Blog Arşivi

29 Eylül 2013 Pazar

Nə üçün Azərbaycan qəncləri ölkəni tərk etmək istəyilər ?

  

Azadlıq və bərabərliyin bərpası 23 aprel hərəkatı üçün əsas prinsiplərdəndir...

Azadlıq və bərabərliyin bərpası 23 aprel hərəkatı üçün əsas prinsiplərdəndir. Bu məqsədlə mətbuatda, siyasətdə inhisarçılığa son qoyulmalı və ideoloji baxışına görə insanların fiziki məhvinin qarşısı alınmalıdır. Xalqın zülmdən qurtuluşu üçün istibdad və inhisarçılığa, ayrıseçkilik və ictimai bərabərsizliyə, ideoloji asılılığa yol verilməməlidir.

hər bir şəxsin şərəf və ləyaqətinin dəyərləndirilməsi



23 aprel hərəkatının nəzərdə tutduğu ilk ictimai dəyər əqidəsindən, cinsindən, milli mənsubiyyətindən, ictimai mövqeyindən asılı olmayaraq hər bir şəxsin şərəf və ləyaqətinin qorunmasıdır.

Niyə Azərbaycan israilə kömək edir ?


Azərbaycanlı deputatlar ermənilərlə görüşdü


Yalançı statistika diktatorları xilas etmir



Avtoritar rejimlərin devrildiyi ölkələrdə inkişaf  Azərbaycandan xeyli yüksək idi
Amma bütün bunlar azadlıq istəyinin qarşısını ala bilmədi


Ölkə başçısı Ilham Əliyevin Münhendə üzləşdiyi sual hələ də müzakirə mövzusudur. Xatırladaq ki, Münhen Təhlükəsizlik Konfransında Almaniya Xarici siyasət və təhlükəsizlik institutunun direktoru Volker Perthes iştirakçılara "öz siyasi strukturuna görə Mübarəkin devrilməsindən əvvəlki Misirə çox bənzəyən Azərbaycan kimi ölkəyə sərmayə yatıracaqsınızmı” sualını ünvanlayıb. Bu sualdan hiddətlənən Əliyev buna cavab kimi ölkədəki durumla bağlı rəqəmlər açıqlayıb. Ölkə başçısı 8 illik prezidentlik dövründə Azərbaycanda ümumi daxili məhsulun 3 dəfə artdığını deyib. Onun sözlərinə görə, bu dövrdə yoxsulluğun səviyyəsi 50 faizdən 7,6 faizə enib, inflyasiyanın səviyyəsi 5,4 faiz təşkil edir. Son 8 il ərzində 1 milyondan artıq iş yeri yaradılıb. Prezident ölkədə siyasi vəziyyətin də sabit olduğunu, mətbuat, din, internetin də azad olduğunu bildirib. Çıxışının yekununda isə deyib ki, kimsə Azərbaycanda Misirdə baş verən hadisələr kimi nəsə görmək istəyirsə, bunu görməyəcəksiniz.


Yanlış siyasətin nəticəsi olan fitnə-fəsadlara qarşıdırlar





23 aprel hərəkatının bir çox hamiləri hazırda həbsdədir. Bu insanlar ölkənin müstəqilliyinə sadiqdirlər. Ölkənin biganələrin bazarına çevrilməsi onları incidir. Yanlış siyasətin nəticəsi olan fitnə-fəsadlara qarşıdırlar. Əgər dövlət orqanları daim aldıqları rüşvəti hesablayıb öz aralarında bölməklə məşğul olsalar, bu xalqa kim xidmət etməlidir? Onlar həm özü cinayətə əl bulaşdırıb, həm ölkəni fitnə-fəsada sürükləyib.

Biz bu gündən başlayıb sabahı qurmalıyıq


Bu gün məmləkətin problemləri bizi narahat edir. Ölkənin taleyini onun vətəndaşları müəyyən etməlidir. Biz bu gündən başlayıb sabahı qurmalıyıq.

Xalq onu doğma sayan hökumətə etimad edir


Xalq onu doğma sayan hökumətə etimad edir.Ölkənin ən mühüm məsələləri nə üçün xalqdan gizli qalmalıdır?! 
Bizim xalqımız hətta bir neçə qəzetin xəbərlərini oxumaq həddində də doğma sayılmırlar.

Mənəviyyat, azadlıq və ağıl rəmzi olan yaşıl rəngi




Mənəviyyat, azadlıq və ağıl rəmzi olan yaşıl rəngdən və bizim azəri qeyrətimizin dərin köklərindən xəbər verən Azadlıq şüarından əl çəkməyək. Bu rəng və bu şüar bizim xalqımızın sıralarını birləşdirəcək, qəlblərimiz və istəklərimiz arasında ən yaxşı ünsiyyət vasitəsi olacaq.

23 Aprel hərəkatı


23 Aprel hərəkatı ılə tanışlıq:
23 Aprel hərəkatı qeyrətli Azərbaycan xalqının 23 aprel 2012-ci il bazar ertəsi günü geniş və sensasiyalı gecə etirazlarının dəstəkləyicisi olmuşdur və ölkə də baş verən hadisələr və hakimiyyətin qanunsuz işlərinə görə və həmçinin xalqımızın haqqını tələb edən, gənclər vasitəsi ilə yaradılıb.
23Aprel hərəkatı ölkədə öz fəaliyyətini azadlıq ,islahat və bərabər insan hüquqları nail olana qədər davam edəcək.

23 aprel logosı

23 aprel