Blog Arşivi

12 Mayıs 2014 Pazartesi

Fransa və Azərbaycan: Leyla Yunus Fransa prezidenti ilə harada görüşəcəyini açıqladı

Bu haqda xəbəri Leyla Yunus Fransa Beynəlxalq Radiosuna deyib

Bakıda səfərdə olan Fransa prezidenti Fransua Ollandın Sülh və Demokratiya İnstitutunun direktoru, ermənilərin xeyrinə casusluqla bağlı qaldırılmış cinayət işində adı keçən Leyla Yunusla harada və nə vaxt görüşəcəyi açıqlanıb.

Bu haqda xəbəri Leyla Yunus Fransa Beynəlxalq Radiosuna (Radio France İnternational-RFİ) deyib.

Əslində Leyla Yunusla görüş Fransua Ollandın rəsmi səfər proqramına daxil edilməyib. Və son ana qədər Leyla Yunusun F.Ollandla görüşüb-görüşməyəcəyi dəqiq deyildi.

Lakin Leyla Yunus RFİ-yə açıqlamasında deyib ki, görüş sabah - mayın 12-də günorta Fransa səfirliyinin binasında baş tutacaq. L.Yunus bildirib ki, hazırda azadlıqda qalmağına görə şəxsən Fransua Ollanda borcludur.

“Mən bu görüşə görə ona böyük minnətdarlıq ifadə etmək istəyirəm, bu, mənim üçün böyük şərəfdir. Əminəm ki, bu gün azadlıqda olmağım və aprelin 29-də həbsxanaya göndərilməməyim məhz bu görüşə görədir. Mənim adım Azərbaycan rəsmilərinə Fransa prezidentinin görüşəcəyi şəxslərdən biri olaraq təqdim edilmişdi” - deyə L.Yunus bildirib.

23 Aprel hərəkatı


23 Aprel hərəkatı ılə tanışlıq:
23 Aprel hərəkatı qeyrətli Azərbaycan xalqının 23 aprel 2012-ci il bazar ertəsi günü geniş və sensasiyalı gecə etirazlarının dəstəkləyicisi olmuşdur və ölkə də baş verən hadisələr və hakimiyyətin qanunsuz işlərinə görə və həmçinin xalqımızın haqqını tələb edən, gənclər vasitəsi ilə yaradılıb.
23Aprel hərəkatı ölkədə öz fəaliyyətini azadlıq ,islahat və bərabər insan hüquqları nail olana qədər davam edəcək.

23 aprel logosı

23 aprel