Blog Arşivi

27 Ağustos 2014 Çarşamba

Azərbaycanda məmurlar və balaları neçə minlik maşın sürürlər?

Son vaxtlar şəhərimizdə daha sonra Bentley, Rolls Royce, Ferrari kimi lüks klass avtomobilləri də peyda olur
Son günlər məmur övladlarının sürdüyü bahalı maşınlar, onların yarış meydançalarını xatırladan video görüntüləri günün müzakirə mövzusuna çevrilib. Sosial şəbəkələrdən izlədiyimiz kimi, bəzi imkanlı övladlarının sahibi olduğu avtomobillər qeyri-adi görünüşü, dizaynı ilə bərabər qiyməti ilə də diqqət çəkir. Facebook, İnstaqram səhifələrində bir-birilərinin bəhsinə girərək maşınlarının fotolarını paylaşan gənclərin sürdükləri lüks avtomobillərin qiymətinin 100, 200 min manat, hətta bir milyon civarında olduğu bildirilir.
Azvision.az mövzunun aktuallını nəzərə alaraq Azərbaycana gətirilən dəbdəbəli avtomobillərin qiymətləri, onların sifarişçiləri ilə maraqlanıb.
Avtomobillərin sifarişi ilə məşğul olan “Exporter.az” saytının rəsmisi Murad Şiriyev bildirib ki, Azərbaycanda ən çox satılan və bəyənilən avtomobillər Mercedes, BMW modelləridir: “Ölkəmizdə ən çox satılan və bəyənilən avtomobil Mercedes və BMW modelləridir. Avtomobillərin qeydiyyatı ilə bağlı statistikada da bu öz əksini tapır. Son illərdə isə Koreya və Yaponiya istehsalı olan avtomobillərə də böyük tələbat yaranıb”.
Şirkət nümayəndəsinin sözlərinə görə, ölkəmizdə imkanlı şəxslər üçün ən prestijli hesab edilən modellər bunlardır- BMW (5 və 7-ci seriya, X5 və X6 modelləri), Mercedes (E klas, S klas, ML, GL, G klass), Porsche (Panamera, Cayenne), Audi (A8, A7).
Son vaxtlar şəhərimizdə daha sonra Bentley, Rolls Royce, Ferrari kimi lüks klass avtomobilləri də peyda olur.
Qiymətləri 200,000$ və daha yuxarı olan bu avtomobillər çoxları üçün əl çatmazdır”.
Şirkət rəsmisinin sözlərinə görə, adları çəkilən avtomobil modelləri daha çox imkanlı şəxslər tərəfindən sifariş olunur: “Bizdən avtomobil sifariş edənlərin çoxu – bankların, mobil operatorların, internet provayderlərin işçiləri və digər əqli işlə məşğul olan, sahibkarlıq fəaliyyəti ilə məşğul olan insanlardır. Bir sözlə. əhalinin orta təbəqəsinin nümayəndələri. Çünkü sifariş etdikdə avtomobil yerli bazardan nisbətən daha ucuz qiymətə başa gəlir.
Çox imkanlı şəxslər isə sifariş verib gözləməkdənsə – yerli bazardan alırlar, çünkü qiymət fərqi onlar üçün çox da rol oynamır.
M.Şiriyev tanınmış şəxslərin, o cümlədən dövlət rəsmilərinin də maşın almaq üçün onlara müraciət etdiyini qeyd edib. Bildirib ki, dövlət rəsmiləri orta hesabla 50-100 min dollar civarında maşınlara üstünlük verirlər:
“Məşhurlar və dövlət rəsmilərindən müştərilərimiz var. Bizim tanıdıqlarımız 50-100,000$ civarında olan Avropa istehsalı modellərə üstünlük verirlər”.
Daşınmaz əmlak üzrə ekspert Ramil Osmanlın fikrincə, yerli bazarda ən lüks avtomobillər alıcılara 220-230 min dollar təklif olunur. O bildirib ki, hazırda yerli bazarda 1 milyon manata satılan maşınlar da var: “Hazırda Azərbaycanda 40-a yaxın avtomobil markasının istehsalı olan 100-dən artıq müxtəlif çeşidli avtomobillər bazara təklif olunur. Ən populyar avtomobilləri hazırda iki seqmentə bölmək olar: təkrar ve ilkin bazar seqmentinə. Təkrar bazar seqmentində daha çox Mercedes, BMW , Yaponiyanın bir neçə markası: “Toyota”, “Prado”, “Camry”, Nissan markası üzrə “Tida” və digərləridir. İlkin bazarda isə liderlik edən Yaponiya markası “Toyota”, Cənubi Koreya avtomobilləridir”.
Ən prestijli yeni avtomobillərdir ki, alıcılara 220-230 min dollara təklif olunur. Amma yenə də deyim ki, ən yüksək qiymət bu deyil. Elə avtomobillər var ki, bazarda 1 milyona təklif olunur”.
Qiyməti əl yandıran avtomobillərin alıcılarına gəlincə isə R.Osmanlı bildirib ki, bu qismə daha çox imkanlı təbəqənin nümayəndələri, məmur övladları daxildirlər: “Alıcılar arasında kimlərin üstünlük təşkil etdiyini konkret deyə bilmərik. Məmurlarmı, onların övladlarımı və yaxud sahibkarlarmı, onların övladlarımı… Ümumilikdə mən deyərdim ki, bütün təbəqələrdən alıcılar var və hər təbəqə öz stabil imkanlarına uyğun olaraq avtomobil sifariş edir”.

