Blog Arşivi

12 Mart 2014 Çarşamba

Bakı Metropoliteni qarşısında kütləvi aksiya Foto

Yeni rəisin qərarı metro ticarətçilərini ayağa qaldırdı; polis etirazçılara zor işlətdi; bir neçə nəfər saxlanıldı
Bakı Metropoliteninin stansiyalarının daxilində və piyada keçidlərində qurulan ticarət köşklərinin yığışdırılması barədə martın 11-də qərar verildi. Metropoliteninin yeni rəisi Zaur Hüseynovun bu şifahi qərarını elə ötən gün səhər saatlarında stansiya rəisləri dükan sahiblərinin diqqətinə çatdırıb. Satıcılar martın 31-nə qədər yer haqqını ödədiklərini desələr də, bunun heç bir faydası olmayıb. Elə bundan sonra ticarətçilərin bir qismi günorta saatlarında metropolitenin binası önünə toplaşdılar.
“İcarə pulu yığanlar da ortalıqda yoxdur”
Bundan xəbər tutan Yasamal Rayon Polis Idarəsi əməkdaşlarını sözügedən idarənin qarşısına göndərmişdi. Binanın qarşısına toplaşan satıcılar dedilər ki, hələlik iki stansiyada dükanı olanlar gəlib.
“Cibinizi doldurdunuz, indi bizi çıxardırsınız? Hansı varlı gedib metronun altında alver edər? Rəis müavini gəlib dedi ki,...
11 Mart 2014 Salı

Yalançının Ev Yandı Heç Kim Ona İnanmadı

Heç kimə sirr deyil ki, İlham Əliyev hakimiyyətdə qalıb, iqtidardan getməmək üçün Şeytanın özü ilə belə əlbir olmağa hazırdır və elə əlbir də olub. 
  
İlham Əliyev cavabında bildirib ki, Azərbaycanda siyasi məhbusun olmaması AŞPA-nın ötən ilin yanvar ayında siyasi məhbuslarla bağlı gündəliyə çıxarılan qətnamənin əleyhinə səs verməklə də təsdiqləyib.
Xatırladaq ki, 2013-cü ilin yanvar ayının 19-da AŞPA-nın qış sessiyasında qurumun Azərbaycan üzrə olan siyasi məhbuslar üzrə məruzəçisi Kristof Ştrasser siyasi məhbuslarla bağlı toplantıya qətnamə təklif etmişdi ancaq səsvermədə qətnamə qəbul olunmadı.
Onu da qeyd edək ki, Ştrasseri İlham Əliyev hakimiyyəti 3 il müddətində bir dəfə də olsun mandatı üzrə Azərbaycana buraxmadı. Bundan başqa İlham Əliyev cavabında onu da qeyd edib ki, Azərbaycan vətəndaşları arasında yerli məhkəmələrdən narazı qaldıqları halda və ədalətsizliklə üzləşdikləri halda Avropa İnsan Haqları məhkəməsinə üz tuta bilərlər ki, bu məhkəmənin də qərarlarını Azərbaycan hakimiyyəti yerinə yetirir.
Daha sonra Prezident onu da əlavə etdi ki, ümumiyyətlə siyasi məhbus termininin universal izahı olsaydı yaxşı olardı. Bu prezidentin dedikləridir.
İlham Əliyevin dediklərini şərh edərkən birinci ondan başlamalıyıq ki,...

“Sovetski”də axan çarəsiz göz yaşları…

Göz yaşları iki əks hissin – kədərin və sevincin bir ifadəsidir.
Göz yaşları insan qəlbinin dərinliyindəki ucalan səsdir.
Göz yaşları həm də mesajdır və bu mesajı duyan hər bir kəs onu keçirdiyi hissləri bölüşməyə çalışır.
Ötən gün ağlayan gözlər gördüm. Qayğılı, çarəsiz bir cüt göz… Saçları ağarmış, üzləri qırışmış, ömrünün bəlkə də son qışını yaşayan yaşlı qadın için-için ağlayırdı. Onun bir istəyi var idi. Göz yaşlarında boğulan qadın bir təhər öz sözlərini deməyə çalışırdı: “Bizə niyə ev vermirsən? Axı biz də Azərbaycanın balalarıyıq…”
Bu yaşlı nənənin sözlərindən çox, axıtdığı məsum göz yaşları təsirli idi. O, yaşamaq istəyir, o, bir ev istəyir. Özü üçün deyil, xəyalında qurduğu kimi balaları üçün, körpə nəvələri üçün. Bəlkə də, ömrünün sonuna yaxınlaşan bu yaşlı qadın üçün son şansdır ki, övladlarını rahat mənzildə yaşadığını görsün. Xəyallarında yaşadığını reallığa çevirmək istəməyənlərə qəzəbi var. Ancaq bu qəzəb göz yaşlarına təslim olub.
Nə edim ki, o yaşlı ananın gözlərini silməyə cürətim yoxdur. Çünki bu gözləri nə qədər silsəm də, qəlbin incəliyində ev quran xəyallar onun vücudunu titrədəcək və puç olmuş xəyalların arxasınca baxıb göz yaşlarına qərq olacaq. Ancaq yaşlı ananın arzularını dəfn etməyə çalışmayım. Çünki insanın ümidsiz yaşaması onun yaşamaması deməkdir. Ümid etmək istəyirəm ki, bu gözləri güldürəcək xəbər çıxacaq və yaşlı ana sevinc göz yaşları axıdacaq, “Xəyalım dəfn olunmadı” deyəcək və hüzurla həyatını davam etdirəcək.

