Blog Arşivi

10 Mayıs 2014 Cumartesi

Məzlum Bəhreyn Xalqının Sülhamiz Aksiyaları Davam Edir

Bəhreyn Şiələrinin azlıq təşkil edən Xəlifə sülaləsinə qarşı “Bizim Sarsılmaz İradəmiz” adlı möhtəşəm aksiyası + Foto

  Bəhreyndə beş müxalifətçi ictimai icma, ölkəyə hakim kəsilmiş qeyrileqal Ali Xəlifə rejiminə qarşı “Bizim Sarsılmaz İradəmiz” adlı möhtəşəm sülhamiz aksiya təşkil ediblər.

Sonu bəyanat oxunuşu ilə qurtaran etriaz aksiyasında ictimai icmalar Bəhreyndə azlıq təşkil edən və ölkəyə hakim kəsilmiş Xəlifə sülaləsinin hakimiyyətinə son qoyulmasını tələb ediblər.

Vəhhabi rejimi olan Ali Xəllifə padşahlıq sisteminə müaxil olan beş qruplaşmanın adları əl-Vifaq Cəmiyyəti, Vəd, Milli Demokrat Partiyası,Vəhdət İstəyən Demokrat Partiyası, Qardaşlıq Partiyasından ibarətdir. Sülalə rejiminə qarşı olanlar qəbul etdikləri bəyanatda sülhamiz etiraz aksiyalarına davam etdirəcəklərinə və öz qanuni istəklərinin təlb edilməsində israrlı olacaqlarına təkid ediblər.


"Hizbullah" rəsmi Riyada cavab verdi

“Bizim namizədimiz dəyişməz olaraq qalır”

,Livanın islami müqavimət hərəkatı olan “Hizbullah” təşkilatı Səudiyyə Ərəbistanına xəbərdarlıq edib.Rəsmi Riyadın sorğusuna cavab verən "Hizbullah", Livanda prezident seçkiləri üçün dəstəklədikləri namizədin General Mişel Aun olduğunu açıqlayıb.

"Hizbullah" əlavə olaraq bildirib ki, “Biz keçən ay Livanda prezident seçkilərinin keçirilməsini istəmişdik. Bizim namizədimiz dəyişməz olaraq qalır. Son nəticədə prezidenti xalq seçəcək.”

Məlumat üçün onu da qeyd edək ki, rəsmi Riyad "Hizbullah"a ünvanladığı sorğuda "Livanda yeni prezidentin seçilməsini istəyirsiniz, yoxsa ölkədə siyasi boşluğun olmasını istəyirsiniz?" - deyə soruşub.

Fələstin ərazilərinə hücum

Sionistlər Fələstin ərazilərinə hücum ediblər

,Sionist rejim hərbçiləri İordan çayının qərb sahilində yerləşən Beyt Fəcar qəsəbəsinin qərbinə hücum edərək, fələstinliləri zorla evlərindən çıxmağa məcbur ediblər.

Əl-Risalə xəbər portalının məlumatına görə, sionistlər həmçinin İordan çayının qərb sahilində, Beyt Ləhm şəhərinin cənubunda üç fələstinli gənci həbs ediblər.İşğal olunmuş ərazilərdən daxil olan digər bir məlumata görə, sionist rejim ordusuna məxsus dörd hərbi maşın Qəzzə Zolağının cənubunda, Xan Yunus şəhərinin ətrafındakı əkin sahələrini dağıdıblar. Bu təcavüzkarlığı himayə məqsədilə bir neçə sionist tank da sərhəd məntəqədə yerləşib.

Sionist rejim hərbçiləri davamlı olaraq iordan çayının qərb sahilində və Qəzzə zolağında yaşayan fələstinlilərə qarşı hücumlar təşkil edərək, onları evlərini tərk etməyə məcbur edir, əmlaklarına zərər və ziyan yetirirlər.

Şeytanın İç Üzü

Kimisə məhkəməyə verməyəcəyinə söz vermiş Fəthullah Gülən sözünün üstündə dayanmadı + Foto

Məhkəmə iddiaları üçün yüzminlərlə lirə pul xərcləyən Gülənin, bu müraciətlərin əksəriyyətindən heç bir nəticə əldə etməyib

  “Xidmət” hərəkatının lideri Fəthullah Gülənin 2000-ci ildə yazdığı kitabda heç kimi məhkəməyə verməyəcəyinə dair söz verdiyi məlum olub.

Azərbaycan KİV-nin məlumatına görə, 17 dekabrdan sonra Fəthullah Gülənin jurnalistlərə qarşı təzminat tələbi ilə məhkəməyə 600-dən çox müraciəti olduğu məlum olub.

Məlumata görə, bu məhkəmə iddiaları üçün yüzminlərlə lirə pul xərcləyən Gülənin, bu müraciətlərin əksəriyyətindən heç bir nəticə əldə etməyib.

Bundan başqa F. Gülən yazdığı kitablardan birində heç kimi məhkəməyə verməyəcəyni də ifadə edib.

2000-ci ildə “Nil” nəşriyyatından çıxan, F. Gülənin müəllifi olduğu “İşığın gördüyü üfüq” kitabının 217-ci səhifəsində, “Allaha aid hüquqa qarışa bilmərəm, mənə aid heç bir haqqdan ötrü heç kimi məhkəməyə verməyəcəyimə söz verirəm” – yazılıb.


23 Aprel hərəkatı


23 Aprel hərəkatı ılə tanışlıq:
23 Aprel hərəkatı qeyrətli Azərbaycan xalqının 23 aprel 2012-ci il bazar ertəsi günü geniş və sensasiyalı gecə etirazlarının dəstəkləyicisi olmuşdur və ölkə də baş verən hadisələr və hakimiyyətin qanunsuz işlərinə görə və həmçinin xalqımızın haqqını tələb edən, gənclər vasitəsi ilə yaradılıb.
23Aprel hərəkatı ölkədə öz fəaliyyətini azadlıq ,islahat və bərabər insan hüquqları nail olana qədər davam edəcək.

23 aprel logosı

23 aprel