Blog Arşivi

22 Şubat 2014 Cumartesi

Ölkədə 43 mln. tona kimi neft istehsal olunacaq

fevralın 21-də “Grand Hotel Europa” mehmanxanasında Xəzər-Avropa İnteqrasiya İşgüzar Klubunun (CEIBC) üzvləri ilə Azərbaycan Respublikasının Energetika naziri cənab Natiq Əliyev arasında görüş keçirilib. Görüşdə CEIBC-nin yaranma tarixi və fəaliyyəti barədə məlumat verilib, .....
son illərdə energetika sahəsinin inkişafında qazanılan uğurlardan söhbət açılıb.
Daha sonra “Caspian Energy Forumu”nun təqdimatı keçirilib. Xəzər-Avropa İnteqrasiya İşgüzar Klubunun (CEIBC) təşkil etdiyi görüşdə jurnalistlərə açıqlamasında Azərbaycan Respublikasının Energetika naziri cənab Natiq Əliyev bildirib ki, Azərbaycanın neft sahəsində əsas məqsədi hasilatı stabil səviyyədə saxlamaqdır: «Düşünürəm ki, bu il üçün proqnoz stabil qalacaq və ölkədə 43 mln. tona kimi neft istehsal olunacaq». Nazirin sözlərinə görə, Xəzər dənizinin Azərbaycan sektorundakı «Azəri-Çıraq-Günəşli» yataqlar blokundan hasil edilən xam neft Bakı-Tbilisi-Ceyhan boru kəməri vasitəsi ilə xaricə ixrac olunur: «Eyni zamanda, ixrac prosesi Bakı-Supsa kəməri vasitəsi ilə də həyata keçirilir. Bizim quruda fəaliyyət göstərən əməliyyat şirkətlərimiz xam neftə sahibdir və həmin şirkətlər hər zaman Bakı-Novorossiysk kəmərindən istifadə edib».
Azərbaycan Respublikasının Energetika naziri Natiq Əliyev onu da qeyd edib ki, Azərbaycan 2020-ci ilə kimi enerji istehsalını artırmağı qarşıya məqsəd qoyub: «İlk olaraq Azərbaycanda regionların sosial-iqtisadi inkişafı ilə bağlı yeni proqram hazırlanır. Bununla əlaqədar olaraq, bütün şəhər və rayonlarda sənayenin inkişaf etdirilməsi planlaşdırılır».
Nazir bildirib ki, regionlarda sənaye sektorunun inkişafı şübhəsiz ki, energetikanın daha çox inkişaf etməsini tələb edir: «Azərbaycanda energetikanın istehsal gücü təxminən 7 min MVt-ı ötüb. Çalışırıq ki, 2020-ci ilə kimi bunu artıraq».

0 comments:

23 Aprel hərəkatı


23 Aprel hərəkatı ılə tanışlıq:
23 Aprel hərəkatı qeyrətli Azərbaycan xalqının 23 aprel 2012-ci il bazar ertəsi günü geniş və sensasiyalı gecə etirazlarının dəstəkləyicisi olmuşdur və ölkə də baş verən hadisələr və hakimiyyətin qanunsuz işlərinə görə və həmçinin xalqımızın haqqını tələb edən, gənclər vasitəsi ilə yaradılıb.
23Aprel hərəkatı ölkədə öz fəaliyyətini azadlıq ,islahat və bərabər insan hüquqları nail olana qədər davam edəcək.

23 aprel logosı

23 aprel