23 Ağustos 2014 Cumartesi

Füzuli və Cəbrayılın işğalından 21 il ötür

Bu gün Azərbaycanın Füzuli və Cəbrayıl rayonlarının Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal olunmasından 21 il ötür.

1993-cü il avqustun 23-də Füzulinin 51 kəndi və rayon mərkəzi ermənilər tərəfindən işğal olunub, 55 min nəfərə yaxın sakin doğma torpaqlarını tərk edib.

Füzuli rayonu Qarabağ dağ silsiləsinin cənub-şərq ətəklərindən Araz çayınadək sahəni əhatə edir, Cəbrayıl, Xocavənd, Ağcabədi, Beyləqan rayonları və Araz çayı boyunca İranla həmsərhəddir.

Rayonunun ərazisi 1386 kv.km, əhalisi təxminən 105 min nəfərdir. Rayonun işğaldan azad olunmuş ərazisində 13 qəsəbə və 20 kənd var. Qəsəbələrdən 12-si işğaldan azad olunmuş ərazidə yeni salınıb və məcburi köçkün ailələri müvəqqəti olaraq burada yerləşdirilib. Hazırda ərazidə 51 min nəfər məcburi köçkün məskunlaşıb.

Füzuli rayonu 1988-ci ildən başlayaraq mütamədi olaraq ermənilərin hücumuna məruz qalıb. İşğal nəticəsində 1100-dən çox füzulili şəhid olub, 113 nəfər girov götürülüb, 1450 nəfər müxtəlif dərəcəli əlil olub.

Ərazisi 1050 kv.km olan Cəbraylın Ermənistan Silahlı Qüvvələri tərəfindən tutulması ilə 72 ümumtəhsil məktəbi, 8 xəstəxana, 5 məscid, 2 muzey, 129 tarixi abidə, 149 mədəniyyət ocağı işğal altında qalıb.

Cəbrayıldan olan 61100 nəfər məcburi köçkün ölkənin 58 rayonunun 2000-dən artıq yaşayış məntəqəsində məskunlaşıb.

Azərbaycanın Ekologiya və Təbii Sərvətlər Nazirliyinin "İşğal olunmuş Azərbaycan ərazilərində ətraf mühitə və təbii sərvətlərə dağıdıcı təsiri müəyyənləşdirən (izləyən) operativ mərkəz"i işğaldan sonrakı dövrlərdə Füzuli rayonu ərazisində təbii sərvətlərin ermənilər tərəfindən dağıdılmasına dair bir sıra faktlar aşkarlayıb. Geniş meşə massivləri ilə örtülü olan Dövlətyarlı kəndində ağaclar bütünlüklə qırılıb, Qoçəhmədli kənd yolu boyunca ağaclar kütləvi şəkildə məhv edilib, Yağlıvənd kəndində kəndarası yolun sağ və sol tərəfindəki böyük yaşıllıqlar tamamilə qırılıb, 2006-2009-cu illər ərzində rayonun 35 000 hektardan artıq ərazisi ermənilər tərəfindən yandırılıb.
18 Ağustos 2014 Pazartesi

ABŞ-də xalq hakimiyyətə qarşı muharibə başlayib


“Nə şəhid?! Bizə şəhid lazımdır?!”

