Blog Arşivi

16 Nisan 2013 Salı

Xorvatiya hökuməti İlham Əliyevə görə məşhər ayağına çəkildi


 “Özünüzü Şimali Koreya liderini xatırladan bir şəxslə görüşdə necə hiss edirsiniz?”

“Azərbaycanda ailə diktaturası mövcuddur; Əliyevin fəaliyyəti korrupsiya mövzusunda dərslik sayıla bilər; Onun Xorvatiyaya səfəri zamanı hansı dərsi götürmüsünüz”

İlham Əliyevin Xorvatiyaya səfəri yerli hökumətə qarşı sərt ittihamlara səbəb olub. Əliyevin səfərilə əlaqədar Adriatik Institutu Xorvatiyanın baş naziri Zoran Milanoviç və xarici işlər naziri Vesna Pusikə açıq məktub ünvanlayıb. Məktub müəllifləri baş nazir və xarici işlər nazirindən Əliyevlə bağlı bir sıra kəskin suallarına cavab istəyir.
“Bizi dəhşətə gətirən odur ki, Azərbaycan prezidenti Ilham Əliyev Xorvatiyada yüksək səviyyədə qarşılanıb. Xorvatiya vətəndaşları və bu ölkənin vergi ödəyicilərinin mənafeyi naminə bu məsələ ilə bağlı verəcəyimiz suallar var”, - deyə məktubun hansı zərurətdən göndərildiyi əsaslandırılır.
Məktubda öz əksini tapmış sualları təqdim edirik:
- Avropa Ittifaqının digər üzv dövlətləri bu avtoritar dövlət başçısını öz ölkələrində görmək istəmədikləri halda, necə olur ki, Ilham Əliyev Xorvatiyaya gəlir? Avropa Ittifaqı və qanunun aliliyinə hörmət edən digər ölkələr müxalifətçiləri həbsxanaya göndərən Bakıdakı diktatura rejimini pislədiyi bir vaxtda, Ilham Əliyevin Xorvatiyada qəbul edilməsi onlara qarşı çıxmaq deyilmi?
- Əliyevlə görüşmək üçün konkret səbəb var idimi? Bu görüş Xorvatiya prezidentinin rolu deyilmi? Əliyev sizinlə görüşmək üçün öz ölkəsinin baş nazirini gətirə bilməzdimi? Siz bilmirsinizmi ki, Azərbaycanda hökumət Ilham Əliyev və onun ailəsinə xidmət edir?
- Azərbaycanın avtoritar lideri Ilham Əliyev ölkəsinə, xüsusən də atasına diqqəti cəlb eləmək üçün böyük pullar xərcləyir, külli miqdarda vəsait hesabına xarici ölkələrdə onun heykəllərini ucaltdırır. Məsələn, Meksikada və Serbiyada olduğu kimi. Siz Əliyevin atasının heykəlini ucaltmaqla ondan pul almaq istəyirsinizsə, bu halda, yerli və beynəlxalq qəzəblə qarşılaşmağa hazırsınızmı?
- Əliyev deyir ki, o, turizmin inkişafında maraqlıdır. Heç kimə sirr deyil ki, Azərbaycan dəniz kənarında yerləşən daşınmaz əmlakı almaq istəyir və bu sahədə Rusiya investoru ilə rəqabətə girib. Xorvatiya Adriatik dənizi sahilində Azərbaycanın əyaləti olacaqmı?
- Siz Ilham Əliyevlə bu şəkildə əməkdaşlıq etmək üçün Avropa Ittifaqındakı həmkarlarınızla məsləhətləşmisinizmi? Sizin kommersiya razılaşmalarınız nə dərəcədə açıq olacaq? Ilham Əliyev bu tipli məlumatların yayılmasına razılıq veribmi?
- Siz özünüzü tamamilə Şimali Koreya lideri Kim Çen Unu xatırladan bir şəxslə görüşdə necə hiss edirsiniz? Lakin kasıb Şimali Koreyadan fərqli olaraq, bu ölkə neft və qazla zəngindir və burada da ailə diktaturası mövcuddur. Sizin Əliyevlə söz və mətbuat azadlığının boğulması məsələlərinə dair razılaşmanız varmı?
Əliyevin fəaliyyəti korrupsiya mövzusunda dərslik sayıla bilər. Bu ölkədə orta aylıq əməkhaqqı 400 dollardır, prezident və onun ailəsi isə milyardlara sahibdir. Bu barədə Amerikanın CNBC kanalının araşdırma materialından xəbəriniz varmı?
- İlham Əliyevin Xorvatiyaya səfəri zamanı siz hansı dərsi götürmüsünüz və bunun nəticəsində Azərbaycandakı korrupsiya Xorvatiyada da təkrarlanmayacaq ki?



