Əlaqə
Blog Arşivi
-
2014
(270)
- Eylül(2)
- Ağustos(20)
- Temmuz(25)
- Haziran(7)
- Mayıs(46)
- Nisan(44)
-
Mart(30)
- Mar 12(1)
- Mar 11(3)
- Mar 09(4)
- Mar 08(4)
- Mar 05(2)
- Mar 04(6)
- Mar 03(1)
-
Mar 01(9)
- Növbədənkənar həbs kampaniyası
- Diktatorların əsl üzü
- “Sovetksi” sakinlərinin hökumətə verdiyi vaxt bitir
- Səddam Hüseyn yadınızdadımı?
- “Xruşşovka”lar da söküləcək
- Azərbaycanın xarici borcu 4.7 milyard manatı aşıb
- Elnur Aslanov da barəsindəki "nurçu" iddiası barəd...
- İki ayda 12 hərbçi itirmişik
- İmadəddin Nəsiminin məzarı Suriyada terrorçu vəhab...
- Şubat(45)
- Ocak(51)
- 2013 (363)
1 Mart 2014 Cumartesi
Səddam Hüseyn yadınızdadımı?
Ukraynada inqilabdan sonra etirazçılara divan tutan “Berkut”çuların diz
çökdürülməsi mənzərəsi inzibati zülm altında inləyən azərbaycanlıların
ürəyinə məlhəm kimi yaxılmaqdadır.
Biz bütün tiran-dikatorlar və onların qul-qaravaşları kimi
Ukraynadakı “Berkut”ların da qorxaq dovşanlar olduğuna şahidlik etdik.
Səddam Hüseyn yadınızdadımı? Keçirdiyi paradlarda kütlənin gözü
önündə havaya silahdan güllə atar, özünü qəhrəman kimi göstərərdi.
Fəqət, gizləndiyi kanalizasiyada onu çox alçaldığı vəziyyətdə həbs
edəndə o “millət qəhrəman”ın miskinliyi göz çıxarırdı. Səddamın qüruru
olmadı ki, ABŞ əsgərlərinə müqavimət göstərmək bir yana, heç olmasa,
əlindəki silahla özünə qıysın.
Belə nümunələr çoxdu.
Kimsə çox düzgün olaraq, tiranları şir belinə minən qorxaqlara
oxşatmışdı. Şirdən (hakimiyyətdən) düşəndə onlar canlarını qoymağa yer
axtarırlar.
Indi gəlirik “Berkut”dan alınan ibrətlərə.
Sizin gümanınız var ki, bu hadisə Azərbaycanda uzun illərdir qız,
qadın, uşaq,...
qoca demədən dinc etirazçıları qanına bələyən polislər üçün dərs olacaq?
qoca demədən dinc etirazçıları qanına bələyən polislər üçün dərs olacaq?
Təki belə olsun, ancaq mən hədsiz bədgümanam.
Xatırlaya bilirsinizsə, qırğızların keçənlərdə hansısa inqilabında
(zalım uşağı qırğızlar bizim üstümüzə artıq neçə inqilab ediblərsə, say
hesabı da itib) daxili işlər nazirini əzilmiş pomidora döndərmişdilər.
Qırğız nazirin al qan içində fotosunu bizim qəzetlər təsirli məqalələrin
müşayiətilə az-çox yayımladılar. Ancaq nəticə varmı?
Azərbaycan polisi qana boyanıb, sürüdülən həmkarlarından ibrət
götürməyibsə, kütlə önündə diz çökmə onları çətin həyəcanlandırsın.
Bizim ölkədə vəziyyət elədir ki, hətta sivil işdə çalışanlar belə, bəzən
bu və başqa səbəbdən müdir, katib qarşısında gündə də olmasa, həftədə
bir neçə dəfə diz çöküb, baş əyir. Belələri, “qoy olsun bu diz çökmənin
biri də ictimai formada, canım çıxmayacaq ki” deyib asanlıqla
vicdanlarını sakitləşdirə bilərlər.