Nurçuluğun Azərbaycandakı “F”sı

Son vaxtlar ölkə gündəmini zəbt edən nurçuluqla bağlı hər gün yeni adlar çəkilsə də, onların Azərbaycandakı əsas təhsil ocaqları Çağ Öyrətim İşlətmələri şirkəti və Qafqaz universiteti göstərilir. 
Dəfələrlə ölkə mediasında bununla bağlı faktlar irəli sürülsə də, hər iki qurum bunu təkzib edib. Maraqlıdır ki, hər iki məktəbin “Google Map”da görüntüsü Nurçuların lideri, onların dili ilə desək “hoca əfəndi” Fətullah Gülənin  baş hərfini əks etdirir.
Qeyd edək ki, sözügedən faktın özü yeni olmasa da, bu məqamda bir daha oxuculara təqdim edirik:

(qafqazinfo)
9 Mart 2014 Pazar

Metropolitendə “təmizləmə”: Tağı Əhmədovun köməkçisi və digər adamları “vuruldu”

"Bakı Metropoliteni" QSC-də hər şeyə yaxın iki aydan - qurumun yeni Nizamnaməsi təsdiqlənəndən sonra aydınlıq gələcək.

Azərbaycan Prezidenti İlham Əliyev fevralın 27-də Bakı Metropoliteni və "Azərtunelmetrotikinti" Səhmdar Cəmiyyətini ləğv edərək, onların əsasında "Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyəti yaradıb.
Nəticədə Bakı Metropoliteninin rəisi Tağı Əhmədov vəzifəsini itirib.
Yeni yaradılan "Bakı Metropoliteni" QSC-yə sədr isə Zaur Hüseynov təyin edilib.
"Bakı Metropoliteni"nin yeni sədri QSC-də hansı dəyişiklik aparır?
Modern.az saytı "Bakı Metropoliteni"nindən bəzi məlumatlar əldə edib.
Verilən məlumata görə, hazırda yeni qurumun formalaşdırılması prosesi gedir, QSC-nin nizamnaməsi hazırlanır. Nizamnamə hazır olandan sonra "Bakı Metropoliteni"nin yeni rəis müavinləri də ölkə başçısı tərəfindən təsdiqlənəcək.
Bildirilir ki, "Bakı Metropoliteni"nin yeni rəhbəri Zaur Hüseynov işə başlayandan sonra Tağı Əhmədova yaxın aşağı ranqlı bəzi kadrlar vəzifədən kənarlaşdırılıb. İşdən çıxarılanların ən birincisi isə Tağı Əhmədovun köməkçisi olub. Bundan başqa,...

“Azərbaycan İslam dünyasının ayrılmaz hissəsidir”

Misirin ən böyük məscidlərindən birində Xocalı şəhidlərinin ruhuna dualar oxunub

Misirin ən böyük məscidlərindən sayılan Sultan Həsən məscidində Xocalı şəhidlərinin ruhuna dualar oxunub.

Məscidin axundu Xalid Himaya Azərbaycan haqqında məlumat vermiş, bu ölkənin İslam dünyasının ayrılmaz bir hissəsi olduğunu söyləyib. O, Azərbaycanın dini və mədəni dözümlülük baxımından dünyada örnək sayıla biləcək bir ölkə olduğunu diqqətə çatdırıb.

X.Himaya 1992-ci il fevralın 26-da Azərbaycanın Xocalı şəhərində erməni silahlı qüvvələri tərəfindən törədilmiş faciə haqqında məlumat verib,... 600-dən çox dinc azərbaycanlı sakinin amansızcasına qətlə yetirildiyini, şəhərin tamamilə məhv edildiyini bildirib.

