Blog Arşivi

24 Temmuz 2013 Çarşamba

Ramazan ayı

mübarək Ramazan ayın ( Allahın gonağlığ ayı ) bütün müsəlmanlara təbrik edirik.

Mingəçevirdə məcburi köçkünlərin həyatı təhlükədə

Hər an uça biləcək binada məskunlaşmış vətəndaşların harayına isə heç bir dövlət strukturu səs vermir
200 nəfər məcburi köçkün, eləcə də onlara sığınacaq vermiş sahibkarlar Mübariz Abbasov və Ramiz Məmmədov “Insan Hüquqları üzrə Maarifləndirmə” Ictimai Birliyinə müraciət edib. Onlar bildiriblər ki, məcburi köçkünlər 1990-cı ildən Mingəçevir şəhərində "Mingəçevir Təmir-Tikinti" MMC-nin “Qonaq evi”ndə və Idarə binasında məskunlaşıblar.
Onların sığındığı həmin binalarda uzun illərdir ki, heç bir təmir-tikinti işləri aparılmadığından kanalizasiya, su, işıq və elektrik xətləri yararsız vəziyyətə düşüb. Bu səbəbdən xətlərdə tez-tez qəzalar baş verir. 2011-ci ildən isə kommunal xətlər, hətta kanalizasiya xətti belə, sıradan çıxıb, binaların zirzəmisi çirkab sularla dolub. Bu suların aylarla təmizlənməməsi nəticəsində binanı bürümüş pis qoxu ağcaqanadların, cürbəcür həşəratların artmasına, nəticədə binada dözülməz vəziyyətin yaranmasına, infeksion xəstəliklərin sürətlə çoxalmasına səbəb olub. Binanın divarlarında, örtük panellərində böyük çatlar əmələ gəlib.
Bu da həmin binalara sığınmış məcburi köçkünlərin həyatı üçün ciddi, ölümcül təhlükə yaradır.
“Mingəçevir Təmir Tikinti” MMCÿbalansında olan həmin binalarda 200 məcburi köçkün ailəsini təmənnasız məskunlaşdırıb. Binaların cari təmirini də, kommunal xidmətlər və bu xidmətləri göstərən işçilərin əmək haqlarını, kirayə haqlarını 2000-ci ilədək müəssisə ödəyib. Lakin son illərdə müəssisədə vəsait olmadığından binanın təmir-tikinti işləri, kommunal xidmətlər göstərən işçilərin əmək haqlarının ödənilməsi dayandırılıb. Hazırda məcburi köçkünlər yaşayan binada ÿhər an çökməÿ təhlükəsi artır vəÿbuna görə ÿdövlət ÿməsuliyyət daşıyır.
Məcburi köçkünlər, eləcə də onlara sığınacaq vermiş sahibkarlarÿ deyir ki, “QaçqınKom”dan tutmuş, Prezident Administrasiyasına qədər ən müxtəlif dövlət strukturlarına dəfələrlə müraciət etsələr də, problemə əhəmiyyət verən olmayıb.
“Insan Hüquqları üzrə Maarifləndirmə” Ictimai Birliyinin rəhbəri, hüquq müdafiəçisi Iradə Cavadova deyir ki, Qaçqınlar vəÿ Məcburi Köçkünlərin Işləri üzrə Dövlət Komitəsinin Əsasnaməsinin 1-ci maddəsindəÿbu qurumun yaradılmasının məqsədi və vəzifələri öz əksini tapıb. Orada göstərilib ki, qurumun yaranma məqsədləri və ÿəsas vəzifələrindən biri qaçqın vəÿ məcburi köçkünlərin qarşılaşdıqları problemlərin, o cümlədən mənzil-məişət şəraitilə ÿbağlıÿ problemlərin həlli sahəsində dövlət siyasətini həyata keçirməkdir. Amma digər dövlət strukturları kimi bu komitə də üzərinə düşən vəzifəni yerinə yetirmək istəmir: “Iqtisadi Inkişaf Nazirliyi başda olmaqla, yerli vəÿmərkəzi icra hakimiyyəti orqanlarının da ümdəÿ vəzifələrindəndir ki, sahibkarlara problemlərinin həllində ÿdəstək olsunlar. Lakin binanın mülkiyyətçisi olan sahibkarlar Mübariz Abbasovÿvə Ramiz Məmmədova indiyəÿqədər heç bir kömək göstərilmir, məcburi köçkünləri hər gün daha da yaxınlaşan faciədən qorumaq üçün heç bir addım atılmır”.
Iradəÿ Cavadova özü də həyatı təhlükə altında olan məcburi köçkünlərlə bağlı zəruri tədbirlərin görülməsi üçün Qaçqınlar və Məcburi Köçkünlərin Işləri üzrə Dövlət Komitəsinə müraciət edib. Lakin nə onun, nə də məcburi köçkünlərin, sahibkarların müraciətlərinə heç bir cavab verilməyib.
“Konstitusiyanın 12-ci maddəsinə ÿgörə,ÿinsanların layiqli həyat şəraitinin vəÿrifah səviyyəsinin təmin olunması, mənzil-məişət şəraitinin yaxşılaşdırılması,ÿhəmçinin 43-cü maddəyəÿ əsasən,ÿyaşayış binalarının və ÿevlərin tikintisinə ÿrəvac vermək,ÿinsanların mənzil hüququnu gerçəkləşdirmək,ÿyoxsulluğun azaldılması dövlətin vəzifəsidir. Bu mənada, cavabdeh orqanlardan ÿməcburi köçkünlərin məskunlaşdığı ”Mingəçevir Təmir-Tikinti" MMC-nin “Qonaq evi”ndə vəÿ Idarə ÿbinasında təmir-tikinti işlərinin aparılması üçün tədbirlərin görülməsini tələb etmək vətəndaşların hüququdur. Dövlət məmurunun borcu isə vətəndaşların qanuni tələblərini yerinə yetirməkdir.
Bundan əlavə, “Vətəndaşlarınÿ müraciətlərinəÿ baxılması haqqında” qanunvericilikdə bunun üçün qısa müddət müəyyənÿolunsa da, sahibkarlarÿMübariz Abbasov və Ramiz Məmmədovun, eləcə də məcburi köçkünlərin özlərinin şikayət və ÿərizələrinə heç bir cavab verilməməsi, bununla da açıq-aşkar laqeydlik nümayiş etdirilməsi yolverilməzdir", - deyə Iradə Cavadova vurğulayıb.

