Blog Arşivi

17 Mayıs 2014 Cumartesi

İslamçılara Qarşı Təzyiqlər Davam Edir

Bakı rejimi İslam Partiyasının Lideri Doktor Mövsüm Səmədovu bir daha karsa saldı
Azərbaycan İslam Partiyasının sədri Mövsüm Səmədov mövcud rejim tərəfindən karsa salınıb

Azərbaycan İslam Partiyasının Lideri Mövsüm Səmədovun yaxınları bildirib ki, Mübariz Ruhani, İlahi Əxlaqi Dəyərlərə malik olan Mövsüm Səmədov bir daha karsa salınıb.

Partiya sədrinin hansı səbəbdən və neçə günlüyə “kars”a salınması ilə bağlı məlumat verilməyib.

Mövsüm Səmədovun vəkili Anar Qasımlı ilə əlaqə saxlayarkən o, bu barədə məlumatsız olduğunu, sabah müvəkkili ilə görüşüb məsələyə aydınlıq gətirəcəyini deyib.

Qeyd edək ki, AİP sədri Hacı Mövsüm Səmədov 2011-ci ilin yanvarında hakimiyyətə qarşı etdiyi çıxışından sonra bilafasilə ŞƏRLƏNƏRƏK həbsə salınıb. Belə ki, o saxta ittihamlarla- hakimiyyəti zorla ələ keçirmə cəhdi və başqa ağır cinayətlərdə təqsirli bilinərək 12 il müddətinə azadlıqdan məhrum olunub. Hal-hazırda Hacı Bakıdakı 11 saylı Cəzaçəkmə Müəssisəsində saxlanır.

“Azad et” mitinqinə 30 min nəfər dəvət olunub

Mayın 18-də mitinq keçiriləcək

Azad et” mitinqinə 30 min nəfər dəvət olunub

Altı qurumun (Müsavat Partiyası, Azərbaycan Xalq Cəbhəsi Partiyası, Vətəndaş Həmrəyliyi Partiyası, “Nida” Vətəndaş Hərəkatı, “Azad Gənclik” Təşkilatı və REAL Hərəkatı) adından Bakı Şəhər İcra Hakimiyyətinə yazılı müraciət göndərilib.

Mitinq müraciətinə imzan atan Müsavat Gənclər Təşkilatının sədri Əhliman Abbas mayın 14-də “Media forum” saytına açıqlama verib. Onun sözlərinə görə, mayın 12-də göndərilən müraciətdə Bakı Şəhər İcra Hakimiyyətindən mitinqə Bakının Yasamal rayonun yerləşən “Məhsul” stadionunda yer ayırmaq xahiş edilib.

Əhliman Abbas deyib ki, mitinq əsasən siyasi məhbusların müdafiəsinə yönələcək: “Aksiya “Azad et” şüarı ilə keçiriləcək. Mitinqin detallarını təşkilatçılar birgə müəyyən edəcək. Müsavat Gənclər Təşkilatının mövqeyi çıxışlar zamanı daha çox gənclərə üstünlük verilməsidir”.

“Media forum” saytının məlumatına görə, “Facebook” sosial şəbəkəsində “Azad et” adlı səhifə yaradılıb. Səhifə vasitəsilə otuz minə yaxın insana mitinqə gəlməsi üçün dəvət göndərilib, mayın 14-nə qədər minə yaxın insan mitinqə qatılacağını bildirib.

nurçu yurdu bağlanır

Bakıdakı nurçu yurdu bağlanır

Bakıdakı nurçu yurdu bağlanır

- Azərbaycan Təhsil Nazirliyi Bakıda Fətullah Gülən camaatına aid oluduğu bildirilən "Damla" yataqxanasının icarə müqaviləsini dayandırır.

Bu, Təhsil Nazirliyinin istedadlı tələbələrin seçilərək xüsusi kurslarda təhsil almasını nəzərdə tutan proqramı ilə bağlıdır.

Nazirliyin əməkdaşı Yaqub Piriyevin dediyinə görə, "Sabah" adı verilən yeni proqram 300 istedadlı tələbənin seçilməsini nəzərdə tutur.

"Maddi vəziyyəti pis olan tələbələrin yataqxana və yemək ehtiyacı dövlət tərəfindən ödəniləcək. Bu gün bir çox universitetin yataqxanası yoxdur. Lakin Memarlıq və İnşaat Universitetinə aid "Damla" yataqxanası Təhsil Nazirliyinin nəzdindədir. Qarşıdan gələn dövrdə “Sabah” proqramına daxil edilən 300 tələbə o binaya yerləşdiriləcək", - deyə Yaqub Piriyev vurğulayıb.

Qeyd edək ki, "Damla" yataqxanası son 15 ildir ki, Fətullah Gülən camaatının nəzarətindədir

Azərbaycanın saxta “xəstəlik” diaqnozu

ötən həftə tanınmış türk cərrah-onkoloqu Həmid Köçer Azərbaycanda səhiyyə xidmətinin keyfiyyəti barədə mətbuata şok açıqlama verdi. Bakıda üzləşdiyi təzyiqlərə dözməyib də ölkəsinə yollanan türkiyəli tibb mütəxəssisi müsahibəsində ölkəmizdə yanlış şiş diaqnozu qoyulan insanların necə xərcə-borca, lüzumsuz stress-iztiraba salınmasına, həkim deontologiyasının pozulmasına, milli təbabətimizdəki “bespredel”ə toxunmuşdu - həm də tutarlı faktlar gətirərək.