Axund bir çox müsəlman ölkələrində olduğu kimi, Azərbaycanda da belə bir faciənin törədildiyini təəssüf hissi ilə vurğulayıb. O, Xocalı qətliamını törətmiş cinayətkarların cəzasız qalmayacaqlarını bildirib.

Dünya Azərilər Haqqlarının Müdafiə Komitəsinin, Ayətullah Məkarimi şiraziyə Bəyanati


Rəhman və rəhim Allahın adı ilə

Böyük şiə təqlid mərcəsi Həzrət Ayətullahul-üzma Məkarim Şiraziyə
Salamlar!
Cənabınız kimi böyük fəqihlər və din alimləri tarix boyu Allah rəsulunun (s) davamçıları, İslamın keşikçiləri və Əhli-beyt (ə) yetimlərinin çətin günlərində şiənin arxa-dayağı olublar.
Sizin Qum şəhərinin Əzəm məscidində hicab qadağasının sonu ilə bağlı Bakı rəsmilərinə tövsiyəniz və bu ölkədəki din uğrunda mübarizə səbəbindən həbs olunmuş şəxsləri müdafiə etməyiniz Azərbaycanın məzlum şiələrinin ümidvarlığına və hicab məhbuslarının aramlığına səbəb oldu.
Böyük şiə təqlid mərcəsi:
Tarix boyu dünyanın hər bir yerində şiələr zülmə məruz qalsalar da,...

“Sovetski” sakinini bu sözlərinə görə həbs etdilər




Bakının “Sovetski” məhəlləsinin sakinlərinin etiraz aksiyasında maraqlı olay baş verib. Jurnalistlərə müsahibə verən sakinlərdən biri az sonra polis tərəfindən həbs edilib. Maraqlıdır ki, o müsahibə verərkən bu açıqlamasına görə az sonra həbs edələcəyini də bildirib.

Polis isə onu saxlayarkən həmin gəncin məhz müsahibə verən adam olduğunu işarə edib.



8 Mart 2014 Cumartesi

“Sovetski” sakinləri sabah etiraz aksiyası keçirəcək

Evlərinin sökülməsi müqabilində hökumətin təklif etdiyi hər kvadrat metrə 1500 manatlıq kompensasiyanın azlığından narazı olan “Sovetski” sakinləri martın 9-da yenidən etiraz aksiyası keçirəcəklər.
Bu barədə “Azadlıq”a məlumat verən sakinlər bildirib ki, onların martın 8-nə təyin etdiyi aksiya təxirə salınıb, daha doğrusu, bir gün ertələnib.
Mülkləri söküləcək vətəndaşlar bir daha bəyan edib ki, mülkiyyət hüquqlarının müdafiəsi uğrunda sonadək mübarizə aparacaqlar: “Bizə ya bazar qiymətlərinə uyğun kompensasiya verilsin, ya da mənzillərimizin sahəsinə uyğun evlə təmin etsinlər. Başqa cür mümkün deyil”.

Dünya qadına qarşı

Beynəlxalq Amnistiya Təşkilatın hesabatına əsasən qadınların ölüm və əlillik hallarında ağır xəstəliklər və qəzalardan çox ailədəki amansızlıq rol oynayır. Hesabatda 16-44 yaşında qadınlar nəzərdə tutulur.
Ailədə amansızlıq qurbanları arasında 90 faiz qadınların, 10 faiz kişilərin payına düşür.
İntihara əl atan qadınların sayı bu yolu seçən kişilərin sayından iki qat artıqdır. Subay qadınlar subay kişilərdən az, evli qadınlar evli kişilərdən çox intihar yolunu seçir.
Dünyada hər 18 saniyədə bir qadın ölür.
Dünya səhiyyə təşkilatının hesabatına əsasən hər 18 saniyədə bir qadın təcavüzə məruz qalır.
Dünyanın müxtəlif ölkələrində aparılan sorğuya əsasən 50 faizədək aləli qadınlar həyat yoldaşları tərəfindən fiziki zorakılığa məruz qalır. Bu 50 faizin üçdə biri həm də...

Hicab məhbusu azadlığa çıxdı



Hicab məhbusu Səxavət Quliyev azadlığa çıxıb Səxavət Quliyev 16 saylı CÇM-də saxlanılırdı.

Elnur Aslanov və Rəbiyyət Aslanova haqda inanılmaz iddialar

BÖLÜM: Gündəm
YAYIM TARİXİ: 8 Mart 2014 09:00


Ana-oğul aslanovlara qarşı ciddi ittihamlar irəli sürüldü: Türkiyə MİT-i Bakıdakı “gizli texnoloqlar”la birləşib; nurçu qalmaqalı daxili siyasətə daşınır; hər iddia bir suç, bir cinayət...

