Blog Arşivi

18 Şubat 2013 Pazartesi

Evləri sökülən köçkünlər aksiyaya hazırlaşır




Binəqədi rayonunda - “Motodrom”un ətrafındakı yaşayış massivində ev sökmə prosesi artıq dayandırılıb.Qeyd edək ki, bu ətrafdakı yaşayış evlərinin söküntüsü ilə bağlı yanarmış problemin bir hissəsi artıq öz həllini tapıb.

Vaxtı ilə tikinti gedən ərazidə evləri olan paytaxt sakinlərinə Mehdiabad qəsəbəsindəki yeni binalardan ev verilib.

Konkret olaraq “Avtovağzal” metro stansiyasının tikintisi ilə bağlı indiyə kimi 12 məcburi köçkün ailəsi köçürülüb. Köçürülmə prosesi mərhələli şəkildə həyata keçirilib və tikinti üçün lazım olan yerdəki evlər söküldükdən sonra ərazi hasara alınıb. Yeni stansiyanın isə bu il istifadəyə veriləcəyi gözlənilir.
Amma sakinlərin sözlərinə görə, tikinti gedən ərazinin digər hissəsində evlərin söküntüsü ilə bağlı problem hələ də qalmaqdadır. Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi tərəfindən zorla ərazidən köçürüldüklərini deyən sakinlər Mehdiabad qəsəbəsində onlara verilən evlərdən narazıdırlar. Qaçqın və məcburi köçkünlər üçün tikilən binanın zirzəmisinə yerləşdirildiklərini deyən sakinlər bildirdilər ki, fevralın 15-də “Qaçqınkom”da baş tutan görüşün bir nəticəsi olmayıb.

Faiq Məmmədov adlı məcburi köçkün deyir ki, “Qaçqınkom” rəhbərliyi hələ də onlara quru vədlər verməklə məşğuldur: “Aksiya keçirib, yolu bağlayandan sonra həmişə olduğu kimi görüntü yaratmaq xətrinə bir-iki nümayəndəmizi qəbul edib, problemin yaxın günlərdə həll olunacağını bildirdilər”.
Narazı sakinlər bildirdilər ki, gələn həftə problemləri ilə bağlı yenidən “Qaçqınkom” qarşısında aksiya keçirməyi planlaşdırırlar.
Qeyd edək ki, Bakı Metropoliteninin stansiyalarının sayı 2035-ci ilə qədər 3 dəfə çoxalacaq. Metropolitenin perspektiv inkişaf planına görə, yaxın 25 ildə stansiyaların sayı 68-ə, 2040-cı ilədək 70-ə çatdırılması planlaşdırılır. Bu, paytaxtın mərkəzi hissələrinin tamamilə, şəhərin ətraf ərazilərinin isə qismən metro xətti ilə əhatə olunması deməkdir.

23 Aprel hərəkatı


23 Aprel hərəkatı ılə tanışlıq:
23 Aprel hərəkatı qeyrətli Azərbaycan xalqının 23 aprel 2012-ci il bazar ertəsi günü geniş və sensasiyalı gecə etirazlarının dəstəkləyicisi olmuşdur və ölkə də baş verən hadisələr və hakimiyyətin qanunsuz işlərinə görə və həmçinin xalqımızın haqqını tələb edən, gənclər vasitəsi ilə yaradılıb.
23Aprel hərəkatı ölkədə öz fəaliyyətini azadlıq ,islahat və bərabər insan hüquqları nail olana qədər davam edəcək.

23 aprel logosı

23 aprel