Beynəlxalq narkomafiya Azərbaycan üçün ciddi problemə çevrilib


DİN: “Azərbaycandan Avropaya daşınan narkotiklərin cəmi 10 faizi tədbirlər nəticəsində dövriyyədən çıxarılır”

ABŞ Dövlət Departamentinin Konqresə təqdim etdiyi “Beynəlxalq Narkotiklərə Nəzarət Strategiyası” adlı hesabatda Azərbaycanla bağlı məsələ də yer alıb.

Belə ki hesabatda qeyd olunur ki, Azərbaycan Əfqanıstan və İrandan Rusiya və Avropaya qanunsuz yolla keçirilən narkotik maddələr üçün əlverişli tranzit ölkədir. Həmçinin o da vurğulanıb ki, Azərbaycanda qanunsuz narkotik maddələrin istifadəsi və yetişdirilməsi sahəsində elə də ciddi problem yoxdur.

Modern.az bu hesabatla bağlı Daxili İşlər Nazirliyindən rəsmi açıqlama alıb. DİN-in Mətbuat xidmətinin şöbə rəisi Orxan Mansurzadə bildirib ki, narkomaniya bəşəriyyətin ən böyük, qlobal xarakterli sosial bəlalarından biridir. “Ölkəmizdə də narkomaniyaya qarşı dövlət səviyyəsində ciddi mübarizə aparılır, bu məsələ ölkə rəhbərliyinin daim diqqət mərkəzindədir. Narkotik vasitələrin,onların prekursorlarının qanunsuz dövriyyəsinə qarşı bir neçə Dövlət Proqramı, müvafiq qanunvericilik və digər hüquqi-normativ aktlar qəbul edilərək icraya yönəldilib. Eyni zamanda, respublikanın hüquq-mühafizə, o cümlədən daxili işlər orqanları tərərfindən də bir sıra qabaqlayıcı, profilaktik tədbirlər, o cümlədən uğurlu əməliyyat tədbirləri həyata keçirilir".

ABŞ Dövlət Departamentinin hesabatının 2011-ci ili əhatə etdiyini xatırladan nazirliyin rəsmisi polis orqanları tərəfindən ötən il həyata keçirilmiş əməliyyat tədbirləri haqqında məlumat verib. O qeyd edib ki, transmilli mütəşəkkil cinayətkarlığın ən təhlükəli növlərindən olan narkotiklərin qanunsuz dövriyyəsi və narkotraffikə qarşı mübarizədə həyata keçirilən tədbirlər nəticəsində 2453 cinayət, o cümlədən satışı ilə bağlı 713 fakt aşkarlanıb, 126 nəfərdən ibarət 51 cinayətkar qrup və dəstə zərərsizləşdirilib.

Qanunsuz dövriyyədən 596 kiloqram narkotik vasitə və 50 kiloqram prekursor çıxarılıb, 60 kiloqrama yaxın narkotikin qaçaqmalçılıq yolu ilə ölkəyə gətirilməsinin qarşısı alınıb. Tərkibində narkotik maddələr olan bitkilərin qanunsuz kultivasiyasının və yabanı halda yayılmasının profilaktikası yönümündə xüsusi əməliyyat planı üzrə keçirilmiş tədbirlərlə ümumi çəkisi 313 ton olan çətənə və xaş-xaş kolu aşkarlanaraq yaşıl kütlə halında məhv edilib.