Dövlət müəssisələri Azərbaycan büdcəsinə niyə borclanırlar?


Vüqar Bayramov: “Bəzi hallarda borcların silinməsi iri müəssisələrin arxayınçılığına şərait yaradır”
Ölkədə vergilərin toplanması ilə bağlı problemlər davam etməkdədir. İri vergi ödəyiciləri dövlət büdcəsinə külli miqdarda borcludur. "Azərenerji" ASC, "Azərkimya" Dövlət Şirkəti, "Azərsu" ASC, "AZAL", Xəzər Dəniz Gəmiçiliyi, "Azərbaycan Dəmir Yolları", Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi, Dövlət Neft Şirkəti bu sıradandır. Hesablama Palatasının son rəqəmlərinə görə, təkcə 2008-ci ilin 1-ci yarısında vergi borclarının ümumi məbləği 3 milyard manat təşkil edib. 2009-cu ildə bu rəqəm 4 milyard manat idisə, son bir il yarımda rəqəm 1 milyard manat artıb. Hazırda bir sıra iqtisadi qurumların, iri şirkətlərin dövlət büdcəsinə vergi borcu 5 milyard manatı keçib. Sözü gedən problemlərlə bağlı FaktXeber.com-a açıqlama verən iqtisadçı-ekspert Vüqar Bayramov bildirdi ki, bu sahədə iri borclanmalar daha çox dövlət müəssisələrində müşahidə edilir. Qarşılıqlı və dövlət büdcəsinə olan borcların artmasının müşahidə edildiyini bildirən ekspert, “Azərbaycanda dövlət büdcəsinə olan borcların silinməsi bir neçə dəfə həyata keçirildi. Bu prosedur sözü gedən dövlət müəssisələrinin borclanmasının azalmasına şərait yaratmadı. Təəssüf ki, borclar yenidən artdı və yenidən həmin borcların silinməsi ilə bağlı qərara qəbul edildi”, - deyə bildirdi: “Bu əslində onu göstərir ki, borcların silinməsi mexanizmi hələlik praktiki olaraq effektiv deyil. Bəzi hallarda borcların silinməsi iri müəssisələrin arxayınçılığına şərait yaradır. Şirkətlərin bir qismi kommunal öhdəliklərini yerinə yetirə bilmirlər. Bura xüsusilə qaz, su və elektrik borcları daxildir. Vaxtlı-vaxtında borcların ödənməməsi iri borclara şərait yaradır.”
 
