Blog Arşivi

8 Ekim 2013 Salı

İlhamla Mehriban arasında küsmək


Azad yaşa verdiyi xəbərlərə istinadən,hakimiyyətin yaxınları yayılmış xəbərlərə görə ,İlham əliyev və Mehriban əliyeva arasında prezident namizədliyinə xatır ailə münaqişəsi baş verib.Son zamanlarda belə bir mübahisələr artıb və tanışlar vasitəsi ilə yayılıb.

23 Aprel hərəkatı beynəlxalq təşkillatlara müraciət etdi.

23 aprel hərəkatı polislə qarşılaşma istəmır ancaq ədalətsizlik əleyhinə münarizə aparır və məhbusların azadlığını istəyir.

ölkənin büdcəsindən bir firqə və cinahın mənafeləri üçün bir manat xərcləmək haramdır



Biz sədaqətli, qayğıkeş, dəyərlərə sayğılı, xalqı sevən bir dövlət istəyirik. Bizim arzuladığımız hökumət xalqın əqidə və istəklərinə təhlükə yox, fürsət kimi baxmalıdır. Biz insanların şəxsi həyatına müdaxilə, əqidələrin təftişi, casusluq, mətbuat üzərində nəzarət, azad sözün boğulması kimi halları məmləkət və xalqın zərərinə sayırıq. Bizim mövqeyimiz budur ki, ölkənin büdcəsindən bir firqə və cinahın mənafeləri üçün bir manat xərcləmək haramdır.

Çıxış yolları



- Dövlətin xalq qarşısında birbaşa öz məsuliyyətini qəbul etməsi, hökumətin yaranmış problemlərlə bağlı sualları cavablandırması.

- Seçkilər üçün nəzərdə tutulmuş qanun və qərarların tam şəkildə icrası; xalqda azad və ədalətli rəqabətə etimad yaradılması.

- Siyasi məhbusların azad edilməsi, onların şəxsiyyətinin qorunması.

- Mətbuat azadlığı, tənqidçi qəzetlərin nəşrinə icazə verilməsi.

- Azad toplaşma və partiyaların yaradılması sahəsində xalqın hüquqlarının tanınması.

- Qeyri-dövlət təyinatlı, ictimai kanalların azad fəaliyyəti, vətəndaşlar arasında ayrıseçkiliyə son qoyulması.

Prezident seçkiləri ilə bağlı təbliğat-təşviqat kampaniyası yayılan şayiələrə 23Aprel hərəkatı bəyanat verir.




Sosial şəbəkələrdə yayılmış şayiələrə istinadən bəyanat verir ki, 23Aprel hərəkatı prezident seçkilərində heç bir namizədlərdən müdafiə və himayə etmir.
Amma Azərbaycan xalqını  9 oktyaberdə seçki məntəqələrində dəvət edir və xalqın seçdiyi namizədi ilə hörmətlə yanaşır.
23 Aprel hərəkatının üzvləri və fəal iştirakçıları yalnız həbsdə olan məhbusları xüsusi ilə dindarların  tezli ilə azadlığa buraxılması,ölkədə islahat və bərabər hüquqları tələb edir.
"Qələcək xalqın əllərinin vasitəsi ilə abad olacaq"

Cəmil həsənli-nin şansi daha çoxdur




"GALLUP World" beynəl xalq statistik təşkilatı Azərbaycan  rerspublıkasının 2013-cü il prezident seçkilərinə namizədlər arsında səsvermə göyü.
Azad yaşa verdiyi məlumatına görə Cəmil həsənli  birinci yerini qazanıb və  İlham əliyev də ikinci yerdə dir Araz əlizadə ,İqbal ağazadə və Sərdar məmədov da növbəti yerləri tutublar.
Yeri gəlmişkən bütün dünya Azərbaycan seçkiləri izləyir.
Qeyd etmək lazım dırki, " GALLUP World " müəssisəsi dünyada ən etibarli istatistik təşkilatlarının biri sayılır.