2012-ci ildə narkotiklərə qarşı polis orqanları tərəfindən keçirilən tədbirlər bir daha sübut edir ki, bu istiqamətdə ölkəmizdə ciddi işlər görülüb və bu gün də görülür. “Rəqəmləri müqayisə etsək, görərik ki, bu sahədə əldə olunmuş göstəricilər ilbəil yaxşılığa doğru dəyişir. Ancaq bu nəticələr reallığı əks etdirmədiyindən bizi qətiyyən qane edə bilməz. “ABŞ Dövlət Departamentinin Konqresə təqdim etdiyi "Beynəlxalq Narkotiklərə Nəzarət Strategiyası" adlı hesabatda Azərbaycanın Əfqanıstan və İrandan Rusiya, Avropaya qanunsuz yolla keçirilən narkotik maddələr üçün əlverişli tranzit ölkə kimi göstərilməsində qeyri-adi heç nə yoxdur. Əslində bu, ölkəmizin Avropa ilə Asiya arasında əlverişli geostrateji mövqedə yerləşməsindən irəli gələn bir məsələdir”.

DİN rəsmisinin sözlərinə görə, transmilli mütəşəkkil qrupların məlum marşrut üzrə narkovasitələri Avropa və Rusiyaya ölkəmizin ərazisi vasitəsilə aparmaları, həmin yolla daşınan "ağ ölümün" yalnız 10 faizə yaxın bir hissəsinin hüquq-mühafizə orqanlarının keçirdikləri tədbirlər nəticəsində dövriyyədən çıxarılması, bu zaman Azərbaycanın işğal altındakı, İranla həmsərhəd olan ərazisindən də istifadə olunması və s. bu kimi ciddi problemlər DİN rəhbərliyi tərəfindən ən müxtəlif səviyyələrdə keçirilən toplantılarda, müşavirələrdə, beynəlxalq konfranslarda dəfələrlə vurğulanıb.

“Sözügedən sosial bəlaya qarşı bütün maraqlı ölkələrin, beynəlxalq təşkilatların səylərinin birləşdirilməsinin, birgə mübarizə aparılmasının zəruriliyi qeyd edilib. Həmin məqsədlə ölkəmiz narkotiklərlə mübarizəyə dair bir sıra beynəlxalq konvensiyalara, sazişlərə qoşulub, bəzi ölkələrlə bu sahədə müqavilələr də imzalanıb. Narkotiklərlə mübarizə Azərbaycan kimi gənc müstəqil ölkələr qədər dünyanın ən inkişaf etmiş dövlətləri üçün də hər zaman aktualdır.

Narkomaniyaya qarşı mübarizədə təkcə polisin və digər hüquq-mühafizə orqanlarının gördüyü əməliyyat-profilaktik tədbirlərlə kifayətlənmək olmaz. Bu işə bütün cəmiyyət, o cümlədən dövlət orqanları, aidiyyatı qurumlar, QHT-lər, vətəndaş cəmiyyətinin institutları qoşulmalıdırlar. Yalnız bu halda "ağ ölüm"ə qarşı daha səmərəli mübarizə aparmaqdan danışmaq olar".

23 Aprel hərəkatı


23 Aprel hərəkatı ılə tanışlıq:
23 Aprel hərəkatı qeyrətli Azərbaycan xalqının 23 aprel 2012-ci il bazar ertəsi günü geniş və sensasiyalı gecə etirazlarının dəstəkləyicisi olmuşdur və ölkə də baş verən hadisələr və hakimiyyətin qanunsuz işlərinə görə və həmçinin xalqımızın haqqını tələb edən, gənclər vasitəsi ilə yaradılıb.
23Aprel hərəkatı ölkədə öz fəaliyyətini azadlıq ,islahat və bərabər insan hüquqları nail olana qədər davam edəcək.

23 aprel logosı

23 aprel