Müsahib onu da bildirdi ki, hazırda yeni mexanizmin tətbiqinə ehtiyac var: ”İlk öncə borcların çoxalması ilə bağlı məsuliyyət artırılmalıdır. Müəssisələrin borclarının artmasına baxmayaraq onlar heç bir məsuliyyət daşımırlar. O, baxımdan məsuliyyətin artırılmasına ehtiyac var. Məsuliyyətin artırılması eyni zamanda gücləndirilmiş nəzarət mexanizmi ilə birgə həyata keçirilməlidir. Yeni mexanizm praktiki olaraq standart xidmətlərə görə şirkətlərin öhdəliklərinin artırılması və müəyyən edilməsi istiqamətində olmalıdır. Ona görə də öhdəliklərin müəyyən edilməsi olduqca vacibdir. Öhdəliklər müəyyən edilmədən və öhdəliklərə görə məsuliyyət artırmadan problemin qarşısını almaq mümkün deyil.“
 

Azərbaycan hökuməti saxta narkotik ittihamları ilə siyasi fəalları susdurur


Human Rights Watch təşkilatının mayın 27-də yaydığı bəyanatda bildirir ki, Azərbaycan hökuməti şübhəli narkotik saxlama ittihamlarından istifadə etməklə onu tənqid edən siyasi fəalları susdurur.
Qurum son vaxtlar dörd fəalın həbsiylə bağlı araşdırma apardığını, onlardan üçünün polisdə pis rəftarla üzləşdiyini bəyan edir.
Təşkilatın Cənubi Qafqaz üzrə baş tədqiqatçısı Giorgi Gogia deyib: «Hökuməti tənqid edənlərin saxta narkotik ittihamları ilə üzləşməsi əslində yeni hal deyil. Amma son vaxtlarda baş verən hallar, xüsusilə seçkilər yaxınlaşdıqca hökumətin tənqidçilərə qarşı apardığı kampaniyanın tərkib hissəsidir. Bu həbslər və döyülmə halları ciddi fəaliyyətlə məşğul olmaq istəyən insanlara çox açıq xəbərdarlıq siqnalı verir».
Human Rights Watch bildirir ki, Azərbaycan hökuməti saxlanma yerlərində baş vermiş pis rəftar iddiaları ilə bağlı dərhal tərəfsiz və səmərəli araşdırmaya başlamalı, qaldırılan ittihamların həqiqiliyinin müstəqil şəkildə qiymətləndirilməsinə qədər fəallar azadlığa buraxılmalıdır:
«Həbs olunan bu şəxslərin saxlandıqları təcridxanada açıq-aydın daha pis rəftarla üzləşmək riski var. Hökumət, həbs olunan şəxslərin pis rəftara məruz qalmalarıyla bağlı iddiaları dərhal araşdırmalı, onların öz vəkilləri ilə və eləcədə də müstəqil həkimlər ilə maneəsiz görüşlərinə imkan yaratmalıdır», deyə Gogia bildirib.