Sumqayıtda polis rüsvayçılığı:

Azərbaycan Premyer Liqasının 2014/15-ci il mövsümünün 1-ci turu çərçivəsində Sumqayıtda keçirilən “Sumqayıt” – “Qarabağ” matçında sözün əsl mənasında rüsvayçılıq yaşanıb. Söhbət heç də “Qarabağ”ın legioner limitini pozmasından getmir.

ABŞ-ın müxtəlif ölkələrdə hakimiyyəti devirmək düsturu necədir?

Birləşmiş Ştatlar bu günədək hansı qanuni dövlətləri çevriliş yolu ilə aradan götürüb? Xarici ölkələrdəki ABŞ səfirliklərinin bu ölkənin layihələrində rolu nədən ibarətdir?
Amerikanın digər ölkə hakimiyyətlərini devirmək üçün həyata keçirdiyi planlar dünyada əmniyyətsizliyin, ədalətsizliyin yaranmasına səbəb olub. 2004-cü ildə ABŞ-ın Haitidə hərbi çevrilişindən sonra Haiti prezidenti Jan Bertrand Arstaydın (Jean Bertrand Aristide) vəkili Ayra Kuzban (Ira Kuzban) Myamidəki çıxışı zamanı belə bir cümlə işlətmişdi:
“Nə üçün bu günədək ABŞ-da çevriliş baş verməyib? Çünki Vaşinqtonda ABŞ səfirliyi yoxdur.”
17 Ağustos 2014 Pazar

Hollandiya vətəndaşı işğalçı İsrailin medalından imtina etdi

İsrail rejiminin təqdim etdiyi “Millətlər arasında ədalət” medalından Holandiya vətəndaşı imtina edib.
91 yaşlı Henka Zanoli ikinci dünya müharibəsi zamanı yəhudi uşağını xilas etdiyi üçün bu medala laiq görülüb. Hollandiya vətəndaşı bu medaldan imtina etməsini, işğalçı İsrail rejiminin Qəzza zolağını bombardman etməsi zamanı 6 qohumunun həlak olması ilə əlaqələndirib.
Henka Zanoli medaldan imtina etməsinin səbəbini yazdığı məktubu Haaqada yerləşən işğalçı İsrail rejiminin səfirliyinə göndərib.
Atası faşistlərin həbsxanasına sürgün olunan və bacısının əri faşistlərə qarşı apardığı mübarizəyə görə edam edilən Zanoli məktubda bunları qeyd edib: "Mən yaxınlarımın ölümündə günahkar olan rejimin verdiyi medalnan fəxr edə bilmərəm".
Qeyd edək ki, İsrail rejiminin Qəzza zolağını bombardman etməsi nəticəsində 2 mindən artıq insan həyatını itirib. Həlak olanların arasında uşaqlar və qadınlar çoxluq təşkil edir.

Nəqədər imkanlara sahib olsalarda acizdilər.

İsrail əsgərləri günlərdir 3 yəhudi gənci axtarırlar.
İsrail ordusu, itkin 3 Yəhudi gənci tapmaq üçün əməliyyatlarını davam etdirir. Qərb Şəriyədə evlərə basqın edən İsrail əsgərləriylə mübahisə edən 1 Fələstinlinin də infarkt keçirərək həyatını itirdiyi bildirildi. İsrail günlərdir, itən 3 Yəhudi gənci axtarır.
Təhlükəsizlik gücləri, 12 İyunda itən gəncləri tapmaq üçün əməliyyat üzərinə əməliyyat təşkil edir. Ancaq İsrailli gəncləri tapmaq məqsədiylə başladılan əməliyyatlarda mülki fələstinlilərə istiqamətli qırğınlar edilir.
İsrail rəhbərliyi, 3 Yəhudi gəncin qaçırılmasından Həması məsul tutmuş, İsrail parlamenti tapılmaları üçün orduya geniş səlahiyyətlər vermişdi. İsrail hökuməti itkilərin tapılması üçün maddi imkanlarını da səfərbər etdi. Hökumətin gənclərin tapılmasına qatqı təmin etmək məqsədiylə yollara və avtomobil dayanacaqlarına təhlükəsizlik kamerası yerləşdirilməsi üçün, təxminən 1 milyon dollar büdcə ayırdığı bildirilir.

