Blog Arşivi

21 Nisan 2014 Pazartesi

Yaxın Şərq Hadisələri: Azğın təkfirçi ünsürlərə aid “Nurud Din” briqadasının komandiri Suriya Milli Ordusu tərəfindən məhv dildi

əl-Nüsrə Cəbhəsi adlı vəhşi terrorçu qruplaşmaya bağlı olan yaraqlı qruplaşmalr elan ediblər: “Nurud Din briqadasının komandiri Əhməd Bikri Zureyq Hələbin əl-Ramusə məntəqəsində gedən döyüş zamanı Suriya Milli Ordusu tərəfindən həlak edilib.”

Bəyanatda bildirib: “26 yaşlı Əhməd Bikri Zureyq, bir çox əməliyyatlarda o cümlədən Hələb rayonunun Şeyx Nəccar və Raşidin məntəqələrində aparılan əməliyatlarda iştirak etmiş və əl-Ramusə məntəqəsində apardığı sonuncu əməliyyatda Suriya Milli Ordusu tərəfindən öldürülmüşdür.”

Başqa bir tərəfdən isə verilən məlumatlarda Suriya Milli Ordusunun Qədim Homs şəhərində apardığı anti-terror əməliyyatları nəticəsində xeyli sayda vəhşi yaraqlı ünsürlər darmadağın edilmiş, nəticədə Ordu Birlikləri Cubbul Cəndəl və sair məntəqələri, habelə əl- Vəlidiyyə olmaqla yanaşı digər təhsil ocaqlarını yaralı ünsürlərdən təmizləmiş və azad olmuş məntəqələrin kontrolunu tam nəzarət altına almışlar.

Yağışdan Çıxıb Yağmura Düşənlər: Hollandiyalı anti-İslam rejisorun oğlu VƏHHABİLİKİ qəbul etdi

  
 Hollandiya parlamentinin sağçı nümayəndəsi, habelə anti-İslam partiyanın sabiq üzvü həmçinin “Fitnə” adlı anti-İslam filmin rejisoru Arnold Van Durenin oğlu vəhhabiliki qəbul edib.

O, atası ilə birlikdə Dubaya səfər edərək Dubayda keçirilən “Beynəlxalq Sülh Konfransında”iştirak etmiş və elə oradaca rəsmən vəhhabilik sektasını qəbul edərək adını dəişib Əli qoymuşdur.
 
 


Qələbədən sonra: Bəşşar Əsəd cənabları “İŞİD” yaraqlıları əlindən yenicə azad edilmiş Məlula şəhərinə baş çəkdi

 Suriya Prezidenti Bəşşar Əsəd cənabları Məsihilərin Pak Bayramı günü, Qələmun şəhərinin cənubunda yerləşən, məsihiərin kompakt yaşadıqları qədim tarixə malik olan və qondarma “İraq və Şam İslam Dövləti” adlı azğın təkfirçi yaraqlıların əlindən yenicə azad edilmiş Məlulə şəhərinə səfər edərək yerli sakinlərlə səmimi görüş keçirdib.

Suriya Milli Televiziyasının məlumatına görə, Bəşşar Əsəd cənabları təkfirçilərin darmadağın və qarət etdikləri tarixi məntəqələrə baş çəkmiş və çıxış zamanı yaraqlı ünsürlərin yaramaz əməllərini qınayaraq ölkə məsihilərinin Pak Bayramını onlara təbrik ərz etmişdir.

Bəşşar Əsəd cənabları bildirmişdir: “Kimsə ölkəmizin Tarix və Mədəniyyətini dağdaraq məhv edə bilməz!”

Qeyd edək ki, Məlulə şəhəri məsihilərin ən mühüm şəhərlərindən biri sayılır. Bu şəhərdə xaçpərəstlərin bir çox qədim Kilsələri mövcuddur.

Ötən həftə ərzində Məlulə şəhəri uğrunda Suriya Milli Ordusu ilə azğın təkfirçi yaraqlıları arasında gedən amansız döyüşlərdən sonra şəhər tamami ilə terrorçu qruplaşmalardan təmizlənmiş və Dəməşq əyalətinin şimal məntəqəsi olan Qələmun rayonunun tamai ilə yaraqlı ünsürlərdən pak edildiyi rəsmən elan edilmişdir.

Prezident Bəşşar Əsəd Məlulə şəhərinə baxış keçirtdikdən sonra evlərindən didərgin düşmüş xaçpərəstlər geriyə dönərək Pak Bayramı evlərində qeyd etmişlər.

Sionist Rejiminin İyrənc Planı: Azğın “İŞİD” qruplaşmasının Qüds qanadı yaradıldı – Qəzzə höküməti daxili terrorçularla üzləşməli oldu

 Müsəlmanların qanlarının axıdılmasını vacib bilən azğın “təkfirçi” sekta qondarma “İraq və Şam İslam Dövləti” (İŞİD) adlı terrorçu qruplaşmanın qanadının Qəzzə Zolağında yaratdığını elan edib.

Fələstin torpaqlarını işğal etmiş sionist israil rejimi ilə əməkdaşlıq edərək Suriyada Msəlmanlara qarşı “cihad” elan etmiş sələfi-vəhhabi yaraqlıları Qəzzədə yenicə yaratdıqları anti-Müsəlman təşkilat vasitəsi ilə, Qəzzə hökümətindən “Şəriət” qanunlarına uyğun şəkildə idarə etməkliki tələb ediblər.

Suriyada Müsəlmanları qanlarına qəltan edən qondarma “İŞİD” adlı yaraqlı ünsürlər bildiriblər: “Biz, “Şeyx Əbu Nur Muqəddəsi Briqadası”nı artıq yaratmışıq və hazırda briqada üzüvləri təlimlərə başlayıblar.”

Qeyd edək ki, Əbu Nur Müqəddəsi ləqəbi ilə məşhur olan Əbdül Lətif Musa “təkfirçi” sektanın Qəzzə Zolağındakı aktiv təbliğatçısı olmuş və “Cundu Ənsarullah” silahlı qruplaşmasına komandirlik edirmiş. 2009-cu ildə Həmas təşkilatı onun evini dağıtmaqla Əbdül Lətifi öldürmüşdür.

Əbdül Lətif 2009-cu ilin avqust ayında Qəzədə yerləşən İbni Teymiyyə Məscidində çıxış edərək “Fələstində İslam Əmirliyi” adlı qondarma dövlət yaratdığını elan etmiş və Qəzzə dövlətindən də İslam Şəriətinə əməl etməkliyini tələb etmişdir.

23 Aprel hərəkatı


23 Aprel hərəkatı ılə tanışlıq:
23 Aprel hərəkatı qeyrətli Azərbaycan xalqının 23 aprel 2012-ci il bazar ertəsi günü geniş və sensasiyalı gecə etirazlarının dəstəkləyicisi olmuşdur və ölkə də baş verən hadisələr və hakimiyyətin qanunsuz işlərinə görə və həmçinin xalqımızın haqqını tələb edən, gənclər vasitəsi ilə yaradılıb.
23Aprel hərəkatı ölkədə öz fəaliyyətini azadlıq ,islahat və bərabər insan hüquqları nail olana qədər davam edəcək.

23 aprel logosı

23 aprel