Prezident Administrasiyasında məsul vəzifə tutan və təriqətçi olduqları iddia edilən vəzifəli məmurlarla bağlı qalmaqal davam edir. Martın ilk həftəsi hakimiyyət daxilinə sızmasından danışılan bu qrupun və onlara qarşı ifşa kampaniyası aparan gizli texnoloqların virtual savaşının daha da şiddətlənməsi ilə yadda qalıb.



“Gizli texnoloqlar” deyilən qrupun ifşa kampaniyasında əsas hədəf hələ də Azərbaycan əsilli nurçulardır.

Prezident Administrasiyasının olduqca əhəmiyyətli postlarını tutan Elnur Aslanov (Prezident Administrasiyasının Siyasi təhlil və informasiya təminatı şöbəsinin müdiri), Fərhad Məmmədov  (Prezident yanında Strateji Araşdırmalar Mərkəzinin rəhbəri) və onların himayəsində olan digərləri barədə heyrətamiz dərəcədə özəl, lakin həqiqət olub-olmadığı təsdiqlənməyən məlumatlar yayan qrup yeni sənədlər, gizli məktublar, hətta səs yazısı da faş edib. Diqqətçəkən məqam isə budur ki,...
5 Mart 2014 Çarşamba

AXCP-yə qarşı qərargah təxribatına ictimai etiraz

“Hakimiyyət artıq terror dililə danışır”; “Belə siyasi mübarizə olmaz”; “Mülk sahibinin dedikləri araşdırma üçün əsasdır”…
AXCP-nin Nərimanov rayonunda yerləşən qərargahında baş verən müəmmalı partlayışdan sonra bina söküldü. Səbəb kimi partlayışdan sonra binanın qəzalı olduğu bəhanəsi gətirildi. Nəticədə AXCP partiya üzvlərinin ianələri hesabına icarəyə götürüldüyü qərargahdan məhrum edildi. Amma baş verənlərdə diqqət çəkən daha bir məqam AXCP-yə icarəyə verilən binanın sahibi Azər Əsgərovun mətbuata açıqladığı faktlardır. A.Əsgərov dünən hadisə yerində bəyan edib ki, binanı fövqəladə hallar naziri Kəmaləddin Heydərov partlatdırıb. Sahibkar deyib ki, ona Heydərovun adından AXCP-ni binadan çıxarmalı olduğu, yoxsa binanın yana, yaxud partlaya biləcəyi barədə xəbərdalıq edilmişdi. A.Əsgərov dediklərini təsdiqləyən audi-diskləri də jurnalistlərə paylayıb.
Fikrini öyrəndiyimiz ictimaiyyət nümayəndələri AXCP-nin qərargahı ilə bağlı baş verənləri həm hakimiyyətin bu partiyaya qarşı düşmən münasibəti, həm də konkret cinayət əməli kimi şərh ediblər.

Cəmil Həsənli: «Bu dövlət orqanlarının müxalif siyasi partiyaya qarşı bir terror aktıdır»
Milli Şuranın sədri Cəmil Həsənli bildirdi ki, partlayış baş verən gün Milli Şura hadisənin məqsədyönlü şəkildə törədildiyini bəyan etmişdi: «Biz bəyanatımızda qeyd etmişdik ki, AXCP-nin qərargahının zirzəmisindəki partlayışdan sonra növbəti addım partiyanı binadan çıxartmaq olacaq. Elə partlayış da məhz bu məqsədlə törədilib. Partlayış hakimiyyət orqanları tərəfindən məqsədyönlü şəkildə təşkil olunub. Bu dövlət orqanlarının müxalif siyasi partiyaya qarşı bir terror aktıdır. Təəssüf ki,...

Yenə ofissiz qalan partiya baş verənləri siyasi terror adlandırdı

Martın 4-də AXCP bir gün əvvəl zirzəmisində partlayış baş verən qərargahından çıxarılıb. Səhər saatlarından qərargah boşaldılmağa başlayıb. Əraziyə Çevik Polis Alayının qüvvələri gətirilib. AXCP üzvlərinin qərargahı boşaltmaqdan imtina etməsi isə gərginliyə səbəb olub. Nərimanov Rayon İcra Hakimiyyətinin nümayəndələri AXCP-yə binanın qəzalı oduğunu bildiriblər. Nərimanov Rayon İcra Hakimiyyəti başçısının müavini Şahmar İbadov bildirib ki, hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin və Nərimanov Rayon İcra Hakimiyyətinin əməkdaşları gəlib, müvafiq araşdırmalar aparılıb.