İŞİD Britaniya baş nazirini qorxuya salıb: Terrorçulara qarşı bütün dünyanı əməkdaşlığa çağırır

İngiltərənin Baş naziri Devid Kemeron İŞİD haqqında qorxunc fikirlər söyləyib.
Axar.az xəbər verir ki, Baş nazir İŞİD-in göründüyündən də təhlükəli olduğunu bildirib:
“İŞİD müvəffəqiyyət qazanarsa, Aralıq dənizinin sərhədlərində bir terrorçu dövlətlə qarşı-qarşıya qalmış olacağıq. Onlar NATO üzvünə qonşu olacaqlar”.
Baş nazir onu da bildirib ki, İŞİD indi məhf edilməsə, ciddi təhlükələrlə üz-üzə olacağıq:
“Onlar Türkiyə sərhədinə qədər irəliləyiblər. İordaniya və Livan üzərində də onların nəzarəti var. Bu, Avropa üçün real təhlükədir”.
Terror təşkilatının gündən-günə gücləndiyini, minlərlə kilometr əraziyə nəzarət etdiyini deyən Baş nazir terrorçu bir "dövlət"in yaranmağa başladığını etiraf edib:
“Onlar təkcə insanların düşüncələrinə nəzarət etmir. Hazırda minlərlə kilometr ərazidə hakimiyyət qurublar. Bir müddətdən sonra İngiltərə küçələrində də biz onları görə bilərik. Son dərəcə təhlükəli bir zamandayıq”.
Baş nazir çıxış yolunu dövlətlərin əməkdaşlığını gücləndirməklə konkret addım atılmasında görüb:
“Terrorçuların hərəkətlərini öncədən görmək, qabaqlayıcı tədbirlərin gücləndirilməsi vacibdir. Kəşfiyyat məlumalarına əsasən onların hər addımı izlənilməlidir”.
Baş nazir bu mövzuda ərəb ölkələri ilə əməkdaşlığın gücləndirilməsinin də vacibliyini qeyd edib:
“Vahid təhlükəyə qarşı İngiltərə Səudiyyə Ərəbistanı, Qətər, Birləşmiş Ərəb Əmirlikləri, Türkiyə və İran kimi ölkələrlə əməkdaşlıq etməlidir. Prinsipial siyasəti bir kənara atmaq lazımdır”.
10 Ağustos 2014 Pazar

Roma Papası İŞİD-ə qarşı


Xristian azlığın qorunması üçün zəruri bütün addımların atılması tələb olunur.
Roma Papası bütün dünyanı İŞİD-ə qarşı mübarizəyə səsləyib. 
ruhani liderin bu bəyanatı Vatikan tərəfindən yayıb. 
Bəyanatda Şimali İraqda repressiyalara məruz qalan xristian azlığın qorunması üçün zəruri bütün addımların atılması tələb olunur.

Yaralı əsgərlərimizdən birinin gözünü digərinin isə ayağını amputasiya etdilər

Azərbaycan-Ermənistan qoşunlarının təmas xəttində son günlərdə meydana gələn hücumlar zamanı yaralanan əsgərlərdən 3-ü müalicəsi Türkiyədə müalicə edilir.
Türk Əməkdaşlıq və Koordinasiya Agentliyinin (TİKA) Bakı kordinatorluğunun təşəbbüsü ilə Səhiyyə Nazirliyinin təcili yardım təyyarəsi ilə Ankaraya aparılan əsgərləri, Esenboğa Hava limanı Baş Aviasiya terminalında baş nazir müavini Emrullah İşler, Səhiyyə nazirinin müavini Agah Kafkas, Azərbaycanın Ankaradakı səfiri Faiq Bağırov, TİKA sədri Serdar Şam, Baş qərargah Mətbuat və İctimaiyyətlə Əlaqələr şöbəsinin rəisi general Ərtoğrul Qazi Özkürkçü, Səhiyyə Nazirliyi Təcili Səhiyyə xidmətləri baş direktoru Osman Arıkan Nacar qarşılayıb. 
Yaralı əsgərlərin vəziyyəti ilə bağlı açıqlama verən Osman Arıkan bunları bildirib:
“Yaralılardan birinin həyatı təhlükəsi davam edir. Digər iki əsgər isə yaxşıdır. Onlardan birinin sağ ayağı dizdən kəsilib, digəri qarın boşluğundan güllə yarası alıb. Vəziyyəti ağır olan xəstənin bir gözü amputasiya olunub.”

