Əlaqə
9 Eylül 2014 Salı
Xocalı soyqırımı rəsmən tanındı
Sudan Respublikasının parlamenti Xocalı soyqırımının tanınması haqqında qərar qəbul edib.
AzVision.az-ın trend-ə istinadən
verdiyi məlumata görə, bu barədə bazar ertəsi jurnalistlərə XİN-in şöbə
rəisi Hikmət Hacıyev bildirib.
O deyib ki, Sudan parlamenti öz
qərarı ilə Xocalı soyqırımını tanıyıb: “Bu sənəddə Xocalı soyqırımı
bəşəriyyətə qarşı cinayət kimi qiymətləndirilib”.
H.Hacıyev bildirib ki, Sudan
parlamentinin qərarında, həmçinin BMT Baş Assambleyasının və İslam
Əməkdaşlıq Təşkilatının Azərbaycan ərazilərinin işğalına son qoyulmasına
dair qətnamələrinin həyata keçirilməsinin vacibliyi qeyd olunub: “Qərar
Sudan parlamentinin Xarici əlaqələr komitəsi tərəfindən qəbul edilib və
bu sənəd hüquqi qüvvəyə malikdir”.
O qeyd edib ki, sənəddə Ermənistanın Azərbaycana qarşı təcavüzü pislənilib.
1992-ci il fevralın 25-dən 26-na
keçən gecə erməni işğalçı birləşmələri Xankəndidə yerləşən (o zaman
Stepanakert adlanıb) sovet qoşunlarının 366-cı motoatıcı alayı ilə birgə
hər tərəfdən mühasirəyə alınmış Xocalı şəhərini bütün növ artilleriya
sistemindən atəşə tutublar, sonra isə Dağlıq Qarabağda Xankəndinin 23
km.-də yerləşən bu şəhəri işğal ediblər.
Erməni silahlı birləşmələrinin
hücumları nəticəsində 613 adam vəhşicəsinə qətlə yetirilib, 1275 nəfər
əsir götürülüb və onların taleyi indiyədək məlum deyil. Səkkiz ailə
tamamilə məhv edilib. Qətlə yetirilənlər arasında 106 qadın, 83 uşaq, 70
qoca olub. 25 uşaq hər iki valideynini, 130 uşaq bir valideynini
itirib.
Kaydol:
Kayıt Yorumları (Atom)
23 Aprel hərəkatı
23 Aprel hərəkatı ılə tanışlıq:
23 Aprel hərəkatı qeyrətli Azərbaycan xalqının 23 aprel 2012-ci il bazar ertəsi günü geniş və sensasiyalı gecə etirazlarının dəstəkləyicisi olmuşdur və ölkə də baş verən hadisələr və hakimiyyətin qanunsuz işlərinə görə və həmçinin xalqımızın haqqını tələb edən, gənclər vasitəsi ilə yaradılıb.
23Aprel hərəkatı ölkədə öz fəaliyyətini azadlıq ,islahat və bərabər insan hüquqları nail olana qədər davam edəcək.
0 comments:
Yorum Gönder