Ş. İbadov qeyd edib ki, FHN-in Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi tərəfindən rayon icra hakimiyyətinə telefonoqram daxil olub. Daxil olan telefonoqramda qeyd olunan binanın yararsız vəziyyətə düşməsi səbəbindən ərazidə olan yaşayış və qeyri-yaşayış sahələrinin boşaldılması tapşırılıb: “Nərimanov Rayon İcra Hakimiyyəti başçısının sərəncamı ilə qeyd olunan ərazidə yaşayan üç ailə köçürülür, həmin ailələrə üç aylıq kirayə pulu ödəniləcək. Həmin ailələr dövlət tərəfindən tikilən binalarda mənzillə təmin ediləcək”.

İcra  başçısının müavini deyib ki,...
4 Mart 2014 Salı

“Sovetski”nin köçürülməsi ilə bağlı hökumətin son qərarı

Baş nazirin müavini Abid Şərifov bu gün Yasamal Rayon İcra Hakimiyyətində Bakının “Sovetski” məhəlləsinin sakinlərinin yaratdığı Təşkilat Komitəsinin üzvləri ilə görüşün nəticəsini açıqlayıb.
A. Şərifov deyib ki, görüşdə evlərdə inventarlaşdırma işlərinin davam etdirilməsi ilə bağlı razılıq əldə olunub: “Kim 1 kv.m üçün 1500 manat ödənilməsi təklifi ilə razıdırsa, həmin vəsaiti alaraq köçə bilər.
Xatırldaq ki, “Sovetski” adlanan məhəllənin sakinləri yenidən etiraz aksiyası keçirmək üçün 173 saylı məktəbin qarşısına toplaşıblar. Aksiya iştirakçıları bildiriblər ki, bizim evlərmizi söküb və 1500 manat pul təklif edirlər. Biz 1500 manatla heç bir yerdə ev ala bilmərik, evlərin qiyməti günü-gündən bahalaşır.



İsrailin növbəti zülmü: “Məscidi-Əqsaya” giriş qadası

İsrail müsəlmanların ibadət etməsinə qadağa qoydu Qarabaghnews.com-ın “islamazeri.az”-ə istinadən verdiyi xəbərə görə, İsrail rejimi fələstinlilərə qarşı növbəti qanunsuzluğa imza atıb. Belə ki, “Məscidi-Əqsa”-ya 50 yaşdan kiçik olan kişilərə giriş qadağan edilib. İsrail ordusu tərəfindən verilən yazılı açıqlamada, “Məscidi-Əqsa”-ya icazə səndədi olan qadınlar və 50 yaşdan yuxarı icazə sənədi olan kişilərin girməsinə icazə veriləcəyi bildirilib. Qeyd edək ki, Qəzzada yaşayan fələstinlilərə ...

Məşhur turizm saytı işğal olunmuş Azərbaycan ərazilərini “Dağlıq Qarabağ Respublikası” kimi təqdim edib

Mərkəzi ABŞ-da yerləşən məşhur “Tripadvisor.com” turizm saytı Azərbaycanın Ermənistan tərəfindən işğal olunan Dağlıq Qarabağ ərazisini “Dağlıq Qarabağ Respublikası” kimi təqdim edib. Bununla belə, “Dağlıq Qarabağ Respublikası” Azərbaycanın tərkibində qeyd olunub. Funksiyası rus, ingilis, ərəb, fransız və digər dillərdə səyahətçilərə ölkələr, turizm obyektləri və otelləri haqqında məlumat bazası rolunu oynayan saytda qondarma “Dağlıq Qarabağ Respublikası”nın otelləri, turizm imkanları barədə məlumat ...

Azərbaycan vəhabiləri Suriya meydanını Azərbaycanda döyüşmək üçün hazırlıq hesab edirlər

Gəncədə MTN əməkdaşdının öldürülməsi, Zaqatala, Balakən hadisələri, Eurovision müsabiqəsi ərəfəsində vəhabilər tərəfindən ölkə prezidenti İlham Əliyevi terror etmək planı Azərbaycan Respublikası vəhabilərinin yalnız bir hissəsidir
2013-cü ilin yayında Sumqayıt vəhabilərinin öz güclərini göstərmələri məqsədilə etdikləri ilk hərəkətin şahidi olduq. Bu şəhərin vəhabiləri burda yeni tikilmiş məscidi tamamilə öz idarəçiliklərinə keçirməyə çalışdılar. Bu şəhərin şiələrinin fəaliyyət və geniş iştirakının ardınca onların hərəkatı məğlubiyyətə uğradı.
Digər bir tərəfdən Suriyada vətəndaş müharibəsində iştirak edən azəri vəhabilərinə məxsus videonun yayılması və öz həmvətənlərini döyüşə çağırmaları onların artmaqda olan gücünü təsdiqlədi və eyni zamanda hakimiyyətə təhlükə xəbərdarlığı etdi. Bu video-çarxda Əbu Yəhya Azəri ləqəbi ilə tanınmış Sumqayıt sakini Nicat adlı şəxs özünü Suriyada döyüşən azəri qrupunun sərkərdəsi kimi təqdim edir.
Bir müddətdən sonra məlum oldu ki,...

