Blog Arşivi

22 Nisan 2014 Salı

Aclıq aksiyası: Rəşad Ramazanov aclıq aksiyasına başlayıb

Rəşad Ramazanov aclıq aksiyasına başlayıb

Dindar bloqçu Rəşad Ramazanov aprelin 21-də həyat yoldaşı Könül İsmayılova ilə telefon əlaqəsi saxlayıb

Könül İsmayılova “Media forum” saytına deyib ki, Rəşad Ramazanov ona aprelin 20-dən 2 saylı Cəzaçəkmə Müəssisəsində aclıq aksiyasına başladığını və bununla “Nida”çı gənclərlə həmrəy olduğunu bildirib: “Rəşadın ağ ciyəri xəstədir, mənim etirazıma baxmayaraq bu addımı atmaqda israrlıdır”.

Rəşad Ramazanov 2013-cü ilin mayında həbs edilib. O, qanunsuz olaraq külli miqdarda narkotik vasitələri saxlamaqda təqsirli bilinib. Bakı Ağır Cinayətlər Məhkəməsi Rəşad Ramazanova 9 il azadlıqdan məhrumetmə cəzası kəsib. Bakı Apellyasiya Məhkəməsi hökmü qüvvədə saxlayıb.

Rəşad Ramazanov sosial şəbəkələrdə hakimiyyət əleyhinə statuslar paylaşdığına görə tanınıb. “Nida” Vətəndaş Hərəkatının həbsdə olan 8 üzvü Bakı İstintaq Təcridxanasında aclıq aksiyası keçirir.

Aksiyaya səbəb aprelin 17-də Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesdə dövlət ittihamçısının təqsirləndirilənlərə 6 il 6 aydan 8 il 6 ayadək həbs cəzası istəməsidir.

23 Aprel hərəkatı


23 Aprel hərəkatı ılə tanışlıq:
23 Aprel hərəkatı qeyrətli Azərbaycan xalqının 23 aprel 2012-ci il bazar ertəsi günü geniş və sensasiyalı gecə etirazlarının dəstəkləyicisi olmuşdur və ölkə də baş verən hadisələr və hakimiyyətin qanunsuz işlərinə görə və həmçinin xalqımızın haqqını tələb edən, gənclər vasitəsi ilə yaradılıb.
23Aprel hərəkatı ölkədə öz fəaliyyətini azadlıq ,islahat və bərabər insan hüquqları nail olana qədər davam edəcək.

23 aprel logosı

23 aprel