Blog Arşivi

6 Mayıs 2014 Salı

fələstinli əsirlərə işgəncə etmək qanunidir

İsrail rejiminin irqçiliyə əsaslanan qanunlarına görə fələstinli əsirlərə işgəncə etmək qanunidir

Fələstinin "Əl-Mizan" insan haqları mərkəzi sionist rejimin irqçiliyə əsaslanan qanunlarına görə fələstinli əsirlərin işgəncə edilməsinin qanuni olduğunu bildirib.

Fələstinin Vəfa xəbər agentliyinin məlumatına görə, Əl-Mizan insan haqları mərkəzi bir bəyanat yayaraq, bildirib ki, sionist rejimin irqçiliyə əsaslanan qanunlarına görə, fələstinli əsirlərin istintaqı zamanı onların ruhi və fiziki baxımdan işgəncələrə məruz edilməsi halları qeydə alınmır və bu rejimin müstəntiqləri istintaqı istədikləri formada aparmaq icazəsinə malikdirlər.

Əl-Mizan insan haqları mərkəzinin yaydığı bəyanatda həmçinin bildirilir ki, sionist rejim qanunlarına görə israilli müttəhimlərin istintaqı zamanı istintaq prosesi tam formada qeydə alınmalı və onlara qarşı istənilən formada hörmətsizliyə yol verilməməlidir. Sionist rejim işgəncədən istifadəni qanuniləşdirmiş az saylı rejimlərdəndir.

Nida”çılara hökm oxunandan sonra Bakı Ağır Cinayətlər Məhkəməsi önündə gərginlik yaranıb + Foto

Gənclər “Nizami” kinoteatrının qarşısında da oturaq aksiyaya başlayıblar.

Mayın 6-sı Bakı Ağır Cinayətlər Məhkəməsində “Nida”çı gənclərə hökm oxunandan sonra ərazidə gərginlik yaranıb.

Məlumata görə, məhkəmə önündə toplaşmış gənclər etiraz şüarları səsləndiriblər. Polis sərt müdaxilə ilə gəncləri binanın önündən uzaqlaşdırıb, bu zaman jurnalistlərin də fəaliyyətinə əngəllər yaradılıb. Saxlananlar var.

Daha sonra gənclər “Nizami” kinoteatrının qarşısında oturaq aksiyaya başlayıblar. Bu aksiyaya da polis və mülki geyimlilər kəskin müdaxilə edib. Bəzi şəxslər saxlanıb.

Qeyd edək ki, Bakı Ağır Cinayətlər Məhkəməsi bir qədər əvvəl “Nida”çılar Zaur Qurbanlı, Rəşadət Axundov, İlkin Rüstəmzadəyə 8 il, Məmməd Əzizov, Rəşad Həsənova 7 il 6 ay, Bəxtiyar Quliyev, Üzeyir Məmmədliyə 7 il, Şahin Novruzluya 6 il azadlıqdan məhrumetmə cəzası verilib.

Ötən ilin mart-aprel aylarında tutulan “Nida”çılar əsasən kütləvi iğtişaşları təşkil etmə cəhdində təqsirli biliniblər. Hökmə görə, gənclər Məmməd Əzizov, Bəxtiyar Quliyev, Şahin Novruzlu, Rəşadət Axundov, Üzeyir Məmmədli, Rəşad Həsənov, Zaur Qurbanlı, İlkin Rüstəmzadə 2013-cü il martın 10-da Bakıda kütləvi aksiya zamanı “Molotov kokteyli”ndən istifadəyə hazırlaşırmışlar.













Litva şokda: Rusiya müqaviləni ləğv etdi

Rusiya Fedrasiyası “Etibarın artırılması haqqında” Litva ilə 2001-ci ildə bağladığı qanun layihəsini birtərəfli qaydada ləğv edib.

, Moskva artıq sözügedən qanun layihəsinə əməl etməyəcəyini rəsmi Vilnüsün diqqətinə çatdırıb.

