Blog Arşivi

4 Aralık 2013 Çarşamba

Xaricə ucuz, xalqa baha

Azərbaycan benzinin 1 tonunu öz xalqına 917 manata, xaricə 765 manata satır

Hökumət nümayəndələri bəyan edir ki, benzin bizdə qonşu ölkələrdən ucuzdur deyə, onu bahalaşdırmağa məcburdurlar. Onlar söyləyir ki, xaricilər gəlib buradan benzini daha ucuz qiymətə aparırlar. Halbuki bir xaricinin gəlib bizim ölkədən benzin alıb aparması bütün hallarda Azərbaycana daha faydalıdır.

Çünki Azərbaycan hökuməti benzini xarici ölkələrə öz xalqına satdığından daha ucuz qiymətə satır. Buyurun öz gözünüzlə görün. Aİ-92 benzinini nümunə üçün götürək…

Tarif Şurasının son qiymətlərinə görə 1 litri 0,7 manat olan Aİ-92 avtomobil benzininin 1 tonu ölkəmizdə 917 manata satılır. Bu rəqəm qurumun dünənki bahalaşma qərarından götürülüb və qərardakı cədvəlin uyğun hissəsinin fotosunu yazıya əlavə edirəm. Mənbə: http://www.tariffcouncil.gov.az/?/az/resolution/view/104/.

Amma xarici ölkələrə benzinin 1 tonu 943,41 dollara satılır. Bu da edir 765 manat. Bu, ən son rəqəmdir və ARDNŞ-in saytından götürülüb və yenə də saytdan skrin-şotu – fotonu yazıya əlavə edirəm. Mənbə: http://new.socar.az/socar/az/news-and-media/news-archives/news-archives/id/6723.

Tutaq ki, bir gürcü Azərbaycana gəlib benzin alır. Bu zaman o burada öz ölkəsinə nisbətən daha ucuz benzin almış olur, amma bu halda da biz benzini həmin gürcüyə Gürcüstana satdığımızdan daha baha satmış oluruq. Yəni Azərbaycan bundan uduzmur, əksinə udur!

Milli Ordumuzun əsgəri yaralandı



Bu gün səhər saatlarında ermənilərin Xocavənd rayonunun işğal altındakı Kuropatkino kəndindən açdığı atəş nəticəsində Milli Ordumuzun əsgəri yaralanıb.
Yaralanan əsgər Şamaxı rayonundan olan Əlfi Firdovsi oğlu Muradovdur. Ayağından yaralanan əsgər dərhal ərazidəki hərbi hospitala çatdırılıb. Ona ilkin tibbi yardım göstərilib.

Asim Məmmədovun anası prokurorluqda ifadə Verdi




Samirə Məmmədova: “Mən onun öldürülməsi iddiasına şübhə edirəm”
Asim Məmmədov: “Qoyun qılım namazımı, sonra kəsin boğazımı”
Bakı Dövlət Universitetinin Şərqşünaslıq fakültəsinin ikinci kurs tələbəsi Asim Məmmədovun yas mərasimi dekabrın 3-də saat 14.00-da Əhmədli qəsəbəsi, Sarayevo 17 (“Murad” şadlıq evi ilə üzbəüz) ünvanında keçiriləcək. Bu barədə mərhum tələbənin facebook profilində məlumat yerləşdirilib.
Qeyd edək ki, Bakı Dövlət Universitetinin ikinci kurs tələbəsi, 1994-cü il təvəllüdlü Asim Vasim oğlu Məmmədovun meyiti noyabrın 25-də dənizdən tapılıb. Rəsmi məlumata görə, ilkin araşdırmalar mərhumun intihar etdiyini deməyə əsas verir. Bu versiyanı qismən də olsa mərhumun anası da təsdiqləyib. Mətbuata müsahibəsində Samirə Məmmədova oğlunun intihar etməsi versiyasına inandığını gizlətməyib. Eyni zamanda A.Məmmədovun ölümündən əvvəl Türkiyədən olan bir qızı sevdiyini, evlənmək istədiyini, ancaq qızın buna razılıq vermədiyini bildirib. Yeri gəlmişkən, Asim Məmmədov noyabrın 16-dan itkin düşüb. O da məlum olub ki, A. Məmmədov evdən çıxarkən mobil telefonunu evdə qoyub.
Ancaq dostları, tanıyanlar onun intihar etməsi faktına inanmırlar. Ortada ciddi əsaslar olmasa da, dindar, mübariz tələbənin birdən-birə özünə qəsd etməsi çoxlarında şübhə yaradıb. Qeyd edək ki, A.Məmmədov xeyli dərəcədə fəal gənclərdən olub. Bəzi saytlarda dini mövzularda məqalələr, tərcümələr edib. Bundan başqa, müxalifətin aksiyalarına qatılıb, apreldə ilahiyyatçı Taleh Bağırovun həbsinə etiraz olaraq keçirilən aksiyada həbs olunub, 10 sutka həbsdə yatıb. Oktyabrın 28-də yenə Taleh Bağırovun məhkəməsi zamanı Sabunçu Rayon Məhkəməsinin qarşısında həbs edilib və 8 saat saxlandıqdan sonra cərimələnərək buraxılıb. A.Məmmədov “Dindarlar Milli Şurayladır” qrupunun admini olub. Belə bir insanın qəflətən onunla evlənmək istəməyən qıza görə özünə qəsd etməsi haqlı olaraq şübhələr doğurub.
Bu barədə saytlarda və sosial şəbəkələrdə yayılan yazılarda əksəriyyət məhz yuxarıda sadalanan səbəblərə görə A.Məmmədovun özünə qəsd etməsinə inanmadığını bildirir. Yeri gəlmişkən, Səbayel Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125 (özünü öldürmə həddinə) çatdırma maddəsi ilə cinayət işi başlanıb.

23 Aprel hərəkatı


23 Aprel hərəkatı ılə tanışlıq:
23 Aprel hərəkatı qeyrətli Azərbaycan xalqının 23 aprel 2012-ci il bazar ertəsi günü geniş və sensasiyalı gecə etirazlarının dəstəkləyicisi olmuşdur və ölkə də baş verən hadisələr və hakimiyyətin qanunsuz işlərinə görə və həmçinin xalqımızın haqqını tələb edən, gənclər vasitəsi ilə yaradılıb.
23Aprel hərəkatı ölkədə öz fəaliyyətini azadlıq ,islahat və bərabər insan hüquqları nail olana qədər davam edəcək.

23 aprel logosı

23 aprel