Blog Arşivi

13 Ekim 2013 Pazar

Polis aksiya iştirakçılarına hücum etdi, jurnalistlər də döyüldü


Cəmil Həsənlinin 9 oktyabr seçkilərinin nəticələrinə etiraz olaraq çağırdığı mitinqdən sonra təxribat baş verib. Bu barədə musavat.com-a əməkdaşlarımız məlumat veriblər. Onların deməsinə görə, insanlar meydanı tərk edən zaman şüar səsləndirən bir qrupa mülkigeyimlilər hücum edib.
Bunu əsas götürən polislər dərhal hərəkətə keçiblər. “İnsanları, o cümlədən də jurnalistləri vururlar. Həbslər başladı. Mitinqdən gedən etirazçıları zorla polis maşınlarına basıb, aparırlar”. Əməkdaşlarımız polisin “işini” göstərən fotolar yollaya biliblər.

Qeyd edək ki, hələ mitinqdən əvvəl BŞBPİ-nin rəis müavini Səhləb Bağırov təxribat gözlənildiyi barədə açıqlama vermişdi.
Musavat.com əməkdaşı bildirir ki, jurnalistlərdən biri xəsarət alıb. Emin Mehin adlanan jurnalist musavat.com-a deyib ki, ona polis dəyənəyi dəyib. Xəsarət alanlar arasında “Musavat.com”-un əməkdaşı Araz Bayramov da var. O, burun nahiyəsindən zədə alıb. Onu vuran polis fotosu verilən mayordur.
Həbs olunanlar da var. Türkel Azərtürk adlı gənc fəal (AXCP GT) və daha 5 nəfər saxlanaraq, polis bölməsinə aparılıb.
P.S. Son məlumata görə, mitinqdən sonra saxlanılan 5 nəfər polis bölməsinə aparıldıqdan dərhal sonra sərbəst buraxılıblar.

23 Aprel hərəkatı


23 Aprel hərəkatı ılə tanışlıq:
23 Aprel hərəkatı qeyrətli Azərbaycan xalqının 23 aprel 2012-ci il bazar ertəsi günü geniş və sensasiyalı gecə etirazlarının dəstəkləyicisi olmuşdur və ölkə də baş verən hadisələr və hakimiyyətin qanunsuz işlərinə görə və həmçinin xalqımızın haqqını tələb edən, gənclər vasitəsi ilə yaradılıb.
23Aprel hərəkatı ölkədə öz fəaliyyətini azadlıq ,islahat və bərabər insan hüquqları nail olana qədər davam edəcək.

23 aprel logosı

23 aprel