«ƏRƏB BAHARI»NDAN SONRA BAŞLAYAN HÜCUM...
Təşkilat hesab edir ki, dörd fəalın həbsi ölkədəki vətəndaş cəmiyyətinə qarşı «Ərəb Baharı»ndan sonra başlayan hücumun bir hissəsidir və prezident seçkiləri yaxınlaşdıqca daha da intensivləşir.  
HRW yada salır ki, son iki ildə Azərbaycan hökuməti onlarla fəalı, jurnalisti və hüquq müdafiəçisini şübhəli ittihamlarla və ya heç bir dəlil olmadan həbs edib. Onlara qarşı narkotik, silah saxlama, xuliqanlıq və ya ictimai asayişi pozmaq kimi müxtəlif ittihamlar irəli sürüb. 2011-ci ilin avqustundan 2012-ci ilin mayı arasındakı dövrdə polis ən azı 5 jurnalist və hüquq müdafiəçisinə qarşı saxta narkotik saxlama ittihamları irəli sürərək həbs edib.
- 9 may tarixində həbs olunaraq və  sonra pis rəftara məruz qalan 31 yaşlı tanınmış bloqqer, Facebook və digər sosial şəbəkələrdə Azərbaycan hökumətini kəskin tənqid edən Rəşad Ramazanov (Rəşad Həqiqət Ağaəddin).
- Oxuduğu xütbədə Azərbaycan hökumətini və xüsusilə prezident İlham Əliyevi kəskin tənqid edəndən az sonra, martın 31-də həbs olunan və sonradan pis rəftara məruz qalan 29 yaşlı ilahiyyatçı və fəal Taleh Bağırov;
- 26 mart tarixində Azərbaycan Xalq Cəbhəsi Partiyasının 22 yaşlı fəalı Daşqın Məlikov Facebook və digər sosial şəbəkələrdə hökuməti tənqid edən yazılarından sonra həbs olunub.
- NİDA gənclər hərəkatının 21 yaşlı fəalı Məhəmməd Əzizov mart ayının 7-də həbs olunmuş və sonradan pis rəftara məruz qalıb.

NARKOTİK SAXLAMA İLƏ TƏQSİRLƏNDİRİLƏNLƏR
Human Rights Watch bildirir ki, fəallar saxlanıldıqdan sonra polis onların üzərində az miqdarda narkotik tapdığını iddia edərək narkotik saxlama ittiham irəli sürüb:
«Polisin bildirdiyinə görə, həbs olunanların üzərində polis idarəsində aparılan axtarışda narkotik vasitə onların ciblərində, pulqabında və ya həbs olunan Əzizovun işində isə onun evində aparılan axtarış zamanı aşkar edilib. Bu axtarışların heç birində həbs olunanların vəkilləri orada olmayıb və hətta həbsdən bir neçə gün sonra hüquqlarını müdafiə etdikləri şəxslərlə görüşə bilməyiblər».  
Human Rights Watch yada salır ki, günahlandırılan şəxsin vəkillə əlaqə qurmasına imkan yaradılmaması Mülki və Siyasi Hüquqlar üzrə Beynəlxalq Paktın və İnsan Hüquq və Azadlıqları üzrə Avropa Konvensiyasının müvafiq maddələrinin birbaşa pozulmasıdır. Azərbaycan hər iki bu beynəlxalq müqavilələrin tərəfdaşıdır. Saxlanma yerlərində pis rəftara məruz qalma həm bu iki beynəlxalq sənədə və həm də beynəlxalq hüquqi qaydaya əsasən birmənalı şəkildə qadağan edilir.

23 Aprel hərəkatı


23 Aprel hərəkatı ılə tanışlıq:
23 Aprel hərəkatı qeyrətli Azərbaycan xalqının 23 aprel 2012-ci il bazar ertəsi günü geniş və sensasiyalı gecə etirazlarının dəstəkləyicisi olmuşdur və ölkə də baş verən hadisələr və hakimiyyətin qanunsuz işlərinə görə və həmçinin xalqımızın haqqını tələb edən, gənclər vasitəsi ilə yaradılıb.
23Aprel hərəkatı ölkədə öz fəaliyyətini azadlıq ,islahat və bərabər insan hüquqları nail olana qədər davam edəcək.

23 aprel logosı

23 aprel