Blog Arşivi

5 Nisan 2014 Cumartesi

Suriya Xalqının Müdafiə Briqadaları tərəfindən Kəsəb məntəqəsində bir çox Çeçen terrorçu gəbərdildi

 Suriya Xalqının Müdafiə Briqadası (YPG) adlı könüllü dəstələri Suriyanın şimalında qondarma “İraq və Şam İslam Dövləti” adlı təkfirçi üsnsürlərə qarşı apardıqları əməliyyatlarda bir çox təkfirçini darmadağın etmişlər.

Təkfirçilərə aid sosial şəbəkələrdə yayımlanan məlumatda döyüş zamanı məhv olmuş azğın “vəhhabi” yaraqlıları arasında Qafqaz bölgəsindən xüsusi ilə də Çeçenistandan gəlmiş terrorçuların olduğu bildirilib.

Suriya Xalqının Müdafiə Briqadası (YPG) adlı könüllü dəstəsi yaraqlıların leşindən çəkdikləri fotoları yayımlayaraq vurğulayıb: “Bunlar, Lazqiyə rayonunun Türkiyə ilə sərhəd bölgəsində yerləşən Nəbəul Mur” məntəqəsinin kontrolun nəzarət altına keçirtmişlər. Lakin yaraqlılarla Suriya xalqından ibarət könüllülər dəstəsi arasında yaşanan qarşıdurma zamanı terrorçular darmadağın edilmişlər.”



Türkiyə rüsvayçılığını örtbastır etmək məqsədilə Ərdoğan höküməti “YouTube” sosial şəbəkəsinə giriş yenidən bağladı


 Ərdoğan höküməti Türkiyədə "YouTube" sosial şəbəkəsinə giriş yenidən bağladı. Bu barədə qərar Ankara İnzibati Məhkəməsi tərəfindən qəbul edilib.

Dünən isə, Türkiyədə "YouTube" videoxidmətinə girişə qoyulan qadağa aradan qaldırılmışdı.

Qeyd edək ki, martın 27-də Ərdoğan höküməti Türkiyədə "YouTube"-a giriş bağlamışdı. YouTube-da Ərdoğanın Suriyadakı vəziyyətə həsr edilmiş məxfi müşavirənin audioyazısı yayılmışdı. Yığıncaqda Türkiyə kəşfiyyatı və Silahlı Qüvvələrin Baş Qərargahının rəhbərləri iştirak ediblər.

“Təkfirşilər” yenə də bir birini qırdı İki “təkfirçi” qruplaşması arasında davam edən döyüşdə “İŞİD-in komandiri gəbərdi


Suriyanın şimal şərqində yerləşən Həsəkə şəhərinin Mərkədə məntəqəsində qondarma “İraq və Şam İslam Dövləti” adlı təkfirçi qruplaşması ilə qondarma “əl-Nüsrə Cəbhəsi” adlı azğın təkfirçi ünsürləri arasında bir həftə öncə başlanmış qanlı döyüşlər hələ də davam edir.

Davam edən döyüşün daha da şiddətlənməsi səbəbindən qondarma “İŞİD” silahlı qruplaşmanın qanadı sayılan “əl-Bətar” briqadasının komandiri Əbu Ənəs əl-Libi ilə yanaşı hər iki terrorçu qruplaşmalar tərəfindən onlarla yaraqlı bir birini darmadağın edib.

İki gün öncə isə, aldığımız məlumatda, Hələb rayonunda Suriya Milli Ordusu ilə Azərbaycan və Şimali Qafqaz məntəqəsinin azğın təkfirçi terrorçularından ibarət təşkil olunmuş “Mühacirlər Ordusu” ilə Suriya Milli Ordusu arasında gedən döyüşlərdə azğın “Mühacirlər Ordusu”nun komandiri Məhənd Çeçenli ilə yanaşı Azərbaycan və Şimali Qafqazdan olan onlarla yaraqlı öldürlmüş və ya yaralanmışlar.

Suriyanın Rif əyalətinin əl-Qələmun bölgəsində isə, Suriya Milli Ordusu ilə qondarma “əl-Nüsrə Cəbhəsi” adlı yaraqlı qruplaşmanın qanadı sayılan uydurma “Fəcru Tovhid” briqadası arasında gedən döyüşlərdə qeyd olunan terrorçu biriqadanın qondarma komandiri də məhv edilib.