Bu vaxta qədər qanunun tələblərindən irəli gələn şərtlərdə Litva Kalininqrad vilayətində mənzillənən rus hərbi bölmələrinin sayını inspeksiya edə bilirdi.

Məsələyə reaksiya verən ABŞ hərbçiləri bunu Rusiyanın Sakit Okean regionunda gücünü artırmaq istəyi ilə əlaqələndiriblər. ABŞ-ın Sakit okeandakı Hərbi Hava Qoşunlarının generalı Herbert Karlayl bildirib ki, Rusiya bununla həm güc göstərmək istəyir, həm də NATO-nun Baltikyanı regionda hərbi təlimlərindən ətraflı məlumat toplamaq məqsədi güdür.

ABŞ zavala uğramaqdadır: ABŞ artıq super güc bir dövlət deyil və onun zavala uğramasını göstərən faktlar üzə çıxıb

ABŞ artıq super güc bir dövlət deyil və onun zavala uğramasını göstərən faktlar üzə çıxıb

ABŞ və bu ölkə ilə bağlı hadisələri nəzərdən keçirdikdə görürük ki, Ağ ev mövcud vəziyyətdə əksər hallarda , yaxud bütün bununla bağlı göstəricilərdə ciddi problemlərlə üzləşib.

 ABŞ dünya ölkələrinin diqqətini cəlb etməkdə aciz qalıb. Belə ki, Fələstin Ukrayna və Suriya kimi məsələləri həll etməkdə tam aciz qalıb. Bu da , onun qüdrətinin zavala uğramaqda olmasını göstərir.

Amerikalı casuslar Ukraynada: Rusiya KİV-i ABŞ-ın Ukraynada geniş casusluq fəaliyyətinə malik olmasından xəbər verib

Rusiya KİV-i ABŞ-ın Ukraynada geniş casusluq fəaliyyətinə malik olmasından xəbər verib.

Rusiya kütləvi informasiya vasitələrinin bu barədə yaydığı məlumatlarda bildirilir ki, ABŞ-ın Mərkəzi Kəşfiyyat İdarəsi və Amerikanın Federal Təhlükəsizlik Bürosunun əməkdaşları müşavir qismində Ukrayna liderləri ilə əməkdaşlıq edirlər.

Bu məlumata görə, amerikalı casuslar ölkənin cənub və şərq hissəsində hökumət əleyhinə etirazların yatırdılmasında, təhlükəsizlik bölmələrinin təşkil edilməsində Ukrayna rəsmilərinə məsləhətlər verirlər.

Rusiya mediasının yaydığı məlumatlara görə, Ağ Evin göstərişi əsasında MKİ və FTB-nin onlarla əməkdaşı Ukraynanın yeni hökumətinə hökumət əleyhinə etirazların yatırdılmasında habelə, Ukraynanın təhlükəsizliyini təmin etmək məqsədilə təsirli təhlükəsizlik sisteminin qurulmasında kömək edir.

Rusiya mediaları bundan öncə də bildirmişdilər ki, təqribən 150-ə yaxın amerikalı muzdlu silahlı Ukrayna hökumətinə etirazları yatırtmaqda kömək etmək üçün bu ölkənin şərqində yerləşən Donetsk şəhərinə ezam olunub.

23 Aprel hərəkatı


23 Aprel hərəkatı ılə tanışlıq:
23 Aprel hərəkatı qeyrətli Azərbaycan xalqının 23 aprel 2012-ci il bazar ertəsi günü geniş və sensasiyalı gecə etirazlarının dəstəkləyicisi olmuşdur və ölkə də baş verən hadisələr və hakimiyyətin qanunsuz işlərinə görə və həmçinin xalqımızın haqqını tələb edən, gənclər vasitəsi ilə yaradılıb.
23Aprel hərəkatı ölkədə öz fəaliyyətini azadlıq ,islahat və bərabər insan hüquqları nail olana qədər davam edəcək.

23 aprel logosı

23 aprel