Bu cür hadisələr hikmətdən də məhrum deyil. Sanki tiranlar və onların
buyruqçuları bədbəxt sonluğa məhkumdular. Onların alın yazısımı deyək,
beyinlərimi deyək, hər nədirsə, elə kodlaşıb ki, kəllələrin mütləq
gec-tez çomağa sürtməlidilər.
Əlbəttə, bu, çox ağır, düşmən üçün də arzulanası hal deyil. Polis
bizim ölkəyə göydən zənbillə enməyib. Onlar da bizim böyür-başımızdan
çıxan insanlardı, kimisə əmimizdi, kimisi dayımız, bəlkə də atamız və s.
Onlar da faciə qurbanlarıdır. Bu gün hansısa məclisdə onlar parlaq
mundirlərilə öyünə, ətrafa təşəxxüs sata bilirlər. Ancaq onların
dərrakəliləri özlərinə hesab verərək, polisin üzə durmasının, evyıxanlıq
etməsinin, işgəncələrinin pis, yaramaz hal olduğunu təsdiqləyir, bəlkə
buna görə vicdan əzabı da çəkirlər. Hətta bəlkə şəkərə də ürcah olurlar
və belə həyatın heç də fəxarətli olmadığına şəhadət gətirirlər.
Mənə çox inandığım bir dostum nəql etmişdi.
Keçənlərdə o, böyük bir rayonun polis rəisinin qəbulunda olub. Dostum
şikayətçi imiş, ordan-burdan, haqsızlığın ərşə dirənməsindən danışıb.
Söhbətin gedişində rəis qayıdıb ki, filankəs, bilirsən, mənim ən böyük
arzum nədir? “Yox” cavabı verən dostuma deyib: “Bu dəqiqə bu paqonları
da, kreslonu da tullamağa hazıram. Çox istərdim ki, günə 30 manat
gəlirim olsun, yarısını verim evə, yarısına da benzin vurum maşına,
düşüm çöllərin canına, balıq tutum, quş vurum, şor-çörəklə keçinim”.
Bəli, belə nümunələr var. Ancaq bizim polisin xeyli hissəsi ölkədə,
dünyada baş verənlərdən xəbərsizdir. Onlardan yüksək ziyalılıq, vətəndaş
mövqeyi gözləməyə dəyməz.
Isa Qəmbərə minlərlə adamın arasında “tutub sənin barmağını qıraram”
deyən şəxs indi polisdə yüksək vəzifə tutursa, biz polisimizin mənəvi
kamilliyindən uca səslə danışa bilmərik.
Polisə imkan verək, özləri öz qayğılarına qalsınlar. Dəyişiklik
istəyən qüvvə isə birinci özünü, öz inkişafını düşünməlidir. Etirazçı
təbəqə elə güclü ola bilər ki, nə polisin diz çökməyinə gərək qalar, nə
də qan-qadaya.
Tiranların dizinin yerə gəlməsinin birinci şərti sürünən xalqın ayağa qalxmasıdır.
Kaydol:
Kayıt Yorumları (Atom)
23 Aprel hərəkatı
23 Aprel hərəkatı ılə tanışlıq:
23 Aprel hərəkatı qeyrətli Azərbaycan xalqının 23 aprel 2012-ci il bazar ertəsi günü geniş və sensasiyalı gecə etirazlarının dəstəkləyicisi olmuşdur və ölkə də baş verən hadisələr və hakimiyyətin qanunsuz işlərinə görə və həmçinin xalqımızın haqqını tələb edən, gənclər vasitəsi ilə yaradılıb.
23Aprel hərəkatı ölkədə öz fəaliyyətini azadlıq ,islahat və bərabər insan hüquqları nail olana qədər davam edəcək.
0 comments:
Yorum Gönder