Təkfirçi ünsürlər ha belə əl-Qaidə beynəlxalq terrorçu şəbəkəsinin tanınmış komandirlərindən biri olan və terror əməliyyatlarının əksər qismini Əfqanıstanda həyata keçirdən və Suriyada qondarma “Şamul İslam” adlı terrorçu qruplaşmanın komandiri olan Əbu Əhməd əl-Məğribinin də Suriya Milli Ordusu tərəfindən darmadağın edildiyini bildiriblər.

Qalmaqal Ərəbistanın rəsmi saytı Məlik Əbdüllahın xəstəliyin gizlətmək məqsədilə şəkildə dəyişilik etdi

xarici mediaların məlumatına görə, Səudi Ərəbista padşahı Məlik Əbdüllahın ABŞ prezidenti Barak Obama ilə keçirtdiyi son görüşdə süni tənəffüs aparatı ilə nəfəs aldığı bildirilir.

Ərəbistanın “əl-Ərəbiyyə” və digər TV kanallarında görüşün yayımlandığı zaman Məlik Əbdüllahın süni tənəffüs aparatı ilə nəfəs aldığı daha aydın görünüb.

əl-Əhd sosial xəbər şəbəkəsi Səud padşahının durumunun ağır olduğunu bildirərək deyib: “Xarici KİV-lər Ərəbistanın 90 yaşlı padşahı Məlik Əbdullahın Barak Obama ilə keçirtdiyi görüşün görüntüsünü Əbdullahın süni tənəffüs aparatı ilə nəfəs aldığı halda yayımlayıb.”

Yayımlanan fotolarda Məlik Əbdüllahın süni tənəffüs aparatı köməkliyi ilə nəfəs aldığı çox da aydın görünmür. Lakin buna baxmayaraq Ərəbistanın bəzi xəbər agentlikləri xəbərlərdə verilən fotolar üzərində bəzi düzəlişlər aparıblar. Belə ki, şəkillərdə Məlik Əbdüllahın burnuna keçirdilmiş süni tənəffüs aparatının xırda oksigen boruları silinib. Amma təsüflər olsun ki, bu iş qeyri peşəkarcasına həyata keçirtdiyi üçün hamıya hər şey aydın olub.

Məlik Əbdüllahın süni tənəffüs aparatı köməkliyi ilə nəfəs aldığı xəbər Ərəb sosial şəbəkələrində böyük qalmaqal yaradıb. Hətta bəzi xəbər agentlikləri yaxın zamanlarda Ərəbistan padşahının cismi durumu ilə əlaqədar dövlət işlərindən kənara çəkiləcəyi ehtimalları da verilib.

Xaç Yürüşlərinin Davamında Mərkəzi Afrika Respublikasında radikal “xaçpərəstlər” 4 Müsəlmanı amansızcasına Şəhid etdilər


 Mərkəəzi Afrika Respublikasında bədnam “Xaç Yürüşləri” davam etməkdədir.

Ölkədə xüsusi ilə də paytaxt Banqidə yaşayan Müsəlmanlar azğın xristian yaraqlılarının vəhşiliklərindən əziyyət çəkirlər...

Belə ki, bu gün xaçpərəst yaraqlılarının “Anti-Balaka” adlı anti-İslam qruplaşmasının ünsürləri paytaxt Banqidə Müsəlmanların yaşayan məhəlləsinə soxularaq 4 Müsəlman vətəndaşı qətlə yetirmiş və bununla da növbəti cinayət aktını həyata keçirdiblər.

Hücumun dünən xaçpərəst məhəlləsində bombalı hücuma qarşılıq olaraq reallaşdırıldığı bildirilsə də lakin bunun nə dərəcə də doğru olduğu hələ ki, şübhə altındadır.

Xatırladaq ki, Mərkəzi Afrika Respublikasının Təhlükəsizlik Nazirliyinə yaxın və adının açıqlanmamasını istəməyən mənbə cari ayın 8-də 3 sivil Müsəlman vətəndaşlarının xüsusi maşınla İmpoko hava limanına gedərkən Paytaxtın Kumpetan məntəqəsində radikal xristian qruplaşmasının silahlı hücumuna məruz qaldıqlarını və onların xaçpərəstlər tərəfindən qətlə yetirdikdən sonra vəhşicəsinə bədən əzalarının tikə-tikə doğrayaraq şaqqaladıqlarını bildirmişdir.

