Blog Arşivi

31 Mayıs 2014 Cumartesi

ABŞ Azərbaycanda vəhabilərdən istifadə edə bilər – ŞOK XƏBƏRDARLIQ!

“Əgər Azərbaycan bu xəbərdarlıqdan nəticə çıxarmasa və mümkün tədbirlərini almasa, o zaman rəsmi Bakı ilə danışıqlar başqa müstəvidə davam edə bilər”. bu sözləri rusiyalı politoloq Qriqori Trofimçuk Qərbin Azərbaycana təzyiq cəhdi ilə bağlı Rusiyada da aparılan müzakirələr barədə danışarkən deyib. O, ABŞ-ın Azərbaycana hələlik xəbərdarlıq etdiyini bildirib:
“ABŞ hələlik Azərbaycana xəbərdarlıq edir. Problem ondadır ki, Amerika son on ildə heç kimi elə-belə təhdid etməyib və söz oyunları ilə məşğul olmayıb. Əgər o nəyisə deyirsə,...

“Biz hicabla da öndə olmağı bacarırıq və bununla fəxr edirik” Məktəblinin hicabı

Orta məktəblərdə vahid məktəbli formasının tətbiqindən sonra hicablı şagirdlərlə bağlı problemlər yaşandı. İnanclı təbəqə qadağanı birmənalı qarşılamadı. Hətta bir neçə etiraz aksiyası keçirildi. Təhsil Nazirliyi qarşısında müxtəlif vaxtlarda keçirilən aksiyalara görə onlarla inanclı həbs həyatı yaşayır.

Yeni təhsil naziri Mikayıl Cabbarov isə bəyan etdi ki, hicablı şagirdlərin orta məktəblərə buraxılması təhsil müəssisələrinin daxili nizamnaməsinə uyğun tənzimlənir.

Vaxtilə yüzlərlə şagirdi təhsildən yayındıran hicab qadağası qanuni, hüquqi, mənəvi dayaqlara söykənirmi? Ekspertlərə üz tutduq.

İREX Resurslar Mərkəzinin rəhbəri, hüquqşünas Ələsgər Məmmədli deyir ki, uşaqların hicab geyimi onların vicdan azadlığını müəyyən edəcək yaşda olduğu anlamına gəlmir: “Azərbaycan qanunvericiliyində vicdan azadlığı var. 18 yaşdan aşağı uşaqlara isə vahid geyimin tətbiqini vicdan azadlığına müdaxilə kimi qiymətləndirmək düz deyil. Məktəblərdə vahid forma sosial və digər bərabərsizlikləri örtmək məqsədi daşıyır. Ali təhsil müəssisələrində isə geyimə müdaxilə, xüsusilə bu, inancla bağlıdırsa, ifadə azadlığına ziddir.”

Hüquqşünas deyir ki, şagirdin baş örtməsi simvol, dini atribut kimi qəbul olunur: “Məktəb dünyəvi olduğuna görə hicab qadağası azyaşlının hüququnu məhdudlaşdırmır. Çünki məktəblinin, azyaşlı uşağın öz iradəsi ilə seçim etməsi imkanları hüquqda mövcud deyil. Uşağın hicabı daha çox ailənin istəyindən qaynaqlanır. Belə halda onu sərbəst buraxmaq və bu, onun seçimidir demək hüquqi baxımdan çətindir”.

Tarixçi alim Məhərrəm Zülfüqarlının fikrincə, təhsildə əsas forma yox, məzmundur: “Şagirdin təhsil almağına hicabın heç bir mənfi təsiri yoxdur. Əksinə, bəzi hallarda qapalı qızların bilik səviyyəsi digərlərindən daha yüksək olur. İnsan ifrata varmadan öz istədiyi kimi geyinə bilər. Açıq-saçıq geyinməyin, eyni zamanda üzü qapayan örtüyün də əleyhinəyəm”.

Yazıçı, deputat Aqil Abbas deyir ki, hicaba görə məktəbdən uzaqlaşan dini məktəbə getsin. Şagirdin məktəbə hicabla getməyinin qəti əleyhinə olduğunu söyləyən deputat səbəbi şagirdlərin hicabın mahiyyətini anlamamaları ilə izah edib: “Allah, peyğəmbər, imamlar mənə də əzizdir. Amma insana evlənmək hüququ 18 yaşına çatandan sonra verilir. Bu yaşdan sonra o, müstəqil seçim edə bilər”.

Şərqşünas Vüsal Hətəmov hicab qadağasına görə ölkədə minlərlə şagirdin təhsil hüququndan məhrum olduğunu iddia edir: “Qanun isə geyimə görə təhsil hüququndan məhrum etməyə icazə vermir. Belə problemlər dindarların marginallaşması, radikallaşması ilə nəticələnə bilər. Hicab “Quran” hökmüdür və bu hökm müzakirə oluna bilməz. Konstitusiya dini etiqad azadlığını bəyan edir. Dövlət irqindən, milliyyətindən, dinindən, dilindən, cinsindən, mənşəyindən asılı olmayaraq hər kəsin hüquq və azadlıqlarının bərabərliyinə təminat verir. İnsan və vətəndaş hüquqlarını və azadlıqlarını irqi, milli, dini, cinsi, əqidə, siyasi və sosial mənsubiyyətə görə məhdudlaşdırmaq qadağandır. Qanunlarımız hicaba qadağa qoymursa, deməli, problem sünidir. Belə hallar din-dövlət münasibətlərinə zərbə vurur”.

Aytac İsmayılova isə yenə də hicabla məktəbə gedir, təhsilini davam etdirir. Deyir sübut etməyə çalışıram ki, hicab elmlənməyə, uğur qazanmağa çəpər çəkmir: “Biz hicabla da öndə olmağı bacarırıq və bununla fəxr edirik”

23 Aprel hərəkatı


23 Aprel hərəkatı ılə tanışlıq:
23 Aprel hərəkatı qeyrətli Azərbaycan xalqının 23 aprel 2012-ci il bazar ertəsi günü geniş və sensasiyalı gecə etirazlarının dəstəkləyicisi olmuşdur və ölkə də baş verən hadisələr və hakimiyyətin qanunsuz işlərinə görə və həmçinin xalqımızın haqqını tələb edən, gənclər vasitəsi ilə yaradılıb.
23Aprel hərəkatı ölkədə öz fəaliyyətini azadlıq ,islahat və bərabər insan hüquqları nail olana qədər davam edəcək.

23 aprel logosı

23 aprel