Azərbaycan ordusunun daha bir əsgəri şəhid olub

Avqustun 9-da erməni silahlı bölmələrinin atəşkəsi pozması nəticəsində saat 22.30 radələrində Ermənistan-Azərbaycan sərhəddinin Tovuz rayonu ərazisində, qoşunların təmas xəttində, Azərbaycan Silahlı Qüvvələrinin 1995-ci il təvəllüdlü, Ağsu rayonundan hərbi xidmətə çağırılmış əsgər Fətəlizadə Rüfət Nazim oğlu düşmən tərəfindən açılan atəş nəticəsində şəhid olub.
Həmçinin, Avqustun 9-da erməni silahlı bölmələrinin atəşkəsi pozması nəticəsində saat 19.45 radələrində Ermənistan-Azərbaycan sərhəddinin Gədəbəy rayonu ərazisində, qoşunların təmas xəttində, Azərbaycan Silahlı Qüvvələrinin 1993-ci il təvəllüdlü, Mingəçevir şəhərindən hərbi xidmətə çağırılmış əsgər Tağıyev Orxan Qalib oğlu düşmən tərəfindən açılan atəş nəticəsində yaralanıb.
Yaralı əsgər ilkin tibbi yardım göstərildikdən sonra hərbi tibb müəssisəsinə təxliyyə edilib. Hazırda əsgərin vəziyyəti kafidir, həkimlərin nəzarəti altındadır.

İsrailin Qəzza zolağına hava

İsrailin Qəzza zolağına hava, quru və dənizdən təşkil etdiyi hücumlarda 208-i uşaq, 101 qadın və 51-i yaşlı olmaqla 884 insan həlak olub. 1779-u uşaq, 1112-si qadın və 230-u yaşlı olmaqla isə 5 min 840 insan yaralanıb.
9 Ağustos 2014 Cumartesi

Cəbhədə can, Bakıda villa bazarlığı

Aşağıdan yuxarıya məmurlar daxil olmaqla, hər birimiz məsuliyyətimizi və görəvimizi tam anlamadıqca bu cür canımızdan canımız, torpağımızdan torpağımız, varlığımızdan varlığımız qopacaq… Amma o villalardan bir daş da qopmayacaq!

Olduqca hüznlü və həssas günləri yaşayırıq. Əsgər ölümlərinə etiraz edən gənclərimizin müxtəlif adlarla həbsə atıldığı az müddət öncə bu günlərin də olacağını düşünənlər, yəqin ki, çox olmamışdı. Ancaq gözləmədiyimiz, ağlımıza gəlməyənlər başımıza gəlir. Həmin vaxt etiraz nümayişinə çıxanlar deyil,...

5 Ağustos 2014 Salı

Sülh, biz problemin kokunu derk edende gelecek

ruslar Bizim birinci duşmenimizdi. ne sulh rusiyadan keçir? ne avropa, ABŞ, Britaniya bunlar danişdigin bilmirBritaniya siyasətçilərindən biri İkinci Dünya müharibəsi zamanı demişdi: "Əgər neft kraldırsa, şəksiz, Bakı onun taxtıdır".
Taxtın ayaqlarına isə zibil çox yığılır. Deməli, yeni yuyucu vasitələrinin və əlbəttə ki, texnikanın istifadəsi ilə təmizləmə işləri aparmaq lazımdır. ezelden bele olub bizde kim gelib altına yixilmişiq. rusunan tutmuş ingikisine qeder. hec vaxt Özümüz guclenek, oxuyaq mariflenek, bu alçaq hakimiyetden canimizi qurtaraq, terbiyeli, gozutox cemiyyet quraq dememişik. rus hemişe gelsin demişik.
4 Ağustos 2014 Pazartesi

Müharibəni kim aparacaq? - Təhlil

"Bizi gözləyən müharibəni aparacaq tək bir güc var, bu da Azərbaycan dövlətidir"

 Millət vəkili Fazil Mustafa "facebook" səhifəsində "Müharibəni kim aparacaq?" adlı yazı yerləşdirib. Həmin yazını təqdim edirik:

"Cəmiyyət içindən müharibə çağırışları daha uca səslə eşidilməyə başlarkən soyuqqanlı şəkildə bizi gözləyən real müharibə tablosü üzərində intensiv düşünməyə başlayırsan. Təbii ki, bu dəfə vətənşivənlərin, bayraqbazların, siyasət qaragüruhçularının söyləntilərinə aldırmadan diqqətlə çözməyə məhkum olduğumuz bir tablodan söhbət gedir. Təsəvvür edin ki, bütün bu kimi sosial şəbəkələrdə və başqa informasiya məkanlarında çağırışlar bitir və müharibəyə başıamaq barədə qərar verilir. İlk sual da buradan başlamalıdır: Müharibəni hansı güc başlayacaq və sonadək aparacaq? Potensial olaraq dünya təcrübəsində olan anoloji variantlar bizdə də keçərlidir. Fikrimizcə, müharibəni dörd güc apara bilər: Birinci dövlət öz hərbi təsisatları ilə, ikincisi dövlətlə xalqın siyasi və praktiki birliyi ilə, üçüncüsü, dövlətə tabe olmayan gerilla-partizan-diversant qruplarla, dördüncüsü isə bizim əvəzimizdən güclü dövlətlərdən biri öz ordusu və ya qeyri rəsmi birləşmələri ilə.

Birinci varianta sonra dönəcəyəm. İkinci variantdan başlayaq: Xalq müharibəni istəyirmi? İstəsə belə uzunmüddətli müharibə apara bilərmi? Erməni xalqının müharibəyə davamlılığı ilə bizimki arasında hansı ciddi fərqlər var? Bəlkə daha başqa sualları da əlavə etmək olar. Təbii ki, müharibə başladığında hər şey xalqın adına istinadla aparılmalıdır,...

Hərbiçilərimiz Pakistana gedir

Silahlı Qüvvələrimizin nümayəndələri beynəlxalq konfransda iştirak edəcək.

Müdafiə Nazirliyindən verilən məlumata görə, avqustun 5-i və 6-da İslamabad şəhərində (Pakistan) AMAN-15 təliminin ilkin planlaşdırma konfransı keçiriləcək.

Tədbirdə Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin nümayəndələri iştirak edəcəklər.
3 Ağustos 2014 Pazar

16 şəhid verən Azərbaycanın telekanallarında nələr yayımlanır?

Azərbaycan Telekanallarınin bir çoxunda hüznlü günlərdə toy-bayram havası hələ də davam edir

 iki gün ərzində cəbhə xəttində milli ordumuzun 16 şəhid verməsi xalqımızı sarsıdıb. Azərbaycan Telekanallarınin bir çoxunda hüznlü günlərdə toy-bayram havası hələ də davam edir.

Ötən gün Milli Televiziya və Radio Şurasının (MTRŞ) "Ekspertiza, proqramlaşdırma və analitik” şöbəsinin müdiri Təvəkkül Dadaşov bildirmişdir ki, proqramdan çal-çağır verilişlərini yığışdırsınlar. MTRŞ rəsmisi bu məsələni telekanalların mərifət-qanacağına buraxmasına baxmayaraq, telekanalların bəziləri çalıb oynayır.

Ermənistan tərəfi son iki gündəki itkilərini gizlədir!

Ermənistan silahlı qüvvələri itki verərək, geri çəkilməyə məcbur edilib

Cəbhədə bu gecəki vəziyyətlə bağlı Müdafiə Nazirliyi bu səhər rəsmi açıqlama yayıb. Məlumatda bildirilir ki, Ermənistan kəşfiyyat-təxribat qrupu cəbhənin Ağdam-Ağdərə istiqamətində müdafiənin ön xəttində yerləşən mövqelərimizdəki postlara növbəti dəfə basqın etməyə cəhd göstəriblər.

Silahlı Qüvvələrimizin bölmələrinin hərbi qulluqçularının göstərdiyi şücaət nəticəsində qarşı tərəfin cəhdinin qarşısı qətiyyətlə alınıb. Ermənistan silahlı qüvvələri itki verərək, geri çəkilməyə məcbur edilib. Məlumatda bildirilir ki, müdafiə naziri Zakir Həsənov şəhidlərin valideynlərinə və yaxınlarına dərin hüznlə baş sağlığı verir və səbr diləyir!