Nemət Pənahlı ailə üzvləri ilə görüşüb

Qobustan həbsxanasında cəza çəkən siyasətçi Nemət Pənahlıya ailəsi ilə qısamüddətli görüş verilib.
Nemət Pənahlının həyat yoldaşı Həcər Pənahlı martın 3-də deyib ki, görüş fevralın 28-də olub: “Uşaqları da özümlə aparmışdım. Nemətin səhhəti, əhvalı çox pisdir. Şəkəri ona əvvəlkindən artıq əziyyət verir. Bu dəfə həbsxanada yemək qəbulu vaxtı olduğu üçün apardığım ərzaqları götürməkdə problemi olmadı. Sadəcə 3 saat qapıda gözlətdikdən sonra içəri buraxdılar. Çöldə gözləməkdən uşaqlar da xəstələnib. Niyə gec buraxdıqları ilə bağlı hər hansı açıqlama vermədilər”.
52 yaşlı Nemət Pənahlı 6 övlad atasıdır. O, 2011-ci il yanvarın 8-də tutulub, xuliqanlıq və qəsdən sağlamlığa az ağır zərər vurma ittihamı ilə 6 il müddətinə azadlıqdan məhrum edilib

Rəşad Ramazanovun xanımı: “Əhvalı bir qədər yaxşılaşıb”

Dini fəal, bloqçu Rəşad Ramazanovun həyat yoldaşı Könül İsmayılova onunla görüşüb. Könül İsmayılova bildirib ki, görüş əsasən yoxlama məqsədi güdüb: “Çünki Rəşad karantində idi. Nə zəng edirdi, nə də xəbər ala bilirdik. Nigaran idik. Amma 2 saylı Cəzaçəkmə Müəssisəsinə getdiyimiz gün onu buraxmışdılar. Cəzaçəkmə müəssisəsinə köçürüləndən sonra əhvalı bir qədər yaxşılaşıb”.
Rəşad Ramazanov 2013-cü ilin mayında həbs edilib. O, qanunsuz olaraq külli miqdarda narkotik vasitələri saxlamaqda təqsirli bilinib. Bakı Ağır Cinayətlər Məhkəməsi Rəşad Ramazanova 9 il azadlıqdan məhrumetmə cəzası kəsib. Bakı Apellyasiya Məhkəməsi hökmü qüvvədə saxlayıb. Bloqçu ötən ay Bakı İstintaq Təcridxanasından 2 saylı Cəzaçəkmə Müəssisəsinə köçürülüb.
Rəşad Ramazanov sosial şəbəkələrdə hakimiyyət əleyhinə statuslar paylaşdığına görə tanınıb.
3 Mart 2014 Pazartesi

Polislərlə “Sovetski” sakinləri arasında toqquşma oldu

 Sovetski” sakinlərinin aksiyası sona çatan ərəfədə  gözlənilməz hadisə baş verib.
Belə ki, “Sovetski” sakinləri evlərinə dağılışarkən polislər onlara hücum edərək, daha bir neçə nəfəri həbs ediblər.

“Sovetski” sakinləri həbs edilən şəxslərin azad edilməsi üçün polislərə etiraz ediblər və onların aparılmasına cəhd göstərilən maşının qarşısını kəsməyə çalışıblar.

Nəticədə polislərlə sakinlər arasında qarşıdurma yaranıb. Polislər sakinlərə qarşı zor tətbiq edib.

Dəqiqləşdirlimımiş məlumata görə, zorakılığa məruz qalanlar arasında mətbuat nümayəndələri də var. Bir jurnalistin videokamerasının sındırıldığı iddia olunur.

Məlumata görə, ətraf küçələr tam şəkildə polis nəzarati altına alınıb.
Digər bir mənbə isə bildirir ki, polisin reaksiyasına səbəb bəzi sakinlərin 173 saylı məktəbin yaxınlığındakı yolu kəsmək cəhdləri olub. Bu cəhdlərin qarşısı alınarkən polislə əhali arasında qısamüddətli toqquşma baş verib.

