır idi.

Bu qurğular bazar günü ən az dörd yerdə, o cümlədən hakim Yeni Azərbaycan Partiyasının qərargah-mənzilində görünüb.

“Vikipediya”dakı məlumata görə, LRAD 2000-ci ildə American Technology Corporation tərəfindən terrorçulardan, piratlardan, hərbi nümayişçilərdən müdafiə üçün hazırlanıb. İnsanlara təsir üçün 150 desibel gücündə səsdən istifadə olunur.

Müqayisə üçün reaktiv təyyarənin mühərrikinin səsi təxminən 120 desibel təşkil edir, 130 desibel isə insanın eşitmə aparatını zədələyə bilər.

Ekspertlər iddia edirlər ki, bu sistemlər daxili orqanların ağır xəsarət almasına səbəb ola bilər.

2007-ci ildə Gürcüstanda hökumət əleyhinə nümayişçilərin dağıdılması zamanı akustik toplardan istifadə olunub. Nəticədə 508 nəfər tibbi yardım üçün müraciət etmək məcburiyyətində qalıb. Zərərçəkənlərdə zəhərli maddələr üçün səciyyəvi olan simptomlar qeydə alınıb: şüurun pozulması, panika, yaddaşın itirilməsi.

Maraqlıdır ki, Amerika QHT-lərini inqilabi siyasi texnologiyalar ixrac etməkdə imtina edən Azərbaycan hakimiyyəti özü Qərbdən cəza vasitələri alır.


Martın 10-da Bakıda “Əsgər ölümlərinə son!” tələbi ilə keçirilən etiraz aksiyası zamanı hakimiyyət nümayişçilərin dağıdılması üçün küçəyə uzaq məsafədən təsir göstərən akustik qurğu (LRAD “Long Range Acoustic Device”) çıxarıb. Xəbərdə bildirilir ki, bu qurğular martın 10-da ən azı dörd yerdə, o cümlədən hakim Yeni Azərbaycan Partiyasının qərargahı qarşısında görünüb. “Yeni Müsavat”ın aksiyanı izləmiş reportyor qrupu da silahın həmçinin “McDonalds” restoranının qarşısında, “Zümrüd” restoranının yaxınlığında və Mərkəzi Universal Mağazanın qarşısında yerləşdirildiyini müşahidə ediblər.

23 Aprel hərəkatı


23 Aprel hərəkatı ılə tanışlıq:
23 Aprel hərəkatı qeyrətli Azərbaycan xalqının 23 aprel 2012-ci il bazar ertəsi günü geniş və sensasiyalı gecə etirazlarının dəstəkləyicisi olmuşdur və ölkə də baş verən hadisələr və hakimiyyətin qanunsuz işlərinə görə və həmçinin xalqımızın haqqını tələb edən, gənclər vasitəsi ilə yaradılıb.
23Aprel hərəkatı ölkədə öz fəaliyyətini azadlıq ,islahat və bərabər insan hüquqları nail olana qədər davam edəcək.

23 aprel logosı

23 aprel