Oxucular bizimlə razılaşar yəqin, son vaxtlar bu cür faktların, həkim səhlənkarlığının (səhlənkarlığınınmı?) qurbanlarının sayı xeyli artıb. Baxırsan ki, sap-sağlam, cavan insanlar durduqları yerdə “həkim” tamahkarlığının və savadsızlığının badına gedir, qəfil əcələ tuş gəlirlər. Yan-yörəsinə nəzər salan hər kəs ən azı, bir belə acı nümunə tapa bilər.

Biri elə jurnalist həmkarımız Mahal İsmayıloğlu. Ona Bakıda böyrəyin bəd xassəli şişi diaqnozu qoysalar da, Türkiyədə bunun tam yalan olduğu üzə çıxmadımı? Yaxud yaxınlarda 19 yaşlı gənc qız - Nərmin Həsənli xərçəng xəstəsi ola-ola yanlış müalicə alması və vaxtı ötürməsi üzündən həyatını itirmədimi?

* * *

“Yeni Müsavat” qəzeti olaraq bu qəbildən şikayətləri,...

Suriyadan "Nusra cəbhəsi" terrorçu qruplaşmasının terrorçuları Livana daxil olublar

"Hizbullah" əsgərləri Livana daxil olan "Nusra" terrorçularını məhv etdi

Suriyadan "Nusra cəbhəsi" terrorçu qruplaşmasının 40 döyüşçüsü Livana daxil olub.Suriyadan Livan ərazisinə keçən kimi kəşfiyyatçılar məlumatı "Hizbullah"a ötürüb.Avtomobillərə quraşdırılmış pulemyotlar, tam silahlı olan terrorçular Livanın ərazisində "Hizbullah" tərəfindən saxlanılır və

silahlı qarşıdurma baş verir. Nəticədə Livan "Hizbullah"ı qruplaşmanın bütün üzvlərini məhv edir.

Hadisənin bir həftə əvvəl baş verdiyi və bu ərazinin əhalisinin bu faktı təsdiqlədiyi önə çəkilir.

Bu xəbər ilk dəfə Livanın "Al-Hadath News" portalı tərəfindən yayımlanıb.

Barak Obamanın Ukraynaya girişinə qadağa qoyuldu

Barak Obamanın Ukraynaya girişinə qadağa qoyuldu

Rusiya tərəfdarı separatçıların yaratdığı "Donetsk Respublikası" bölgədə keçirilən referendumun ardından fəaliyyətə başlayıb.separatçılar öncə Qərbin bir sıra səlahiyyətli şəxslərinin bölgəyə girişinə qadağa qoyub

Separatçıların Donetski müstəqil respublika elan etdikdən sonra bölgəyə girişinə qadağa qoyduğu şəxslər bunlardır:

ABŞ Prezidenti Barak Obama, Almaniya Baş naziri Angela Merkel, İngiltərə Baş naziri Devid Kameron və Avropa Birliyi Xarici İşlər və Təhlükəsizlik məsələləri üzrə nümayəndəsi Ketrin Eşton.

Rusiya tərəfdarı olan separatçılar bazar günü keçirdikləri referendumdan sonra müstəqillik əldə edən şərq bölgələrini də vahid torpaq halında "birləşdirib".

Xatırladaq ki, "Donetsk Respublikası"nın liderlərindən Denis Puşilin açıqlamasında Donetsk və Luqanskın ortaq hərəkət edəcəyini qeyd etmişdi.

Ukraynada döyüşən 400 ABŞ əsgəri haqda

ABŞ təhlükəsizlik şirkəti “Blackwater”in davamı olan “Akademi”yə bağlı muzdlu əsgərlərin Ukraynanın şərqində rus separatçılarına qarşı döyüşməsi haqda iddia irəli sürülmüşdü. Bildirilirdi ki, “Akademi”yə bağlı 400 muzdlu əsgər partizan əməliyyatlarını idarə edir.

Almaniyanın həftəlik “Bild am Sonntag” qəzeti mövzuyla bağlı məlumatı Alman xarici kəşfiyyat təşkilatı BND-dən əldə etdiyini bildirir.

xəbərdə Ukraynada təxminən 400 Amerikan muzdlu əsgərin rus aktivislərinə qarşı əməliyyata hazır olduğu bildirilir.

Qəzetdə qeyd olunur ki,...

23 Aprel hərəkatı


23 Aprel hərəkatı ılə tanışlıq:
23 Aprel hərəkatı qeyrətli Azərbaycan xalqının 23 aprel 2012-ci il bazar ertəsi günü geniş və sensasiyalı gecə etirazlarının dəstəkləyicisi olmuşdur və ölkə də baş verən hadisələr və hakimiyyətin qanunsuz işlərinə görə və həmçinin xalqımızın haqqını tələb edən, gənclər vasitəsi ilə yaradılıb.
23Aprel hərəkatı ölkədə öz fəaliyyətini azadlıq ,islahat və bərabər insan hüquqları nail olana qədər davam edəcək.

23 aprel logosı

23 aprel