Nə üçün hakimiyyətə bağlı olan amillər korrupsiya , tərəf tutma və tamahkarlıq çoxalıb ?


Prezident namizədliyin nəticəsi Azadlıq radiosunun sorğusunda məlum olub


Azadlıq radiosu saytına verdiyi sorğuya Cəmil həsənli irəllidir və özünə artıq rəy toplayıb,İlham əliyev isə ikinci yeri qazanıb.bu sorğu da Cəmil həsənlinin fanatları İlham əliyevin tərəfdarlarına iştirakı ılə artıq daha çoxdur.

23 aprel hərəkatı zorakılıqdan uzaqlığı, dinc mübarizə çərçivəsində işləyir.



23 aprel hərəkatı zorakılıqdan uzaqlığı, dinc mübarizə çərçivəsini özünə şüar etmiş bir hərəkatdır. Bu hərəkat hər bir zaman məhz xalqın amansızlığa qurban olduğuna inanır. Hərəkata görə dialoq, dinc aksiya, zorakılıqdan uzaqlıq əsas prinsiplərdir. 23 aprel hərəkatı zaman və şəraiti nəzərə alaraq dinc aksiyanın bütün imkanlarından istifadə edəcək.

Hələ də xalqın etimadını qazanmaq olar


Nə qədər ki, gec deyil, bu yoldan qayıtmaq lazımdır. Hələ də xalqın etimadını qazanmaq olar. Ölkəmizin təhlükəsizliyi bundan asılıdır. İnqilab övladlarını həbsxanalardan azad edin. Vətəndaşlar onların dostlarını, iş yoldaşlarını və övladlarını hansısa şübhələrlə və qondarma ittihamlarla həbs edən bir hökumətə necə inana bilər?! Cəmiyyətdə məxfilik rejimi yaratmaq xalqın hökumətə qarşı hisslərini zədələməkdən başqa bir şey deyil. Azad mətbuat sağlam cəmiyyətin tənəffüs yoludur. Xalqın etimadını bərpa etmək istəyirsinizsə, bu yolu bağlamayın.

siyasi məhbusların həbsinə etirazlar haqda ölkənin hər bir yerindən bu hərəkata çoxlu xəbərlər çatır



Qarşıdakı seçkilərin vəziyyətinə, eləcə də siyasi məhbusların həbsinə etirazlar haqda ölkənin hər bir yerindən bu hərəkata çoxlu xəbərlər çatır. Əminik ki, bu reaksiyalar şəxsi maraqlardan ötrü deyil, ölkəmizə sırınan yeni siyasi duruma qarşı nigaranlıqdan irəli gəlir. Son bir neçə ayda ölkəmizdə müşahidə etdiyimiz işlərin indiyədək analoqu görünməmişdi. Xalqımız ölkəsinin gələcəyinin və müstəqilliyinin təhlükə altına düşməsindən çox nigaran olduğuna görə baş verən hadisələri təşvişlə izləyir.

23 Aprel hərəkatı ölkəmizin qeyrətli xalqının və gənclərinin nümayəndəsi kimi, dövlət rəsmilərinin ağılsız və zülmkar hərəkətlərinə qarşı kəskin etirazını dünyanın bütün haqsevər insanlarına elan edir.

23 Aprel hərəkatı


23 Aprel hərəkatı ılə tanışlıq:
23 Aprel hərəkatı qeyrətli Azərbaycan xalqının 23 aprel 2012-ci il bazar ertəsi günü geniş və sensasiyalı gecə etirazlarının dəstəkləyicisi olmuşdur və ölkə də baş verən hadisələr və hakimiyyətin qanunsuz işlərinə görə və həmçinin xalqımızın haqqını tələb edən, gənclər vasitəsi ilə yaradılıb.
23Aprel hərəkatı ölkədə öz fəaliyyətini azadlıq ,islahat və bərabər insan hüquqları nail olana qədər davam edəcək.

23 aprel logosı

23 aprel