1 Mart 2014 Cumartesi

Növbədənkənar həbs kampaniyası

Hakimiyyətin cəbhəçi təlaşı hansı səbəblərdəndir?
Azərbaycan Xalq Cəbhəsi Partiyası üçün üzvlərinin həbs olunması adi haldır. Ancaq Cəbhə sıralarında yeni addımlayan kimsə belə hadisədə qəribəlik axtara bilər. Cəbhəçi öz yoldaşlarının günahsız, təqsirsiz tutulmasına təəccüb etsə, onlara verilən absurd ittihamlara qəribə nəzərlə baxsa, bu, yumşaq desək, siyasi riyakarlıq, yaxud son dərəcə siyasi bilgisizlik, naşılıq olar. Axı hamıdan birinci AXCP rəsmi və qeyri-rəsmi formada bu ölkədə ağalıq edənlərin adını qoyub!
Deyib, yazıb, qərara belə salıb ki, Əliyev rejimi cinayətkar və korrupsionerdi. Təsbit edib ki, bu rejim öz vətəndaşlarına əsir, girov kimi baxır.
Bəyan edib ki, Azərbaycan işğal altındadı – 20 faizi ermənilərin, 80 faizi əliyevlərin.
Əliyevlərin səltənətdə olduqları elə bir il bilmirəm ki, cəbhəçi həbsdə olmasın. Siyasi həyatın ən durğun zamanlarında belə AXCP ən çox siyasi məhbusu olan təşkilat olub. Bunu da qanunauyğunluq sayıram. H.Toro necə yazmışdı: “Tiranların hökumranlıq etdiyi yerdə vicdanlı adamların ən rahat yeri həbsxanalardır”.
Bütün bunları yazmaqla yanaşı, onu da mütləq vurğulamalıyıq ki,...

Diktatorların əsl üzü

Tarix boyu, xüsusilə müasir dövrümüzdə diktatorların amansızlığı pərdə arxasında qalıb. Bu insanları adətən verdikləri amansız göstərişlərə görə diktator adlandırıblar. Əslində belələri pərdə arxasında şəxsən ən böyük amansızlıqlara imza atıblar.
İran şahı Rzaxan baş nazir olandan sonra tabeçiliyində olanlara divan tutub. Rzaxanın diktatorluğu elə bir həddə çatıb ki, bunu pərdələmək qeyri-mümkün olub. Rzaxan xalq arasında şəxsən adam döyməsi ilə tanınıb. O hətta yaşlı şeyxi döyməkdən çəkinməyib.
Rzaxan adından göründüyü kimi xan idi. Əgər bir xan ölkə başçısı postunu tutsa vay o millətin halına. Xan həmişə ətrafındakıları rəiyyət kimi görür. O hesab edir ki,...

“Sovetksi” sakinlərinin hökumətə verdiyi vaxt bitir

Evləri sökülənlər və kompensasiyadan narazı qalanlar Abid Şərifovdan cavab gözləyirlər
“Sovetski” sakinləri baş nazirin müavini Abid Şərifova ünvanladıqları müraciətə cavab gözləyirlər.
Sakinlər “Yeni Müsavat”a açıqlamalarında bildiriblər ki, hökumətə verilən vaxt bitir. Amma buna baxmayaraq, “Sovetski”də kompensasiyadan narazı qalan sakinlərlə bağlı rəsmi hər hansı bir qərar verilməyib.
Bakının qədim məhəlləsində yaşayanlar bildirdilər ki, hökumət yenə də “Papanin” və “Basin”də söküntü zamanı tətbiq etdiyi qayda ilə məsələni həll etməyi düşünür. Həmin qayda isə kompensasiya tələb edən “Sovetski” camaatına fərdi yanaşmaqdır. Yəni evi bir qədər böyük olan sakinlər ola bilər ki,...

Səddam Hüseyn yadınızdadımı?


Ukraynada inqilabdan sonra etirazçılara divan tutan “Berkut”çuların diz çökdürülməsi mənzərəsi inzibati zülm altında inləyən azərbaycanlıların ürəyinə məlhəm kimi yaxılmaqdadır.
Biz bütün tiran-dikatorlar və onların qul-qaravaşları kimi Ukraynadakı “Berkut”ların da qorxaq dovşanlar olduğuna şahidlik etdik.
Səddam Hüseyn yadınızdadımı? Keçirdiyi paradlarda kütlənin gözü önündə havaya silahdan güllə atar, özünü qəhrəman kimi göstərərdi. Fəqət, gizləndiyi kanalizasiyada onu çox alçaldığı vəziyyətdə həbs edəndə o “millət qəhrəman”ın miskinliyi göz çıxarırdı. Səddamın qüruru olmadı ki, ABŞ əsgərlərinə müqavimət göstərmək bir yana, heç olmasa, əlindəki silahla özünə qıysın.
Belə nümunələr çoxdu.
Kimsə çox düzgün olaraq, tiranları şir belinə minən qorxaqlara oxşatmışdı. Şirdən (hakimiyyətdən) düşəndə onlar canlarını qoymağa yer axtarırlar.
Indi gəlirik “Berkut”dan alınan ibrətlərə.
Sizin gümanınız var ki, bu hadisə Azərbaycanda uzun illərdir qız, qadın, uşaq,...