Hazırda erməni təxribatının qarşısının alındığı istiqamətdə vəziyyət Silahlı Qüvvələrimizin tam nəzarəti altındadır.

Mudafiə Nazirliyi Ermənistan tərəfinin itki verməsi barədə məlumatı da açıqlayıb. Nazirliyin baş qərargahından ANS-ə verilən eksklüziv məlumata görə, bu gecə baş verən döyüşdə Ermənistan silahlı qüvvələrinin 20-yə yaxın hərbçisi öldürülüb, onların arasında Ermənistan xüsusi təyinatlıları da olub. Ermənistan tərəfi son iki gündəki itkilərinin real həcmini gizlədir!

Şəhidlər Xiyabanı satıldı

Bu gün axşam saatlarında bir qrup Keşlə qəsəbə sakini aksiya keçirib.

Sakinlərin etiraz etməsinə səbəb qəsəbədə yerləşən Şəhidlər Xiyabanının bir hissəsi hesab edilən ərazinin qonşuları tərəfindən zəbt edilməsidir. Belə ki, Nizami rayon, Keşlə qəsəbəsi, K.Əfkari küçəsi, ev 1E-də yaşayan Elşən Əhmədov qonşuluğunda yerləşən 7 sot torpaq sahəsini öz ərazisinə qatıb.
Qəsəbə sakinləri Elşən Əhmədov burada mağaza tikəcəyini və bunun şəhidlərin ruhuna hörmətsizlik olacağını bildirirlər. Onların sözlərinə görə, Şəhidlər Xiyabanının bir hissəsi hesab etdikləri bu yerdə mağaza tikilməsi, qapısının isə Xiyabana açılması heç bir məntiqə sığmır. Onların sözlərinə görə,...

Azərbaycan Ruhanilər Məclisi bəyanat verdi

Azərbaycan xalqının qarşılaşdığı faciə ilə bağlı Azərbaycan Ruhanilər Məclisi (ARM) narahatlıq ifadə edən bəyanat yayıb.

Bismillahir-rəhmanir-rəhim

وَلاَ تَحْسَبَنَّ الَّذِينَ قُتِلُواْ فِي سَبِيلِ اللّهِ أَمْوَاتاً بَلْ أَحْيَاء عِندَ رَبِّهِمْ يُرْزَقُونَ

(“Allah yolunda öldürülənləri əsla ölü zənn etmə, əksinə, diridirlər və onlara Rəbbi yanında ruzi verilir”. Ali – İmran surəsi , 169)

Bəyanatda bidirilir:

Dərin sıxıntı hissi ilə doğma Azərbaycanımızın igid əsgərlərinin şəhadətini yaşadıq. Təcvüzkar erməni rejimi daha bir dəfə ölkəmizin ərazilərində cinayət törətməklə öz işğalçı və mənfur siyasətində israrlı olduğunu sübut etdi. Eyni halda öz qanları ilə vətən torpağını qoruyan igid əsgərlərimiz vətənə sədaqətlərini nümayiş etdirdilər. İnanırıq ki, torpaqlarımızı qoruyan şəhid əsgərlərimizin qanı sadəcə torpağa tökülmür, əksinə cəmiyyətimizin damarlarına köçürülərək onlara vətən, dövlət və ərazi bütövlüyümüzü qorumaq üçün təzə can verir. Elə bu candır ki, xalqımıza çoxda gec olmayacaq qələbə ümidi verir.

Azərbaycan Ruhanilər Məclisi (ARM) Allah Taaladan şəhidlərimiz üçün uca məqam diləyir, xalqımıza və şəhidlərimizin ailəsinə başsağlığı verir.

23 Aprel hərəkatı


23 Aprel hərəkatı ılə tanışlıq:
23 Aprel hərəkatı qeyrətli Azərbaycan xalqının 23 aprel 2012-ci il bazar ertəsi günü geniş və sensasiyalı gecə etirazlarının dəstəkləyicisi olmuşdur və ölkə də baş verən hadisələr və hakimiyyətin qanunsuz işlərinə görə və həmçinin xalqımızın haqqını tələb edən, gənclər vasitəsi ilə yaradılıb.
23Aprel hərəkatı ölkədə öz fəaliyyətini azadlıq ,islahat və bərabər insan hüquqları nail olana qədər davam edəcək.

23 aprel logosı

23 aprel