Qeyd edək ki, İmpoko hava limanı yaxınlığında yerləşən Paytaxtın Kumpetan məntəqəsi Fransa Silahlı Qüvvələri və Afriqa İttifaqının hərbiçilərinin ixtiyarındadır. Bu səbəbdən də qeyd olunan məntəqə Müsəlmanlar üçün ən qorxulu yer sayılır. Yarımhərbiçi və qarətgər xristian birləşmələri əksərən bu məntəqələrdə fəaliyyət göstərirlər. Həmçinin, dörd min Müsəlmanın yaşadığı Bodo şəhəri tamamilə boşaldılıb.

Bədnam “evrovision 2012”-nin fəsadları İslamçı jurnalist Nicat Əliyevin işində yenilik var

2012-ci ildə Bakıda keçirilən bədnam “evrovision 2012” fəsad müsabiqəsi ərəfəsində polis tərəfindən qanunsuz saxlanılaraq ŞƏRLƏNƏRƏK həbs olunmuş Azadxeber.net saytının baş redaktoru İslamçı jurnalist Nicat Əliyevin işində yenilik var.

Bu barədə mütəhəmin vəkili Yalçın İmanov İslamazeri.az-a verdiyi açıqlamasında bildirib.

Yalçın İmanov qeyd edib ki, “Apellyasiya məhkəməsinin ilkin qərarından verdiyimiz şikayət Ali məhkəməyə daxil olub. İşə hakim Fərhad Kərimovun sədrliyi ilə baxılacaq. Bakı Apellyasiya məhkəməsinin ilkin qərarından verdiyimiz şikayətə nə vaxt baxılacağı hələlik məlum deyil.”

Xatırladaq ki, İslamçı jurnalist Nicat Əliyev Bakı Ağır Cinayətlər məhkəməsinin barəsində çıxartdığı ədalətsiz hökmü ilə 10 il müddətinə azadlıqdan məhrum edilib.

Qəhrəman Suriya Ölkəsi Dəməşqin aram həyat tərzi

 Suriyanın Lazqiyə rayonunun şimalındakı “Kəsəb” məntəqəsində azğın təkfirçi ünsürlərə qarşı aparılan Təmizlənmə Əməliyyatları son anlarını yaşadığı bir vaxtda paytaxt Dəməşqin sakinlər tam əmin amanlıq içində öz yaşayışlarına davam edirlər.
Suriya xəbər agentliyi bu gün Dəməşqin “Tətəvəssut” bazarının görüntülərini yayımlayıb. Bazarda müxtəlif meyvə-tərəvəzlər, göyərti və yerli şirniyyatların bol olduğu və vətəndaşların normal həyat tərzi sürdükləri aydındır.


Benzinin qiyməti yenə artdı?

Aprelin 4-ü axşam saatlarında AI-95 markalı benzin bahalaşdırılıb. Səhər saatlarına qədər 80 qəpikdən satılan AI- 95-in Tarif Şurasının qərarı olmadan qəfil 93 qəpiyə qədər bahalaşdırılıb.
Şəhərin yanacaqdoldurma məntəqələrindəki vəziyyətlə bağlı yeni məlumatlar gəlməkdə davam edir. Oxucuların verdiyi məlumata görə, bəzi yanacaqdoldurma məntəqələrində qiyməti 0,70 manat olan Aİ 92 markalı benzin satılmır. Amma əksər yanacaqdoldurma məntəqələrində bu markalı benzin hələ də var.

Son məlumata görə, Aİ 92 markalı benzini də Aİ 95 markalı benzinin aqibəti gözləyir. Belə ki, anbarlarda bu markalı benzin bitdikdən sonra yeni adda və qiyməttə Aİ 92 benzini əhaliyə təqdim olunacaq. Adı yeni, özü isə köhnə olan benzinin yeni qiymətinin necə olacağı hələlik məlum deyil.

Əməkdaşlarımız Bakının yanacaqdoldurma məntəqələrində müşahidələri davam etdirilər.

23 Aprel hərəkatı


23 Aprel hərəkatı ılə tanışlıq:
23 Aprel hərəkatı qeyrətli Azərbaycan xalqının 23 aprel 2012-ci il bazar ertəsi günü geniş və sensasiyalı gecə etirazlarının dəstəkləyicisi olmuşdur və ölkə də baş verən hadisələr və hakimiyyətin qanunsuz işlərinə görə və həmçinin xalqımızın haqqını tələb edən, gənclər vasitəsi ilə yaradılıb.
23Aprel hərəkatı ölkədə öz fəaliyyətini azadlıq ,islahat və bərabər insan hüquqları nail olana qədər davam edəcək.

23 aprel logosı

23 aprel