“Xruşşovka”lar da söküləcək

Köhnə həyət evlərinin söküntüsü başa çatdıqdan sonra növbədə “Stalinka” və “Xruşşovka”ların olacağı gözlənir
Paytaxt Bakıda gedən söküntü işləri, buna görə ödənilən kompensasiyalar hələ də aktuallığını qoruyan məsələlər sırasında yer alır. Xatırladaq ki, hazırda söküntü işləri “Sovetski” adlanan ərazini əhatə edir. Düzdür, burada evləri söküləcək bütün sakinlərlə tam razılıq əldə olunmayıb və bu istiqamətdə müvafiq danışıqlar davam etdirilir.
Lakin hökumət tərəfindən təklif edilən kompensasiyalarla razılaşaraq artıq evləri tərk edənlər də var. Bəzi ərazilərdə,...

Azərbaycanın xarici borcu 4.7 milyard manatı aşıb

01 yanvar 2014-cü il tarixinə Azərbaycan Respublikasının xarici dövlət borcu 4,753.2 milyon manat, xarici dövlət borcunun Ümumi Daxili Məhsula (ÜDM) oaln nisbəti 8.2 faiz təşkil edərək bir çox inkişaf etmiş və inkişaf etməkdə olan ölkələri bu sahədə də qabaqlayıb.
Qeyd edək ki, bu nisbət Türkiyədə 36 faiz, Rusiyada 14.1 faiz, Gürcüstanda 32.9 faiz, Macarıstanda 79.8 faiz, Slovakiyada 34.3 faiz, Çexiyada 40.2 faiz olub...

Elnur Aslanov da barəsindəki "nurçu" iddiası barədə danışdı


“Müəyyən xarici qüvvələrin təsiri altında, onlardan maliyyə asılılığında olan radikal müxalifət - antimilli ünsürlər və onların təlimatçıları hər cür dövlət mənafeyini satmağa, Vətəninə xəyanət etməyə hazırdır”. APA-nın məlumatına görə, bunu Azərbaycan Respublikasının Prezidenti Administrasiyasının Siyasi təhlil və informasiya təminatı şöbəsinin müdiri Elnur Aslanov deyib....

İki ayda 12 hərbçi itirmişik


“Doktrina” Jurnalistlərin Hərbi Araşdırmalar Mərkəzinin kütləvi informasiya vasitələri üzərində həyata keçirdikləri monitorinqin nəticələrinə əsasən adlı siyahı üzrə 2014-cü ilin geridə qalan dövründə Azərbaycan təhlükəsizlik və müdafiə sektorunun itkiləri 12 nəfər təşkil edib....

İmadəddin Nəsiminin məzarı Suriyada terrorçu vəhabilər tərəfindən dağıdıldı



Nəsiminin
Suriyanın Hələb şəhərindəki qəbri dağıdılıb. Bu barədə Suriya Türkmən
Cəbhəsi məlumat yayıb. Məlumata görə, Nəsiminin qəbri olan qəbrstanlıq
Hələbin əl-Ferafiyə adlanan məhəlləsində yerləşir. Hazırda həmin ərazi
 terrorçu “Əl-Qaidə”yə yaxın “Əl-Nüsrə” Cəbhəsinin nəzarətinə keçib.
“Vəhabilər qəbrstanlığı viran ediblər, Nəsiminin qəbri də daxil olmaqla
minlərlə qəbir dağıdılıb”.



23 Aprel hərəkatı


23 Aprel hərəkatı ılə tanışlıq:
23 Aprel hərəkatı qeyrətli Azərbaycan xalqının 23 aprel 2012-ci il bazar ertəsi günü geniş və sensasiyalı gecə etirazlarının dəstəkləyicisi olmuşdur və ölkə də baş verən hadisələr və hakimiyyətin qanunsuz işlərinə görə və həmçinin xalqımızın haqqını tələb edən, gənclər vasitəsi ilə yaradılıb.
23Aprel hərəkatı ölkədə öz fəaliyyətini azadlıq ,islahat və bərabər insan hüquqları nail olana qədər davam edəcək.

23 aprel logosı

23 aprel